Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə6/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

pedaqoji  texnolof'iyalar

  da  daxil 

edilir. 

Proqnozlaşdırma

  (yunanca  proqnosis  -  uzaqgörənlik, 

əvvəlcədən  xəbər  vermə  deməkdir.  Geniş  mənada  - 

proqnozlaşdırma nəzəriyyəsi və praktikası, dar mənada - proqnoz 

hazırlanması  qanunları  və  üsulları  haqqında  elm)  başqa  sözlə, 

pedaqoji prosesin məzmun və məqsədlərinə sistemli proqnos- 




tik yanaşma mütəxəssislərin peşə və hazırlıq səviyyəsinin düzgün 

müəyyənləşdirilməsinə, 

dəyişdirilməsinə 

(müəyyən 

peşə 

fəaliyyətinin  icrasına  hazırlıq  səviyyəsi)  çevik  və  dərhal 



düzəlişlər  etməyə,  insanın  tərbiyəsi,  təhsili,  inkişafı  və  özünü- 

təhsili  prosesini  düzgün  istiqamətləndirməyə  və  nizamlamağa 

şərait  yaradır.  Çünki  sosial-iqtisadi  tərəqqinin  yeni  peşələrə  və 

ixtisaslara  olan  tələbini  proqnozlaşdırmadan  cəmiyyətin 

inkişafını təmin etmək mümkün deyil. Proqnozlaşdırma olmadan 

ixtisaslaşmanın  optimal  strukturunu  qurmaq,  uyğun  olaraq 

təhsilin  məzmununu  yeniləşdirmək,  kadr  hazırlığını  və  ye- 

nidənhazırlığını təmin etmək mümkün deyil. 

Pedaqoji  proqnozlaşdırma  zamanı  prosesin  mərkəzində 

duran obyekt - insan-tələbə pedaqoji təsirlərin ancaq obyekti deyil, 

həm də öz gerçəkliyində ahəngdar inkişafın subyektidir. Odur ki. ali 

təhsilin məzmununu proqnozlaşdırarkən tələbə şəxsiyyətinin fərdi 

xüsusiyyətləri,  motiv  və  stimulları,  tələb  və  maraqları  əsas 

götürülməlidir.  Əlbəttə,  bu  ali  məqsəd  təhsilin  -  məzmunu 

çərçivəsinə  sığmır.  Onun  reallaşdırılması  yalnız  ali  məktəbdə 

təlim-tərbiyə  prosesində,  tələbənin  təlimdənkənar  həyat  və 

fəaliyyətində, ictimai-faydalı əməkdə, istehsal əməyində. çoxplanlı 

şəxsiyyətlərarası münasibətlərdə mümkündür. 

Ali  məktəb  pedaqogikası  elmi,  texniki,  istehsal sahələrinin 

«proqnozlar  axını»ndan  öz  spesifik  məqsədlərinə  uyğun  olanları 

ardıcıl  və  fasiləsiz  olaraq  seçməli  və 

pedaqoji  interpretasiyalar

 

(latınca 



interpretatio -

 şərhetınə, xüsusi ifadələrin adi, həyati dil ilə 

«tərcüməsi» 

deməkdir) 

etməli, 

mütəxəssisin 



proqnostik 

professional modelini

 (yaxud fəaliyyət modelini) hazırlamalıdır. Bu 

model  elmin,  texnikanın,  istehsal  prosesinin  elmi  surətdə 

əsaslandırılmış 

inkişaf 

istiqamətlərini, 

müəyyən 

profilli 

mütəxəssisin təkcə müasir istehsal sahəsində deyil, həm də gələcək 

istehsal  prosesində  optimal  iştirakını  təmin  edə  biləcək  şəxsi  və 

professional keyfiyyətlərini özündə əks etdirməlidir. 

Pedaqoji texnologiya

 (yunanca 



«texne»

 - incəsənət, ustalıq, 

bacarıq və «loqos» - təlim, elm, qanun sözlərindən götürülmüşdür, 

mütəxəssisin ustalığı, bacarığı deməkdir) pe- 

14 



daqoji prosesin məqsəd və vəzifələrinin layihələşdirilməsi və həlli 

sistemi  deməkdir.  O,  təlim-tərbiyə  işinin  effektivliyini  artırmağa, 

qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə həll etməyə yönəlir. 

Geniş mmcula pedaqoji texnologiya

 ləlim və tərbiyənin elmi 

surətdə  əsaslandırılmış  vasitələrini,  metod  və  formalarım 

müəyyənləşdirməli,  şəxsiyyətin  formalaşması  istiqamətində  gənc 

nəsli ümumbəşəri və milli dəyərlərlə silahlandırmalı, öyrənənlər və 

öyrədənlər arasında humanist münasibətləri təmin etməlidir. 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə