Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə16/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

distantia -

 məsafə deməkdir) ləlim; 

 

virtual (latınca 



virtualis -

 qüvvətli, qabiliyyətli deməkdir. 

Burada mümkün olan mənasında işlədilir) təlim; 

 



tədris fənninin məzmununun modul quruluşu

 



pedaqoji prosesin keyfiyyətinin diaqnostikası; 

 



təlim-tərbiyə prosesinin keyfiyyət təminatı; 

 



ali  peşə-ixtisas  təhsili  keyfiyyətinin  idarə  olunması 

texnologiyası və s. 

Qeyd olunan bu prioritet istiqamətlər bir daha sübut edir ki, 

müasir  cəmiyyətdə  təhsil  insan  fəaliyyətinin  ən  geniş  sferasına 

çevrilmişdir. Təhsilin sosial rolu və əhəmiyyəti artmışdır. Bp gün 

bəşəriyyətin  inkişaf  perspektivləri  təhsilin  istiqamətləri'-və 

effektivliyindən  asılıdır.  Təhsil,  xüsusən  də  ali  təhsil  sosial  və 

iqtisadi tərəqqinin əsas və aparıcı qüvvəsinə çevrilmişdir. Təhsilə 

bu  cür  yeni  yanaşma  tərzi  ondan  irəli  gəlir  ki,  müasir  cəmiyyətin 

əsas  kapitalı  və  dəyəri  yeni  biliklərin  mənimsənilməsinə,  elmi 

axtarışlara,  qarşıya  çıxan  problemlərin  qeyri-standart,  orijinal 

yollarla həllinə hazır olan insandır. Hazırda sosial inkişaf - insanın 

nəyə  sahib  olmasından  daha  çox  onun  kim  olması  və  malik 

olduğundan necə istifadə etməsindən asılıdır. 

Bu  gün  bəşəriyyətin  istehsal  qüvvələrinin  görünməmiş 

vüsətlə inkişafının on milyonlarla adamın ən zəruri rifahım təmin 

edə  bilməməsi,  ekoloji  böhran,  planetimsizin  flora  və  faunasına 

insanların  amansız  istismarçı  münasibəti,  yoxsulluq,  uşaq 

ölümünün artması, insan hüquqlarının pozulması kimi problemlərin 

həlli  üçün  uli  təhsil sahəsində  müvafiq  strateji  islahatların  həyata 

keçirilməsi zəruri və vacibdir. 

Artıq  bütün  dünyada  inkişaf  etmiş  ölkələrin  milli  təhsil 

sistemlərində 

dövlət 


səviyyəsində 

müxtəlif 

islahatlar 

keçirilməkdədir.  Çünki  dövlət  başa  düşür  ki,  onun  gələcəyi  ölkə 

daxilində təhsilin, xüsusən də ali təhsilin inkişaf səviyyəsindən çox 

asılıdır. İslahatlar ali məktəblərin sayının və tələbə kontingentinin 

artırılması; ali məktəblərin yeni funksiyalarının 

^0 



müəyyənləşdirilməsi; informasiya bolluğunun lərnin edilməsi; yeni 

informasiya  texnologiyalarının  geniş  tətbiqi;  biliyin  keyfiyyətinin 

idarə edilməsi və digər prestij istiqamətləri əhatə edir. 

Nə  qədər  paradoksal  (yunanca 



paradoksal

  gözlənilmə/.. 

qəribə deməkdir) olsa da, son 10-15 ildə ali təhsilin elə problemləri 

meydana gəlmişdir ki, onları islahat daxilində, başqa sözlə, mənəvi 

metodoloji yanaşmalar çərçivəsində həll elmək mümkün deyil. 

Mövcud  təhsil  sistemləri  cəmiyyətin  yaradıcı  qüvvələrə 

ehtiyacını  ödəyə  bilmir.  İndii  mətbuatda,  pedaqoji  ədəbiyyatda 

təhsil  «böhranı»  haqqında  mülahizələr  daha  tez-  tez 

səslənməkdədir. Elmi  ədəbiyyatda təhsil  «böhranı» haqqında irəli 

sürülən mülahizələr artıq rəsmi dövlət sənədlərinə keçmişdir. 

ABŞ kimi qüdrətli bir dövlətin maarif xadimləri də belə bir 

nəticəyə gəlmişlər ki,  «hazırda elm və texnika sahəsində savadsız 

amerikalılar nəsli yetişməkdədir». 

Respublikamızda ali təhsil sahəsində dərin və geniş miqyaslı 

islahatlar  aparılsa  da  bəzi  nöqsanları  aradan  qaldırmaq  hələ  də 

mümkün olmayıb. Gənclərimizin bəziləri elm və texnika sahəsində 

«savadsız amerikalılardan» heç də geri qalmır. Ali məktəbdə təhsil 

alan bəzi tələbələr nəinki ümumtədris fənlərinə, hətta peşə-ixtisasla 

bağlı fənlərə də biganə münasibət bəsləyirlər. 

Bütün  dünyada  təhsil  böhranının  əsas  mahiyyətini  təhsil 

sisteminin  keçmiş  təcrübəyə,  bərpaedici  pedaqoji  prosesə, 

reproduktiv  təfəkkürə  əsaslanması,  ən  başlıcası,  gələcəyə 

istiqamətlənmənin olmaması təşkil edir. 

Sivil cəmiyyət yalnız yeni təhsil sistemi əsasında formalaşa 

və  öz  mövcudluğunu  qoruya  bilər.  Bu  məqsədlə,  gələcəyi  inamla 

proyektləşdirməyi  bacaran  və  bunun  üçün  məsuliyyət  hiss  edən 

mütəxəssis  formalaşdıran  yeni  təhsil  sistemi  yaradılmalıdır.  Sivil 

cəmiyyətin ehtiyac hiss etdiyi bu təhsil sistemi təhsili innovasiyalar 

əsasında qurmağa imkan verməlidir. 

41 



 

Pedaqoji ədəbiyyatda təhsil böhranının mahiyyəti və 



dünya təhsil sisteminin inkişaf tepde.nsiyaları sxematik olaraq 

aşağıdakı kimi göstərilir: 

.. ' . 

 

Bütün  dünyada  olduğu  kimi,  respublikamızın  da  təhsil 



sistemində müəyyən çatışmazlıqlar vardır. Bu, bir tərəfdən, qlobal 

təhsil  böhranının  təzahürüdür.  Digər  tərəfdən  sosial-  iqtisadi, 

ictimai-siyasi  həyatın  inkişafı  ilə  bağlı  ziddiyyətlərin  nəticəsidir. 

Üçüncü  səbəb  insanların  şüurunun,  adekvat  davranışının, 

müstəqilliyin  və  demokratiyanın  vüsətli  inkişafından  geri 

qalmasıdır.  Lakin  inkişafla  bağlı  ziddiyyətlərə  baxmayaraq, 

respublikamızda  təhsilin,  xüsusən  də  ali  təhsil  sisteminin 

təkmilləşdirilməsinə  elmi  və  texniki  innovasiyalar  əsasında 

yenidən  qurulmasına  dövlət  səviyyəsində  qayğı  göstərilir  və  bu 

istiqamətdə  ciddi  tədbirlər  həyata  keçirilir.  Ali  təhsil 

müəssisələrinə geniş özünüidarə imkanlarının verilməsi, 

A2 



cJİi məktəbin dövlət təhsil siyasətinin reallaşdıniması pm- sesində 

daha  fəal  İştirakı,  ali  təhsil  müəssisələrinə  fəaliyyətlərinin  bütün 

sferalarında daha geniş hüquqlar verilməsi, müəllim və tələbələrin 

sosial  müdafiəsinin  gücləndirilməsi,  ali  təhsilin  məzmununun 

dəyişdirilməsi,  təhsilin  sürətlə  yeniləşən  müstəqil  və  demokratik 

cəmiyyətimizin  ideologiya  və  maraqlarına  yönəlməsi,  təhsilin 

paradiqmalannm dəyişməsi, təhsilin fəlsəfəsinə, insan və cəmiyyət 

haqqında  elmlərə  diqqətin  artması,  təhsilin  menecment  (inciliscə 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə