Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 

68 


tələb edirdim ki, şeirini oxusun, sonra yemək verim.Əli də yalvarırdı: «Acından 

öldüm, tez ol».Sonralar Əli xörək bişirməyə vərdiş elə-di.Əli bir xörək «kəşf 

etmişdi, adını da qoymuşduq «ləzzət, ay allah!» Əlinin yazıçı yoldaşları tez - tez 

onun yanına gələrdilər,Əliyə sifariş verərdilər: «Əli, sən allah,bir «ləzzət, ay 

allah!» bişir yeyək».Əlinin xörəyi, doğrudan da ləzzətli olurdu.Əlbəttə, dadlı 

olmalıydı: ət, soğan, yarım kilo da yağ! 

…Bir dəfə teatra bilet almışdım.»Leyli və Məcnun» a.Mən teatra gedən-dən sonra 

Əli bizə gəlir,məni soruşur.Harda olduğumu deyirlər.Ardımca teatra gəlir.Orada 

Əlini tanıyırdılar, ona görə də içəri buraxırlar.Tənəffüs idi.Çıxıb teatrın foyesində 

gəzişirdim.İçəri qayıdanda gördüm mənim yerimdə…Əli otu-rub.Bilmirdim, o 

hardan öyrənmişdi ki,bura mənim yerimdir.Əli məni görən kimi yavaşca qulağıma 

dedi: «Ədə, sən nə vaxt ağıllanacaqsan? Onsuz da Leylini Məcnuna 

verməyəcəklər.Dur gedək… 

…Bir dəfə Əli Moskvadan gəlmişdi.onunçün bir toyuq almışdıq.Toyuğu kəsmək 

istəyəndə Əli zarafatla dedi: «Mən ölüm, onu Moskva qibləsinə kə-sin».Əli heç 

vaxt, heç vaxt zarafatından qalmazdı.Otaqda məni qovar, zarafatla deyərdi: «Əclaf 

Dezdemona, bu dəqiqə səni öz əllərimlə boğacağam!»  

Çata bilməyəndə balışı götürüb mənə tolazlardı. 

 

… «Azərbaycan» curnalının redaksiyasında işləyəndə yanına tez - tez 



gedirdim.Onun yazıçı dostlarının hamısını yaxından tanıyırdım.O vaxtlar cur-nalın 

redaktoru Əli vəliyev idi.Bəziləri elə bilirdi mən də yazıram.Bir dəfə Əli Vəliyev 

mənə işarə ili soruşdu: «Bu oğlan kimdir, bura tez - tez gəlir?» Sonra da üzünü 

mənə tutub soruşdu: «Bala, sən nə yazırsan?» 

 

bir gün Əlidən soruşdum ki, ay Əli, bu «stilyaqa» deyirlər, o nə olan şeydir? 



Əli dedi: «Stilyaqa» olmaq istəyirsən,Əli Vəliyevin pencəyini gey, bir uşağın da 

şalvarını!» Axı,Əli Vəliyev ucaboylu adamdır, mən onun pencəyini geysəydim, 

dizimə qədər düşəcəkdi…Özü də Əli Vəliyev elə uzun pencək geyirdi. 

 

- Arif müəllim,Əli Kərim Moskvada oxuyanda sizə yazdığı məktubları 



saxlayırdınızmı? 

 

- Əlinin məktublarını yığırdım.Heyif ki, o məktublardan heç biri qalma-



yıb.Yığmışdım bir yerə.Hamısının birdən itirilməsi məni də yandırır.Əli ilə bir- 

likdə şəkillərimiz də var… 

 

- Əli Kərimin vəfatından xeyli keçir.Bu vaxt ərzində gözləyirdinizmi, kimsə 



onunla əlaqədar sizə müraciət edəcək? 

 

- Mənə rəsmi müraciət edən olmayıb.Yeri düşəndə, yoldaşlarla dərdimizi 



bölüşdürmüşük.Sözün düzü, elə bilirdim, sən məndən Əli ilə bağlı nə isə soru-

şacaqsan.Gözləmirdim söhbətimiz bir neçə saat davam edəcək.İndi yadıma düşdü 

ki, xəstəxanaya getməliydim, qohumumuz yatır.Yoldaşım məni evdə gözləyir… 

 

- Eşitdiyimə görə,Əli Kərimin toyu sizin evdə olub.Bəs Əlinin vəfatından nə 



vaxt xəbər tutdunuz? 

 

-Mən onda Nizami küçəsində yaşayırdım.Bir otağım vardı.Əlinin toyu 



həmin otaqda oldu.İndiki toylar kimi gurultulu olmadı…Sən Əlinin ölümünü yada 

saldın…Siqaretindən bir dənə ver.Çoxdan tərgitmişdim. …Əli xəstəxana-daydı, 

mən işdə.Zəng elədilər ki, vəziyyəti ağırdır .getdim …gec idi.Əlini yaşadığı evdən 



 

69 


götürdülər.Həyətdə onun yazıçı yoldaşları, dostları toplaşmış-dı.Rəsul Rzanın 

çıxışı yadımdadır: Rəsul Rza kövrəldi, dedi ki, mənim qardaşım yox idi,Əlini 

özümə qardaş götürmüşdüm… 

 

 



 

 

 



 

 

 



 

 

Nöyabr, 1980    



 

 

 



                 KƏDƏRİN ÖMRÜNÜ UZADIRDILAR… 

 

 



 

Adam qəbri görməklə də təsəlli taparmış! Hətta sevinərmiş ki, heç olma-sa 

qəbrini görürəm.Yox, bu adi məzar deyil.Bu adi torpaq, adi mərmər de-yil!Əlinin 

özünün və şeirlərinin ruhu hopmuş dünyadır! «Əli Kərim» sözü ya-zılmış mərmər 

cansız ola bilməz! Mənə elə gəlir, bu başdaşı - abidə dünyanın hər yerindən 

görünməyə layiqdir və görünür də! 

 

Mən öz isti otağımı onun soyuq məzarına dəyişərdim.Amma bu şöhrətli 



yerdəyişməyə həyatımın layiq olduğuna inanmıram!Yox,yox,Əli Kərimin uzandığı 

torpağın soyuqluğuna inanmıram, inanmayacağam.Şeirlərində döyü-nən ürəyi 

onun yatdığı torpağı da isidir.Mənə elə gəlir,Göyçaya,onun yanına gəlməyimdən 

Əli Kərimin xəbəri var.Bilmirəm,harada dayanım ki, o məni daha yaxşı görə 

bilsin.Bilmirəm, necə danışım ki, səsimi yaxşıca eşidə bilsin!.. 

 

O mənim adımı çəkib, birlikdə yol gedib, bir süfrədə çörək yeyib! Yer 



üzündə bundan böyük səadət gərəyim deyil.Yəqin düşünürsünüz ki, Əli Kəri-mə 

qarşı məndə hədsiz aludəçilik var.Varsa, öz istəyimlə kimə neyləyirəm ki? Mən 

ondan nə yaxşılıqgörmüşəm, nə də pislik.Nə yaxşılıq ummuşam, nə pislik 

edəcəyindən ehtiyatlanmışam. 

 

Əli Kərim haqqında yazmağa mənə haqq verən onunla yaxından tanış-lığım 



yox, ona olan məhəbbətimdir.Əli Kərim haqqında yazmaq rolunu mənə heç bir 

«recissor» tapşırmayıb.Onun adı gələn yerdə mən Hamlet rolunu da oynayaram

məzarçı rolunu da.amma bir başqasından ötrü Şekspir olmaq şöhrətindən də imtina 

edərəm. 


 

Təsəlli axtarıram.Əli haqqında daha çox öyrənmək istəyirəm.Bu söhbət-ləri 

sənədli hekayə şəklində dəişləyərdim.Bu üsuldan ona görə imtina etdim ki, 

Onda mən istər - istəməz həmin hekayəni,necə deyərlər, kosmetik cəhətdən 

gözəlləşdirməyə çalışacaqdım.Bununla da mübaliğəyə yol verəcəkdim.Dialoq-da 

isə bunu istəsəm də,mümkün deyil… 

 

Bacısıgilin Göyçaydakı həyətində iki böyük tut ağacı var.Əli bu həyətdə, tut 



ağacının altında çox dincəlib.Dostları, qlhumları ilə bu iri ağacların kölgə-sində 

çox oturub.Kimin ağlına gələrdi ki, bir vaxtlar həyətdə süfrənin başında oturan Əli 

Kərimin indi həmin yerdə cənazəsi qoyulacaq.Adama elə gəlirdi, bu dəqiqə örtüyü 

qaldırsan,Əli yuxudan ayılacaq.Amma heç kəsin buna ürəyi gəl-mirdi.Hətta Rəsul 

Rzanın da!Bəlkə elə bu möcüzənin baş verəcəyinə inanmadıqlarına görə Rəsul 

Rza,Məmməd Araz,Altay Məmmədov, respubli-kanınxalq artisti Yusif 

Vəliyev,Fikrət Sadıq,İsi Məlikzadə və onlarla başqaları ürək yanğısı ilə cənazəyə 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə