Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

 

27 


suyu, nə də dağ zirvəsinin qarı ilə müqayisə etmirəm.Onların arasındakı dostluğu 

təmizlikdə yalnız özlərinə oxşatmaq olar.İstər birlikdə, iəstərsə də ayrı - ayrılıqda. 

 

Altay Məmmədovun Rəsul Rzaya bir məktubu var.Məktub Rəsul Rzaya olsa 



da, əvvəldən axıra Əli Kərim haqqındadır.Həmin məktubu təhlil etməyi, nəticə 

çıxarmağı sizin öz öhdənizə buraxıram. 

 

«Əziz və doğma Rəsul müəllim, salam! 



Bu kiçik məktubu yazmaqdan məqsədim sizin diqqətinizi dostum və qardaşım Əli 

Kərimin şəxsi həyatına yönəltməkdir.Onun gözəl şair və insan olmağını  siz çox 

yaxşı bilirsiniz.İş burasındadır ki, Əlinin üzünə irişəsi bəzi bədxahlar onun 

yaradıcılığına irad tuta bilmədiklərindən haqqında saxta lətifələr quraşdırıb, orda - 

burda qeybət edir, ictimaiyyət arasında onu gözdən salmağa, içkibaz kimi qələmə 

verməyə çalışırlar.Halbuki onların çoxu bu sahədə gödən yırtır, amma Əlinin adı 

bədnamdır.Mən heç də Əlini suya çəkmək fikrində deyi-ləm.Əli bəzən ölçü hissini 

itirib kimlə içməyin fərqinə varmır. 

 

Rəsul müəllim, Əli ilə yaşımız eyni olduğuna görə mən ona bu sahədə təsir 



göstərməkdə acizəm.Bir də ki,mən burda, o Bakıda.Həm də bizim dostluq 

müqaviləmizdə belə bir maddə var: «Bir - birimizə nəsihət verməyəcəyik, lazım 

gəlsə qəzəblənməyəcəyik».(Heç Əliyə qəzəblənmək olar?) 

 

Rəsul müəllim, Əli öz həyatını normal qura bilməmişdir.Onun indiyə kimi 



evi yoxdur.Qayınatasıgildə (Montin qəsəbəsində) olurlar.Qeyri millətlərə qayınata 

evində yaşamaq bəlkə də adi bir haldır, lakin bu, hələ bizim ənənə-mizə daxil 

olmamışdır.Müşahidələrim əsasında deyə bilərəm ki,Əlinin arvadı çox gözəl,əzmli, 

savadlı və yüksək zövqlü bir insandır.Əlini çox gözəl başa düşür.İki də qəşəng 

oğlanları var.Əlinin qayınatası da, qayınanası da yaxşı adamlardır.Lakin bütün 

bunlara baxmayaraq Əli özünü orada sərbəst hiss edə bilmir.Bəzən içmək meyli də 

burdan doğur. 

 

İkincisi, Əli görür ki, o qazansa da, qazanmasa da ailə dolanır.Məncə, ailə 



qayğısı  heç də yaradıcı adamı əsas işdən ayırmır.Bəlkə də bu qayğı onu müəyyən 

bir məqsədə yönəldir, intizamlı edir, çalışqan edir, sürətlə iş gördürür və sair…Elə 

etmək lazımdır ki, ailəsinin qayğısını tək Əli özü çəksin.Bunun nəticəsində Əlinin 

haqqındakı xırda - para söhbət də öz - özünə aradan çıxar.Bütün bunlar üçün hər 

şeydən əvvəl Əliyə ev lazımdır…» 

 

İndi özünüz deyin:  adam həmişə belə qayğıkeş, həm də hər şeyi həyatda 



olduğu kimi görə bilən və deyə bilən dostlarla əhatə olunurmu?..Mən bu sözləri 

Altay Məmmədovun Əli Kərimə olan məktubuna da aid etmək istərdim.Daha 

doğrusu, bu məktubdakı sözlər onların bir - birinə olan sonsuz hörmət və 

məhəbbətindən xəbər verir.Bu qayğı, bu məhəbbət təkcə insana aid 

edilməməlidir.O həm də ədəbiyyata göstərilən qayğıdır.Bu qayğıda nə dərəcədə 

böyük tələbkarlıq var! 

 

«Əzizim Əli.Heç bilmirəm, sənə məktub yazmaq haradan ağlıma gəl-di.Yazı 



masasının arxasında oturub fikirləşirdim, gözüm sənin bir curnaldan cırıb 

saxladığım şeirlərinə sataşdı.1952 - ci ildə yazmısan.Bəlkə də həmin şeirlər bu 

məktubun yazılmasına səbəb oldu.Bilmirəm.Bir məsələ yadımdadır ki, on - on iki 

gün bundan əvvəl həmin şeirləri curnaldan qopararkən  belə bir qərara gəldim: 




 

28 


fevralda Bakıda olanda kitabxanadan sənin bütün şeirlərini kartoteka üzrə tapıb 

oxuyacağam.Çünki əlimdə olan şeirlər - «Məlahət», «Ana», «Sevgilimə cavab», 

«Qızın sevgisi» sənin inkişafının istiqamətini müəyyənləşdirmək üçün maraqlıdır. 

 

«Sevgilimə cavab» müəyyən bir poetik fikri ifadə eləsə də, çox qurudur, 



onun əksinə - «Məlahət» çox suludur.Bu suyun içində qığılcım kimi parlayan ifadə 

ilə «Bütün dərslərinə göstərsən həvəs» kimi quru nəsihət də var.Hər halda bugünkü 

Əliyə «Ana» və «Qızın sevgisi» nisbətən daha çox yaxındır.Şeirlərinin bəzilərində 

yumor hakimdir, hamısında epik ünsür, sücet.Bunlara görə yaşasın «Dəllək!» Əli, 

şeirləri kitaba verəndə…» 

 

Məktub burada qurtarsa da, mənimçün bəzi suallar yaranır.Yazını, yarımçıq 



qoyub Kirovabada - yaradıcılığına pərəstiş etdiyim Altay Məmmə-dova zəng 

vururam.İstirahət günüdür, səhər tezdən.Ana - bacı nəvazişli bir səslə mənə 

deyirlər: «Altay yatır, bu dəqiqə oyadaram».Qıymıram.Deyirəm, bir azdan zəng 

vuraram.Kim bilir, bəlkə o, bu an Əli Kərimi yuxuda görür-müş! Kim bilir, bəlkə 

elə  bu an  o, hiss edib ki,Əli Kərimlə bağlı ondan nə isə soruşacaqlar.Dəstəyi özü 

alır.Səsini milyon səs içində tanıyıram.O isə mənim adımdan da xəbərsizdir.Amma 

Əli Kərimin adını çəkmişəm deyə mənim kimli-yimi təkrarən soruşmur!Əliyə 

yazdığı məktubundakı «Dəllək» lə maraqlanı-ram: 

 

- Altay müəllim, axı mən Əli Kərimin «Dəllək» adlı yazısına rast 



gəlməmişəm… 

 

- O başqa adla mətbuatda çıxıb. «Şillə» adıyla. 



 

- Məktubunuzda kiməsə işarə ilə «Hemenqueyremark» deyirsiniz.Kimə 

işarədir? 

 

- Tanışlardandır.O hissəni yazmaya da bilərsən. 



 

- Məktubdan hiss olunur, siz həmin adamın yaradıcılığına hörmət edir-

siz.İstəyirəm məktubu bütövlükdə… 

 

- Bax, gör, necə istəyirsən.Gərək arxayınlıqda səninlə söhbət edək. 



 

- Altay müəllim,şübhəm üçün üzr istəyirəm.Əli Kərimin  Kislovodskdan sizə 

göndərdiyi teleqramda o, kitab istəyir.Bəlkə parolunuz varmış? Bəlkə pul 

istəyirmiş?.. 

 

- Belə işlər də olurdu.Amma həmin teleqramla ona kitab göndərmi-şəm.Nə 



yazmaq istəyirsən Əli haqqında? 

 

Utandım deməyə.Onu da demədim ki,Altay müəllim, Əli Kərim haqqında 



irihəcmli yazı oxumaq arzusunu vaxtilə siz «Ədəbiyyat və incəsənət» qəzetində 

bildirmisiniz.Bilirəm, zəngimlə sizi kövrəltdim.Əli Kərimli günlərinizə 

qaytardım.Bilirəm,Bakıya gələndə Göyçaydan keçərkən maşınınız sola 

burulacaq,Əlinin qəbrini ziyarətə gedəcəksiniz.Ürəyinizdə də bu sözlər: «Şair 

dostum Əli Kərimi unuda bilmirəm.Cavan idi, amma ağsaqqal sözü 

deyərdi.Onunla görüşəndə, adi söhbətlərinə qulaq asanda gedib yazmaq istə-

yirdim…Mən həmişə bu fikirdə olmuşam ki, Əli ədəbiyyatımıza vaxtından qabaq, 

tez, çox tez gəlmişdi, bu az imiş kimi üstəlik də tez getdi…Mən inanıram ki, 

gələcək nəsil  Əli Kərimi daha çox sevəcək; ona görə sevəcəklər ki,o buna layiqdir; 

bir də ona görə sevəcəklər ki,biz onu, etiraf eləyim ki, lazım olduğundan bir qədər 

az sevdik.Yəni demək istəyirəm ki,Əli Kərim sevgi payı-nı bütünlükdə alacaq…» 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə