Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   ...   9   10   11   12   13   14   15   16   17

özünə dedi “ bəlkə heç bu sarsağlar bizim Azəri türkçəsini anlamırlar”- 

ola bilər beni kimese benzetmisiz. 

Kişi həkimlərdən biri otağı  dərhal tərk etdi. Digər həkim isə çarpayının yanında 

əyləşmiş qadınların arxasına keçdi...Bəli yenə  də  Rəsul səhv etmişdi...Bu həkim 

deyildi, onun da bu ailəyə aidiyyatı var idi. Birdən digər bir qadın ağlaya-ağlaya, 

-

 



Bayhan, neden bizlerle böyle yapıyorsun...Niçin bizi 

korkutuyorsun...Böyle aşahlık olma, bizleri beyenmiyorsan, sadece söyle

burada “ben Azeriyim” tiatrosu kurma...Sen nerden böyle güzel Azerice 

konuşuyorsun...-deyə göz yaşlarını sildi gülümsəyərək, maskasını  aşağı 

saldı...Bəli qadın yaşlı olmasına ramən olduqca gözlə qalmışdı, yəqin ki 

qızın anası idi və  Rəsulla səhv saldıqları  xəstənin həyat yoldaşı...Cavan 

qız yenidən  Rəsulun başına sığal çəkərək,  

-

 



Babam biziyle alay ediyor...görmüyormusun...- Rəsul artıq tanımadığı bir 

adamın onun göz-başını əlləmələrindən tənə gələrək qızın əlini itələdi 

-

 

Xanım qız, mən sizə dedim axı. Mən Rəsulam, Bayhan-Mayhan 



deyiləm...Bakıda Buzovna qəsəbəsində Samir Əliyev 3 ünvanında 

yaşayıram....Yaşım...bax yaşımı dəqiq bilmirəm. Doktor bəydən soruşmaq 

lazımdır, çox güman ki, mən komada çox qalmışam...Ay Allah, kaş bu 

yuxu olaydı, mən necə də qocayam- deyə yenidən barmaqlarını üzündə və 

qoca qollarında gəzdirməyə başladı... Birdən, bayaqdan bəri sadəcə 

müşahidəci ampulası seçmiş, xanımların arxasındakı cavan oğlan 

həyacanla 

-

 



Bayhan bey, beni de mi tanımıyorsuz? Sizin kızınızın kocasıyım, Orhan 

bey... Yıllardır sizinle eyni şirketde çalışıyorum... HAYTEÇ 

TURKEY...dijital kurqular, nano ve sayber cihazlar...Siz şirketin en iyi 

nano mühendisisiz...Bayhan Çetin 

-

 

Cavan oğlan siz nə danışırsız...Mən heç personal kompyuter işlədə 



bilmirəm...Bir az Windowsdan və ofis proqramlarından başım çıxır...-

gülümsəyərək- Mən həkiməm təcili yardım---eh onsuzda başa 

düşməyəcksiz---hə yadıma düşdü—acil yardımda çalışıyorum. Məni 

bıçaqlamışdılar...Sonra bilmədim necə oldu, gözümü açdım gördüm 

burdayam...Yeri gəlmişkən bu xəstəxana, hmm..., hospital nerededir?- 

Cavan oğlan aqressiv şəkildə 

-

 

 



Biz hastahane sözünü anlıyoruz...Hospital ingilizce seslenir... Siz 

hastanede diyil, İzmir  Solar  spadasız- spa bir nev sanatorium...Size solar 

vitamin C  seanslarına celb etmişdik...Bu yaşda böyle her yılbaşı 

yapılması gerekir. 2020 den beri siz yalnız iki kez yapmısız...Şimdiyse iki 

bin iyirmi yedidir.—Rəsulun gözləri kəlləsinə çıxdı 

-

 



İki min iyirmi yeddinci il...Siz nə danışırsız...Həkim bəy, həkim bəy...Bəs 

bura xəstəxana deyilsə  mən burda nə  gəzirəm...aqressiv  şəkildə---doktor 

beyi çağırın tez olun,... doktor, doktor, doktor deyə bağırmağa başladı və 

yenidən huşu özündən getdi. 




  

 

***          ***         *** 



- Bayhan bəy, biz Sizin beyninizi rentqen şüasından keçirdikdən sonra müəyyən 

şeylər üzə  çıxdı ki, Sizin belə davranışınızı  və yaddaş pozuntularınızı özü-

özlüyündə izzah edir...Hmm...Bilmirəm heç necə başlayım...Bilirsiz...Biz sizin 

beyninizdə yeddidən çox soxulcan şəkilli parazit aşkar etdik...Msəlum oldu ki, bu 

parazitlər, sizin beyninizə hardasa beş ay bundan əvvəl düşüb...Bəxtiniz onda 

gətirib ki, bu parazitlər, tez və kütləvi artan parazitlərdən deyil...Lakin nəticələr də 

qənaətbəxş deyil...Çox təəsüf edirəm, amma Sizin həmən parazitlər sizin 

beyninizin müxtəlif yerdən ümumilikdə 15 faizini yeyiblər...- qarşısındakının 

simasındakı effekti görmək üçün bir qədər fasilə etdi... 

- On beş faiz---bəs mən niyə iflic olmamışam- deyə Rəsul və ya Bayhan həyəcanla 

bildirdi. 

- Dediyim kimi, parazitlər müxtəlif yerlərdən yeyiblər, sizin əksər motor 

funksyalarınız sabit olaraq qalıb, bircə cinsi orqanınızdan başqa,...özünüz başa 

düşdüz də, ereksiyayla problem olacaq,. 

- Onsuz da bu yaşda yəqin ki, artıq lazım olmayacaq da- deyə kinayə ilə  xəstə 

bildirdi. 

- Digər tərəfdən isə əsas zərbə sizin yaddaş neyronlarınıza toxunub, belə ki, Sizin 

Bayhan Çətin kimi həyat dövrünüzdəki yaddaş ardıcıllığını tam şəkildə 

pozublar...yəni təsəvvür edin ki, sizin yaddaş yeni il yolkalarının ətrafına salınan 

zəncirvarı, müxtəlif rəng çalarlı, lampalardır ki, bayram gecəsi yandırırlar. Bilirsiz 

ki, bu lampalardan hər hansı birində pozuntu əmələ  gəlsə, digər lampalar da 

işləməyəcək...Bax sizin Bayhan Çətin kimi də yaddaşınızdakı ardıcıllıq pozulub, 

beyniniz alternativ yaddaş kimi digər yaddaş hüceyrələrindən, məsələn yəqin ki, nə 

vaxtsa kitabda oxuduğunuz, və ya eşitdiyiniz, və ya tanış olduğunuz şey haqqında 

beyninizdə ardıcıl assosassiyalar proqramlaşdırıb, və alternativ yaddaş neyronları 

ortaya çıxıb...Biz yəqin edirik ki, həmin özünüzü onun kimi təqdim etdiyiniz Rəsul 

Orucov belə yalançı yaddaşlardandır...Ola bilər ki, heç Rəsul Orucov yaddaşa eyni 

vaxtda daxil olmayıb, məsələn Rəsul ayrı yaddaş neyronundan Orucov isə ayrı 

yaddaş neyronundan keçə bilər...Keçən ay müqəddəs Ramazan ayı idi, yəqin ki, 

Orucov assosasiyasını beyninizdə avtomatik olaraq yaratmızıs,Rəsula gəldikdə isə 

bu ay dini olduğundan, o cümlədən Allahın əmri, Allah rəsulunun deyimi ilə təyin 

olunduğundan bu iki informasiyanı birləşdirmisiz...Nəticədə Rəsul Orucov yaranıb, 

-ov familyasına gəldikdə isə, yəqin ki, bir ay əvvəl Azərbaycan haqqında çox 

fikirləşmisiz...Bir dəki axı sizin Rəsul adlı oğlunuz da var –həkim Yılmaz özündən 

razı  şəkildə monoloqunu qurtardı, xəstənin reaksiyasını gözlədi...Əslində o, 

məsələnin  ən pis tərəfini Bayhana çatdırmamışdı...Belə ki, cərahiyyə  əməliyyatı 

belə, həmən qurtları beynindən uzaqlaşdırsalar belə, o bir aydan çox yaşaya 

bilməzdi...Bunu artıq Bayhanın ailə üzvlərinə bildirmişdi...və ona görə onlardan 

tələb etmişdi ki, xəstəni həyatını  və ailə üzvlərini tanımadığına görə çox 



qınamasınlar. Bayhan isə hey başına bulayır və dilinin altında, nəisə təkrarlayırdı... 

“Bəs aqoniya, beş yüz əlli beş, məscid” bunlar hamsı ...” , “ Yox ola bilməz, mən 

Rəsulam, həkim, yaşım...əşi yaş vacib deyil,...X saylı poliklinikada Mərdəkanda 

işləyirəm”, “Buzovnada yaşayıram”. Həkim Yılmaz artıq onun nə dediklərini 

qulaqucu eşitdikdən sonra yenidən müdaxilə etdi. 

- “Hə, yeri gəlmişkən, dediyiniz kimi, Buzovna Samir Əliyev 3 ünvanını yoxladıq. 

Hal-hazırda orada Məsimovlar ailəsi qalır... Aybəniz Məsimova,- nənə, Anar 

Məsimov ata, (arvadın oğlu), və  həyat yoldaşı Gülnarə  Məsimova...hələ  uşaqları 

yoxdur...- Bayhan həkimin sözünü kəsdi 

- Həkim axı siz bu dərəcədə axmaq ola bilməzsiz...Mənə 2008-ci ildə  və ondan 

qabaq orada kimin yaşadığı lazımdır... 

- Bir az səbriniz olsa idi...artıq mətləbə çatırdım...İş orasındadır ki, Məsimovlar 

ailəsi 1946-cı ildən bu evdə yaşayırlar...Anar Məsimovun atası da evin tək uşağı 

olub, ona görə elə bu evdə yaşayıblar...Ətrafdakı evləri və  hətta sizin guya 

işlədiyiniz X saylı poliklinikanı da yoxladıq, 

- Mərdəkandakı? 

- Bəli Bakı  şəhəri Mərdəkan qəsəbəsi,...maraqlısı odur ki, belə bir poliklinika 

həqiqətən də var...yəqin havaxtsa bu barədə  eşitmişdiz...Nəisə. Bu poliklinika 

2012-dən bəri öz fəaliyyətini dayandırıb, bina isə ümumiyyətlə yerlə yeksan edilib, 

çünki Mərdəkan,  Şüvəlan, Şağan artıq qapalı turizm şəhərləridir...Burada yaşayış 

yoxdur...yalnız turistlər qalır, birdə işçilər...2008-də isə orada işləmiş həkimlərdən, 

tibb bacılarından bəzilərinə sorğu göndərildi...Onların hamsı  Rəsul adlı bir 

həkimin bu poliklinikada heç zaman işləmədiyini bildirdi. 

- Onlardan hansınınsa adını bilirsiz, doktor? (qəribədir, bir vaxt başqaları ona belə 

deyə müraciət edərdi...yəni bunlar hamsı bir ayın fantaziyası idi...Yox ola bilməz) 

- Təəssüf ki, yox işçilərin adını bilmək üçün Səhiyyə Nazirliyindən xüsusi yazılı 

icazə sayb-pası alınmalıdır. 

- Sayb-pas nədir belə?- deyə Bayhan təəccüblə soruşdu. Həkim Yılmaz 

gülümsəyərək 

- Maraqlıdır ki, nanotexnoloqiya və kib-elektronika sizin sahəniz ola ola məndən 

soruşursunuz...Bu Nazirliklərin ayeronet vasitəsilə müəyyən statistik və  məxfi 

informasiyalar əldə edə bilmək üçün buraxdığı pasquard kodlu elektron kartlardır... 

- Nəisə, adları bilmədən heç nəyi dəqiq demək olmaz...Elə işçilər var idi ki, mən 

heç onları tanımırdım, yalnız reviziyyalar, nazirlikdən yoxlamalar olanda 

xəstəxanaya təşrif buyururdular...Bir növ formal işçilər...Belələri yalnız maaş alır, 

işləmir...Çox güman siz belə  həkimlərə calaşmısız... – gicgahını barmaqları ilə 

ovuşduraraq, gözlərini yumdu...bir qədər fikrə daldı- Bəlkə belə edək, ...ay 

da...Pikə xanımın soyadı necə idi, hə tapdım, Nəbiyev, oğlu da Orxan Nəbiyev, 

Mərdəkan qəsəbəsi  Əvhədi küçəsi on iki drob iki  mənzil üç...Bir bu məlumata 

sorğu verin...- həkim heç də  təəcüblənməyərək...- Elə indi gözünüzün qabağında 

bunların hamsının fantaziya olduğunu sizə göstərərəm...Beş yüz əlli beş 

reabilitasiya mərkəzi Türkiyənin ayeronetlə 

təmin olunmuş ilk 



xəstəxanasıdır...Bayhan eşitdiklərinə inanmırdı...deməli 555 beş buna işarə 

idi...Halbuki dinməyib həkimdən nəticəni gözlədi...Həkim qarşıda olan iri ekrana 

baxaraq: 

- Ayeronet 13 A, bizə, Bayhan bəyin dediyi ünvanı tap...deməyi ilə kompyuterin 

cavabı bir oldu. Qalın qadın səsi, 

- Tapılan nəticə- bir. Hal hazırda yaşayır Orxan Nəbiyev -55 yaş, biznesmen , oğlu 

Ayxan Nəbiyev-19 yaş, tələbə, qızı Aynur Nəbiyeva- 16 yaş  şagird, - ətraflı 

məlumat üçün, zəhmət olmasa həmin adları dəqiq vurğulayın... 

- Həkim, detallar lazım deyil...Mən deyən düz çıxdı...Orxan Pikə xanımın oğludur, 

mənim son xəstəmin,---bəs bunu necə izzah edərsiz... 

- Xahiş edirəm, Bayhan bəy vəziyyəti qəlizləşdirməyin, öz kimliyinizlə barışın, 

bunlar təsadüfdən də ola bilər, yaddaşın insanla etdiyi “zarafatdanda”...Əgər siz 

Rəsulsuzsa onda özünüzə belə bir sual verin ki, mən başqasının bədənində  nə 

gəzirəm...Bayhan Çətinin bədənində... 

- Lənət olsun...Elə bu mənim özümə də maraqlıdır...-birdən başından tutan qəflət 

ağrı onu huşsuz vəziyyətdə yerə sərdi... 

 

 

***          ***          *** 



 

Bu dəfə aqoniya Bayhanı o dünyaya yola salmağa hazırlaşırdı...Çarpayının 

ətrafında qızı  və  həyat yoldaşından  əlavə, yeni bir gənc sima dayanmışdı...Bu 

atasının halından xəbər tutaraq dərhal Nyu-Yorkdan birinci hava reysi ilə özünü 

“555” reabilitasiya mərkəzinə çatdıran Bayhan bəyin istəkli oğlu idi. Gələn kimi 

tez çarpayıda halsız vəziyyətdə uzanmış atasının  əllərindən tutdu.Ovuşdurmağa 

başladı. 

-

 



Ata gəlmişəm... 

Bayhan digərlərindən fərqli olaraq bu Rəsul adlı  oğlunu gözləyirdi...Lakin 

qarşılaşacağı həqiqətin bu qədər acı olacağını gözləmirdi...Onun qarşısında elə bil 

güzgü durmuşdu. O öz əksini, özünü, Rəsulu görürdü...Oğlu o özü idi...Deyəsən 

yavaş-yavaş  həkim Yılmazın dedikləri onun ağlına batırdı...Bəs bir aya bu otuz 

illik həyatı necə keçmək olar...Bunlar bir ayda necə baş verə bilərdi...Lakin yenə 

də özündən asılı olmayan hisslər, onun gördükləri, eşitdikləri, ona gələn səslər, 

ölənin vəsiyyəti barədə, deyilənlərin həqiqət olduğunu təlqin edirdi...Halsız 

vəziyyətdə 

-

 



Rəsul, bağışla ki, yaddaşım yaxşı deyil, sən nə işləyirsən... 

-

 



Olan  şeydi ata...mən hələ  işləmirəm, Nyu-Yorkda Nyu Cersi Tibb 

kollecində oxuyuram...artıq dördüncü ildir...Transplantatsiya 

şöbəsində...Sən həmişə istəyirdin ki, mən həkim olum- ana söhbətə 

qoşuldu 


-

 

Bayhan, yəni bizim gecəylə onu hava limanına necə yola saldığımız 



yaddında deyil...Əvvəl verdiyin qərara peşman olmuşdun...ABŞ-ın cənub 


ştatlarında vətəndaş müharibəsi başlamışdı...Sonra isə  məni də hər  şeyin 

yaxşı olacağına inandırdın... 

-

 

Xeyr...Doğrudan da yadımda deyil...Mən bilirəm ki, ömrümə çox az 



qalıb...artıq mənim dalımca da gəlirlər...Pikə xanım necə  də düz 

demişdi...gərək özün öləsən ki bunu hiss edəsən, bu insana yalnız bir dəfə 

qismət olur...Filmlər,  əsərlər, oyunlar, bunu heç bir zaman olduğu kimi 

təsvir edə bilməz...Bəli...bəxtimdən mənim də dalımca həmən qara 

naməlum gəlməyib,...yəqin ki, Bayhan Sərvət kimi o qədər də pis adam 

olmamışam...- birdən Bayhan üzünü qızına və  həyat yoldaşına tərəf 

çevirərək...Məni bağışlayın ancaq, mən Rəsulla təklikdə danışmaq 

istərdim...Mənim son, vəsiyyətimi yalnız o başa düşər, çünki o, 

mənəm...mən oyam...- ana və  qız bir-birlərinə anlaşılmaz  şəkildə 

baxdılar...və- biz qapının arxasında gözləyərik deyə palatanı  tərk 

etdilər...Bayhan Rəsulu yaxına çağırdı...elə bil kimsə onları  eşidə 

bilərdi...Bir vaxt Pikə xanımın ölüm zamanı onun qulaqlarına dediklərini, 

o, Rəsula, oğluna bildirdi...və həmən göstərişi verdi “vədinə əməl elə”... 

“hər  şeyi bilirlər”, “vədivə  əməl elə”... “o məsciddə qalmalıdır”- deyə 

sözlərini tez-tez vurğuladı...Bayhanın özünə maraqlı idi ki, görəsən Pikə 

xanım ona bu sözləri deməyibsə, bütün keçmiş  həyatı onun bir aylıq 

fantaziyası olubsa, onda bu sözləri ona kim deyib və hal hazırda o niyə bu 

sözləri oğlu Rəsula deməli idi...Yəqin bütün bu fövqəltəbii tapşırıqlar ona 

deyil oğul Rəsula çatmalı idi...Oğlunun söz verdiyini görüb, çox sevindi 

rahat  şəkildə gözlərini yumdu....Onun qulaqlarının artıq alışdığı trans 

səslər yenidən ortaya çıxdı...Mıt-mıt-mıt-mıt-mıt...Bayhan artıq həmin 

anın gəldiyini anladı... 

 

 

 



IX 

MƏSCİD 

 

3 həftə sonra 

Əzizbəyov rayonu, XXX kəndinin məscidi 

 

Metropol mehmanxanasında yerləşmiş  Rəsul, günün ikinci yarısını  şəhəri 

gəzməylə keçirməyi qərara aldı...Azərbaycanda heç vaxt olmasa da, bu dövlət 

barədə azdan-çoxdan məlumatı var idi. Milliyətcə  də buranın  əhalisinə yaxın 

olduğunu bilirdi. Milli bulvarı  gəzəndən sonra Laxmacuna girib aclığını aradan 

qaldırdı...Gəzintisi zamanı insanlarla ünsiyyət qursa belə onun fikirləri yalnız 

sabah ki günü ehtiva edirdi...Elə bil sabah onun həyatının  əsas imtahanı baş 

tutacaqdı. Atası Bayhan Servetin ölümündən  əvvəl bunu sadəcə bir əhd xatirinə 

olan səyahət kimi baxırdı...Lakin atasının cibindən çıxan bloknot, onu gecələr 



yatmağa qoymurdu...Orada atasının ölən xəstələr üzərində apardığı müşahidələr, o 

hansısa poliklinikadakı  işçilərin adları  və telefon nömrələri, və yalnız 2008-ci il 

tarixli qeydlər yer alırdı...Qol həqiqətən də atasının idi...Lakin bu qədər şeyi atası 

bir ayın içində necə edə bilərdi...Axı o ikili həyat sürmürdü...Bunu bacısının həyat 

yoldaşı, atası ilə yeddi ilə yaxın eyni şirkətdə çalışmış Orxan da təsdiq edə bilərdi. 

Bununla belə, Rəsul buna heç bir məntiqi açıqlama tapa bilmirdi...Sadəcə olaraq 

ona tapşırılan məsələnin vacibliyini dərk edirdi... 

Sabahı gün mehmanxanadan elə vaxtda çıxdı ki, günorta namazının vaxtına 

düşsün...Belə ki, Rəsul məscidin imamı ilə danışmalı idi. Nədənsə taksiyə 

minmədi, ona avtobusla getmək maraqlı idi...Bəlkə də bu vərdiş idi...Nyu-Yorkda 

o nadir hallarda taksi tutardı ki, sonradan bu əməlinə peşman olub uzun müddət 

taksiyə minməzdi. 

Məscidin kəndin şosesindən  bir qədər aralı olması, Rəsulu şır-ha-şır yağışda, 

qalan yolu piyada getməyə vadar etdi. Onun gözündə bu məscidi başqa gördüyü 

məscidlərdən fərqləndirən cəhət, bir qədər yığcam formada olması və gümbəzinin 

yaşıl deyil, göy rəngdə olması idi. Məscidə girməmişdən əvvəl məscidin çölündə 

üstüörtülü xüsusi məkanda dəstamazını aldı.  İçəri Salam-aleykum deyə 

girdi...Artıq camaat namazı  qılınmışdı...Yalnız  ətrafda beş-altı  nəfərin ayrı-ayrı 

vaxtlarda namaz qıldığını görürdü...Məscidin  ən yuxarı başında isə yaşı altmışı 

keçmiş, qozbel bir axund sallağı oturub dodaqaltı Quran oxuyurdu...arxası Rəsula 

olduğundan onun simasını görə bilmədi...Rəsul ilk öncə günortanın fərz namazını 

qılmağa qərara aldı...Namazını qurtardıqdan sonra yenidən imama tərəf baxdı...o 

hələ  də Quranı oxuyurdu. Rəsul belə  şəraitdə axunda müraciət etməyin yersiz 

olduğunu başa düşürdü...Ona görə əyləşib axundun qurtarmağını gözlədi. Nəhayət 

bir neçə dəqiqədən sonra, imam ovuclarını qabağı verib başını yuxarı qaldırdı və 

son duasını etməyə başladı. Artıq camaat dağılmışdı.  İmam son duadan sonra 

Müqəddəs Kitabı bağladı. Rəsul fürsətdən istifadə edərək imam Asifə yaxınlaşdı. 

İmamın yaşının çox olmasına ramən olduqca nurani sifəti var. Hətta sifətindəki 

saysız, alnı boyunca sərasər yayılmış çopurlar və  qırışlar belə onun ümumi 

aurasına xələl qatmırdı...Rəsul salam verib, imamla söhbətə başladı 

-

 

Mənim adım Rəsuldur...Türkiyədən dünən gəlmişəm...Bilmirəm necə 



deyim...bir ölənin vəsiyyətiylə burdayam. 

-

 



Xoş gəlmisən oğlum... 

-

 



Bilirəm bu axmaqlıq kimi görünə bilər...Axı bu lap çoxdan olub...amma 

bundan başqa məsələyə aydınlıq gətirmək üçün vasitə yoxdur...Siz yəqin 

ki, Pikə xanımı tanıyırdız...Cəmil kişinin həyat yoldaşı. Təxminən iyirmi 

il bundan əvvəl rəhmətə gedib- Rəsul sualını bitirdikdən sonra həyəcanla 

imamın sifətinə baxdı...O, imamın əks cavab  və ya çarpaz-sual verəcəyini 

gözləyirdi...İmam bir qədər fikrə daldı...sağ əli ilə uzun saqqalını aşağıya 

doğru sığalladı...Elə bil nə cavab verəcəyini bilmirdi də...Lakin onun iç 

dünyasındakı  dəyişikliklər onun simasından açıq aşkar sezilirdi...Onun 




qaşları tez-tez yuxarı qalxır,ağzı bir qədər büzülürdü...Nəhayət uzun 

fasilədən sonra axund... 

-

 

Mən bilirdim ki, ölməmişdən  əvvəl bunu gözlərimə görəcəyəm...Səni 



iyirmi ildir ki, gözləyirəm...Gəl dalımca.-deyə qalxdı və məscidin çıxışına 

doğru irəlilədi. Birlikdə  məscidin binasından çıxdılar, həyətə 

düşdülər...dəstamaz alınan yerin arxasında, yerə düşən pilləkanlar var 

idi...Yəqin ki məscidin zirzəmisi idi...Axund cibindən portativ fanar 

çıxararaq yandırdı, və aşağı düşdü...Rəsul da arxasıycan... 

-

 



Bəs siz mənim kim olduğumu, Pikə xanıma nə aidiyyatım olduğunu 

soruşmuyacaqsız? 

-

 

Sənin kim olduğun artıq məlumdur. Mənim bu sualı verməyə, rəhmətliyin 



tapşırığı ilə ixtiyarım yoxdur. Mənə dedi ki, ondan başqa əmanətin harada 

olduğunu yalnız bir adam bilə bilər. Həmən adam qərib adam olacaq...Və 

onu da tapşırdı ki, sorğu-sual aparma, elə ki, mənim adımı  çəkdi, 

əmanətin yerini ona göstər.- Rəsul az qala bayılacaqdı...hadisələrin belə 

gedişini o heç ağlına belə  gətirə bilməzdi. Allahanı  şükür edib bir təhər 

müvazinətini qorudu... 

-

 

Siz bilirsiniz əmanət nədən ibarətdir. 



-

 

Əstafullah. Mən  əmanətə  xəyanət edə bilmərəm.  Əslinə qalsa mən 



ümumiyyətlə onu öhdəmə götürməməli idim. Ancaq neyləyim, yaxın 

adam idi, yox deməyə dilim gəlmədi...Neçə dəfə olub ki, özümü güc-bəla 

ilə saxlaya bilmişəm, nəfsim mənə kisələrin içində nə olduğuna baxmağa 

çağırırdı...Allaha  şükür bir təhər nəfsimi öldürə bildim...Budur çatdıq, 

icazə verin, lazımı açarı tapım. 

Zirzəminin qaranlıq otaqlarından biri idi...Qapını açanda içəridən dəhşət nəmişlik 

iyi gəlirdi...Otağın  ortasında ala qaranlıqda bir təhər lampanı tapdı...onu burub 

işığı yandırdı. Gözlərinin qaranlıqdan sonra belə gur işığa alışması üçün bir qədər 

gözləməli oldu...Nəyisə yadın salırdı...Birdən yadına düşübmüş kimi, divarın 

küncünə  tərəf yaxınlaşdı, yerdəki cümə namazı zamanı  məscidin həyətində yerə 

sərilən xalçaları bir qədər aralı itələdi. Aşağıya daha bir qapı var idi...Qapının 

çəftəsini özünə  tərəf dartdı...Xeyr bu zirzəmi deyildi...Sadəcə yarım metr 

hündürlüyündə olan, nəisə gizlətmək üçün kiçik bir sahə idi...Rəsul 

yaxınlaşdı...İçəri otağın işığı aydın düşdüyündən,  əl fanarına ehtiyac 

olmadı...Orada iki ağzı dolu un kisəsi var idi...Kisələrdən birini açanda Rəsulun 

gözlədiyi kimi içi qızıl sikkələrlə dolu idi. İmam Asif mömin insan kimi içindəki 

şeytana qalib gəlsə  də, gözlərinə inana bilmirdi. Axı bu qədər qızıl Pikə xanıma 

hardan...Rəsul isə içində  dəyişikliklər getdiyini hiss etdi...Beyninə  qəribə fikirlər 

xəyallar gəldi...Guya o bu pulla ABŞ-da özünün ömrü boyu arzuladığı  şəxsi 

baytarlıq xəstəxanasını tikdirir...Özünə Fici adalarında bunqalo 

tutur...Evlənir...Bəlkə qızıldan bir ikisini özümə gətirim...Yox...Axı niyə bu yəqin 

ki mənə halaldı...Yox...Yox...Yox...Rəsul bir qədər özünə  gəlib dərindən nəfəs 

aldı... 



-

 

Bunlar hamsı məscidə çatacaq...Mən artıq mənə tapşırılan işi gördüm. 



-

 

Məscidə? 



-

 

Hər halda belə istəyiblər, “həmən şey məsciddə qalsın” 



-

 

Bəs onda bunun dalınca gəlməyin mənası nə idi 



-

 

Yəqin ki, naməlum olan qüvvə sizin bu qızıllara heç vaxt 



toxunmayacağınızı bilirdi...Ona görə  də  məni göndəriblər...Xeyriyyə 

məqsədilə pulun hara xərclənəcəyini məscid yaxşı bilər 

-

 

Axı kim...? 



-

 

Bunun izahı mənim iradəmə sığmaz..Bir Allah bilir...Əlvida 



 

 

Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə