Fesil-11. indd



Yüklə 5,04 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix23.09.2018
ölçüsü5,04 Mb.
#70311
1   ...   4   5   6   7   8   9   10   11   12

330

nümayiş  etdirirlər.  Əgər  Braziliya  iqtisadiyyatında  şəkər  qamışı  mühüm  yer 

tutduğundan,  o,  bundan  alınan  etanol  spirtinə  üstünlük  verirsə,  zeytunla  bol 

Türkiyədə onun toxumlarından mühüm istilik mənbəyi kimi istifadə edilir. 

Türkiyənin  külək  enerjisi  sektoruna  yatırımlar  dayanmadan  artmaqdadır. 

Türkiyə hökuməti 2007-ci ildə Türkiyə Enerji Bazarını İdarə Edən Səlahiyyətli 

Qurum (EMRA)  elan etmişdir ki, külək enerjisi istehsal etmək üçün  lisenziya 

almaq üçün şəbəkəyə qoşulma planı və ya uzunmüddətli ölçmələrin nəticələrinə  

malik olmaq vacib deyil. Bu addımlar lisenziya alınandan sonra həyata keçirilə 

bilər. Ancaq burada da ehtiyatlı olmaq lazımdır. Türkiyənin ümumi külək elekt-

rik enerjisi potensialı bütövlükdə 38 min MÜ həcmində qiymətləndirilsə də, ar-

tıq bir ildən az müddətdən sonra lisenziya üçün müraciətlərin ümumi həcmi 78 

min MW ötüb keçmişdir. Və  EMRA üç il ərzində bu müraciətləri təhlil etməyə 

vaxt sərf etmişdir. Bu da bir çox hallarda böyük yatırımçıların kiçik istehsalçıları 

bazardan vurub çıxarmasına gətirib çıxardı, çünki ölkə marağı nəzərə alınmaqla 

onların müraciətlərinə ilk növbədə baxılırdı. 

Türkiyənin Enerji Nazirliyinin Strateji Planına əsasən, 2023-cu ildə Türkiyə 

20 min MW qoyulmuş gücə malik külək enerjisi potensialına malik olmalıdır. 

İndi bu rəqəm cəmi 1.8 min MW -a bərabərdir, bu da o deməkdir ki, on il ərzində 

külək  enerji  qurğularının  ümumi  gücü  on  dəfə  artırılmalıdır.  Hal-hazırda  hər 

əlavə MW yaradılmış güc təxminən 1.3 milyon ABŞ dollar tələb edir. Deməli, 

ümumi yatırımın miqdarı 13 milyard ABŞ Dollarından artıq olmalıdır. 

Düzdür, Türkiyə bu rəqəmi yerli istehsal hesabına mühüm dərəcədə azalda 

bilər. Hal-hazırda külək qurğuları Türkiyəyə əsasən Çindən gətirilir. MİLRES 

adlanan yeni layihə Türkiyədə yerli külək enerjisi qurğularının istehsalını artır-

mağa yönəlib. Belə ki, yerli universitet, sənaye və hökumət qurumlarını təmsil 

edən 126 iştirakçı birgə bu qurğuların Türkiyənin özündə istehsalını artırmaq 

niyyətindədir.  Bu  məqsədlə  2011-ci  ildə  qəbul  edilmiş  “Bərpa  Olunan  Ener-

ji Növlərinin İstifadəsi Qanunu” təkmilləşdirilmişdir. Belə ki, adi halda külək 

enerjisi hesabına istehsal olunmuş enerjininin 1 kW-nı  hökumət istehsalçıdan 

7.6 sentə alır. Ancaq əgər külək stansiyasının qülləsi Türkiyənin özündə istehsal 

edilibsə, bunun üstünə 0.6 sent gəlir; əgər pərlər Türkiyədə istehsal olunubsa, 

0.8 sent əlavə olunur, əgər elektrik rotoru və ya onu saxlayan qurğu Türkiyədə 

istehsal olunubsa, 1.3 sent əlavə olunur, nəhayət  1 sent generatorun və ya elekt-

ron avadanlığın Türkiyədə istehsal olunduğuna görə əlavə edilir. Beləliklə, əgər 

külək qurğusu tamamilə Türkiyədə istehsal olunubsa, hər bir istehsal olunmuş 

kW elektrik enerjisinə görə istehsalçıya ilkin 7.6 sentdən əlavə 4.7 sent əlavə 

ödənir.   

Artıq ilk addımlar göstərir ki, Türkiyə külək hesabına yalnız elektrik enerjisi 

istehsal etməklə kifayətlənmək istəmir. Türkiyə Çinlə külək enerjisi avadanlığı is-

tehsalı sahəsində də rəqabət etmək niyyətindədir. Öz texniki geriliyini aradan qal-



331

dırmaq üçün Türkiyə hökuməti ölkə iqtisadiyyatını açmaq, ölkəyə texnoloji, elmi 

nailiyyətləri və yatırım gətirmək niyyətindədir. Bu məqsədlə hökumət qurumları 

enerji yarmarkaları təşkil edir. Çox güman ki, yaxın gələcəkdə Türkiyə gündəlik 

tələbat mallarının istehsalında olduğu kimi, bir az baha olsa da, daha keyfiyyətli 

qurğular istehsal etməklə Çinlə rəqabət apara biləcəkdir. Bu, ilk növbədə özəl sek-

torla universitetlər arasındakı əməkdaşlıq hesabına mümkün olacaqdır.

 

11.5 



Alternativ enerji: Azərbaycanın potensialı və perspektivləri

2011-ci ilin göstəricilərinə əsasən, Azərbaycanda elektrik enerjisinin isteh-

salında alternativ enerjinin payı 10% bərabər olub, bunun da 9.8% su elektrik 

stansiyaları, 0.2% isə digər bərpa olunan enerji növləri hesabına mümkün olub. 

Azərbaycan Bərpa Olunan və Alternativ Enerji üzrə Dövlət Şirkətinin (AREA 

Dövlət Şirkəti) hədəfi 2020-ci ildə bu rəqəmi 20% çatdırmaqdır. Ümumi enerji 

istehsalında isə alternativ enerjinin payını 9.7% çatdırmaqdır.

  AREA  artıq  alternativ  və  bərpa  olunan  enerji  mənbələrinin  imkanla-

rının  öyrənilməsi  məqsədilə  21  ölçü-müşahidə  stansiyasını  quraşdırmışdır. 

Bu  stansiyaların  köməyilə  küləyin  sürəti,  günəş  enerjisinin  potensialı,  termal 

mənbələrin və kiçik SES-lərin imkanlarının müəyyən edilməsi mümkün olacaq-

dır. Azərbaycanda heyvandarlığın inkişafı biokütlə enerjisinin inkişafı üçün də 

münbit şərait yaradır. 

11.5.1

Su enerjisi

Azərbaycanda  hidroenergetikanın  potensial  gücü  40  milyard  kW/s 

qiymətləndirilir. Bundan 5 milyard kW/s kiçik SES-lərin payına düşür. Əlbəttə, 

böyük SES-lərdə bir kW elektrik enerjinin istehsalı daha ucuz başa gəlir. An-

caq  nəzərə  almaq  lazımdır  ki,  böyük  SES-lər  bir  tərəfdən  daha  böyük  yatı-

rım  tələb  edir,  digər  tərəfdən  onların  ekoloji  təsiri  də,  xüsusilə  ərazisi  elə  də 

böyük  olmayan Azərbaycan  kimi  bir  ölkədə,  daha  böyük  və  mənfi  ola  bilər. 

Ona görə Azərbaycanda kiçik SES-lərin tikilməsinə önəm verilməsi vacibdir. 

Azərbaycanda işlənib hazırlanan kiçik SES-lərin tikintisi proqramı artıq Asiya 

və İslam İnkişaf Banklarının, Almaniyanin KfW İnkişaf Bankı və bu kimi bir 

sıra beynəlxalq maliyyə qurumlarının marağına səbəb olmuşdur. 

Yuxarıda  deyildiyi  kimi,  ölkənin  su  elektrik  enerji  potensialı  40  milyard 

kW/s.  Ümumilikdə  bu  göstərici  ölkədə  hal-hazırda  istehsal  olunan  elekt-

rik enerjisindən 2 dəfə çoxdur. Amma belə ciddi potensialın reallaşması asan 

məsələ deyil: su elektrik stansiyalarından  alınan enerji ilk öncə böyük investi-

siya xərcləri tələb etdiyindən İstilik Elektrik Stansiyaları (İES) ilə müqayisədə 

daha bahadır. Belə ki, orta ölçülü SES-in 1 kW-nın qiyməti 1500 $ və bundan 



Yüklə 5,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə