FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

29 

 

Lizinq  əməliyyatlarını  həyata  keçirən  ikinci  dərəcəli  firmalara  öz  məhsullarını  



kirayəyə  verən  sənaye  və  tikinti  firmaları    daxildir.  Lizinq  əsasında  fəaliyyət  göstərən 

müxtəlif vasitəçi və ticarət firmaları üçüncü dərəcəli lizinq kateqoriyası hesab  edilirlər. 

Lizinq əməliyyatlarının əsas amillərindən biri lizinqin  müddətidir. Lizinq müqaviləsinin 

qüvvədə olduğu müddət lizinq dövrü adlanır. Lizinq uzunmuddətli kirayə forması olsa da 

onun müddəti lizinq sövdələşməsi  obyektinin dəyəri və xidmət müddətindən asılıdır. Bu 

amil lizinqin müddət çərçivəsini  müəyyənləşdirir. 

Lizinq  müddəti  müəyyənləşdirilərkən  lizinq  verən  və  lizinq  alan    aşağıdakıları 

nəzərə almalıdırlar: 

-  avadanlığın  xidmət  müddəti.  Bu  müddət  avadanlıqların  texniki-iqtisadi  göstəri-

cilərinə  əsasən  müəyyən  edilir.  Lizinq  kontraktının  müddəti  avadanlığın  mümkün  istis-

mar  müddətindən  artıq  ola  bilməz.  Müqavilənin  müddəti  qanunvericiliklə  də  müəyyən 

oluna  bilər.  Məsələn,  Avstriyada  müqavilənin  müddəti  amortizasiya  müddəti  ilə  uy-

ğunlaşdırılır. Onun aşağı müddəti amortizasiya müddətinin  40 %, yuxarı müddəti isə 90 

% səviyyəsində  müəyyən o  lunmuşdur.  Avadanlığın amortizasiya  müddəti   hakimiyyət 

orqanları  tərəfindən  müəyyən  olunur.  Maliyyə  lizinqində  lizinqin    müqavilə  müddəti 

amiortizasiya  müddətinə  uyğun  olur.  Daha  məhsuldar  və  ya  ucuz  sövdələşmə  analo-

qunun  meydana  çıxma  tsikli  sövdələşmədə  nəzərə  alınmalıdır.  Bu  amilin  buraxılan 

məhsulunu qısa müddətdə yerləşdirən sahələr üçün  daha vacibdir. 

- inflyasiya proseslərinin dinamikası. Artan inflyasiya prosesində qeyd olunan kira-

yə haqlarının uzunmüddətli sövdələşmə müqaviləsinin bağlanılması lizinq verənlər üçün 

sərfəli  deyildir.  Əksinə,  qiymətlərin  aşağı  düşmə  meylliliyində  lizinq  verən  sövdələş-

mənin  daha uzunmüddətli olmasına  maraqlı olur. 

Lizinq əməliyyatlarının  layihəsində nisbətən çətin məqam lizinq verənə çatan lizinq 

(kirayə)  ödənişlərinin  məbləğinin  müəyyən  edilməsidir.  Qısa  və  ortamüddətli  kirayədə 

kirayə  haqları  kirayəyə  verilən  malların  bazar  konsruksiyası  ilə  müəyən  olunur.  Uzun-

müddətli  kirayə  zamanı  kirayə  ödənişləri  haqq  hesabı  metodiki  əsaslandırılmış  haqq 

hesab əsasında   müəyyən olunur.  Bu sövdələşmə  obyektinin  qiymətinin  yüksək  olması 

və lizinq  kontraktının  uzunmüddətli olması ilə əlaqədardır. 




30 

 

Lizinq  ilə  kreditləşmə  arasında  müəyyən  oxşarlığın  olmasına  baxmayaraq  lizinq 



şərtlərinin  işlənib  hazırlanması  və  onun  sənədləşdirilməsi  işi  nisbətən  mürəkkəb  iş 

hesabedilir və xüsusi hazırlıq və təcrübə tələb edir. 

İstənilən  lizinq  ödənişinin  məcmu  məbləğini  müəyyən  edən  əsas  elementlər 

bunlardır [22]: 

- lizinq obyektinin dəyəri; 

- normativ istismar müddəti; 

- amortizasiya norması;  

- vergi güzəştləri; 

- sövdələşmənin  həyata  keçirilməsi  üçün    liziq  verən  tərəfindən  cəlb  olunan 

resurslar (ssuda) üzrə ödəniş (faiz); 

- göstərilən  xidmətə  görə  lizinq  verənin  əldə  etdiyi  gəlirlər  daxil  olmaqla  lizinq 

marjası (1-3 %); 

- fəaliyyət növü; 

- lizinq şərti (lizinq müddəti başa çatdıqda obyektin alışı və ya qaytarılması); 

- risk mükafatı. Onun həcmi lizinq verənin daşıdığı müxtəlif risklərin səviyyəsindən 

asılıdır; 

- lizinq xidmətlərinin tələb və təklifi. 

Resurslara görə ödənişlər, lizinq marjası və risk mükafatı lizinq faizini təşkil edirlər. 

Resursların  qiymətini  Q,  lizinq  marjasını  M  və  risk  məbləğini  R  ilə  işarə  etsək,  onda 

lizinq faizinin mahiyyəti aşağıdakı formulda öz ifadəsini tapacaq:  

LF= Q+M+R 

Maliyyə  lizinqi  üzrə  kirayə  ödənişlərinin  məbləğini  hesablamaq  üçün  annuitet 

(konkret  borc  üzrə  illik  ödənişlər)  düsturundan  istifadə  olunur.  Bu  düstur  kirayə 

ödənişlərinin  səviyyəsinə  təsir  edən  lizinq  sövdələşməsinin  əlaqəli  təsirini,  kontraktın 

məbləği  və  müddətini,  lizinq  faizinin  səviyyəsini,  ödənişlərin  dövriliyini  özündə  əks 

etdirir. Bu düstur aşağıdakı kimidir: 

Ö = 

)

:



1

(

.



:

1

1



:

t

l

N

T

T

l

A



 



31 

 

Burada,  



Ö – kirayə ödənişi məbləği,               

A – amortizasiya məbləği (kirayə götürülən əmlakın dəyəri), 

T – kontraktın  müddəti, 

l – lizinq faizi, 

t – kirayə ödənişlərinin dövriliyi. 

Göstərilən  düstur  xətti qrafiki  xarakterizə  edir. Bu zaman sövdələşmənin qüvvədə 

olduğu bütün müddət ərzində kirayə ödənişi məbləği  dəyişilməz qalır. Məsələn, kirayəyə 

götürülmüş  avadanlığın    dəyəri  1500  vahid,  müqavilə  müddəti  5  il,  faiz  dərəcəsi  9  %, 

ödənişlər üç aydan bir aparıldıqda ödənişlər bərabər olacaqdır: 

3

.



956

06375


.

0

:



1500

:

1



1

4

:



09

.

0



1500

)

4



:

09

.



0

1

(



4

.

5





 vahid. 



Lizinq  sövdələşməsi  bağlanılarkən  bir  qayda  olaraq  kirayəyə  götürülmüş  avadan-

lığın  dəyərinin  tam  amortizasiyası  nəzərə  alınmır.  Bu  qayda  ölkədə  qüvvədə  olan 

qanunvericilikdən asılıdır. Bununla belə köhnəlmənin ümumi  məbləği avadanlığın ilkin 

və ləğvolunma dəyərləri  arasındakı fərqlən yüksək olmamalıdır. 

Lizinq  ödənişləri  haqq-hesabını  başqa  üsul  ilə  də  hesablamaq  mümkündür.  Bu 

zaman amortizasiya hesablanmasının  müxtəlif metodları, lizinq verənin kirayə götürənə 

göstərəcəyi digər xidmətlər də  nəzərə alınır. 

Avadanlığın amortizasiyası balans və normalar üzrə sürətli amortizasiya qaydasında 

hesablana bilər. 

Lizinq ödənişlərinin ümumi məbləği (lö) aşağıdakı qaydada hesablanır: 

lö = A + Ök + Ökom + Öx 

Burada,   

A – hesablanmış amortizasiya məbləği 

Ök – cəlb olunmuş kredit resurslarına görə ödəniş 

Ökom – komission ödənişlərin məbləği; 

Öx – əlavə xidmətə görə ödəniş. 

Bu zaman həmin düsturun ayrı-ayrı komponentləri aşağıdakı qaydada hesab-lanır: 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə