Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə9/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

elmhrh inteqrasiyasından,

 qarşılıqlı əlaqələrindən 

çox asılıdır. Hazırda qapalı elm sahəsi yoxdur. Pedaqogika 

elmi də belədir. Pedaqogika öz problemlərini həll edərkən 

insan haqqında olan bir sıra elmlərin nailiyyətlərindən 

istifadə edir. Pedaqogikanın başqa elmlərlə inteqrasiyası 

pedaqoji tədqiqatların tam, dolğun, geniş, hərtərəfli və dərin 

olmasını təmin edir. 

Pedaqogika elminin inteqrasiyası bir neçə istiqamətdə 

reallaşdırılır: 

pedaqogika digər elmlərin kateqoriyalarından, 

terminlərindən, baza anlayışlarından istifadə edir

pedaqogika başqa elmlərin əsas ideyalarından, nəzəri 

müddəalarından, ümumiləşdirilmiş nəticələrindən

qanunauyğunluqlarından, prinsipial müddəalarından 

və məlumatlarından istifadə edir; 

pedaqogika başqa elmlərin tədqiqat metodlarından 

istifadə edir; 

pedaqogika digər elmlərin apardığı tədqiqatların 

konkret nəticələrindən İstifadə edir; 

pedaqogika - psixologiya, sosiologiya, mərkəzi 

sinir 


sistemi fiziologiyası və insanı bioloji varlıq kimi 

Öyrə- 


nən digər elmlərlə birlikdə kompleks tədqiqatlarda 

iş- 


tirak edir. 

Başqa  elmlərdə  olduğu  kimi,  pedaqogikanın  da 

özünəməxsus sistemi vardır. 

Pedaqogikanın daha sıx əlaqədə olduğu elm 



psixologiyadır.

 

Bu,  ondan  irəli  gəlir  ki,  hər  iki  elmin  tədqiqat  obyekti  insandır. 



Psixologiya  insan  psixikasının  inkişaf  qanunauyğunluqlarını, 

pedaqogika  isə  şəxsiyyətin  inkişaf  prosesinin  idarə  olunması 

qanunauyğunluqlarım tədqiq edir. Biri-birilə üzvi vəhdətdə həyata 

keçirilən tərbiyə, təhsil və təlim insan psixikasının məqsədəuyğun 

inkişafını təmin edir və ya əksinə. 

Pedaqogika  və  psixologiya  elmlərinin  tədqiqat  metodla- 

nndakı  ümumilik  də  onlar  arasındakı  əlaqəni  zəruriləşdirir. 

Psixoloji  araşdırmaların  elmi  instrumentləri  (psixometriya, 

psixoloji testlər, psixoloji anketlər, binar müqayisə və s.) sırf pe- 

20 


o= 

o=

 




daqoji  problemlərin  həllində  müvəffəqiyyətlə  istifadə  olunur. 

Pedaqogika  elminin  psixologiyanın  kateqoriya  və  anlayışlarından 

geniş istifadə etməsi də onlar arasındakı əlaqəni təmin edir. 

Pedaqogika  pedaqoji  faktları  aşkarlamaq,  təsvir  etmək, 

izahını  vermək,  sistemləşdirmək,  ümumiləşdirmək  və  pedaqoji 

prosesin  nəticələrini  öyrənmək  məqsədilə  psixoloji  biliklərdən, 

psixoloji diaqnostikalardan (məsələn, testləşdirmə, anketləşdir- mə, 

reytinq və s.) geniş istifadə edir. 

Pedaqogika 

fiziologiya

 elmi (xüsusən də insan fiziologiyası. 

yaş fiziologiyası, ali sinir sistemi fiziologiyası) ilə sıx vəhdətdədir. 

Təhsil  alanların  fiziki  və  psixi  inkişafını,  insan  orqanizminin 

funksional 

sistemini, 

ali 

sinir 


sisteminin 

fəaliyyət 

qanunauyğunluqlarını  bilmədən,  onları  məqsədəuyğun  şəkildə 

istiqamətləndirmək,  yaxud  inkişafetdirici  təlim  texnologiyalarını 

hazırlamaq,  şəxsiyyətin  optimal  inkişafını  təmin  etmək  mümkün 

deyil. 


Sosiologiya

 elminin məlumatları şəxsiyyətin sosializa- siyası 

problemini dərindən dərk etməyə, tələbənin asudə vaxtının təşkili, 

professional  oriyentasiyası  və  digər  pedaqoji  problemlərin  uğurlu 

həllinə yol açır. Cəmiyyət və onun ayrı- ayrı sistemlərini öyrənən 

sosiologiya  özünün  elmi-nəzəri  və  praktik-tətbiqi  tədqiqatlarını 

həm  də  təhsil  və  tərbiyə  problemlərinə  istiqamətləndirir.  Hazırda 

sosiologiya  elminin  strukturunda  təhsil-tərbiyənin  və  təlimin 

sosiologiyası öz əksini tapmışdır. 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə