Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   39

 

82 


Əliyə olan böyük məhəbbətindən xəbər verir.Nazim Hikmət sofiyada çıxmış 

«Seçilmiş şeirlər» kitabını 1957 -ci ildə Əliyə yadigar verib və öz əli ilə orada gül 

şəkli çəkib.Bu isə Rəsul Rzanın aftoqrafıdır: «Əli Kərimova, gözəl şair, xətrini 

oğlum qədər istədiyim yaxşı insana».Nəbi Xəzri 1962 - ci ildə Əli Kərimə verdiyi 

kitabında yazır: «Şəxsiyyətinə böyük məhəbbət və şeirlərinə hörmət bəslədiyim 

dostum Əliyə».Həmin ildə Bəxtiyar Vahabzadə  də Əliyə aftoqrafla kitab verib: 

«Yaradıcılığına pərəştiş etdiyim Əli Kərim üçün».Bu-rada Nəriman Həsənzadənin: 

«İnsanlığına heyran olduğum gözəl şair dostum Əliyə»; Fikrət Qocanın: «Dadaş, 

bu mənim ilk kitabımı oxu.Bəyənməsən, de»; 

Fikrət Sadığın: «Bu günün ən istedadlı şairlərindən Əli Kərimə» sözlərini 

oxuyuruq. 

 

Əli Kərim yaradıcılıq məsələlərinə son dərəcə məsuliyyətlə yanaşan şair 



idi.Onun əsərlərinin çoxunun adı da, özü də bir neçə variantdadır. «Pillələr» 

romanı da, pyesləri də, poemaları da.O bəzən elə misralarını bəyənməyib ki, adam 

oxuyanda məəttəl qalır: bu sətirlərin zəifliyi nədədir? Əli Kərimin xətti səliqəsiz 

olduğu bir tərəf dursun, o hələ üstəlik əlyazmalarının sahmana salınmasına da 

əhəmiyyət verməyib.Özünün qeyd etdiyi kimi, onun bir dəftə-rində, demək olar, 

bütün əsərlərindən parçalar var.Qalın dəftərdə barmaq basmağa yer yoxdur.Bir - 

birinin «içində» olan müxtəlif yazılar onu göstərir ki, Əli Kərim çox vaxt bir 

əsərini yarımçıq qoyub başqasını işləyirmiş. 

 

Təbiidir, onun əlyazmaları arasında hələ çap olunmamış əsərləri var.On-ların 



bəziləri avtobioqrafik xarakter daşıyır.Bu, əsasən Əlinin ilk yazılarında özünü 

göstərir.O, «Xatirələr» adlı əsərini «Həyat səhifəs» adlandırıb.Yazı, doğrudan da, 

həyat səhifəsidir.Bilmirəm o bilərəkdən hər şeyi açıq yazıb, yaxud fikirləşib ki, 

adları dəyişməklə yazıya sünilik gətirər.Burada Əli, vaxtilə sevdiyi qızla yol 

getməyin sevincini, bu işdə dostlarının ona necə köməklik göstərmələrini təsvir 

edir.Hər şeyi necə olubsa, elə də yazıb. 

 

Başqaları üçün bu hekayədir, amma Əlini tanıyanlar üçün isə onun özü-nün 



məhəbbət tərcümeyi - halı.Mən bilərəkdən əvvəlki söhbətimizdə də, indi də qızın 

(Z.-nin) adını açmıram.Amma  həmin xatirədən bir neçə cümləni sizə təqdim 

etmək istərdim. 

 

«Onların küçəsinə gəldik.İtlərin bizi tutmaq qorxusu vardı.Lakin ən quduz it 



belə intizar qədər dəhşətli deyildir.Onun səsi gəlirdi.Bu səs mənimçün dünyada ən 

gözəl səsdir.Bu, mənim taleyimin səsidir…» 

 

Əli Kərimin əlyazmaları arasında  «xırda qeydlər» adlandırdığı yazılar da 



vardır.Budur, onlardan bir neçəsi: 

 

Yolun kənarında təzə əkilmiş bir şitil gördüm.onun yanında əlində bel tutan 



bir adam durmuşdu: kölgəsi şitilin üstünə düşmüşdü.Bir neçə ildən sonra həmin 

adamı həmin şitilin kölgəsində oturan gördüm.  

 

 

 



 

 

 



 

 



 

Müəllimdə tələbəlik hissi öldükdə onun müəllimliyi də ölür.  

 

 

 



 

 

 



 

 



İkiüzlü adamın qəlbi ikiyə parçalanıb məhv olur. 


 

83 


 

 

 



 

 

 



 

 



O, Şekspirdən söhbət gedəndə də narahat olur, dahi yazıçının qiymətini 

azaltmağa çalışır; güman ki, o böyük şöhrətin bir parçasını mənimsəmək istəyir. 

 

 

 



 

 

 



 

 



Şair şərabı laləyə, sevgilisinin dodağına - ən gözəl şeylərə bənzətdi, şərab isə 

onu ən pis şeylərə… 

 

 

 



 

 

 



 

 



O həmişə özünü şəkil çəkdirən adam kimi aparır. 

 

 



 

 

 



 

 

 



 

Başqasının vəziyyətinə girə bilsən, özgəyə də, özünə də qiymət verə 



bilərsən. 

 

 



 

 

 



 

 



 

Ağacın sınmış budağından yaş süzülürdü.O ağlayırdı. 

 

 

 



 

 

 



 

 



Yaxşı dost dostun səhvlərinə düşmən kimi amansız olur. 

 

 



 

 

 



 

 



 

Adam üzünü görmək üçün güzgüyə, qəlbini görmək üçün dostuna baxır. 

 

 

 



 

 

 



 

 



Moskvada VÛ Ümumdünya festivalı zamanı üstündə müxtəlif ölkələrin 

adları yazılmış avtobusları görürdüm.Mənə elə gəlirdi ki. ölkələr elə yaxındır, 

onların arasında avtobus işləyir. 

 

 



 

 

 



 

 



 

Ayaqlar altında əzilmiş otlar saatlarla çalışır, yavaş - yavaş dikəlirlər. 

 

 

 



 

 

 



 

 



«Korun nəğməsi» ona görə yaxşıdır ki,biz onu dinləyəndə təkcə korun ayaq 

səslərini eşitməklə qalmır, onun təsəvvürünə gətirdiyi və düşə biləcəyi uçurumu 

belə görürük. 

 

 



 

 

 



 

 



 

O, boynunu şux tutmaqdan. Özünü şən aparmaqdan yoruldu. 

 

 

 



 

 

 



 

 



Əli Kərimin «Sənə az dedimmi sevmə, ey könül» misrası ilə başlanan bir 

şeiri var.Həmin şeirin əlyazmasında o aşağıdakı misraları pozub və sonralar da onu 

heç bir kitabına daxil etməyib: 

 

Göydə havalanıb yerə düşərkən 



Sən mənim adımdan vədlər söylədin, 

Dedin ki, ey közəl, şeirə düşərsən. 

 

 

Mən Əli Kərimin yaradıcılığını tədqiq etmirəm.Çünki bu işlə məşğul olanlar 



var.Amma bir oxucu kimi mənə aydın oldu ki, onun çap edilməyən yarımçıq 

qalmış və bütöv şeirləri çoxdur.Elə bilməyin, mən onun kitabları ilə arxivdəki 

yazıları tutuşdururdum.Xeyr.Onun çap edilməyən yazılarını ona görə tanıyırdım ki, 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə