Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

 

66 


deyirdim: «Mən mühəndis adamam, şifahi oxuyanda şeiri yaxşı başa düşmürəm, 

yaz ver, özüm oxuyum».İstəyirdim Əli çox işləsin. 

Əli şeirdə yığcamlığın vurğunu idi.Əlidən qəzet - curnallar şeir istəyərdilər, 

verməzdi.Deyərdi: «Şeirlərim mən deyən səviyyədə deyil.Sonra da deyərlər ki

Əlinin zəif şeiri çıxıb».Əlini görüşə dəvət edərdilər, getmək istəməz-

di.Deyərdim,ay Əli, heç olmasa səni görüşə çağırmaları, redaksiyalardan şeir 

istəmələri barədə əvvəlcədən mənə demə.Əli görüşə getmək istəməyəndə, şeirlə-

rini redaksiyalara verməyəndə mən əsəbiləşərdim.Deyərdim, axı sən niyə istə-

mirsən ki, daha yaxşı tanınasan? Axı, bütün bunlar sənin xeyrinədir.Məni eşit-mək 

istəməzdi.Bir gün Əli dərsə getməmişdi.Mən də onunla birlikdə otağında yatıb 

yubanmışdım.Bu vaxt institutun rektoru gəlib otaqları yoxlayırmış.Re-daktor məni 

görcək əsəbiləşir və yaxındakılardan soruşur: «Axı, bu oğlan kim-dir, nə vaxt 

gəlirəm, buradadaır».Bildirirlər ki, mən Əlinin qardaşıyam.Direk-tor da deyir, onda 

qoy yatsınlar, işiniz olmasın. 

O vaxtlar Teatr institutuna bir o qədər gedən yox idi.Əli, İskəndər Coş-qun tez - tez 

dərs buraxardılar.Deyərdilər: onsuz da bir neçə günə imtahana hazırlaşa 

bilərik.Bilmirəm, nədən ötrüsə onlara təqaüd vermək istəmirdi-lər.Əligil də dedilər 

ki, ümumiyyətlə, instituta getmək istəmirik, orada oxuma-yacağıq.Bu söz rektora 

da çatır.O deyir ki, gəlib oxusunlar, təqaüdlərini də ve-rərəm… 

- Arif müəllim, söhbətimizin əvvəlində yadınıza saldığım şeirindən başqa, məncə, 

Əli Kərimin heç bir əsərində sizin adınız yoxdur.Bəlkə sizə özü demişdi: hər hansı 

bir əsərində bu və ya digər surətin prototipi sizsiniz? 

- Doğrusu, mən özümü Əlinin əsərlərində axtarmamışam.Amma Əli məni həmişə 

hədələyirdi: «Sən öləsən, bir əsər yazıram, orada səni bir tip kimi 

yaradacağam».Mənə demişdi ki, «Qaytar ana borcunu» şeirində qardaşımı nə-

zərdə tutub… 

- Arif müəllim,Siz uzunmüddət, daha doğrusu, ömrünüzün əvvəlindən Əli Kərimlə 

dostluq etmisiniz.Gizli deyil, bu uzun zaman ərzində dost olub bir - birinizdən 

inciməmək hər adamın işi deyil.Əli Kərimi sizə bağlayan onun hansı xüsusiyyəti 

idi? 


- Bizim  aramızda  qarşılıqlı  hörmət, məhəbbət olub.Əli  aza  qane  olan 

adam idi.saf idi, təmiz idi.Yalan danışan deyildi, yoldaşcanlı idi.Əvvəllər mən ona 

bir idmançı kimi baxırdım, fəxr edirdim.Sonralar isə şairliyi ilə fəxr edir-

dim.Amma bizim heç birimiz hansı işinsə xatirinə dost deyildik.Hamı bilirdi, biz 

çox yaxınıq.Ona görə də yoladşlardan birinə Əli lazım olsaydı,Arifi tapar-dı.Arif 

lazım olsaydı, Əlini tapardı.Bilərdilər ki, biz bir - birimizin hər dəqiqəsindən 

xəbərdarıq. 

 

Əlbəttə, bizim küsüşən günlərimiz də olurdu.amma bu çox çəkmirdi.Elə ki, 



Əli pul alırdı, məni restorana dəvət edirdi.getmək istəmirdim, inciyirdi, məni 

eşitmək istəmirdi.Pulu olmayanda, məndən pul istəməzdi, qəribəydi.Elə ki, hiss 

edirdim Əlinin pulu yoxdur, əlimi qarnına vurardım: «Bu gün bir şey yemisən, ya 

yox? Düzünü de».Əli də hirslənib deyərdi: «Əl çək, yemişəm».Mən özlüyümdə 

fikirləşirdim ki, o, şairdir, gərək yaxşı yesin ki, yaxşı da yaza bil-sin.Hərdən 

«hiyləyə» əl atırdım: xörək yeyilən vaxt qəsdən durub mətbəxə keçərdim.Bir az 




 

67 


mətbəxdə yubandıqdan sonra qayıdıb Əliyə yalandan deyər-dim: «Əli, mən 

mətbəxdə olanda iki kotlet yedim.Sən mənə fikir vermə, bir az çox ye».Əlinin 

ağlına da gəlməzdi ki, mən bunu yalandan deyirəm.Yalandan deyirəm ki, qoy Əli 

bir az çox yesin… 

 

- Əli kərimdən narazı qaldığınız dəqiqələr olurdumu? 



 

- Olurdu.Mən ondan bir işinə görə narazı qalırdım: canının qədrini 

bilmədiyinə görə!Son vaxtlar onunla az -az görüşürdüm.Mən səndən heç nəyi 

gizlətməyəcəyəm.Bəzən yanan da Arif olurdu, yaman da.Ona görə çalışırdım 

Əliylə az - az görüşüm.Bu, nə Əlinin ürəyindən idi, nə də mənim.Əli ilə görü-

şəndə (son vaxtlar) mənə birinci sözü bu olardı: «Mənə ağıl vermə ha! Bilirəm, nə 

deyəcəksən». 

…Qış günlərindən biri idi.Kabinetdə oturub işimlə məşğul idim.Əli zəng etdi.Dedi 

ki, tez durub onun yanına gedim.Yazıçı yoldaşlarından birinin evin-dən zəng 

edirdi.Sözsüz ki, tək deyildi.Mənim iş yerimlə onun zəng etdiyi yer yaxın 

deyildi.Dedim ki, axı, pulum yoxdur gəlməyə!Əli dedi: 

- Sən taksiyə min gəl, pəncərənin altında maşını saxla, biz pulu yuxarı-dan 

atarıq.Tez ol, gözləyirik… 

…Əlinin yaxşı səsi vardı.Kefi kök olanda həmişə oxuyardı.Özü də muğa-mat 

oxumağı sevərdi.Hərdən istəyirdim mən də oxuyum.Mən Əliyə «mane ol-maq» 

istəyəndə o oxumazdı.Zarafatla mənə deyərdi: «Korladın, daha mən də 

oxumayacağam».Başlayırdım Əliyə yalvarmağa: «Başına dönüm,Əli oxu.Da-ha 

mən dinmərəm». 

- Arif müəllim,Əli Kərimin idmanla məşğul olduğunu bilirdim, amma onun oxuya 

bilməsi haqqında eşitməmişdim.Bu sirri açdığınıza görə çox sağ olun.Xahiş edirəm 

məktəb illəri haqqında danışın. 

- Əli ədəbiyyatdan, rus dilindən yaxşı oxuyardı.Xüsusən rus dilinə böyük həvəsi 

vardı.Amma riyaziyyatla arası yox idi.Gərək ki, beşinci sinifdə oxuyur-duq.Bir 

dəfə rus dili müəllimimiz (onun da adı Əli idi) sinfə müraciət etdi ki, kim rus 

dilində bir cümlə deyər? Əli ayağa qalxıb dedi: «Veter duet, docd idyot».Təsadüfə 

bir bax: Əli həmin cümləni deyəndəd də yağış yağırdı. İndi də. 

- Əli Kərimlə bağlı elə bir hadisə, epizod varmı o heç vaxt sizin yadınız-dan 

çıxmır? 


- Əlinin zarafatları heç vaxt yadımdan çıxmır.Özü də son vaxtlarına nis-bətən 

əvvəllər daha çox zarafatcıl idi.Bir vaxtlar Tolstoy küçəsində kirayədə qalırdı.Onda 

hələ subay idi.Mən də qonşu küçədə qalırdım.Demək olar, ye-mək - içməyimiz bir 

yerdə idi.Əli mənə deyərdi: «Sən yemək işinə bax».Mən də deyərdim: niyə, 

qardaş,bir gün sən yemək alacaqsan, bir gün də mən.Amma elə ki, Əlinin növbəsi 

olurdu, qaçıb yaxınlıqdakı mağazadan alma mürəbbəsi alıb qayıdardı.Deyirdim, ay 

qardaş, nə qədər pavidla almaq olar? Bir uzağa get, ət al, balıq al, heç olmasa 

kolbasa al.Əli mənə yalvarardı: 

- Mən ölüm, sən get yemək al.Sən gələnə kimi 3- 4 misra yazacağam.gə-ləndə sənə 

oxuyaram. 

Yemək üçün getmək istəməyəndə Əli məni hədələyirdi: «Sən öl, məni göndərsən, 

yenə pavidla alıb qayıdacağam!» Qorxumdan özüm gedirdim.qayı-dan kimi Əlidən 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə