Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə14/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

diskret

 (latınca 



discreius -

 fasiləli deməkdir) xarakter daşımasıdır. 

Ümumtəhsil  məktəbində  şagirdlərin  biliklərinə  bütün  tədris  ili 

ərzində müntəzəm surətdə nəzarət edilir. Ali təhsil müəssisəsində 

isə  tələbələrin  bilikləri  dövri  olaraq,  əsasən  ildə  iki  dəfə  imtahan 

sessiyasında yoxlanılır və qiymətləndirilir. 

Ali  təhsil  müəssisəsində  biliklərin  diskret  yoxlanıması 

tələbələrin  ləlim  fəaliyyətinin  qeyri-müntəzəm,  «sıçrayışlı» 

xarakter  almasına  səbəb  olur.  Bütün  semestr  boyu  tələbənin 

fəaliyyəti  passiv-seyrçi  xarakter  daşıyır.  Tələbələrin  gündəlik 

fəallığını,  hazırlığını  təmin  etməyə  çalışan  müəllimlər  tələbələrin 

«müqavimətinə»  təsadüf  edir.  Tələbə  «arxayındır»  -  əsas 

imtahandır.  Sessiya  müddətində  isə  biliklərin  bərpası  və  «hü- 

CLimu» prosesi start götürür. 

Dekanlığın imtahana hazırlıq üçün ayırdığı 4-5 gün ərzində 

mühazirə və seminarlarda ümumi formada qavranılan (bəzən də heç 

dərk edilməyən) biliklər bərpa edilir, dəqiqləşdirilir, əlavələr edilir 

və sistemləşdirilir. Cəmi 4-5 günə! Əlavə izahata ehtiyac yoxdur! 

Biliklərin «hücumu» dövrü, birincilər - müntəzəm nəzarətə 

alışan  dünənki  məktəblilər  üçün  xüsusilə  ağır  olur.  Ali  məktəb 

müəllimlərinin «nəzarətsizliyindən» aldıqları «ləzzə- tin» ömrü çox 

çəkmir. Birinci kurs tələbəsinin ilk imtahan sessiyasının nəticələri 

ürəkaçan olmur. 

Lakin  ali  məktəbdə  diskret  nəzarətin  qüsurları  bununla 

bitmir. İmtahan sessiyaları bir qayda olaraq, tədris ilinin ilk ayının 

itirilməsinə səbəb olur.'Bu müddət ərzində tələbə irəli 

32 



gelmir,  sadəcə  olaraq  yerində  addımlayır.  Bu  da  adaptasiya 

dövrünün hələ başa çatmadığına dəlalət edir. 

Nəhayət, imtahan sessiyası təkcə tələbələrin deyil, həm do 

müəllimlərin Fiziki və əsəbi gərginliyi dövrüdür. 

Beləliklə,  məlum  olur  ki,  imtahan  sessiyası  vasitəsilə 

tələbələrin  biliklərinin  hesaba  alınması  dövrü  (1936-cı  ildən  ali 

məktəbdə imtahan tətbiq edilməyə başlanıb) çoxdan ötüb. Nəzarət 

və  hesablamanın  bu  sistemi  ali  məktəb  qarşısında  duran  yüksək 

ixtisaslı  mütəxəssis  hazırlığı  məqsədini  təmin  edə  bilmir.  Ali 

məktəb pedaqogikası diskret nəzarət formasını daha səmərəli forma 

ilə əvəz etmək istiqamətində axtarışlar aparır. Təhsil mütəxəssisləri 

belə  bir  mülahizə  irəli  sürür  ki,  ənənəvi  qış  və  yay  sessiyaları 

əvəzinə  müntəzəm  «mikroimta-  han»lar  (məsələn,  ayda  bir  dəfə) 

keçirilməsi  daha  məqsədəuyğundur.  Yoxlama  və  nəzarətin  bu 

forması ali təhsil prosesini daha səmərəli idarə etməyə imkan verir, 

tələbələrin  biliklərinin  səviyyəsini  vaxtında  aşkarlamağa  kömək 

edir,  müəllimləri  təlim  prosesində  korreksiya  işi  aparmağa  sövq 

edir, tələbə və müəllimlərin qarşılıqlı əməkdaşlığı və əks əlaqə üçün 

əlverişli  şərait  yaranır,  yoxlama  və  nəzarətin  «mikroimtahan» 

sistemini  tələbədə  gələcək  mütəxəssisə  xas  şəxsi  keyfiyyətlər 

formalaşdırır;  müəllim  öz  yetirmələrinə  yaxından  bələd  olur. 

İmtahan sessiyası sistemində, bir çox hallarda müəllimin tələbə ilə 

ilk tanışlığı imtahan prosesində baş verir. «Mik- roimtahanlar» isə 

biliklərin  müntəzəm  yoxlanılmasına,  tədris  kursunun  hər  bir 

bölməsinin ümumiləşdirilməsinə və yekun nəzarətin keçirilməsinə 

şərait  yaratmaqla  qiymətləndirmə  prosesindəki  təsadüfləri  aradan 

qaldırır. Tələbənin imtahan biletinin suallarına və müəllimin əlavə 

suallarına  verdiyi  cavablarla  onun  tədris  kursunu  tam  bilməsi 

qənaətinə  gəlmək  çox  çətindir.  Tələbənin  biliklərinin  çoxbalh 

sistemlə 

qiymətləndirilməsinin 

öz 


problemləri 

var. 


«Mikroimtahan»!ar  isə  tələbənin  bütün  kurs  üzrə  biliklərini 

müntəzəm  surətdə  yoxlamağa  imkan  verir.  «Mikroimtahan»ın 

üstünlüklərini  sübut  edən  digər  arqumentlər  də  göstərmək 

mümkündür. 

33 



Ali  məktəbin  özünəməxsus  xüsusiyyətlərindən  biri  də 

tələbənin həyal tərzinin və davranışının köklü surətdə dəyişməsi ilə 

bağlıdır. 

Dünənki məktəbli yeni sosial mühitə düşür. O bu yeni şəraitə 

alışmalıdır. Ali məktəbdə təlim-tərbiyə prosesinin orta məktəbdən 

fərqli əlamətləri, habelə məktəb illərindən seçilən yeni yaşayış tərzi 

(yataqxana  həyatı,  kirayə,  yaxud  qohum  evində  qalmaq,  nisbi 

müstəqillik,  özünəxidmət,  valideyn  nəzarətindən  uzaq  düşmək, 

müstəqil olaraq qərarlar qəbul etmək, büdcə imkanlarından düzgün 

istifadə  etmək  və  s.)  yeni  davranış  normalarının  formalaşmasına 

səbəb olur. 

Ali  məktəb  pedaqogikası  tələbəyə  orta  məktəbdə  olduğu 

kimi,  valideynləri  vasitəsilə  təsir  etmək  imkanının  qeyri- 

mümkünlüyünü  nəzərə  alaraq,  auditoriyadankənar  tərbiyə  işinin 

təşkilinə  xüsusi  diqqət  yetirir.  Nəticə  etibarilə,  tələbənin  təlim 

fəaliyyətinə,  psixologiyasına  qüvvətli  sürətdə  təsir  etməklə,  onda 

təlim-idrak  maraqları  və  motivlərin  məqsədyönlü  inkişafına  əsas 

verir. 


Orta məktəbdən fərqli olaraq ali təhsil müəssisəsində təlim 

prosesinə  maddi  maraq  kimi  qüvvətli  amil  təsir  göstərir.  Etiraf 

etməliyik  ki,  tələbəni  təlimin  son  nəticəsi  kimi,  əsasən  təqaüd 

(stipendiya)  maraqlandırır.  Bu  da  özlüyündə  nəticəyə  təsir  edən 

stimul yaradır, tələbənin təlim məsuliyyətini artırır. Təqaüdün təyin 

edilməsi  tələbənin  təlim  müvəffəqiyyətindən  asılıdır.  Əlaçı 

tələbələr  yüksək  təqaüd  alırlar.  Təqaüd  tələbənin  təlim 

müvəffəqiyyətinə qüvvətli surətdə təsir göstərsə də, ali məktəbdə 

yeganə təlim amili deyil. 

Ümumtəhsil  məktəbində  tərbiyə  işi  şagirdin  ümumi 

inkişafının  təmin  edilməsinə  yönəldilir.  Ali  məktəbdə  isə  bundan 

fərqli olaraq, tələbənin əxlaqi-mənəvi tərbiyəsi onun peşə hazırlığı 

ilə  vəhdətdə  həyata  keçirilir.  Ali  məktəb  pedaqogikasını  ümumi 

pedaqogikadan fərqləndirən bir xüsusiyyət də buradan irəli gəlir. 

Tələbə kollektivi  içərisində tərbiyə işi aparmaq ali məktəb 

müəllimindən  zəngin  bilik  ehtiyatı,  yüksək  mədəni-mənəvi 

səviyyə, xüsusi metodiki hazırlıq  tələb  edir. Çünki  tələbə ümumi 

təhsil almış, müəyyən hazırlığa və həyat təcrübəsinə 



34 


■ y 

malik, daiıfi inkişafda və təkmilləşməkdə olan, həyatı başa düşən, 

təhlil etməyi və ümumiləşdirməyi bacaran, şəxsi fikri, düşüncə tərzi 

olan  insandır.  Ali  məktəb  müəllimi  tərbiyəçi  kimi  fəaliyyət 

göstərərkən bunu nəzərə almalı, tələbəyə təsir vasitələrini seçərkən 

pedaqoji  ustalıq  nümayiş  etdirməlidir.  Tələbəni  sabahkı  həmkarı 

kimi  görməyi  bacarmalı,  onun  şəxsiyyətinə  hörmətlə  yanaşmalı, 

onun  səviyyəsinə  enməyi  bacarmalıdır.  Çünki  tələbə  məktəbli, 

dünənki uşaq deyil, onu «qorxutmaq»la, «hədələmək»lə ələ almaq, 

özünə  tabe  etmək  mümkün  deyil.  Zaçot  və  imtahandan  tələbəyə 

qarşı  vasitə  kimi  istifadə  etmək  düzgün  pedaqoji  takt  hesab  edilə 

bilməz. Müasir tələbə daha sərbəstdir, müstəqildir, özünə inamlıdır. 

Ali  məktəb  müəllimi  bütün  bunları  nəzərə  almalı  və  tələbəyə 

tərbiyəvi  təsir  yollarını  müəyyənləşdirərkən  həssas,  diqqətli  və 

ehtiyatlı olmalıdır. 

Ali  məktəb  pedaqogikasını  ümumi  pedaqogikadan 

fərqləndirərkən  bütün  spesifik  xüsusiyyətlər  onun  tədqiqat 

obyektini və tendensiyalarını müəyyənləşdirir. 

1.4.


 

ALI MƏKTƏB PEDAQOGİKASININ ƏSAS TƏDQİQAT 

ASPEKTLƏRİ 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə