Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


M.Qarabaği. Azərbaycanın görkəmli fikir insanlarından olan Mühiyiddin Məhəmməd Əli oğlu Qarabaği



Yüklə 1,08 Mb.
səhifə51/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   47   48   49   50   51   52   53   54   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

M.Qarabaği. Azərbaycanın görkəmli fikir insanlarından olan Mühiyiddin Məhəmməd Əli oğlu Qarabaği (?-1645) Qarabağda anadan olmuş, dini və dünyəvi elmləri öz vətənində öyrənmişdir. Sonralar Kiçik Asiyaya köçərək orada yaşamışdır.
M.Qarabağinin varlıq və idrak haqqında fikirləri mövcud ideya cərəyanları, ələlxüsus peripatetizm və kəlam əsasında yaranıb formalaşmışdır. Mütəfəkkirin fəlsəfi görüşləri metafizika məsələlərinin filosoflar və mütəkəllimlər tərəfindən geniş müzakirəsinə onun müdaxiləsi zamanı aydın və konkret şəkil almışdır.
M. Qarabağinin fəlsəfi təlimində varlıq problemləri ilk sırada dayanır. Onun ontoloji baxışları varlığın vacib və mümkün qisimlərə bölünməsi, vacib varlığın isbatı və s. ilə əlaqədar məsələlərin şərhində meydana çıxır. O, “Filosofları təkzib” əsərində Farabi, İbn Sina, Bəhmənyar və b. peripatetiklərin, Qəzali, F.Razi və b. mütəkəllimlərin ideyaları zəminində maraqlı fəlsəfi ümumiləşdirmələr aparmışdır. Burada tədqiqat obyekti müxtəlif “təkziblərdə” irəli sürülən tezislərdir. Onlardan biri peripatetiklər tərəfindən söylənilən “İlk başlanğıc öz-özlüyündə vacib edəndir, ixtiyarla fəaliyyət göstərən deyildir” müddəasıdır. M.Qarabaği bunu təkzib edən Mustsfa Xocazadənin dəlillərinin ardınca öz izahlarını vermişdir.
M.Qarabağinin mütəkəllimlərin filosoflara qarşı sırf qərəzini qeyd etməklə ideologiyada belə münasibəti məqbul saymamış, tədqiqatda obyektivliyi üstün tutmuşdur. O, yazır: “Filosofların bu mövzudakı dəlilləri Allahın varlığını və birliyini isbat baxımından nə qədər yetərsiz isə də onların burada söylədikləri sözlərdə müxaliflik yoxdur, bunlara şübhə edilməz. Eləcə də kəlamçıların nə qədər dəlilləri vardır ki, bu mövzunun isbatı baxımından tam səriştəli olmayıb, əksikdir”.
Beləliklə, Məhəmməd Qarabaği fəlsəfi məsələlərdə peripatetiklərin və sxolastların baxışlarını gözdən keçirib, onlara tənqidi yanaşmış, tərəflərdən bəzən birini, bəzən də hər ikisini rədd etmiş, əsas etibarilə barışdırıcı mövqedə durmuşdur.
R.Təbrizi. XVII əsrdə yaşayıb yaratmış digər bir Azərbaycan filosofu Molla Rəcəbəli Təbrizi (?-1669) Təbriz şəhərində anadan olmuş, ömrünün çoxunu İsfahanda yaşamışdır. O, öz fəlsəfi təlimini yaradarkən Aristotel, Farabi, İbn Sina, Mahmud Şəbüstərinin fəlsəfi irsinə əsaslanmışdır. Onun təlimində varlıq problemi və idrak nəzəriyyəsi xüsusi yerə malikdir.
R.Təbrizinin varlıq təlimi öz məzmunu etibarilə Şərq peripatetiklərinin doktrinaları ilə səsləşir. Bununla belə, burada işrakilik fəlsəfəsinin və sufi ideyalarının müəyyən təsiri duyulur. Azərbaycan filosofu aristotelçi sələfləri ilə həmfikir olub göstərir ki, “varlıq” ən geniş tutumlu anlayışdır, buna görə ona məntiqi tərif verilə bilmir, o, varlığın qisimləri ilə müqayisədə şərh edilir: “Bil ki, mövcud olan, yəni mövcudat adı daşıyan özü başqasına möhtac olub-olmaması cəhətdən iki qismə bölünür. Birinci qisim öz-özlüyündə mümkün varlıq, ikinci qismi öz-özlüyündə vacib varlıq adlandırırıq”.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə