Fesil-11. indd



Yüklə 284,95 Kb.

səhifə1/12
tarix23.09.2018
ölçüsü284,95 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   12


310

FƏSİL 11

İqlim dəyişmələri və insan inkişafı

11.1 

İqlim dəyişmələri və insan inkişafı 

“Bir nəsil nə ağac əkərsə, başqa nəsil onun 

kölgəsində əyləşər” - Çin atalar sözü

11.1.1

İqlim Dəyişmələri nədir?

İqlim  dəyişmələri,  onun  müasir  dünyamızdakı  müxtəlif  ölkələrin  inkişaf 

xəttinə,  qlobal  iqtisadiyyatın  təkamülünə,  habelə  adi  insanların  həyat  tərzinə 

göstərdiyi  təsiri  barədə  yazılmış  ədəbiyyatın  sayı  artıq  yüz  minlərlədir.  İqlim 

dəyişmələri mövzusunu araşdıran elmi cəmiyyət özü iki cəbhəyə bölünmüşdür. 

Birinci cəbhə iqlim dəyişmələrinin bir qrup maraqlı tərəf, xüsusən də inkişaf 

etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrdəki tərəqqinin sürətinin 

qarşısının alınması üçün ortaya atılmış boş iddia olduğuna söykənir. Dünyanın 

ətraf mühit sahəsində tanınmış alimlərini özündə birləşdirən ikinci cəbhə isə iq-

lim dəyişmələrinin bəşəriyyət qarşısında duran ən ciddi problem olduğunu öz 

elmi mülahizələri və tədqiqatları ilə izah etməyə çalışır.

İqlim dəyişmələrinin həqiqətən də baş verdiyini iddia edən alimlərin fikrinə 

əsasən  problemin  kökündə Yer  Kürəsinin  karbon-dioksid  (CO

2

)  və  digər 

istilik effekti yaradan (parnik) qazların udulması potensialı durur. Bu nə 

deməkdir? Müxtəlif növ tərəvəz və bitkilərin yetişməsi üçün lazımi tempera-

turu yaradan istilikxanalar kimi, atmosferdəki qazlar da günəşdən gələn istiliyi 

tutub saxlayaraq planetimizdə bizim yaşamağımız üçün zəruri istiliyi yaradır. 

Alimlərin hesablamalarına əsasən, əgər atmosferdə bu qazlar olmasaydı, onda 

Yer Kürəsində orta illik temperatur təxminən -19° C olardı. Məhz buna görə 

həmin qazlar istilik effekti yaradan və ya “istilikxana” qazları adlandırılır. CO

2

 



və digər qazlar atmosferin üst qatlarında günəşdən gələn istiliyi tutub saxlamaqla 

bizi hədsiz istilikdən mühafizə edərək bir növ görünməz mühafizə zolağı yaradır-

lar. Beləliklə onlar dünyada insanların normal yaşaması və fəaliyyət göstərməsi 

üçün zəruri temperaturun formalaşdırılmasında müstəsna rol oynayırlar. 

CO

2

 atmosferə müxtəlif mənbələrdən daxil olur: kənd təsərrüfatı, landşaft-



dan  istifadədə  olan  dəyişikliklər,  sənaye,  tullantılar,  energetika  və  sair  (bax: 

Şəkil 1). XX əsrin ortalarından etibarən sənayenin inkişafı və enerji əldə etmək 

məqsədilə üzvi maddələrin yandırılması nəticəsində atmosferdə CO

2

 və digər 



istilikxana  qazlarının  atmosferdəki  sayı  sürətlə  artmışdır  (bax:  Cədvəl  1).  Bu 

da öz növbəsində günəş istiliyinin atmosferdə daha çox miqdarda saxlanmasına 

səbəb olur.



311

Şəkil 1. CO

2

-nin əsas mənbələri

Atmosferdə  sərhədlərin  olmaması  və  CO

2

-nin  havada  sərbəst  hərəkəti, 



hətta yuxarıda adı çəkilən mənbələrin zəif inkişaf etdiyi və ya mövcud olmadığı 

yerlərdə temperaturun artmasına gətirib çıxarır. Bu fenomen alimlər tərəfindən 



qlobal istiləşmə adlandırılır. 

Cədvəl 1. İstixana qazlarının mənbələri və onların 

qlobal istiləşməyə təsiri 

11.1.2

İqlim Dəyişmələri həqiqətdir, yoxsa boş iddia?

Sakit Okeanda yerləşən İster Adası dünyanın ən ucqar nöqtələrindən biridir. 

Vaxtilə  böyük bir sivilizasiyanın məskəni olan həmin adada indi yalnız vulkan 

  

Qazlar 

Əsas antropogen mənbələr 

Qlobal istiləşməyə 

təsiri (%) 

CO

2

 

Enerjidən istifadə, meşədən istifadə, torpaqdan istifadə, sement 

istehsal 

65 


CH

4

 

Qaz borularndak szmalar, heyvandarlq fəaliyyəti 

tullantlarnn fermentasiyas, düyü sahələri, tullantlar, tullant 

poliqonlar, biokütlənin yandrlmas, məişət axntlar 

20 

Halogenli  

birləşmələr 

Sənaye, soyuducu agentlər, aerozollar, köpükləndirici 

maddələr, həlledicilər 

10 


N

2

Torpağn gübrə ilə təminat, torpağn təmizlənməsi

biokütlənin yandrlmas, Daş kömür və karbohidrogenlərin 

yandrlmas 




312

kraterində yerləşmiş nəhəng daş abidələr qalmaqdadır. Bu sivilizasiya ekoloji 

resursların  istismarı  nəticəsində  məhv  olmuşdur.  Qəbilələr  arasındakı  rəqabət 

nəticəsində meşələrin sürətlə qırılması, torpaq eroziyası və adada yuva salmış 

faunanın tələf edilməsi burada insan həyatını təmin edən qida və kənd təsərrüfatı 

sistemlərini  məhv  etmişdir.  Təhlükənin  qarşısının  alınması  üçün  tədbirlərin 

görülməsi zərurəti gec başa düşülmüş və fəlakətin qarşısını almaq mümkün ol-

mamışdır.

İster  Adası  nümunəsi  birgə  ekoloji  resursların  idarə  olunmasında  ifla-

sın nəticələrini bariz şəkildə nümayiş etdirir. İqlim dəyişmələri bu hekayənin 

XXI  əsrdəki  qlobal  versiyasıdır.  Hekayələr  arasında  yalnız  bir  fərq  var.  İster 

Adasının sakinlərindən fərqli olaraq, bizim əlimizdə qarşıda duran problemlə 

əlaqədar faktlar və onun həll etmək üçün resurslar vardır. Ən əsası, artıq dünya 

ictimaiyyətinin əksəriyyəti dərk edir ki, əgər mövcud həyat tərzi və normalar 

dəyişdirilməsə bizi qarşıda nə gözləyir.

İqlim dəyişmələri insan inkişafına bir başa təhlükədir. İqlim dəyişmələri dün-

yanın bütün ölkələrində və hər kəsə təsir göstərir. Lakin dünyanın yoxsul insan 

təbəqələri iqlim dəyişmələrinə daha həssasdırlar. Onlar təhlükənin bir addımlı-

ğında dayanır və ona qarşı mübarizə aparmaq üçün çox az resursa malikdirlər. 

İqlim dəyişmələri Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq yolunda 

müxtəlif əngəllər yaradır, ölkələr daxili və arasında bərabərsizliyi artırır. Əgər 

məsələyə vaxtında diqqət yetirilməsə iqlim dəyişmələri gələcəkdə nəinki zəif 

inkişaf etmiş ölkələri, hətta varlı ölkə və gələcək nəsilləri də ağuşuna alacaqdır. 

Sevindirici haldır ki, iqlim dəyişmələri problemi indi təkcə elmi cəmiyyəti 

deyil, adi insanları, hökumət nümayəndələrini və siyasətçiləri də narahat etməyə 

başlamışdır. Təqribən 10 il bundan əvvəl iqlim dəyişmələrinin həqiqətən də baş 

verdiyinə tərəddüdlə yanaşan, hətta onu inkar edən və sıralarında dünyaca ta-

nınmış ictimai və elmi xadimləri birləşdirən “skeptiklər cəbhəsi” mövcud idi. 

Böyük şirkətlər tərəfindən maliyyələşdirilən və mətbuat tərəfindən dəstəklənən 

skeptiklər  cəbhəsi  ictimai  fikrin  formlaşdırılmasında  böyük  rol  oynayırdı. 

İndi isə hər hansı ciddi iqlimşünas alim iqlim dəyişmələri probleminin aktual, 

təhlükəli problem olduğunu qəbul edir və onun atmosferə CO

2

 qazının atılması 



ilə əlaqədar olduğunu dərk edir.

Əsas maneə isə elmi faktların mövcudluğuna baxmayaraq qlobal müstəvidə 

bu istiqamət üzrə zəruri tədbirlərin görülməsi üçün mövcud siyasi iradənin aşağı 

olmasıdır. Keçən dövr ərzində dünya ölkələrinin əksəriyyəti iqlim dəyişmələrinin 

təsirinin  azaldılması  istiqamətində  düşünülmüş  tədbirlər  planı  icra  etmir. 

Atmosferə  atılan  CO

2

  isə  havada  uzun  müddət  qalmaq  potensialına  malikdir. 



Yəni əgər biz bu gün külli miqdarda karbon qazının havaya atılmasının qarşısını 

alsaq da, atmosferdəki mövcud istilikxana qazları Yer Kürəsinin iqliminə hələ 

uzun müddət təsir edəcəkdir.





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə