Fesil-11. indd



Yüklə 284,95 Kb.

səhifə3/12
tarix23.09.2018
ölçüsü284,95 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

316

olma  təhlükəsini  sürətləndirir.  Alimlərin  hesablamalarına  əsasən  qlobal  orta 

temperaturun artım həddi 3°C-ni keçdikdə bilinən canlıların təqribən 20-30%-

nin  nəslinin  kəsilməsi  təhlükəsi  yaranacaqdır.  Hazırda  iqlim  dəyişmələri  öz 

mənfi təsirini daha çox dəniz və okean eko-sistemlərinə göstərir. Bu da sahilya-

nı ərazilərdə bio-müxtəliflik və eko-sistemlərin tələfatı ilə nəticələnir. Nəticədə 

əsas gəlir mənbəyi balıqçılıq olan 100 milyonlarla insan qida çatışmazlığı və 

maliyyə itkisində əziyyət çəkir.

•  İnsan sağlamlığına risklərin artması

İqlim  dəyişmələri  müxtəlif  səviyyələrdə  insan  sağlamlığına  mənfi  təsir 

göstərəcəkdir. Temperaturun istiləşməsi nəticəsində malyariya zonasının əhatə 

zonası genişlənərək əlavə 400 milyonadək insanı bu xəstəliyə yoluxma riski ilə 

üz-üzə qoya bilər. Malyariya xəstəliyindən ən çox ölüm hallarının təsadüf etdiyi 

Sahara bölgəsində (təqribən 90%) xəstəliyə yoluxmanın 16-28% artması ehtimal 

olunur.

Yuxarıda  təsvir  olunan  insan  inkişafı  istiqamətləri  üzrə  meydana  çıxmaq 



ehtimalı  olan  problemlərə  təcrid  olunmuş  şəkildə  nəzər  salmaq  olmaz.  Onlar 

bir-biri  ilə  sıx  bağlı  olmaqla  insan  inkişafını  əngəlləyən  mövcud  problemləri 

daha  da  dərinləşdirir.  Bu  bölmənin  növbəti  hissələrində  iqlim  dəyişmələri  ilə 

mübarizə üzrə institusional çərçivə, onun təsirlərinin yumşaldılması üçün dün-

yada və ölkəmizdə həyata keçirilən tədbirlər, iqlim dəyişmələrinə uyğunlaşma-

nın çətinlikləri, Azərbaycanda iqlim dəyişmələrinə həssas sahələr və adaptasiya 

imkanları təhlil olunacaqdır. 

11.2 

İqlim dəyişmələri üzrə institusional çərçivə

“Ədalətsizliyi görəndə neytral qalmağı seçirsənsə, 

deməli sən zülmkarın tərəfindəsən”- Dezmond Tutu

11.2.1

İqlim dəyişmələri üzrə institusional çərçivənin formalaşması:

 

tarixə qısa baxış

XX  əsrin  70-ci  illərinin  sonundan  etibarən  iqlim  dəyişmələri  problemi 

beynəlxalq ictimaiyyətin diqqətini daha yaxından cəlb etməyə başlamışdır. İq-

lim dəyişmələrinə qarşı kollektiv qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində 

Birləşmiş  Millətlər  Təşkilatının  mandatı  altında  bir  sıra  qurumlar  yaradıl-

mış, iqlim dəyişmələri üzrə çərçivə konvensiya qəbul olunmuş və beynəlxalq 

əməkdaşlıq  mexanizmlərinin  gücləndirilməsi  üçün  müəyyən  işlər  həyata  ke-

çirilmişdir.  İqlim  dəyişmələri  üzrə  institusional  çərçivənin  formalaşması  (bax 

Cədvəl 2) barədə qısa məlumat aşağıda verilmişdir.



317

Cədvəl 2. İqlim dəyişmələri: institusional çərçivənin formalaşması tarixi

İl 

Mühüm hadisələr 

1979 

İlk dəfə keçirilmiş  Dünya  İqlim Konfransnda iqlim dəyişmələri təxirəsalnmaz qlobal 

problem elan edilmişdir. Dünya ölkələrinə iqlim dəyişmələrinin mümkün fəsadlarna hazr 

olmaq və qorunmaq üçün xəbərdarlq edilmişdir. Qlobal İqlim Proqram qəbul olunmuş və 

onun icras nəzarət üzrə növbəti illərdə bir sra konfranslar keçirilmişdir.    

1988 

Dünya Meteorologiya Təşkilat və BMT-nin Ətraf mühit Proqram tərəfindən  Beynəlxalq 



Hökumətləraras  İqlim Panelinin (BHİP)  əsas qoyulmuşdur. Dünyann müxtəlif 

ölkələrindən iqlimşünaslar özündə birləşdirən bu panelin əsas vəzifəsi dəyişmələrin həcmi və 

zamann dəyərləndirmək, onlarn təsiri gücünü hesablamaq və qabaqlayc strategiyalar üzrə 

təkliflər verməkdir. Panel həmçinin müxtəlif ölkələrdə atmosferə atlan istilikxana qazlarnn 

hesablanmas üçün mütəxəssislər tərəfindən istifadə olunmas üçün təlimatlar da hazrlayaraq 

mütəmadi olaraq onlar yeniləyir.  



1990 

BHİP dünyada iqlimin vəziyyətinə dair Birinci Qiymətləndirmə Hesabatn dərc edir. Bu 

sənəd BMT-nin iqlim dəyişmələri üzrə konvensiyasnn tərtibat zaman baza sənəd rolunu 

oynayr. 

İqlimşünas alimlərlə bərabər yüksək vəzifəli hökumət nümayəndələrinin iştirak ilə 

Cenevrədə II Dünya İqlim Konfrans baş tutur. 

BMT-nin Baş Assambleyasnn 21 dekabr, 1990-c il tarixli qətnaməsinə  əsasən  İqlim 

Dəyişmələri üzrə Çərçivə Konvensiyann mətnin hazrlanmasna başlanmşdr. 



1992 

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyann mətninin hazrlanmas işləri yekunlaşdrlr və 

konvensiya həmin ilin iyun ayda Rio da Jeneyro şəhərində keçirilən Dünya Sammitində 154 

ölkə tərəfindən imzalanr.   



1994 

Mart aynn 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyas 50-ci üzv ölkənin 

ratifikasiya prosesinin tamamlanmas ardndan qüvvəyə minir. Konvensiyaya qoşulan ölkələr 

2 kateqoriyaya bölünür: 

•  Konvensiyann  Əlavə 1-nə daxil edilmiş ölkələr atmosferə tulladqlar istilikxana 

qazlarnn azaldlmasna dair öhdəliklər götürürlər. Bu öhdəlik ölkədən-ölkəyə fərqlənir. 

Əlavə 1-ə daxil edilmiş ölkələr  əsasən inkişaf etmiş ölkələr blokudur (ABŞ, Avstraliya

Kanada, Avropa İttifaq). Lakin onlarn arasnda iqtisadiyyat inkişaf etməkdə olan ölkələr də 

vardr (Türkiyə, Rusiya, Xorvatiya). 

•  Konvensiyaya üzv ölkələrin  əksəriyyəti Əlavə 1-ə daxil edilməyən inkişaf etməkdə 

olan ölkələrdir (Azərbaycan, cənubi və cənub-şərqi Asiya ölkələri, Rusiya istisna olmaqla 

MDB ölkələri və s.). Bu ölkələr qarşsnda emissiyalarnn azaldlmas istiqamətində heç bir 

öhdəlik qoyulmur.   

Konvensiyaya üzv hər bir dövlət öz ölkəsində iqlim dəyişmələrinin vəziyyəti, müxtəlif 

mənbələrdən atmosferə atlan istilikxana qazlarnn miqdar, iqlim dəyişmələrinin təsirləri, 

adaptasiya tədbirləri və s. barədə informasiyan  əks etdirən hesabatlar tərtib edərək onu 

Konvensiyann Katibliyinə təqdim edir. 

1995 

Azərbaycan Respublikas İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyaya qoşulur. 

1997 

Kioto Protokolu qəbul olunur. Bu protokol sənayeləşmiş ölkələr üzərinə 

CO

2



 və digər 

istilikxana qazlarnn emissiyasnn azaldlmas istiqamətində hüquqi öhdəliklər qoyur.  



2005 

Kioto Protokolu qüvvəyə minir və protokola üzv dövlətlərin ilk görüşü Kanadann Monreal 

şəhərində keçirilir 



2012 

Rio da Jeneyro şəhərində BMT-nin Dayanql  İnkişaf üzrə 3-cü Konfrans baş tutur. 

Konfransda qlobal Dayanql İnkişaf Məqsədlərinin qəbul olunmas əsas müzakirə mövzusu 

olur. 


 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə