Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   39

 

78 


Döyün, könül, döyün, könül, 

Sözün düşdü düyün, könül!.. 

 

 

 



 

Əli Kərim. 

 

 

Xeyli vaxt bundan qabaq Əli Kərim adına Sumqayıt poeziya klubunun xətti 



ilə Novosibirskə getmişdik.Ölkəmizin ən böyük müəsisələrindən olan «Sibselmaş» 

birliyində əməkçilərə Əli Kərimin yaradıcılığından danışırdıq.Bizi birliyin qabaqcıl 

adamlarından biri - Konstantin Vlasovla da tanış etdilər.O, möcüzədən yaranmış 

şəxsiyyət idi.Müharibə vaxtı sinəsinə qumbara dəyib, ürəyinin bir hissəsini çölə 

çıxarıb.O öz ürəyini bir neçə dəqiqə, demək olar,əlin-də tutub.Əlbəttə, ürək 

yerindən qopmayıbmış.Doğrusu, buna bir o qədər də inanmırdım.Amma hər halda 

o adamın özü ilə danışırdım.M.Füzulinin buna bənzər bir misrası var ki, ürək, 

günahı olduğuna görə sinədə asılı vəziyyətdə-dir.Ürəyi bilərəkdən asıblar: 

asmasalar çoxuna vurula bilər… 

 

Konstantin Vlasovgil 18 nəfər olublar.Bir təpəni tutmaq uğrunda vuruş-da 



16 - sı həlak olub.Lakin ikisi: o və Gerasim Lapin sağ qalıblar.Hətta Novo-

sibirskidəki  böyük abidədə vaxtilə sağ qalan bu iki nəfərin də adı səhvən ölənlərin 

siyahısında sütuna yazılıb.Sonra üstündən qırmızı xətt çəkiblər ki,on-lar hələ 

yaşayırlar… 

 

İndi mən respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində Əli 



Kərimin şəxsi fondundakı materiallara baxanda elə bilirdim bunlar adi kağızlar 

deyil, sözün həqiqi mənasında Əlinin həqiqi ürəyidir əllərimdə döyü-nür.Arxivin 

direktor müavini Maarif Teymurov dedi ki,Əli kərim vəfat etdikdən sonra onun 

şəxsi fondunu yaratmaqdan ötrü həyat yoldaşına müraciət etməyə çətinlik 

çəkirdik.Fikirləşirdik, onunçün ağır olar.Bu fondu yaradarkən səkkizğ saatlıq iş 

günü azlıq edirdi.Sənədlərin hamısını bir gündə sahmana salmaq isətyəirdik.Bu, 

mümkün deyildi.İndi mən həmin hissləri keçirirəm… İstəyirəm acgözlüklə bir 

dəqiqənin içərisində bütün sənədlərin surətini beynimə köçürüm.əlbəttə, mən Əli 

Kərimi öyrənmək üçün arxivə baxmırdım.Sadəcə olaraq onun ürəyinin qanı ilə 

yazdığı vərəqlərə toxunmaq istəyirdim.Bəri başdan deyim ki, Əli Kərimin şəxsi 

fonduna baxdıqdan sonra əvvəllər onun haqqında yazdıqlarımla bunları 

tutuşdurmamışam.Özümə xəya-nət etmək istəmədim.Əvvəlcə Əli Kərimin 

zarafatyana yazılmış bir məktubunu oxuyaq.Orada məşhur «Qayıt» şeirinin 

yaranma tarixi ilə tanış oluruq.mək-tubu kiçik ixtisarla verirəm: 

 

«Yoldaş Elza, salam! Məktublarını, şəkillərini, teleqramını aldım.Şəkil-



lərindən çox xoşum gəldi.Məktubların xalturadır.Hər halda, çox sağ ol.geniş 

məktublar yazmağına davam et.gündəliyini gözləyirəm.mən də yazacağam, özü də 

Ağdam dilində.Məktublarında ürəkaçan yerlər çoxdur.xüsusən pozulan yerlər 

xoşuma gəldi.o sözləri pozmaqda cinayət işlətmisən.Nə isə… zarafat edirəm. 

 

Dünən maraqlı bir hadisə oldu.Düz «həmin yerdə» qırmızı donlu,sənə 



oxşayan (sən ona yox a, o sənə oxşayır) bir qız dayanmışdı.Mən də kinoya girmək 

istəyirdim.Yaxınlaşdım.Sən idin.Lap yaxınlaşdım.O idi.Təəssüf elədim.Yadıma 

sənin əlini yanına salıb, başını da azca yana əyib mənə yaxınlaşmağın düşdü.Nə 



 

79 


vaxt saat 5 - də oraya gələcəksən? De görüm, özün necəsən, nə oxuyursan.Sənə 

hansı kitab lazımdırsa yaz. 

 

Mənim həyatımda yenilik yoxdur.Xırda lirik şeirlər yazıram.gələn mək-



tubumda birini sənə göndərəcəyəm.Adı «qayıt» dır.Povesti işləməyə başlamı-

şam.orada sənə aid yerlər də var, mənim Elzam. 

 

Mənim bu məktubum da xaltura kimi oldu.Məktubu işdən yazıram: işim 



çox, məktub yazmağa həvəs də çox, vaxt az.Yazmışdın ki, Sonaya salam de.Mən 

onu harada görə bilərəm ki?! Elə bu dəqiqə ağlıma gəldi ki, zəng eləmək olar. 

«mənəm gülməli?» Mənə niyə belə deyirdin? Səbəbini yazmalı-san.Axı, sən ağıllı 

qızsan. 


 

Özü də sözə baxan qızsan.Hıı? Əvvəllər sözə baxan qız idin.O gözəl yerləri 

gəzəndə məni də yadına sal.Eqoist olma.Yaxşı? Eşidirsən? 

 

Mən ancaq bu ayın axırında biləcəyəm, hara getməliyəm.Burada qalmaq 



istəyirəm.Bakı ətrafında bir yerə getmək pis olmazdı.Görək nə olur.bəlkə ora-lara 

da gəlib sizin «qonağınız» oldum.Amma qorxuram qəbul etməyəsiniz.Xü-susən 

sən.Birdən dedin ki, mən mən bu «naməlum şəxsi» tanımıram.Yaxşı, qaşqabağını 

tökmə, gəlmərəm.Sən orda nə qədər qalmaq fikrindəsən?Həmi-şəlik, yoxsa saat 5 - 

ə qədər? Orada o qədər qalacaqsan ki, gələndə nə məni sən tapacaqsan, nə də sən 

məni «həmin yerdə» görəndə dayanacaqsan.Heç olmasa bu qış gəl.Nə isə, hələlik 

bu qədər.Öpürəm səni bütün burada olmadığın günlə-rin hesabına.Rəfiqələrin 

varsa, salam de, yoxdursa, olanda deyərsən».15.VÛÛ - 1001 - miladi  ci 

il.Nizameyi - Kinoteatr şəhri, antekostonovka mahalı.Namə çapar vasitəsilə 

göndərilir Şuşa xanlığında Elza xanıma». 

 

Əli Kərim imza yerinə bu sözləri yazıb: «Gülməli», «Birtəhər»… Əli». 



 

Əli Kərimin Elzaya ikinci məktubu birincindən kəskin dərəcədə fərqlə-

nir.Doğrudur, onlar müxtəlif illərdə. Üzr istəyirəm, müxtəlif «rollarda» yazı-

lıb.Dəyişilməyən Əli Kərimin təbiiliyidir.Onun sevinci də ürəkdəndir, kədəri 

də.Mən vaxtilə Elza xanımla söhbət zamanı ona belə bir sual vermişdim: «Əli 

Kərim mürəkkəb xasiyyətli adam idimi? Tez - tez əsəbiləşirdimi?» Hətta 

«nümunə» üçün Lev Tolstoyun həyatından misal çəkmişdim. 

 

Lev Tolstoy haqqındakı yazılarda qəribə bir təzadla rastlaşmaq olur.O, 



arvadı Sofya Andreyevna haqqında bir yerdə deyir: «Yazıram və yuxarıdan 

arvadımın səsini eşidirəm.mən onu dünyada hamıdan çox sevirəm.34 il yaşa-

mışam, hələ də bilmirdim ki, belə sevmək olar və bu cür xöşbəxt olmaq müm-

kündür».Başqa bir yerdə isə Lev Tolstoy deyir: «Sofya Andreyevnanı və 

ümumiyyətlə bütün qadınları görmək istəmirəm! Öləcəyəm, məni tabuta 

qoyacaqlar, üstünün qapağını da bağlayacaqlar və mən birdən sıçrayaraq hər şeyi 

kənara atıb Sofya Andreyevnanın üstünə qışqıracağam: «Sənə nifrət edi-rəm!» 

 

Sofya Andreyevna isə belə yazır: «mən lev nikolayeviçlə qırx səkkiz il 



yaşadım, yenə də bilmədim ki, o necə adamdır».Bununla belə, S.Andreyevna hər 

gün ərinin qəbrini ziyarət etməyə gedirdi.Ümumiyyətlə, L.Tolstoyun sözlə-rindən 

açıq hiss olunur ki, o evlənməyinə çox peşiman imiş.O deyirdi ki, insanlar bir - 

birinə mane olmaq üçün evlənirlər.İki özgə adam bir - birilə rastlaşır, görüşür və 

əsrlər boyu bir - birləri üçün özgə olaraq qalırlar. 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə