Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

 

72 


 

Əli Kərimin «Zoya kimi» adlı bir şeiri var.Bu onun ilk şeirlərindəndir. 

Bacısı Əminəyə ithaf edib:  

 

Əziz bacım, can bacım, 



Mənim mehriban bacım! 

Baxıb o şən çöhrənə qardaşın da bilir ki, 

Bu günkü dərslərini bilirsən Zoya kimi. 

Sanıram ki, dağların bulud yaran başıyam. 

Zoyanın qardaşıyam. 

Əziz bacım, can bacım. Hər işin Zoya kimi

Gedişin Zoya kimi, 

Gəlişin Zoya kimi. 

 

 

İndi bacısının «o şən çöhrəsindən» əsər - əlamət qalmayıb.mənə elə gəlir, 



dünyanın ən kədərli adamlarından biri Əminə bacıdır.Mənə elə gəlir, onun kə-dərli 

gözləri daim qardaşını axtarır: «Bacın səni arzular, heç gəlmirsən tuş, qardaş!» Ən 

xöşbəxt ailə həyatı da qardaşını itirmiş bacıya təsəlli ola bil-məz.Hələ Əli Kərim 

kimi bir qardaş itirəsən! Əminə bacının uşaqları boya - başa çatıb, lazımi təhsil 

alıblar, sevimli işləri var.Təranə müəllimə deyir: «Adı-mı dayım qoyub».İqtisadçı 

Vaqif deyir ki, «dayımla, bax o ağacın altında otururduq».Bu sözlərin kədər yükü 

çoxdur, yoxsa sevinc yükü?.. 

 

Gecmi - tezmi Əminə bacıdan soruşacaqdım: Əli ilə bağlı hansı yadigar 



şeylər qalıb? 

 

Nədənsə bu sualı yubadır və Əli haqqında özüm danışırdım.Danışırdım ki, 



bu gün Əlinin oxuduğu məktəbdə də olmuşam, cənazəsinin yuyulduğu məs-ciddə 

də.Adını daşıyan küçəni də ziyarət etmişəm, yaşıllıqlır qoynunda yerlə-şən 

məzvrını da.Onu tanıyanlarla da söhbət etmişəm, «tanımayanlarla» da.Nə-dənsə, 

Əminə bacı elə bildi, bununla demək istəyirəm ki,görün, Əlinin xətrini necə əziz 

tuturam! Bəlkə bununçün o dedi: «Bilirsiz, siz cavanlar Əlini niyə çox istəyirsiz? - 

Çünki o da sizi çox istəyirdi». 

 

Mən, əzizini itirmiş çox adamlar görmüşəm.Gizlətmirəm, onların elələri 



olub ki, öz sözləri ilə məndə ikrah hissi doğurublar: «Allah elə bizimkini gör-dü,o 

qədər ölməlilər vardı.Heç kəsə bir şey olmur.Gör, heç…filankəslərin bur-nu da 

qanamır, amma bizimki…» 

 

Əli Kərimin ailə üzvləri, qohumları isə heç vaxt buna bənzər fikir işlət-



mirdilər.Əlbəttə, bu Əlinin öz tərbiyəsindən irəli gələn keyfiyyət idi: o, heç kə-sin 

pisliyini, heç kəsin ölümünü istəməzdi.Bəlkə elə Əli Kərim yanğısı da bura-dan 

yaranır.O, hamı üçün yanırdı.indi də hamı onunçün yanır.Heç kəsi ürək-dən 

istəməyəni heç kəs ürəkdən sevməz.Bu hamıya bəllidir.Tək özünü istəyən-ləri heç 

özününkülər də ürəkdən sevmir. 

 

- Əli dərdini, ağrısını başqalarından gizlədən idi.Elə bil utanırdı bun-dan.Heç 



cür razı deyildi, mən də onunla xəstəxanaya gedəm. «Əminə, sən gəl-mə, get 

imtahanlara hazırlaş» - deyirdi.O vaxt APİ - nin dördüncü kursunda 




 

73 


oxuyurdum.Əli imtahan vaxtı xəstələnmişdi.Ümumiyyətlə, mən həmişə imta-han 

vaxtı Əligildə  qalardım.Bir dəfə də  növbəti  yay  sessiyasına   getmişdim. 

Gördüm qapıları bağlıdır.Deməli, ailədə nə isə mübahisələri olub.Getdim Əli-nin iş 

yerinə.Elə mən qapıdan girəndə gördüm, qəzetə bükülmüş çörək, pomi-dor, xiyar 

çıxardıb yemək istəyir.Məni görən kimi tez «süfrəsini» yığışdırmaq istədi. 

«Utanma, utanma, dedim, - bu nə gündür?» - «Nə gün olacaq, çörək yemək 

istəyirdim» - dedi. 

 

Otağının açarını istədim.Ciblərini çox axtardı, nəhayət açarı tapıb verdi: 



«Yenə də məni günahkar bilirsən? Get dincəl, mən də bir azdan gələcəyəm» - 

dedi… 


 

Sonra Əli kərimlə bağlı yadigarları gətirdilər.Burada Əlinin rus dilində çıxan 

ilk kitabı, vəfatından sonra buraxılan «Səfərdən sonra» kitabı,nekroloqu dərc 

olunan qəzet və daha nələr vardı; çoxunda Əli kərimin şeirləri dərc 

olunmuşdu.Şəkillər də vardı.Əlinin qayğısız illərindən yadigar və ömrünün son  

günü - dəfni ilə bağlı şəkillər.Əminə bacı qardaşının  bir neçə məktubunu da 

qoruyub saxlayıb.O, tükürpədici bir kədərlə kağızların arasından çıxardığı dəsmalı 

mənə uzatdı: «Əlinin son dəsmalıdır, xəstəxanada yatanda ondan istifadə 

edib».İlahi, sən bu günahını nə ilə yuya bilərsən ki, bacı, qardaş əvəzi-nə gör nədən 

təsəlli alır?! 

Əminə bacının hərəkətlərinə göz qoyuram.Bu dəqiqə onun ürəyi hön-kürtü ilə 

ağlayır.Adam göz yaşı tökmədən necə də ağlayarmış: 

 

Qardaş ölsə zülümdür. 



Gülümdür, bülbülümdür 

Bacı qardaşa qurban 

 Qardaş ölsə zülümdür. 

 

 



Bu kədər buzunu qırmaq üçün kağızların arasından götürdüyüm kiçik bir 

vərəqdəki yazını oxuyuram: «biz səni ziyarətə gəlmişik.Əli! Sən bizim ən gözəl 

şairimiz və mehriban dostumuzsan.sənə eşq olsun,Əli!» İslam səfərli, Nə-riman 

Həsənzadə… və başqaları 15/ÕI.69». 

 

Əminə bacı izahat verir: «Qəbrinin üstünə gül qoymuşdular.Bu kağız da 



gülün altındaydı, ordan götürmüşəm».Görün, Əli Kərimin bacısı nədən təsəlli 

tapır! Əli Kərimin bacısı nəyə möhtacdır! Mənə elə gəlir,Əli Kərimin vəfatın-dan 

doğan kədəri hələ heç kəs olduğu kimi ifadə etməyib.Heç kəs bununçün tutarlı bir 

ifadə tapmayıb, tapa bilməyəcək! 

 

Əli Kərimin bacısına yazdığı bir məktubdan sətirlər: 



 

«Əziz bacım Əminə! Salamlar.məktubunu aldım, çox qəmləndim,bütün 

günü başım ağrıdı.Siz gərək inanasız ki, mənim bütün o işlərdən xəbərim 

yoxdur.Taqsır evsizlikdədir… 

 

Nə isə… sonra sən yazırsan ki, mən sənə soyuğam.Mən bu sözlərdən çox 



dilxor oldum.Mənim səndən başqa kimim vardır? Niyə mən sənə soyuğam? Zərər 

yoxdur.Vaxt olar ki, shv etdiyini başa düşərsən». 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə