Fesil-11. indd


Şəkil 2. Qlobal İstiləşmə prosesinin sadə təsviri



Yüklə 5,04 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix23.09.2018
ölçüsü5,04 Mb.
#70311
1   2   3   4   5   6   7   8   9   ...   12

313

Şəkil 2. Qlobal İstiləşmə prosesinin sadə təsviri

11.1.3

İqlim Dəyişmələri: təhlükənin ciddiliyi və dünya

 

ölkələrinin “karbon izi”

Orta qlobal temperatur dünyada iqlim vəziyyətinin dəyərləndirilməsi üçün 

ən çox istifadə edilən ölçü vahidinə çevrilmişdir. Bu ölçü vahidi bizə mühüm 

ismarıc  göndərir.  Biz  artıq  görürük  ki,  sənaye  erasının  başlanğıcından  sonra 

qlobal orta temperatur 0,7°C artmışdır. Planetimizdə orta temperaturun artma-

sı ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su 

səthində istiləşmə və buzlaqların əriməsi müşahidə olunur. İqlim dəyişmələrinə 

məcburi uyğunlaşma (adaptasiya) vasitələri adi hala çevrilməkdədir. Məsələn, 

Afrikanın şərqində quraqlıq mövsümündə qadınlar su tapmaq üçün daha uzun 

məsafə qət etməyə vadar olur. Banqladeş və Vyetnam kimi ölkələrdə şiddətli 

qasırğa,  sel  və  dəniz  səviyyəsinin  qalxması  nəticəsində  kiçik  fermerlər  daha 

çox  məhsul  itkisindən  dəyən  itkini  aradan  qaldırmaq  məcburiyyətində  qalır. 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası-

nın (BMTİDÇK) qəbul olunmasında keçən 20 illik dövr ərzində atmosferdə isti-

likxana qazlarının konsentrasiyasının stabilləşdirilməsi istiqamətində bəşəriyyət 

olaraq çox az nailiyyət əldə etmişik.

Bəs iqlim dəyişmələri hansı həddə təhlükəli hesab olunur? Bu suala cavab çox 

nisbidir.  Qırğızıstanda  kiçik  fermer  üçün  təhlükəli  hesab  edilən  təbiət  hadisəsi, 

ABŞ-ın cənub ştatlarının birində yaşayan fermer üçün təhlükəli hesab edilməyə 



314

bilər.  Lakin  milyonlarla  insan  və  eko-sistem  ünsürü  üçün  dünya  üçün  təhlükə 

həddi artıq keçilmişdir. Gələcəkdə qlobal temperatur artımının məqbul həddinin 

müəyyənləşdirilməsi güc və məsuliyyət məfhumları ilə bağlı bir sıra suallar orta-

ya çıxarır. Bütün bunlara baxmayaraq iqlim dəyişmələrinin təsirinin azaldılması 

üçün uğurlu tədbirlərin icrası üçün temperaturun artım həddinin son məqbul həddi 

müəyyənləşdirilməlidir. İqlimşünaslar arasında bu istiqamət üzrə konsensus əldə 

olunmaq üzrədir və bir çox alim bu həddin 2°C olduğu qənaətindədir.

Qlobal  orta  temperatur  həddində  2°C-dən  artıq  istiləşmə  baş  verəcəyi 

təqdirdə iqlim dəyişmələri risklərinin təhlükəsi kəskinləşəcəyi ehtimal olunur. 

Yuxarıda qeyd olunduğu kimi bunun üçün istilikxana qazlarının atmosferə tul-

lantısının qarşısı alınmalıdır. Lakin inkişaf etmiş dövlətlər (ABŞ, Avropa İttifa-

qı ölkələri, Yaponiya və s.) öz ənənəvi inkişaf yollarında əl çəkmək niyyətində 

deyil. Eyni zamanda iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər (Çin, Hindistan, 

Braziliya və s.) isə onlardan tələb olunan ekoloji müdafiə prinsiplərinə məhəl 

qoymurlar. Bu dövlətlər ekoloji tarazlığın onların inkişafının ləngitməsi hesabı-

na nail olunmasını qərb dövlətlərinin bir növ paxıllıq hissi ilə izah edir və dün-

ya ictimaiyyətinin suverenlik prinsipinə hörmət etməyə çağırırlar. Nəticə olaraq 

qlobal karbon emissiyaları 2011-ci ildə 3% artaraq rekord 34 milyard tona

1

 çat-



mışdır ki, bunun də təxminən 78% Böyük 20-lik (G-20) ölkələrinin payına düşür 

(bax şəkil 3).



Şəkil 3. Ölkələrinin qlobal karbon emissiyalarındakı payı

1

 Azərbaycanın karbon emissiyası 47 milyon ton təşkil edir (Dünya Bankı, 2008)




315

Şəkildən göründüyü kimi, ABŞ, Çin, Rusiya, Avropa İttifaqı ölkələrinin qlo-

bal istiləşməyə “töhfəsi” və onların planetmizdəki “karbon izi” inkar edilməzdir. 

İqtisadiyyatı  güclü  olan  bu  ölkələrdə  qlobal  istiləşmənin  fəsadlarına  qarşı 

mübarizə aparmaq təbii olaraq yoxsul ölkələrlə müqayisədə daha asan başa gəlir. 

Yuxarıda qeyd olunduğu kimi atmosferdə sərhəd olmadığından isə bu ölkələrin 

ekologiyaya müdaxiləsi özünü zəif inkişaf etmiş ölkələrdə büruzə verə və orada 

həm maddi, həm də insan həyatının itirilməsi nəticələnə bilən fəsadlar törədə 

bilər.

11.1.4

İqlim dəyişmələrinin insan inkişafına təsiri: transmissiya

 

mexanizmləri

İqlim  dəyişmələri  qlobal  bir  prosesdir,  lakin  onun  təsirləri  özünü  lokal 

səviyyədə  büruzə  verir.  Fiziki  təsir  həddi  coğrafi  mövqe,  qlobal  istiləşmə  və 

ərazidə mövcud iqlim şəraiti arasındakı əlaqədən asılı olaraq müəyyənləşir. Bu 

təsirin geniş əhatə dairəsi onun barəsində ümumi fikir söyləmək imkanlarımı-

zı  çətinləşdirir.  Lakin  iqlim  dəyişmələrini  insan  inkişafını  ləngidən  4  xüsusi 

istiqamət üzrə ümumi mülahizələr söyləmək mümkündür:

•  Kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi

Gündəlik  gəliri  1  ABŞ  dollarından  aşağı  olan  dünya  əhalisinin  ¾-nün 

(təxminən  900,000,000  nəfər)  əsas  birbaşa  gəlir  mənbəyi  kənd  təsərrüfatıdır. 

İqlim  dəyişmələri  ssenariləri  quraqlıq  və  yağıntıların  paylanması  sxemində 

dəyişikliklərlə əlaqədar Sahara və cənub-şərqi Asiyada məhsul istehsalına ciddi 

mənfi təsir göstərə bilər. Alimlərin hesablamalarına görə əgər lazımi qabaqla-

yıcı tədbirlər görülməsə iqlim dəyişmələri tərəfindən kənd təsərrüfatı və ərzaq 

təhlükəsizliyinə təzyiqin nəticəsi olaraq 2080-ci illərədək əlavə 600 milyon in-

san kəskin qida çatışmazlığından əziyyət çəkəcək.

•  Su qıtlığı təhlükəsinin artması

Qlobal orta temperaturun 2°C artması dünyada su resurslarının paylanmasın-

da fundamental dəyişikliklərə səbəb olacaqdır. Himalay dağlarında buzlaqların 

əriməsi  Şimali Çin, Hindistan və Pakistanda artıq kəskinləşməkdə olan ekoloji 

problemləri daha şiddətləndirəcəkdir. Buzlaqların əriməsi bu zonada ilkin dövrdə 

sel və daşqınların sayının artması, daha sonra isə suvarma əhəmiyyətli çaylarda 

su ehtiyatlarının azalması ilə  nəticələnə bilər. Latın Amerikasında buzlaqların 

əriməsi xüsusilə And dağları zonasında şəhər əhalisinin içməli su ilə təminatı, 

kənd təsərrüfatı və hidro-energetika ehtiyaclarının qarşılanmasında problemlərə 

səbəb ola bilər. İqlim dəyişmələrinin təsiri nəticəsində 2080-ci ilədək su qıtlığın-

dan əziyyət çəkən dünya əhalisinin sayı 1,8 milyard nəfər arta bilər.

•  Eko-sistemlərin məhv edilməsi

Qlobal  orta  temperaturun  2°C  artması  fauna  və  floranın  növlərinin  məhv 



Yüklə 5,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə