Fesil-10. indd



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix17.11.2018
ölçüsü1,76 Mb.
#81022
1   2   3   4   5   6   7   8   9

293

xil  olduğu  “postindustrial”  cəmiyyəti  həm  də  bəzən  “kapitalizmdən  sonrakı 

cəmiyyət”, “informasiya cəmiyyəti”, “texnotron cəmiyyət”, “elmi sivilizasiya” 

və s. də adlandırırlar. Postindustrial cəmiyyətin əsas əlaməti istehsalın kompü-

ter-texnologiya üsulu ilə qurulması, sərvətin başlıca olaraq “elmi biliklərin və 

informasiya” əsasında əldə edilməsidir. Bu yeni iqtisadi sistemin əsasında elm 

tutumlu və resurslara qənaət edən yüksək texnologiyalar durur. Bura mikroelekt-

ronika, telekommunikasiya, robot texnologiyaları, biotexnologiyalar və s. aiddir. 

İnformasiyalaşma ictimai həyatın və istehsalın bütün sferalarına nüfuz edir. 

Postindustrial  cəmiyyətin  digər  mühüm  xüsusiyyəti  insan  faktorunun  ro-

lunun  və  əhəmiyyətinin  artmasıdır.  Bu  dövrdə  əmək  resurslarının  struktu-

ru  dəyişməkdədir,  başqa  sözlə,  fiziki  əməyin  payı  və  əhəmiyyəti  azalmaqda, 

yüksək ixtisaslı əqli əməyin rolu artmaqdadır. Təhsilə və təlimə, ixtisasların artı-

rılmasına və ixtisas dəyişdirməyə qoyulan investisiyaların miqyası artmaqdadır. 

Postindustrial cəmiyyətdə tələbatların və ehtiyacların müxtəlifləşməsi və indivi-

duallaşması baş verməkdədir. Fərdin tələbatları siyahısında qeyri-maddi, sosial, 

intellektual, mədəni və humanitar xarakterli  məhsulların çəkisi artmaqdadır. 

Qloballaşma postindustrial iqtisadi şərtlər çərçivəsində məhsuldar qüvvələrin 

inkişafından  irəli  gələn  obyektiv  proses  kimi  özünə  cəlb  etdiyi  cəmiyyətlərin 

mədəniyyətlərinə də təsir edir. Təsadüfi deyil ki, qloballaşma praktikada əslində 

qərbləşmə  anlamına  gəlir.  Bir  çox  hallarda  şərq  cəmiyyətlərinə  zidd  qərb 

dəyərlərinin qloballaşma ilə bu cəmiyyətlərə sirayət etməsi kəskin reaksiyaya 

səbəb olur və milli identiklik hisslərini təsdiqini gücləndirir.

Qloballaşma  müxtəlif  ideyaların  və  biliklərin  sərhədsiz  olaraq  yayılaraq 

müxtəlif mədəniyyətlərin və yaradıcılıqların inkişafına şərait yaratsa da, bir çox 

xalqlar üçün təhlükə yaradır. Ona görə də mədəni təhlükəsizlikdən danışarkən 

mütləq  San  Dieqo  Kaliforniya  Universitetinin  Kommunikasiya  Texnoloqiya-

ları üzrə professoru Herbert İ. Şillerin müəllifi olduğu “mədəni imperializm” 

nəzəriyyəsinə  mütləq  toxunmaq  lazımdır.  Mədəni  imperializm  nəzəriyyəsinə 

görə,  Qərb  dövlətləri  kütləvi  informasiya  vasitələri  üzərində  hakim  olmaqla, 

Qərb dünyagörüşünü yeridərək və digər xalqların milli mədəniyyətlərini dağıda-

raq Üçüncü Dünya Ölkələrinin mədəniyyətləri üzərində güclü təsirə malikdirlər. 

Şiller  iddia  edir  ki,  Qərb  sivilizasiyası  böyük  maliyyə  imkanlarına  malik  ol-

duğuna görə mediada yayılan materialların (filmlər, xəbərlər, komediyalar və 

s.) əksəriyyətini istehsal edir. Dünyanın qalan ölkələri isə özlərininkini isteh-

sal etmək əvəzinə bunu idxal edir, çünki bu daha ucuz başa gəlir. Buna görə 

də  Üçüncü  Dünya  Ölkələri  Qərb  dünyasının  yaşam  tərzi,  inanclar  sistemi  və 

düşüncə tərzi ilə dolu mediaya baxırlar. Üçüncü Dünya ölkələrinin xalqları sonra 

gördüklərini təqlid etmək istəyir və daha sonra öz ölkərində mədəniyyətlərini 

dağıdırlar. Daha sonra müəllif belə bir qənaətə gəlir ki, insanlar necə hiss etmək, 

davranmaq, düşünmək və yaşamaq barəsində azad seçimə malik deyillər. Onlar 



294

televiziyada nəyi görürlərsə, ona uyğun reaksiya verirlər, çünki onlar televiziya-

da çox zaman gördüklərini öz həyatları ilə müqayisə edirlər, sonuncu isə lazım 

olandan az təsvir edilib. Şiller daha sonra göstərir ki, Üçüncü dünya ölkələri 

Qərb sivilizasiyalarının proqramlarını yayımladıqca bu ölkələrin xalqları məhz 

Qərb sivilizasiyalarının insanları kimi davranmaq, hiss etmək, düşünmək və ya-

şamaq lazım olduğuna, onların həyat tərzinin ideal təqlid norması olduğuna ina-

nacaqlar.

Bir məsələni də unutmaq olmaz ki, hazırda dünyanın iqtisadi cəhətdən inki-

şaf etmiş ölkələrində fiziki çəkisi olmayan və böyük elm tutumlu məhsullar is-

tehsal edən sahələr iqtisadiyyatın ən dinamik inkişaf edən sektorudur və ümumi 

iqtisadiyyatda onun payı artmaqdadır. Məsələn, ABŞ üçün ən çox gəlir gətirən 

əsas ixracat məhsulu təyyarə və avtomobil deyil, məhz əyləncə sektoru olan Hol-

livudun istehsal etdiyi filmlərdir. Məsələn, Hollivud istehsal etdiyi filmlərdən 

əgər 1997-ci ildə 30 milyard gəlir götürürdüsə, hazırda bu rəqəm təxminən 100 

milyard dollara (inflyasiya nəzərə alınmaqla) çatmışdır. 

Ənənəvi cəmiyyətlər innovasiyalara həssas olmaqla xarici iqtisadi əlaqələrə 

rahatlıqla  və  könüllü  gedirlər.  Ancaq  xarici  mədəniyyətin  elementlərinin 

müdaxiləsi və yad ictimai münasibətlər modellərinin qəbulu bir mənalı qarşı-

lanmır. İdeyaların və mədəniyyətin qloballaşması Qərbdə iqtisadi qloballaşma 

prosesinin  ümumi  tərkib  hissəsi  baxılır.  Bu  isə  ənənəvi  cəmiyyətlərdə  yaşam 

tərzinə, mənəvi dəyərlərə və qaydalara hədə kimi qəbul edirlər. Təsadüfi deyil 

ki, müsəlman ölkələrində güclü “qərbləşmə” siyasətinin yeridilməsi cəmiyyətdə 

radikal və siyasi islamın güclənməsinə gətirib çıxarır.

Harvard universitetinin professoru Samuel Hattinqton hesab edir ki, müasir 

qlobal tendensiyalar sivilizasiyaları birləşdirmir əksinə onları qarşı qarşıya qo-

yur. İqtisadi modernləşmə, İnternet ola bilər ki, dünyanın ayrı-ayrı hissələrində 

insanların iqtisadi vəziyyətini yaxşılaşdırsa da, dünya daha da sürəkli, kiçik və 

tanınmaz hala gəlib. Bu cür vəziyyətlərdə insanlar qorxu hiss edirlər. Ona görə 

də, dayaq əldə etmək üçün insanlar ənənələrinə və dinlərinə qayıdırlar. Ona görə 

də antiqlobalizmə bu gün ən müxtəlif bəzən bir-birinə tamam zidd cərəyanlar, 

hərəkatlar, ideyalar və cərəyanlar daxildir.



10.3 

Qloballaşma və genişlənən beynəlxalq ticarət

Qloballaşma dövründə dünya bazarları daha açıq oldu. Bu isə bir sıra üçün-

cü dünya ölkələrini ixrac meylli siyasət yeridərək çox böyük iqtisadi yüksəliş 

və  nailiyyətlər  əldə  etməsinə  imkan  verdi.  Məhz  beynəlxalq  ticarət  “Asiya 

pələnglərinin”  və  digər  ölkələrin  iqtisadi  yüksəlişinin  əsas  səbəbi  olmuşdur. 

Onlar  bu  yüksəliş  nəticəsində  qısa  zaman  müddətində  “banan  ölkələrindən” 

sənaye istehsalının böyük mərkəzlərinə çevrildilər. Geridə qalmış keçmiş kolo-



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə