Fesil-11. indd



Yüklə 5,04 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix23.09.2018
ölçüsü5,04 Mb.
#70311
1   2   3   4   5   6   7   8   9   ...   12

318

11.2.2

İqlim dəyişmələrinə qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıq

Bu günə olan məlumata əsasən artıq 194 ölkə və bir regional təşkilat BMT-nin 

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etmişdir. Konven-

siyanın tələblərinə əsasən hər bir ölkə atmosferə tullanan istilikxana qazlarının 

miqdarı, iqlim dəyişmələrinin təsiri və onun nəticəsində baş vermiş dəyişikliklər, 

iqlim dəyişmələri ilə mübarizə üzrə görülmüş işlər barədə mütəmadi olaraq Kon-

vensiyanın Katibliyinə hesabatlar təqdim edir. Azərbaycan Respublikası da artıq 

Katibliyə iki hesabat təqdim etmişdir (2005 və 2010-cu illərdə).

Çərçivə  Konvensiyada  iqlim  dəyişmələrinə  uyğunlaşma  üzrə  tədbirlər 

planı öz əksini tapır. Konvensiyanın mətnində kənd təsərrüfatından sahilboyu 

ərazilərin mühafizəsinə, daşqın təhlükəsindən bərk tullantıların idarə olunma-

sına  kimi  müxtəlif  sahələrdə  iqlim  dəyişmələrinin  təsirinə  hazır  olmaq  üçün 

beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanır. Bu əməkdaşlığın əsas 

məqamlarından  biri  varlı  ölkələr  tərəfindən  inkişaf  etməkdə  ölkələr,  onların 

arasından  iqlim  dəyişmələrinin  mənfi  təsirlərinə  daha  həssas  dövlətlər  dəstək 

verilməsidir. Lakin inkişaf etmiş ölkələr Konvensiyanın yardımçılıq prinsipinə 

yetərincə diqqət ayırmırlar. Konvensiyanın Əlavə 2-nə daxil olan ölkələr (ABŞ, 

Rusiya, Avropa İttifaqı ölkələri, Avstraliya və s.) inkişaf etməkdə olan dövlətlərdə 

iqlim dəyişmələrinin mənfi təsirlərinin aradan qaldırılmasında onlara texniki və 

maliyyə yardımı göstərməlidirlər. Lakin bu ölkələrin hökumətləri öz sərhədləri 

daxilində adaptasiya tədbirlərinə kifayət qədər sərmayə yatırmalarına baxmaya-

raq, inkişaf etməkdə olan ölkələrdə paralel sərmayə qoyuluşu həyata keçirmirlər. 

Beləliklə dünyada iqlim dəyişmələrinə uyğunlaşma üzrə potensialı inkişaf etmiş 

və ya çox zəif olan ölkələr blokları formalaşmaqdadır.



11.3  

Enerji və alternativ enerjinin inkişafı

Şəkil 4: İşçilər binanın damında günəş panellərini təmir edərkən


319

11.3.1

Ənənəvi enerjidən alternativ enerjiyə

Iqlim dəyişmələri ilə mübarizə aparma yollarından biri, bəlkə də ən səmərəli 

yollarından biri alternativ və bərpa olunan enerji növlərinin inkişafıdır. Alterna-

tiv enerji növlərinin inkişafı ilə iqlim dəyişiklikləri arasındakı əlaqəni görmək 

üçün enerji daşıyıcılarının inkişafına nəzər salmaq gərək.

Əslində, bəşəriyyət ta qədimdən indi alternativ adlanan enerji növlərindən 

yararlanıbdır.  Günəş,  su,  külək  və  bio  enerjisi  artıq  qədim  sivilizasiya-

lar dövründə   istifadə edilirdi. Su və külək dəyirmanları, heyvan təzəyindən 

məişətdə istifadə edilmə, günəş şüaları hesabına suyun qızdırılması – bunların 

hamısı belə nümunələrdəndir. Bu enerji növləri, üstəgəl odun və odun kömürü 

insanların enerjiyə olan ehtiyaclarını yüzilliklər ərzində əsasən ödəyirdi. 

Ancaq XVII-XVIII əsrlərdən başlayaraq Sənaye İnqilabı ilə əlaqədar insan-

ların enerjiyə olan tələbatı kəskin şəkildə artmışdır. Sırf kəmiyyət artımından 

savayı istehsal prosesinin dinamikası da dəyişmişdi. Artıq sənaye müəssisələri 

təbiətin şıltaqlığından -- küləyin əsməsindən, günəşin çıxmasından, çaylarda su-

yun  olub-olmamasından  asılı  vəziyyətdə qala  bilməzdilər.  Şəhərlərin  inkişafı, 

nisbətən  az  insanın  kənd  təsərrüfatında  çalışmaqla  nisbətən  çox  insanı  ərzaq, 

xammal və digər mallarda təmin etmək zərurəti enerjiyə olan tələbatı artırmaqla 

yanaşı, enerji təminatının sabit olmasını da zəruri etmişdir. Digər problem isə 

enerjinin heç də hökmən istehsal olunduğu yerdə yox, digər yerlərdə sərf olun-

ması  zərurəti,  və  bundan  irəli  gələn  enerjinin  bir  yerdən  digərinə  ötürülməsi, 

ehtiyac olmadıqda isə enerjinin toplanması idi.

Sənaye İnqilabının ilk mərhələsində enerji problemini həll etməkdə əsas yar-

dımçı rolunu daş kömür oynadı. Daş kömür də qədimdən istifadə edilirdi, ancaq 

onun yerin altından çıxarılması daha çox zəhmət və vəsait tələb etdiyindən, bu 

enerji mənbəyi nisbətən az istifadə edilirdi. Ancaq Sənaye İnqilabı bir tərəfdən 

daş kömürün çıxarılmasını nisbətən asanlaşdırmış, digər tərəfdən daha çox ener-

ji tutumu olan daş kömürə ehtiyacı artırmışdır. Ona görə enerjiyə tələbat artan 

kimi ilk növbədə daş kömür mədənləri genişlənməyə başladı, kömür çıxarılan 

mədənlərin  ətrafında  şəhərlər  əmələ  gəlməyə  və  böyüməyə,  get-gedə  inkişaf 

edərək  iri  sənaye  və  ticarət  mərkəzlərinə  çevrilməyə  başladılar.  Öz  enerji  tu-

tumuna görə daş kömür odun və odun kömüründən üstün idi, məsələn, polad 

almaq üçün odun kömürü yaramır, çünki filizdən poladın alınması üçün tələb 

olunan kifayət qədər yüksək temperatur yaratmır. Öz növbəsində, daş kömürlər 

də növlərinə görə fərqlənirlər, məsələn, Ukraynanın Donetsk vilayətindəki ant-

rasit  adlanan  daş  kömür  növü  çox  yüksək  temperatur  almağa  imkan  verir  və 

poladın istehsalı üçün çox əlverişlidir. Əksinə, Rusiyanın Tula şəhəri ətrafındakı 

şaxtalardan çıxarılan daş kömür yalnız istixanalarda və elektrik enerjisinin alın-

ması üçün istifadə edilə bilər. 



320

Daş kömür enerji ehtiyatı yaratmaq baxımından da sərfəli idi, çünki yerdən 

çıxarılmış  daş  kömür  ehtiyatları  yaratmaqla  sənayeni  sabit  enerji  ilə  təmin 

etmək mümkün olurdu. Sənaye inqilabının bir tərəfdən nəticəsi, digər tərəfdən 

bu sənaye inqilabına güclü təkan verən amillərdən biri də XVIII əsrin əvvəlində 

buxar mühərrikinin ixtirası və dəmir yollarının inkişafı oldu. Dəmir yollarında 

hərəkət edən teplovozlar məhz daş kömürdən istifadə edirdilər. Ancaq daş kömü-

rün özünü də nəql etmək lazım gəlirdi. Bu da nəqliyyat məsafəsindən asılı olaraq 

daş kömürün qiymətinə böyük təsir göstərirdi. İlk dövrlərdə bunun öhdəsindən 

daş kömürdən qaz alıb onun nəql edilməsi ilə gəlirdilər. XX əsrin ortalarına kimi 

məhz daş kömürdən alınan qaz ABŞ və Böyük Britaniyada evlərin yanacaqla 

təmin edilməsində əsas rol oynamışdır.

Bu dövrdə, XIX əsrin birinci yarısında neft və təbii qazın çıxarılması texno-

logiyası hələlik az inkişaf etmişdi, bunun üçün tələb olunan qazma avadanlığı, 

yeri asanlıqla deşən baltalar, bir-birinə birləşdirilən borular, və sairə bu kimi tex-

noloji avadanlıq inkişaf etmədiyindən, yerin altında olan nefti çıxarmaq çətin və 

baha idi. Neft qədim zamanlarda az istifadə edildiyindən onun mənbələri barədə 

də məlumat çatışmırdı. Yerin altında zəngin neft və təbii qaz yataqlarının mövcud 

olması hələlik məlum deyildi. Neft və təbii qazın yer səthinə yaxın təbəqələrdə 

yerləşdiyi məkanlar isə az idi. Məsələn, onlardan biri məhz Azərbaycanda Abşe-

ron yarımadasındadır. Məlum olduğu kimi, hələ qədim səyahətçilər Abşeronda 

yanacaq yağının açıq gölməçələrdən yığıldığını yazırdılar.

Digər tərəfdən neftin istifadə yolları da hələ məlum deyildi. Neft əsasən sadə 

çıraqlar vasitəsilə işıqlandırma üçün istifadə edilirdi.

Vəziyyət  XIX  əsrin  ikinci  yarısında  kəskin  dəyişdi.  İki  texniki  nailiyyət 

buna səbəb oldu. Birinci, hələ 1830-cu illərdə Michael Faraday tərəfindən icad 

edilmiş elektrik enerjisinin alınması və istifadə edilməsi, ikinci isə daxili yanma 

mühərrikinin icad edilməsi oldu. Elektrik enerjisinin alınması və istifadə edilməsi 

bəşəriyyətin inkişafını tamamilə yeni mərhələyə qaldırdı.  Məhz bundan son-

ra bir yerdə istehsal edilmiş enerjini asanlıqla digər yerlərə, böyük məsafələrə 

ötürmək imkanı yarandı. 

Sənayenin inkişafı enerjiyə tələbatı artırır, texnika və texnologiyanın inkişa-

fı isə bu tələbatı ödəyə biləcək təklifi artırırdı. Elektrik enerjisini istehsal etmək 

üçün əvvəl daş kömürdən daha çox istehsal olunurdu. Sonra məlum oldu ki, neft 

daha ucuz enerji növüdür. Yerin səthinə yaxın olan daş kömür mənbələri get-

gedə tükənirdi, daş kömür əsasən Sibir kimi çətin iqlimli məkanlarda və ya da 

yer səthinin daha dərin təbəqələrində yerləşirdi. Həm sərt iqlimli məkanlar, həm 

dərin şaxtalar insan əməyi baxımından çətin yerlər idi. Neft maye şəklində ol-

duğundan onu dərinliklərdən borular vasitəsilə çıxarmaq mümkün olduğu üçün 

insanların özünün yerin dərinliklərinə “səyahət” etməyə ehtiyac qalmırdı. Neft 

maye halında olduğundan onun toplanması və nəqli də daş kömürlə müqayisədə 



Yüklə 5,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə