Fesil-11. indd



Yüklə 5,04 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix23.09.2018
ölçüsü5,04 Mb.
#70311
1   2   3   4   5   6   7   8   9   ...   12

321

daha asan idi. 

Bir azdan neftin digər müsbət keyfiyyətləri də üzə çıxdı. XIX əsrin ikinci 

yarısında icad edilmiş və nəqliyyat vasitələrinin inkişafında əsl inqilaba gətirmiş 

daxili yanacaq mühərrikinin ixtira edilməsi məhz neftdən alınan maye yanaca-

ğına – benzinə, kerosinə, və s. - tələbatı kəskin şəkildə artırdı. Suyun buxarlan-

ması hesabına hərəkət yaradan mühərriklə müqayisədə daxili yanacaq mühərriki 

daha sadə, kiçik idi, və potensial istilik enerjisini hərəkət enerjisinə bilavasitə 

çevirməyə imkan verirdi. Neftdən alınan benzin adicə sıxılmaqla açıq alov ya-

ratmadan yanır və mühərriki hərəkətə gətirirdi. Bu, əsl inqilab idi. Neft və on-

dan alınan benzin olmadan müasir avtomobillər, uçan təyyarə və helikopterlər 

mümkün olmazdı. Beləliklə, neft universal bir enerji vəsaitinə çevrildi. Ondan 

asanlıqla yanacaq almaq olur, onu yandırmaqla elektrik enerjisinə çevirmək olur, 

borularla yüzlərlə və minlərlə kilometr məsafələrə nəql etmək mümkün idi. 

Neftin  çıxarılma  və  emalı  texnologiyası  get-gedə  təkmilləşdiyindən,  bu 

sahədə daha az işçi qüvvəsi tələb olunurdu. Buna görə nefti təkcə insan yaşayışı 

üçün əlverişli iqlimi olan məkanlarda deyil, çox sərt iqlimli yerlərdə də çıxar-

maq mümkün idi, məsələn, çox soyuq Sibirdə, və ya Səudiyyə Ərəbistanının 

qaynar səhralarında. Neft haqlı olaraq qara qızıl adlandırıldı. Neftə sahib olmaq 

dünyada söz sahibi olmaq demək idi. Beləliklə, neft qlobal siyasət amilinə çev-

rildi. Bəşəriyyətin ən xoşladığı və daima məşğul olduğu işlərdən biri də hərb 

idi. Rəqabət həm enerji mənbələri uğrunda, həm də hər iki enerji inqilabının 

nəticəsindən kimin daha çox yararlanması uğrunda gedirdi. Minilliklər ərzində 

əsas hərb “cihazı” olan atlar öz yerini motorlu tanklara, avtomobillərə, zireh-

li maşınlara, təyyarə və helikopterlərə verdilər. Güclü dövlətlər neft mənbələri 

uğrunda savaşır, müharibə edirdilər. XX əsrin hər iki Dünya Müharibəsi eyni 

zamanda enerji və neft müharibələri idi. Yaxın Şərqdə son onilliklərdə baş verən 

hadisələrdə də neft amili böyük əhəmiyyət kəsb edir.

Texnologiyanın inkişafı tədricən təbii qaza olan ehtiyacı da artırmışdır. Təbii 

qaz neftlə müqayisədə məişətdə istifadə edilmək üçün hətta daha əlverişli oldu. 

Odun, kömür və neftdən fərqli olaraq, təbii qaz yanarkən, tüstü yaratmır, o yalnız 

su buxarının və ilk mərhələlərdə zərərsiz hesab edilən karbon di oksidin  əmələ 

gəlməsinə gətirir. Bunların heç biri insan fəaliyyətinə bilavasitə elə də böyük 

təsir göstərmədiyindən, təbii qaz məişətdə istifadə edilən ən ucuz və əlverişli 

enerji daşıyıcısı hesab olundu. 

Düzdür, təbii qazın 2 mənfi cəhəti üzə çıxdı. Bunlardan biri, onun iysiz-tam-

sız olması idi, buna görə sızmalar baş verəndə bundan xəbər tutmaq olmurdu, 

və bu, partlayışlara, fəlakətlərə gətirib çıxarırdı. Bunun öhdəsindən gəlmək üçün 

təbii qaza kəskin qoxusu olan az miqdarda digər qazlar qatmağa başladılar. Təbii 

qazın digər mənfi cəhəti onun qaz şəklində nəql edilərkən partlayışlara səbəb 

olması idi. Bunun da öhdəsindən təbii qazı maye halına salmaqla gəldilər. Bu 



322

həm də nəql olunan ümumi həcmi kəskin azaltmağa imkan verirdi. Sonradan 

maye qazı yenidən qaz şəklinə gətirmək çətin deyildi. Və beləliklə, birinci Dün-

ya müharibəsindən başlayaraq neft və qaz əsas enerji mənbələrinə çevrildilər.



11.3.2

Tükənməyən enerji axtarışında

Bu illərdə daş kömür, neft və qazın ekoloji təsiri barədə narahatlıq demək olar 

ki, yox dərəcəsində idi. İqlim dəyişiklikləri, istixana effekti – bu kimi narahatlıq-

lar yalnız sonradan, ötən əsrin 70-ci illərindən gündəmə gəldi. Bu dövrdə hidro-

karbonların yanması nəticəsində əmələ gələn karbon di oksidin yer kürəsinin 

ekologiyasına və qlobal iqlimə göstərdiyi təsir hələlik tədqiq edilməmişdi. İlk 

mərhələlərdə əsas məsələ enerji mənbələrinə sahib olmaq idi. Daş kömür, neft 

və  qaz  tükənən,  yəni  gec-tez  qurtaran  enerji  növləri  olduğundan,  XX  əsrdə 

bir-biri ilə ideoloji, iqtisadi və hərbi rəqabətə girmiş dövlətlər tükənməz enerji 

növləri  üzərində  düşünürdülər.  Belə  bir  enerji  növü  kimi  nüvə  enerjisi  sayıl-

mağa başladı. Nüvə tədqiqatları hərbi sahədə də istifadə edildiyindən və İkinci 

Dünya Müharibəsi dövründən başlayaraq SSRİ-ABŞ qarşıdurmasında əsas rol 

oynadığından, nüvə enerjisinin dinc sahədə istifadə olunması da gündəmə gəldi. 

Beləliklə,  XX  əsrin  ikinci  yarısında  “soyuq  müharibə”  qarşıdurmasında  nüvə 

silahının inkişafı ilə paralel olaraq nüvə enerjisinin iqtisadi məqsədlərlə inkişafı 

başladı. Məhz bu vaxtdan etibarən nüvə enerjisi ənənəvi enerji növlərinə - daş 

kömür, neft və təbii qaza əsas alternativ kimi qəbul olundu. Bütün dünyada əsl 

nüvə enerjisi eyforiyası yaşanırdı. Nüvə enerjisi gələcəyin əsas enerji mənbəyi 

kimi qəbul edilirdi.

Keçmiş  SSRİ-də,  ABŞ-da,  Fransada,  Almaniyada,  Yaponiyada,  bir  çox 

digər dövlətlərdə nüvə reaktorları tikilir, nüvə enerjisi energetikanın əsas in-

kişaf  istiqaməti  kimi  qəbul  olunurdu.  Nüvə  enerjisi  nəqliyyatda  da  istifadə 

edilməyə başladı. 1957-ci il dekabrın 5-də “Lenin” nüvə buzqıranı istifadəyə 

verildi, onlarla SSRİ və ABŞ istehsalı olan nüvə mühərrikli sualtı gəmilər oke-

anın dərinliklərində bir-biri ilə gizli və açıq döyüş aparırdılar. Nüvə reaktorlu 

mühərrik sualtı gəmilərə aylarla sahilə çıxmadan səyahət etməyə imkan verir-

di.

Bu, nüvə eyforiyası təxminən 20-30 il, 1950-ci illərdən 1970-1980-ci illərə 



kimi davam etdi. Lakin toplanan statistika nüvə enerjisinin olduqca təhlükəli 

olduğunu  üzə  çıxardı.  Atom  sualtı  gəmiləri  partlayaraq  ətrafda  olan  bütün 

canlıları məhv edirdi. Təkcə məğlub tərəf deyil, qalib tərəf də bundan ziyan 

çəkirdi, çünki şüalanmaya hamı eyni dərəcədə məruz qalırdı. Ancaq hərbi sahə 

qapalı olduğundan və ideoloji mübarizə insan həyatından üstün tutulduğun-

dan  belə  hallar  ört-basdır  edilir,  mətbuata  çıxarılmır,  ictimaiyyət  tərəfindən 

müzakirə edilmirdi. 



Yüklə 5,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə