Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

 

38 


 

Əli Kərim Göyçayda anadan olub, Göyçayda da dəfn olunub.Anadan olduğu 

evlə məzarı arasındakı məsafə çox da uzaq deyil.Ömrü kimi.Amma onun məzarını 

çox uzaqlardan ziyarət etməyə gələnlər də var… 

 

Bir dəfə sibirli şairlərlə Göyçaya, Əli Kərimin qəbrini ziyarət etməyə 



getmişdik.Hələ Novosibirsk şəhərində olanda sibirli dostlarımız  xahiş etmişdilər 

ki, yolları Azərbaycana düşsə, mütləq Əli Kərimin məzarını onlara göstərək.Hər 

şeydən əvvəl, axı, biz Əli Kərim adına poeziya klubunun adından Sibirə 

getmişdik.Sibirli dostlarımızı da həmin klubun adından Sumqayıta dəvət edirdik. 

 

Yadımdadır, onda mən Əlinin doğulduğu ili, vəfat etdiyi ayı, günü, saatı 



onlara demişdim.Biz Göyçayda olanda Əlinin qəbrini ziyarət edərkən sibirli şair 

dostum Valentin Dyomin qolumdan tutub məni kənara çəkdi.Başqaları eşitməsin 

deyə yavaşcadan soruşdu: 

 

- Bəs sən deyirdin Əli Kərim iyunun 30 - da vəfat edib? 



 

- Necə məgər? Düz deməmişəm? 

 

- Axı,Əlinin başdaşında 2 iyul yazılıb? 



 

- Ola bilməz.Səhvdir. 

 

- Nə danışırsan? Ora bax. 



 

Qəribə haldır, bu vaxta qədər başdaşındakı yazıya baxmağa cürət etmə-

mişdim.İndi baxdım.Valentin düz deyirdi.Amma orada Əlinin vəfat etdiyi yox

dəfn olunduğu gün göstərilmişdi. Dəfn olunduğu gün! Özüm də bilmədim, bu sözü 

nə vaxt dedim.Əli Kərimi dəfn etmək olmaz! Bunu Valentinə dedikdən sonra, onun 

səsindəki narahatlıq, gözlərindəki inamsızlıq, intizar yox oldu. 

 

Bəlkə sibirli dostum Valentin Dyomindən soruşsan ki, filan sibirli şair nə 



vaxt vəfat edib, o, dəqiq cavab verə bilməz.Lakin bir dəfə deməklə (özü də neçə ay 

əvvəl) Əli Kərim filan gündə vəfat edib, o, başdaşındakı rəqəmə etinasızlıqla 

baxmayıb,Əli haqqında deyilən sözləri unutmayıb.Bu maraq, bu dəqiqlik,Əli 

Kərimin poeziyası xatirinə idi.Axı, sibirli dostlarımız Əlinin rus dilində çıxan 

kitabındakı şeirlərlə tanış idilər. 

 

Biz Göyçayda olan gün yerli qəzet sibirli qonaqların şeirləri ilə yanaşı,Əlinin 



də şeirlərini və şəklini vermişdi.Qonaqlar böyük maraqla, ehti-rasla tələb edirdilər 

ki, Əli Kərimin yazılarını buradada, necə deyərlər, birnəfəsə sətri tərcümə edək.Biz 

buna sevinirdik.Çünki Əlinin zəif şeiri yoxdur ki, tərcüməsi də zəif çıxsın.Əlinin 

zəif şeiri yoxdur ki, onu tərcümə etməyə uta-nasan… 

 

Ey Əli, yoxsa ki, inanmadın sən, 



Yar səni sevməyir guya bilmirsən! 

Başı yerə qoyub niyə ölmürsən, 

Beş qarış yer yoxmu, kəfən yoxmudur? 

 

 



Bu misraları tərcümə edərkən Valentin Dyomin, Viktor Kreşşik,Mixail 

Şlyayev - üçü də xahiş etdilər ki, şeirlərin sətri tərcüməsini onlara verim.Bu, adi 

maraq deyildi, poeziyaya vurğunluq idi. 



 

39 


 

Əli Kərimin sağlığında onunla hər şeydən danışırdıq.Təkcə ölümdən baş-qa, 

hər şey yadımıza düşürdü, ölümdən başqa.Deyəsən, ölüm bundan xəbər 

tutdu.Qəzəbləndi.Qəzəbini sınaqdan keçirtdi.Əlinin ömrünü parçalamaqla… 

 

 

 



 

 

 



 

 

 



*** 

 

 



Bir dəfə Əli Kərim oğlu Azərdən danışaraq dedi: 

 

- Azər deyir ki, ata, deyirlər, o uşağın başına söz girmir.Qoy «raqatkanın» 



ucuna iti dəmir bağlayıb sözü də keçirsinlər onun ucuna.Sonra da vursunlar uşağın 

başına.Görəsən, onda söz onun başına keçər, ya yox? Mən də gülüb deyirəm: - 

Keçər oğlum, keçər.Vallah, öz oğlum olduğuna görə demirəm; sən, uşağın 

düşüncəsini, ağlını görürsən?.. 

 

Əli Kərimi yaxından tanıyanlardan biri (o, vəzifəli şəxs idi) bir dəfə 



Sumqayıtda olarkən, necə oldusa, sözarası ona dedi: 

 

- Əli, adam da öldürsən, səni dardan qurtararam.Uzaqbaşı, deyərəm ki, mən 



öldürmüşəm. 

 

Əli Kərim gülümsəyib dedi: 



 

- Vallah, düşmənim olsa da, heç kəsi öldürmək istəmirəm.Öz aramız-dır,elə 

sən də bilirsən: adam öldürən deyiləm.Onunçün bu sözü mənə deyir-sən… 

 

Əli Kərim çox vaxt deyərdi: «Ürəyimdə bir dərdim var,Bilmirəm onu hara 



sərf edim?» Əli Kərim demək istəyirdi ki, yəni bu dərdə layiq hansı əsəri yazım?! 

Və necə yazım? Yazacağım əsər ürəyimdəki dərdimə layiq olarmı? Əli Kərim 

deyərdi ki, yazıçı, ürəyində tutduğu niyyəti olduğu kimi verə bilmir.Yazı 

prosesində nə isə itirir.Belə olmasaydı, çoxları dahi olardı… 

 

Əli Kərim «dərd» deyəndə, doğrudan da, ürəyində dərd olduğunu demirdi.O, 



üərəyindəkiləri - deyə bilmədiyi, demək istədiyi sözləri «dərd» kimi qəbul edirdi… 

 

Bütün bunlar şəxsən şahidi olduğum, bildiyim hadisələr haqqındakı 



qeydlərdir.Axı onun haqqında çox şey eşitmişəm.Öz sözümə əməl edirəm: «Adam 

eşitdiyini yox, bildiyini yazmalıdır». 

 

Əli Kərimin məzarını ziyarətə gedəndə çalışıram, hamını qabaqlayıb onunla 



birinci mən görüşüm.Əli Kərimin məzarını ziyarət edib evə qayıdarkən istəyirəm 

hamıdan arxada qalıb, onunla söhbət edim.Bilirəm: onun mənə deyi-ləsi sözü 

qalıb.Mənim ona deyiləsi sözüm var.Sözüm var ona: ölümünə görə ondan üzr 

istəyəcəyəm.Tez - tez görüşünə gəlmədiyim üçün ondan üzr istəyəcəyəm.Neçə 

illərdir ürəyimdə ona deyiləsi o qədər söz yığılıb ki…Mən o sözlərin birini də 

burada yazmadım.Yaza bilmədim.Bu sözləri Əli Kərimin özünə demək 

istəyirəm… 

 

 



 

 

 



 

 

*** 



 

 

…Göyçaydayam.Məzarını ziyarətə gəlmişəm, Əli.Yox, yox, bura sənin 



məzarın deyil, son mənzilindir.İş otağındır.Öz sözlərindir: 

 

Baxsan bu dünyanın ha tərəfinə 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə