Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   ...   9   10   11   12   13   14   15   16   17

səngimək bilmirdi...Vızovlara gedəndə  də bir o qədər baş  ağrısı olurdu. Xəstəyə 

iynə yeridən zaman və ya hazırlıq işləri görəndə elə naz-qəmzəli hərəkətlər edirdi 

ki, evdəki kişilərə  xəstənin halını unutdururdu. Belə  vızovların birində  xəstənin 

oğlu ilə (arvadı yanında ola-ola) göz qaş  hərəkətləri eləməyə başlamış, bundan 

xəbər tutan arvadı isə əsl dağlı olduğunu ( həmin xanım Kubinkadan idi) tumanı 

başında çəkərək  şüvən qoparmış, xəstə yaddan çıxaraq Günayla saçyolduya 

başlamışdı... Bütün bunlarla belə o hələ bu yaxınlarda nişanlanmışdı belə... 

Rəsul Günayı necə deyərlər “scum of society” yəni cəmiyyətin tullantısı hesab 

edirdi, və belələrin sayının artmasına çox heyfslənirdi...Artıq belə davranışlarda 

tapınmaq, cəmiyyət tərəfindən o qədər də tənqidlə üzləşmirdi...Bəli cəmiyyətin də 

deqredasiya prosesində olduğu açıq aydın idi. 

Rəsulla Günay arasındakı münasibətlərə  gəldikdə, hər ikisinin arasında soyuqluq 

və məsafə var idi. Amma maraqlısı ondadır ki, Günay bütün həkimlərə “sataşsada” 

Rəsula heç zaman cəhd belə etməmişdi...Elə bil nəsə ondan ehtiyat etməyə məcbur 

etdi...Rəsula kişi kimi heç simpatiyası yox idi belə...Bəli Rəsul onunla bir vızova 

gəldiyinə heyfslənirdi...Xarakteri bir yana, heç olmasa iş təcrübəsi və səriştəsi olsa 

idi, birtəhər keçinmək olardı. Amma nə etmək olardı ki,bunlardan heç biri 

Günayda yox idi. Bir şeyi də qeyd etmək lazımdır ki, Rəsul Günaydan xasiyyətinə 

görə zəhləsi gedirdi...belə isə onun çox gözəl qadın olduğunu dərk edirdi və şüur 

altı ona qarşı simpatiya bəsləyirdi. Adi halda isə yenə  də ona nifrət edirdi. Kim 

bilir, bəlkə də bu nifrət bir maska idi.  

Dəhlizdə  həkimi və tibb bacısını  Orxan qarşıladı. Onun simasında keçəndəfəki 

görüşlərindən tam fərqli sözlər yazılmışdı. “Onsuzda halım yoxdur.Mənə 

toxunma”. Orxanın məyusluğunun səbəbi aydın idi. Hələ  də anasına vəsiyyət 

yazdıra bilməmişdi. Rəsul salamlaşıb, Günayla birgə Pikə xanımın uzandığı otağa 

baş götürdü. Bu dəfə maraqlı idi ki, içəri türkün sözü, halabalık idi. Qızları da 

ərləri ilə gəlmişdilər. Görünür onlarda vəsiyyətə görə təşrif buyurmuşdular. Ümid 

edirdilər ki, Pikə xanımdan nəsə onlara qaldı...Bunu üzlərindən oxumaq heç də 

çətin deyildi...Hamsı leşyeyən quş - kərkəs  təsiri bağışlayırdı. Rəsulun ağlına belə 

gəlmirdi ki, bu təşriflər vəsiyyətə görə deyil, mistik qızıl  əhvalatına görə 

idi...Rəsulun bu nəslin qızıl macəralarından xəbəri yox idi. Hətta Orxan ondan 

anasının qızıl barədə  nəsə söylədiyini soruşanda belə bu sözlərə  əhəmiyyət 

verməmişdi. Rəsul otaqdakılara qısa nəzər saldıqdan sonra xəstənin çarpayısına 

yaxınlaşdı və ilk öncə  Pikə xanımın üzünə yarımdəqiqəlik diqqət çəkdi. Heç bir 

eybəcərlik  əlaməti yox idi. Sadəcə qadının sifəti solmuşdu və elə bil başı ona 

ağırlıq edirmiş kimi qeyri adi pozalar alırdı. Üstəlik qadın paravoz kimi ağır-ağır 

nəfəs alırdı. Bədəni ilə çox hərəkət etməsə belə, tənəffüs sistemindəki pozuntulara 

görə, digər  əzələləri də (o cümlədən boyun əzələləri) köməkçi qismində  işə 

düşmüşdü. Qadın tez-tez gözünü açıb-bağlayırdı, və heç bir şeyə  əhəmiyyət 

verməyirmiş kimi yalnız otağın girəcəyinə baxırdı. Elə bil dünən dediyi kimi 

atasının gəlməyini gözləyirdi.  Otaqdakı yekə divar saatının yerini dəyişib otağın 

girəcəyinin üstündən asmışdılar ki, Pikə xanım, (istədiyi kimi) saata rahat şəkildə 




baxa bilsin. Bəli, Rəsul ölümün qaçılmaz olduğunu yəqin etdi. Halbuki, öz vəzifə 

borcunu o, xəstənin ölüm-qalım ümidlərindən asılı olmayaraq, mütləq  şəkildə 

yerinə yetirməli idi. Rəşad xoşu gəlmədiyi adamlara qeyri-yaxınlıq məsafəsini 

saxlamaq üçün “Siz” deyə müraciət edirdi.  

-

 

Günay xanım, siz xəstənin təzyiqini ölçün. O vaxta qədər dərmanları 



hazırlayım- Rəsul ani olaraq fikirləşmədən verdiyi qərarı düşünməli oldu. 

Axı belə bir şeyi bu axmağa tapşırmaq olmaz. Yadındadır ki, bir dəfə 

onun laqeydliyi nəticəsində az qala bir xəstə o dünyaya gedəcəkdi,...yaxşı 

ki,  şpritsə vaxtında fikir verə bilmişdi, yoxsa havanı xəstənin venalarına 

buraxacaqdı. Birdən indi də felendeyskopda tonometrin şlanqlarının bir-

birinə sürtünməsindən yaranan səslərin döyüntü olduğunu iddia edər

deyər ki, xəstənin təzyiqi yüz otuz yetmişədi. Nə bilmək olar...- Günay 

xanım, gəl sən indidən kafeini, mezatonu hazırla, təzyiqi özüm ölçərəm.- 

başı yenə ağramağa başlamışdı. 

-

 



Yaxşı  Rəsul- deyə günay minnət sahibi tək cavab verdi. Rəsul Günayın 

ona adı ilə müraciət etməsinə hiddətləndi, lakin yenə də bunu bildirmədi. 

Rəsul təzyiqin yenidən normadan çox aşağı olduğunu görüb, keçən dəfəki iynə-

dərmanı  ən optimal variant hesab etdi. Lakin qadına nə  qədər iynə vururdularsa 

vursunlar, təzyiq on-iyirmi millimetr artırdısa da, təxminən on dəqiqədən sonra 

yenidən həmin vəziyyətinə qayıdırdı. Nəhayət gözlənilən an gəldi. Növbəti dəfə 

gözünü açan zaman qapının ağzında nə isə görübmüş kimi, qadının gözünün 

baxdığı yerə nəzər saldılar, heç bir şey görməyib nəzərlərini yenidən Pikə xanıma 

qaytardılar. Pikə xanım artan lakin hələ də zəif səs tonu ilə “Gəldi, atam....gəldi.”- 

dedi və çətinliklə olsa belə bir qədər gülümsədi. Heç kimdən səs çıxmırdı. Ancaq o 

yan buyana və Pikə xanıma baxırdılar. Onların qorxmuş olduqları açıq-aşkar 

nəzərə çarpırdı. Günayın isə rəngi meyit rəngi almışdı. Key kimi durmuşdu. Çox 

güman ki, bu onun təcrübəsində ölüm qabağı paranormal hallarla üzləşdiyi ilk belə 

hal idi. Sonra Pikə xanım yenidən gözəgörünməz “ata” ilə dialoqa girdi. 

-

 

Mən artıq təmizəm, bu gün gediriy? 



Pikə xanım gözünü bağladı. Təxminən iki dəqiqədən sonra yenidən gözlərini açıb 

atası gəlməzdən öncəki zəif halına qayıtmış şəkildə, ağır-ağır nəfəs almağa başladı. 

Üzünə Rəsula tərəf çevirdi 

-

 



Yaxın gəl – deyə müraciət etdi. Sonra aralarında iki-üç dəqiqəyə yaxın nə 

söhbət oldusa bir xəstə bilirdi bir də ki Rəsul. Əslində bu bir neçə saniyə 

içində  də  həll ola bilərdi...Səbəb ondan ibarət idi ki, xəstə  ağır-ağır və 

intervallarla danışırdı. 

Rəsulun üzündə cizgilərin dəyişkənliyi açıq-aşkar hiss olunurdu. Orxan isə 

əsəbindən partlamaq dərəcəsinə çatmaq üzrə idi. O, hələ hey qızıl haqqında 

fikirləşirdi, və  vəsiyyət bir yana, atasının qır-qızıl  əmanəti barədə ölümayağında 

belə Orxana heç bir şey deməməsi, hansısa bir həkimə  nəisə  pıçıldaması onda 

müxtəlif  şübhələr və  fərziyyələr oyadırdı. O hətta  ən ağılasığmaz fikirlərə  də  əl 

uzatmaqdan çəkinmirdi. Belə ki, onun fikrincə Rəsul Pikə xanımın başqa kişidən 




Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə