Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə11/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

xiisusiyy^thri 

onun 


pedaqogikanın müstəqil bir sahəsi kimi inkişafına səbəb oldu. 

Ali  məktəb  pedaqogikasının  araşdırmaları  gəncliyin  ikinci 

və  yaxud  yetkinlik  dövrünü  əhatə  edir.  Məhz  ali  məktəb 

pedaqogikasının  spesifik  xüsusiyyətləri  də  bundan  irəli  gəlir.  Bu 

dövrdə insan artıq əxlaqi, mənəvi dəyərlərin təşəkkülü və dərki ilə 

digərlərindən fərqlənir. 

Tələbə  auditoriyası  müxtəlif  yaşlı,  müxtəlif  səviyyəli, 

işgüzarlığı, intizamı, mənəviyyatı, davranışı, şəxsi keyfiyyətləri ilə 

biri-birindən seçilən gəncləri əhatə edir. Burada əsgəri xidməti başa 

çatdıran oğlanlar, az-çox əmək təcrübəsinə malik gənclərlə yanaşı, 

məktəb partası arxasından birbaşa ali məktəbə gələn məzunlar da 

vardır.  Deməli,  ali  məktəb  pedaqogikasının  tədqiqat  obyekti  - 

17-18-25 yaşlı gənclərdir. Hər yaş dövrünün daxilində də müəyyən 

fərqlər  vardır  (məsələn,  1-ci  və  2-ci,  3-cü  və  4-cü  kurs  tələbələri 

arasında). 

Gəncliyin  ikinci  dövrü  şəxsiyyətin  formalaşmasının,  sosial 

varlıq  kimi  təşəkkülü  prosesinin  müəyyən  həddə  çatması 

mərhələsidir.  Məhz  bu  yaş  dövründə  gəncin  psixoloji,  ideoloji, 

vətəndaşlıq yetkinliyi formalaşır. Gənc sosial cəhətdən inkişaf edir, 

fəal  həyat  mövqeyi  təşəkkül  tapır,  keyfiyyətcə  yeni  maraq  və 

meyilləri,  tipik  xarakter  əlamətləri  yaranır.  Deməli,  ali  məktəbdə 

pedaqoji proses tələbələrin hər 

24 



yaş dövrünün özünəməxsus xüsusiyyətlərini nəzərə almaqla təşkil 

edilməlidir. 

Ümumtəhsil məktəbində təlimin əsas təşkili forması - dərsdir. 

Dərsdə  yeni  materialın  izahı  zamanı  müəllim’  - 



ıwqlctm^-),  .şərh, 

müsahibə,  nəzarət,  qiymətləndirmə

  və  digər  metodlardan  istifadə 

edir. Ali məktəbdə isə təlim prosesində əsasən mühazirədən istifadə 

olunur. 


Dərsdəki 

rəngarəngliyi, 

müxtəlifliyi 

mühazirədə 

reallaşdırmaq  mümkün  olmur.  Təcrübə  göstərir  ki,  tələbələr  çox 

zaman  mühazirənin  məzmununu,  daxili  məntiqini  dərk  etmədən, 

mexaniki • surətdə qeydlər aparırlar. Bu isə xüsusən aşağı kurslarda 

tələbənin  tez  yorulmasına  və  iş  qabiliyyətinin  zəinəməsinə  səbəb 

olur. 

Ali 


məktəb 

pedaqogikasının 

fərqləndirici 

xüsusiyyətlərindən  biri  də  ali  təhsil  müəssisələrində  təlimin 

formalaşdırıcı  rolunun  aparıcı  olmasıdır.  Bu,  ali  təhsil 

müəssisələrində 

pedaqoji 

prosesin 

özünəməxsus 

xüsusiyyətlərindən irəli gəlir. 

Ali  məktəbdə  ümumtəhsil  məktəbində  olduğu  kimi,  geniş 

və hərtərəfli tərbiyəvi  iş  planı ilə fəaliyyət  göstərən sinif rəhbəri 

yoxdur. Ali məktəbdə ümumtəhsil məktəbində olduğu kimi, geniş 

miqyasda  tərbiyəvi  tədbirlər  keçirmək  imkanı  da  yoxdur  (vaxt 

məhdudiyyəti, əsas diqqətin təlim prosesinə verilməsi, tələbələrin 

müstəqil işlərə daha çox vaxt  ayrılması  və s.).  Bununla əlaqədar 

olaraq  ali  təhsil  müəssisələrində  tərbiyəvi  tədbirlər  epizodik 

xarakter daşıyır, müəllim-tələbə münasibətləri əsasən təlim prosesi 

çərçivəsində  cərəyan  edir.  Bu,  həm  də  onunla  şərtlənir  ki, 

ümumtəhsil məktəbindən fərqli olaraq ali məktəbdə təhsil-tərbiyə 

prosesini  reallaşdıran  -  interpretator  deyil,  elmin  bu  və  ya  digər 

sahəsində elmi tədqiqatlarla məşğul olan alimdir. 

Orta məktəb şagirdlərə ümumi təhsil verir, gələcəkdə hansı 

sahədə  işləməsindən  asılı  olmayaraq,  onları  təbiət,  cəmiyyət  və 

təfəkkürün inkişaf qanunlarına aid biliklərlə silahlandırır, onlarda 

müvafiq  bacarıq  və  vərdişlər  formalaşdırır.  Ümumtəhsil  məktəbi 

həm  də  politexnik  təhsil  verir.  Politexnik  təhsil  məktəbliləri 

istehsal  prosesinə  aid  olan  ümumi  bilik,  bacarıq  və  vərdişlərlə 

silahlandırır. Ali məktəb isə peşə 

25 



təhsiii verir, yəni gəncləri konkret fəaliyyət sahəsinə - müxtəlif peşə 

və ixtisaslara hazırlayır. Ümumtəhsil məktəblərində gəncin gələcək 

fəaliyyətindən  asılı  olmayaraq  bir  çox  elmlərin  əsasları  öyrədilir. 

Başqa sözlə, orta məktəb insanı əmək fəaliyyətinin hər bir növünə, 

məşğulluğun  hər  bir  formasına,  bazar  iqtisadiyyatının  müxtəlif 

istiqamətlərinə  hazırlayır.  Məktəbli  insanların  əmək  fəaliyyəti 

haqqında  nəzəri  və  praktik  biliklər  qazanır,  əmək  fəaliyyətinin 

müxtəlif növləri arasındakı əlaqələri dərk edir, şəxsi, fiziki və əqli 

əməyin təşkili yolları ilə tanış olur, cəmiyyət həyatına hazırlanır. 

Orta məktəbdən fərqli olaraq ali təhsil müəssisələrində təlim 

prosesi 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə