Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

 

70 


baxırdılar.Qəfil ayrılıqdan sarsılan adamlar böyük kədərə baş əyir,tabe 

olurdular.Heç kəsə əyilməyənlər kədərə müticəsinə baş əyirdilər! 

 

Heç kəsin: nə qohumlarının, nə də dostlarının ürəyi gəlirdi ki, «götürək» 



deyib Əlini «yerdən qaldırmağı» birinci təklif etsin.Hamı elə bilirdi, kim bunu 

birinci təklif etsə, onu «daşürəkli» adlandıracaqlar.Yubadırlar bu kədərli 

dəqiqələrin ömrünü.Əli üçün hələ Bakıda da qəbir qazılmışdı.Burada da onu dəfn 

etməyə tələsməmişdilər.Bəhanə gətirmişdilər ki, Əlinin məzar qonşuları, nədənsə, 

ürəklərindən olan adamlar deyillər.Cənazəni Göyçaya gətirmişdi-lər.Bu Rəsul 

Rzanın da ürəyindən olmuşdu.Daha doğrusu, qohumları bildi-rəndə ki,Əlinin 

cənazəsini Göyçaya «qaçırmaq» istəyirlər,Rəsul Rza demişdi ki, təlaş nəyə lazım? 

Aparacağıq! Əlbəttə, Əlinin dəfni ilə əlaqədar ailə üzvləri,qohumları hər işdə Rəsul 

Rza ilə məsləhətləşirdilər…Əvvəlcə istədilər Əli Kərimi atası ilə yanaşı - Potu 

kəndindəki qəbristanlıqda dəfn etsinlər. «Qonşuluqda» yer olmadı.Qəbristanlığın 

aşağa başında qəbir qazdılar.Bu da heç kəsin ürəyindən deyildi: «Madam atası ilə 

yanaşı düşmür, daha qəbristan-lığın aşağa başında  niyə basdırırıq?!» Kim bilir, 

bəlkə də bu vasvasılıqla Əlini torpağa qıymırdılar.Yaxşı ki, Rəsul Rza da burada 

idi.Fikirlərini Göyçayın rəhbər təşkilatlarına dedilər.İndi Əlinin dəfn olunduğu yeri 

məslshst gördülər. 

 

Göyçay hələ heç vaxt belə kədər libasına bürünməmişdi.Heç vaxt belə 



hüznlü günlər görməmişdi.Şair - curnalist dostum Məzahir Əhmədoğlu o günü belə 

xatırlayır: 

 

- Sağlığında Əli Kərimi bir dəfə görmüşdüm.Malik müəllim Göyçayda onu 



mənə göstərmişdi.O,Əli kərimin atasını da yaxşı tanıyır.Onda Malik müəllim 

maşın tutub Ə.Kərimi evlərinə yola salırdı.Əlinin ölüm xəbərini eşidəndə isə 

çaşbaş qaldım: axı mən onunla hələ doyunca söhbət etməmişdim. 

Bizim Göyçayda adətdir: cənazə aparılarkən həyətlərdəki qız - gəlinlər bu 

mərasimə açıq - aydın tamaşa etmirlər.Necə deyərlər, gözlərinin ucu ilə, elə bil 

gizlicə baxırlar.Amma onda heç kəs kədərini gizlətmirdi.Gedə bilənlər axına 

qoşulurdular, gedə bilməyənlər isə çıxıb qapıda, yol üstündə ağlayırdılar.Əli Kərim 

hamı üçün məhrəm adam idi.Əli Kərimin kim olduğunu hamı elə bil məhz həmin 

gün başa düşmüşdü.Küçələrdə o qədər adam vardı və bu çoxluq o qədər sükut, 

kədər yaratmışdı - ayaq səsləri aydın eşidilirdi.Elə bil hamının Əli kərimə mənəvi 

borcu vardı - son borcunu verməyə gəlmişdi.mən onda ağlamayan adama rast 

gəlmədim.Bir az əvvəl yağış da yağmışdı - bu da təbiətin göz yaşları idi.Yol boyu 

yerli musiqiçilər «Bayatı - Kürd», «Dəşti» çalırdılar.Gəlib çatdıq Əli Kərimin dəfn 

olunacağı yerə - Avran dərəsinin, Bozdağın yaxınlığındakı düzəngaha. Matəm 

mitinqi oldu…Vəsiyyətinə görə məzarına kağız - qələm qoydular.Sonralar mən bir 

şeir yazdım - epitafiya. 

 

«Əli kərimin indiki yerdə dəfn olunması taleyin qisməti, alın yazısıymış» - 



bunu mənə Əlinin qohumlarından biri dedi.Hansı şəhəri göyçaya oxşadırsınızsa - 

oxşadın, amma göyçayı heç bir şəhərə oxşatmaq olmaz.Təkcə ona görə yox ki,Hər 

işidən qabaq mən Göyçaya Əli Kərimin gözüylə baxıram, ona görə ki, bu 

dediklərimin nə dərəcədə doğru olduğunu sübuta yetirmək üçün haçansa yolunuzu 

bu yerə sala bilərsiniz. 



 

71 


 

…Göyçayda dəfələrlə olmuşam.Həmişəki kimi bu dəfəki gəlişim də Əli 

Kərimlə bağlı idi.Məqsədim onun doğma yurdla bağlı uşaqlıq illəri haqqında 

bilmədiklərimi öyrənməkdi.Bilirdim, Əlinin Göyçayda bacısı, qohumları 

yaşayır.bilmirdim ki, onların gözünə necə görünəcəyəm, necə danışacağam ki, 

onlar Əli Kərimin vəfatını 16 ildən sonra təzədən yaşamasınlar… 

 

Əli kərimin bacısı Əminənin mənə ilk sözü bu oldu: «Allah elə bil qəsdən 



məni sağ qoyub ki,əzizlərimizin ağrısını,niskilini çəkim».Bu sözlə Əminə yalnız 

atasını, anasını və qardaşı Əlini nəzərdə tutmurdu.Əli kərim «Atamın xatirəsi» 

Şeirində yazırdı: 

 

O sərt idi.Səhər dərsə tələsəndə mən



Bildirməzdi yolda durub boylandığını 

Bircə dəfə söz açmazdı qəlbindəkindən, 

Söyləməzdi övlad üçün çox yandığını. 

 

 



Adətən,biz,valideynlərin övladlarını  necə əzizləmələrindən danışırıq.Bu-

rada isə əksinə.Valideynin sərtliyindən söhbət gedir.Niyə? Özü də Əli Kərim, şeiri 

elə - belə yazmamışdı.Həyatda gördüyünü yazmışdı.tez - tez bacısı Əmi-nəyə də 

deyərdi: «Ay bacı, Paşam (atasına belə müraciət edərmiş) bizə yaman 

sərtdir».Övladlarına qarşı atanın bu «sərtliyinin» öz mənası vardı.Paşa kişinin 

uşaqları nədənsə, iki və ya iki yaş yarımdan çox yaşamazdılar.Bu yaş sərhəd-dini 

ilk dəfə Əli pozub. «Qoy istəyimi nə Allah bilsin, nə də uşaq özü.Bəlkə onda 

balalarım salamat qaldı», - deyə düşünən paşa kişi, doğrudan da, istəyini büruzə 

vermirdi.Üstəlik Əlinin bəzi qeyri - adi hərəkətləri onu hövsələdən çıxarırdı… 

 

Əli dördüncü sinifdə oxuyurdu.Nədənsə,uşaq gecə tez -tez yuxudan ayı-lıb 



öz - özünə danışırdı.Uşağın bu hərəkəti onsuz da sərt olan atanı bir az da 

əsəbiləşdirirdi.bir dəfə gecə yarısı Əli divara iki bəndlik şeir yazmışdı.Buna iki cür 

«diaqnoz» qoydular: uşaq sarılıq xəstəliyinə tutulub, sayıqlayır, onu qəfil-dən 

qorxutmaq lazımdır,Paşa kişi uşağı qorxutmaq üçün qəribə üsul tapdı: «Nə öz - 

özünə danışırsan? Kitablarını da yandıracağam, oxuya bilməyəcək-sən». 

 

Əlinin rəngi sapsarı saralmışdı.amma busarılıq,o sarılıqdan deyildi.Qon 



-şu arvadı Xədicənin dediyi fikir düz çıxdı: «Ay balam, nə istəyirsiz bu uşaqdan? 

Haqq vergisidir…» 

 

Gələcəyi gözləmək lazım gəlmədi.Bu fikrin doğruluğunu Əli elə o vaxtlar 



təsdiq etdi.Şeir yazmaqdan əl çəkmədi.Əlbəttə, o günlər kağızın bol  vaxtıda 

deyildi ki,hər düşündüyünü yazıb saxlayasan.Yaşıdları ona dinclik vermirdi-lər: 

«Əli, sən allah, bir şeir oxu».Əli də qəlblərinə dəyməzdi tay - tuşlarının. 

Oxuyardı «yazdıqlarını»: 

 

Ağ qoyun, qara qoyun, 



Başınızı yerə qoyun. 

 

 



Bəziləri küsərdilərƏlinin bu «istiotlu» zarafatlarından.Küsərdilər, amma tez 

də barışardılar.Çünki nə onlar Əlisiz, nə dəƏli onlarsız dözə bilərdilər… 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə