Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   39

 

76 


bir iş görək: mən sənə gavalı verim, sən mənə pomidor, xiyar».Çünki Əligilin 

bostanında yaxşı pomidor, xiyar vardı, bizim bağda isə gavalı.Əli dedi: «Yox, onu 

eləyə bilməyəcəyəm.Çünki mən nə pomidor - xiyar əkmişəm, nə də onu 

becərmişəm.Elə sən də mənim günümdəsən: o gavalı ağacını nə əkmisən, nə də 

becərirsən».Bu dəfə Əli mənə dedi: «Gəlsənə, bir iş görək»,Sevindim ki, görəsən 

Əli nə yol tapıb.Sonra o: «Gəlsənə, elə hər ikimiz tamahımızı aşağı basaq» - 

dedi.Bu sözləri indiki kimi yadımdadır… 

 

Əli Kərim əliaçıq adam idi.Dünya malından ötrü heç vaxt neynim - necə 



eləyim deməzdi.bir dəfə bakıdan rayona gəlmişdi.Yolda məktəb yoldaşların- 

dan birinə rast gəlir, hal - əhval tutur.Məktəb yoldaşı da gileylənir ki, vəziyyəti 

pisdir.Əslində, onun vəziyyəti pis- zad deyildi.Yadıma gəlir, o vaxt Əlinin təzə 

kitabı çıxmışdı, pulunu da almışdı.Məktəb yoldaşının «ağladığını» görən Əli bir 

yüzlük çıxarıb həmin adama verdi.Məsələ burasındadır Əlinin vəfatından sonra 

bizim həmin adama işimiz düşdü - yüz bəhanə gətirdi.Yenə də tamahı-nın 

ucundan.Amma fikirləşmədi ki, vaxtilə onun adi bir sözünü Əli necə də ürək ağrısı 

ilə qəbul etmişdi. 

 

…Əlinin toyu idi.Qucağında dostlarından birinin körpə oğlu 



oturmuşdu.Birdən necə oldusa uşaq sıçrayıb stolun üstünə çıxdı.Hamı narahat 

oldu, tez uşağı götürmək istədilər.Əli yerindən durub dedi: «Həzərat, bu məcli-sin 

bəyi mənəm.Mən öz razılığımı verirəm, qoy uşaq necə istəyir, elə də hərəkət 

etsin».Bir - iki qab sındıracaq deyə Əli uşağın qəlbinə toxunmaq istəmir-di.Çünki 

Əli həmişə ürəyinin istədiyi kimi hərəkət edirdi. 

 

Əlinin bir xasiyyəti vardı: heç vaxt uzun cümlə işlətmirdi.Elə - belə 



söhbətlərində də, sağlıq deyəndə də.Şeirləri də belədir.Onun belə bir sözü var-dı: 

«Bütün qohumlarımı kəsib sənə yedizdirərdim».Söz yox, adamı kəsib ada-ma 

yedizdirməzlər.Əli, adama olan istəyini elə sözlə deyirdi ki, fikirləşirdin, 

doğrudanmı, sən bu sözə layiqsən?! 

 

…Göyçay diyarşünaslıq muzeyində Əli Kərim haqqında az məlumat 



var.məlumat deyəndə, sadəcə olaraq bir neçə kitab və haqqında yazılmış bir - iki 

məqalə.Elə Rəsul Rza haqqında da burada çox material yoxdur. «Bunu çoxları bizə 

irad tutur», - deyə muzeyin direktoru tezliklə bir şey fikirləşəcəyinə söz 

verdi.Özümü saxlaya  bilməyib dedim: «Qardaş, mən çox muzeylər görmü-şəm, 

hamısı da demək olar, bir - birinə oxşayır.Göyçay muzeyi R.Rzaya, 

Ə.Kərimə görə başqalarından fərqlənməlidir axı.Bu imkandan istifadə etməmi-

siniz.Rəsul Rza, Əli Kərim haqqında burada hər şey olmalıdır, hər şey! Onlar 

göyçayın dünənində də, bu günündə də, sabahında da var!» 

 

Göyçayda Əli Kərim  haqqında heç kəsdən bir söz soruşmayın.O özü hər 



addımda sizinlə rastlaşacaqdır.O özü sizinlə çiyin - çiyinə yol gedəcəkdir! Hara 

gedirsiniz gedin, bir vaxtlar Əlinin gəzdiyi yerlərə tuş olacaqsınız.bir də 

görəcəksiniz vaxtilə Əli Kərimin yaşadığı evin, oxuduğu məktəbin yanındası-nız. 

«Kommunist» küçəsiylə üzüyuxarı qalxsanız, bir də görəcəksiniz yaşıllıq-lar 

qoynundan Əli Kərimin abidə - başdaşı sizə tərəf baxır.Bu yerlər necə də dəyişilib! 

Vaxtilə düzənlik idi, indi yaşıllıqlara qərq olub.Vaxtilə Əli Kərim bu yerlərdə 




 

77 


qayğısız uşaqldıq illərini keçirib.Dünən oynadığı yerlərdə bu gün…məzarının 

üstünə çiçək dəstələri qoyurlar.Camaat özü bu yerə ad qoyub: «Əli Kərim parkı». 

 

Göyçayda Əli Kərim haqqında heç kəsdən bir söz soruşmayın.Onsuz da 



özünüz Əli Kərimlə rastlaşacaqsınız.Şəhərin girəcəyində yolun sağ tərəfinə baxın: 

bu - Əli Kərim küçəsidir.Bu da bir şöhrətdir sizinçün: Göyçayda birinci olaraq Əli 

Kərim tərəfindən qarşılanırsınız.Göyçayın ən sakit, təmtəraqsız, gediş - gəlişi az 

olan küçələrindən biri.Buradan şəhərin mərkəzinə iki kilo-metrə yaxın yol 

var.Məni bu küçəyə gətirən taksi sürücüsündən soruşdum:  

«Sən bilirsənmi Əli Kərim kimdir?» 

 

- Mən onu şəxsən tanıyırdım. 



 

- Necə? Tanıyırdız? 

 

-Bir dəfə onu Bakıdan rayona gətirmişəm.Gəlib bax, bu yeməkxanada çörək 



də yedik. 

 

- Təxminən neçə il bundan qabaq olar? 



 

- On il olar. 

 

- On il? Axı Əli altı ildir?.. 



 

- İndi mən gözləmirdim sizə rast gələcəyəm; bu barədə söz soruşacaq-sız.Hə, 

düz deyirsiz: olar 14 - 15 il. 

 

-Yadınızda nə qalıb? 



 

- Baxmayaraq şair idi, amma yeri düşəndə uşaqla - uşaq, böyüklə - böyük 

idi.İndi də gözümün qabağandadır: sifəti qəmgin, fikirli olurdu. 

 

- Onda da taksidə işləyirdiz? 



 

- Yox yük maşınında. 

 

İnsana olan məhəbbəti müfəttiş xırdaçılığı ili yoxlamazlar.O məni aldat-



maz.Görünür, haradasa, nəyisə unudub.Bəlkə elə öz maşınında gətirib.Ma-dam 

sürücü Əli Kərimi tanımağı ilə fəxr edir, qoy bu hisslə yaşasın. 

 

Göyçayda Əli Kərim haqqında heç kəsdən bir söz soruşmayın.Elə bilmə-



yin,qorxuram ki, naşı adama rast gələsiniz,Əli Kərimi tanımaya, siz də pərt 

olasınız.Yox.Əli kərim sizin özünüzlə gedir, o sizin ürəyinizdədir.Ürəyinizdə 

apardığınız adam haqqında yadlardan niyə soruşursunuz? Göyçayda Əli Kə-rim 

haqqında heç kəsdən bir söz soruşmayın.Sizinlə yanaşı addımlayan adam haqqında 

başqalarından niyə soruşursunuz?.. 

 

 



 

 

 



 

 

 



 

İyul, 1984 

 

  

  



 

 DÖYÜN ÜRƏK, DÖYÜN… 

 

 

 



Qələmdəki mürəkkəb məni yandırır. 

 

Qəlbimdə qalan söz kimi. 



 

Qələmim boşalaydı. 

Ürəyim boşalaydı. 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə