Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə26/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

 

57 


 

- Yox, daha nikbin şeir lazımdır. 

 

- Elza xanım, məncə, Əli Kərimin yaradacalağandan istədiyiniz misraları 



onun abidəsinə yazdıra bilərsiniz.Siz, adi şeirlər arasından ən yaxşısını axtar-

mırsınız, gözəl şeirlər içərisindən ən adisini axtarırsınız.Üzr istəyirəm, elə bil siz 

istədiyiniz şeiri dəqiq tapa bilsəniz,Əli Kərimə yaxşı imtahan verəcək-siniz.Bütün 

bunlar Əli Kərimin yaradıcılığı kimi, özü kimi, məhəbbəti kimi təbiidir.Bizi Əlinin 

ölümü kədərləndirirsə, onun ölməzliyi, əbədiliyi də təsəlli 

verir.Gizlətmirəm,əvvəlcə elə bilirdim,Əli Kərim haqqında hər şeyi bilirəm. onu 

öyrənmək üçün heç kəsə müraciət etməyə ehtiyacım yoxdur.Necə də yanılırmışam! 

 

- Üzr istəyirəm, Elza xanım, sizinlə söhbət üçün özlüyümdə yarım saat vaxt 



ayırmışdım.Elə bilirdim, bizim heç birimizin əsəbləri bu gərginliyə uzun müddət 

dözə bilməz.Budur, bir neçə dəfədir sizinlə söhbət edirik, amma Əlidən ayrıla 

bilmirik.Bu bir neçə gündə mənə aydın oldu ki, bir oxucu kimi Əli kərimin 

qarşısında hələ nə qədər borcum varmış! Hiss etdim ki, onun haqqında bəzi şeyləri 

bilmədən, bu neçə vaxt qələm çalmağa haqqım yoxmuş! Onun ömrünün bəzi 

anlarını bilmədən, öyrənmədən mənim sevgim, şubhəsiz yarımçıq qalardı. 

 

- Fərz edək, Əli kərim haqqında heç bir şey bilmirəm, amma çox şey öy-



rənmək istəyirəm.Bunun üçün kimlərlə görüşsəm yaxşıdır? Başqa sözlə de-sək,Əli 

Kərim kimlərlə daha çox yaxınlıq, dostluq edirdi? 

 

- Kim sənə desə Əli ilə yaxınlıq etmişəm, dost olmuşam, inan.Amma onun 



bir xasiyyəti vardı: hər adamla dostluq etmirdi, hər adamı evinə gətirmirdi.Hansı 

dostundan incisəydi, bir də onunla yaxınlıq etməzdi. 

 

- Madam, söhbət Əlinin dostlarından düşdü, ondan sonra işiniz dara düşəndə 



gözləriniz kimi axtarır? Harayınıza kim çatır? 

 

Kövrəlir.Ürəyində bəlkə də məni qınayır ki, bu nə naşı sualdır verdin? 



 

- Gözlərim də, ürəyim də hələ onu axtarır.Amma bir də görürəm…dos-tları 

harayıma çatdılar: Altay Məmmədov, Fikrət Qoca…Sən təsəvvürünə gə-tirməzsən 

kişisiz evin qayğılarını.Bəzən asan iş də adama çətin görünür.Bə-ziləri bəlkə də 

belə şeyləri  demək istəməzlər.Amma niyə də deməyəsən? Mə-nim xəbərim olmur, 

bir də görürəm Altay Məmmədov uşaqlara paltar alır.İna-nın, söhbət puldan, 

əşyadan getmir.Mənimçün təsəllidir ki, Əlinin dostları var.Dost, adama ölümündən 

sonra daha çox lazım olurmuş!.. 

 

…Üzünü yana çevirir ki, göz yaşlarını görməyim.Elə bil Əli Kərimin misrası 



haray qoparır: «Qayt, sahmana sal bu kainatı!» 

 

 



 

 

«GEDƏRƏM…DÖNƏRƏM YENƏ DƏ GERİ…» 



 

 

 



Elə bilirdim Əli Kərim haqqında heç kəsdən bir söz soruşmağa ehtiyacım 

yoxdur.Onunla tanış olduğum üç ildə həyatına aid nə lazımdırsa, hamısını 

bilirəm.Necə də yanılırmışam! Elza xanımla söhbət etdiyim btr neçə gün ərzində 

səhvimi anladım.Anladım ki, on il Əli kərimlə ömür - gün yoldaşı olmuş bir 

adamın məndən də çox deməyə sözü var! Sevinirdim:Elza xanım Əlini duya bilib, 

tanıya bilib.Üzr istəyirəm, mən başqa bir qadının Əli Kərimi belə duya bilməsini 




 

58 


təsəvvürümə gətirə bilmirəm.Belə bir qadının ola biləcəyi-nə inanmıram! Elza 

xanımın söhbətləri mənə niyə xoş gəlirdi?! Ona görə ki,o, bu söhbətlərində özünü 

«gizlətməyi» bacarırdı.Onun məqsədi (əlbəttə, bu ilk növbədə mənim məqsədim 

idi) öz dedikləri ilə yox,Əli Kərimin dedikləri ilə məni tanış etmək idi.  

 

Eşitmişdim, Elza xanım vaxtilə şeir yazıb.Amma ilk söhbətimizdə bunu 



boynuna almadı.Sonrakı söhbətlərimizdə isə etiraf etsə də, bu haqda yazmağı-mı 

«eyib» bildi.Əli kərim haqqında nə qədər çox şey öyrənirdimsə, bir o qədər də 

həyatın və həyatımın qədrini bilirdim.mənə elə gəlirdi,Əli haqqında nə qədər çox 

şey öyrənirəm, bir o qədər ona yaxınlaşıram! Elə bilirəm, Elza xanımla söhbət 

etdikcə,Əli kərimi öyrəndikcə yol gedirəm.Bu yol,Əli Kərimin həyatını tam 

öyrənməyincə qurtarmayacaq.Onun haqqında hər şeyi öyrəndikdən sonra bu yol 

qurtaracaq və nəhayət,mən Əli Kərimlə görüşəcək, onunla üzbəüz 

dayanacağam.Uzun müddət ayrıldıqdan sonra biz… ilk dəfə üz - üzə dayanacağıq! 

 

Elza xanıma qəribə bir sual verdim: 



 

- Elza xanım, fərz edək,Əli Kərim sağdır, ona nə deyərdiniz, nə məsləhət 

görərdiniz? Yəqin ki, onun öz sözünü yada salardınız: «Canınızın qədrini bi-lin». 

 

- Ona heç bir şey deməzdim.Bir dəfə oğlanlarına baxmaq onunçün hər 



sözdən, məsləhətdən qiymətli olardı. 

 

- Elza xanım, ilk söhbətimizdən bir neçə ay keçir.Bu vaxt bizə dincəl-



məkdən ötrü yox, yenidən ehtiyac duyub söhbətə qayıtmaq üçün lazım idi.Tə-

biidir, bu vaxt ərzində hər ikimiz Əli Kərimlə təklikdə «görüşüb», «söhbət 

etmişik».Gizlətmirəm, hər gün sizinlə görüşüb heç olmasa Əli haqqında bir söz 

eşitmək istərdim.Məncə, Sizin Əli haqqında söhbətiniz heç vaxt qurtarmaz. 

 

…Elza xanım, Əli kərimin sizə verdiyi hədiyyələrdən,yadigarlardan və 



yaxud onun özünə verilmiş hədiyyələrdən hansı sizə daha çox əzizdir? 

 

- Əli əşyabaz deyildi.Ora yazmaq üçün demirəm, elə söhbət edirəm ki



düzgün təsəvvürün olsun.Bir dəfə Rəsul Rza ona xaricdən gətirdiyi bir qalstuk 

bağışlamışdı.Çox bahalı qalstuk idi, amma Əli özü də bilmirdi onu harda iti-rib.Bu, 

bağışlayan adama yox, əşyaya etinasızlıqdan irəli gəlir.Bunu sənə bir neçə ay 

bundan qabaqkı söhbətimizdə də demişəm.Əli gəzməyi çox xoşlar-dı.Yessentukidə 

aldığı dolça və bir piyalə həmişə əziz bir yadigar kimi gözü-müzün 

qabağındadır.Piyaladə həmişə çay içərdi.Sonuncu dəfə şərab içib, bir az piyalədə 

artığı qalıb və şərab orada quruyub.Yumamışıq. indi də eləcə 

qalır.Yumayacağam… 

 

Əli bütün bayramlarda bizə hədiyyə alardı.Biz də onu ad günündə hədiy-yə 



ilə təbrik edirdik. Anam ona paltar almağı xoşlardı.Bir dəfə anam mağazaya girib 

görür ki, yaxşı kişi köynəkləri satırlar.Növbəyə dayanır,birini Əli üçün alsın.Birdən 

yadına düşür ki, axı Əli…vəfat edib.Özünü saxlaya bilməyib ağlayır.Sonra da bunu 

bilə - bilə Əlinin ölçüsündə köynək alır ki, qoy heç olmasa Paşa geyinsin.Anam 

deyir: «Evdə krandan su axır, elə bilirəm, «Əli», «Əli» deyə çağırır». 

 

- Siz mənim bir sualımı qabaqladınız.Amma danışdığımız hadisə Sizinlə 



əlaqədar baş vermədiyinə görə sualımı verməkdən çəkinmirəm.Üzr istəyi-

rəm,Əlinin ölümünü unutduğunuz dəqiqələr olubmu? Bəlkə onu çağırmısınız, ona 

bir söz demək istəmisiniz və yaxud onunçün bir şey almısınız? Belə hallar, məncə, 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə