FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   2   3   4   5   6   7   8   9   ...   27

 

Tədqiqatın  nəzəri  əsasını  iqtisadi  nəzəriyyənin  müddəaları,  ölkə  və  xarici 

iqtisadçıların əsərləri, dövlət qanunvericiliyi aktları təşkil edir. 

Tədqiqatın  informasiya  bazasını  Azərbaycan  Respublikasının  Mərkəzi  Ban-

kının, Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının statistik və analıtık məlumat-

ları təşkil edir. Dissertasiya işində həm yerli, həm də xarici ədəbiyyatlardan istifadə 

olunmuşdur. Mövcud terminlərin  izahı bu  sahədə  mövcud qanunvericilik bazasına 

əsaslanıb. Tədqiqat zamanı Azərbaycanın kommersiya banklarının elektron resurs-

larından istifadə olunmuşdur. Eyni zamanda məlumatların işlənməsi zamanı infor-

masiya  bazasının  mümkün  qədər  yeni  olması  məqsədilə  dövri  mətbuata  da  mü-

raciət olunmuşdur.  



Tədqiqatın  elmi  yeniliyi  kommersiya  banklarının  vasitəçilik  əməliyyatlarının 

konkret  istiqamətlərinin  məzmun  və  xüsusiyyətlərinin  nəzəri  hissəsinin  açıqlan-

masından,  nəzəri  hissənin  praktikada  gerçəkləşməsinin  xüsusiyyətlərinin  göstəril-

məsindən,  Azərbaycanda  kommersiya  banklarının  vasitəçilik  əməliyyatlarının 

konkret  istiqamətlərinin  formalaşmasının  müasir  durumunun  üzə  çıxarılmasından, 

onların mümkün inkişaf perspektivlərinin müəyyən edilməsindən ibarətdir.   



Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda kommersiya 

banklarının  vasitəçilik  əməliyyatlarının  konkret  istiqamətlərinin  təşəkkül  tapması, 

sonrakı inkişafı, müasir durumu və inkişaf perspektivləri təhlil olunur, öyrənilir və 

işıqlandırılır.  

 Tədqiqatın  həcmi  və  quruluşu.  Dissertasiya  90  səhifədən  ibarətdir  və 

aşağıdakı struktura malikdir: giriş, üç fəsil, 6 paraqraf, nəticə və ədəbiyyat siyahısı. 

  



 

FƏSİL 1. Kommersiya banklarının vasitəçilik əməliyyatlarının  



nəzəri-metodoloji əsasları 

 

1.1. Müasir şəraitdə kommersiya banklarının mahiyyəti və fəaliyyəti 

Bildiyimiz  kimi,  bazar  iqtisadiyyatına  xas  olan  bazar  sisteminin  ilkin  həlqəsi 

müstəqil bank müəssisələrinin şəbəkəsindən ibarətdir. Onların əsasını universal kommer-

siya  bankları  təşkil  edir.  Müasir  bank  sistemi  hər  bir  inkişaf  etmiş  dövlətin  maddi 

təsərrüfatının  mühüm  sahəsidir.  İqtisadi  həyatın  mərkəzində  olmaqla,  istehsalçıların 

maraqlarına xidmət göstərməklə banklar sənaye ilə ticarət, kənd təsərrüfatı ilə nəqliyyat 

və  tikinti  arasında,  iqtisadiyyatla  əhali  arasındakı  əlaqələrə  xidmət  edirlər.  Banklar  hər 

hansı  bir  iqtisadi  regionun  və  yaxud  ölkənin  atributu  deyil.  Onların  fəaliyyət  sahəsinin 

coğrafi,  milli  sərhədləri  olmur,  bank  fəaliyyəti  qlobal  miqyaslar  almışdır.  Müasir 

cəmiyyətdə banklar ən müxtəlif əməliyyatlar yerinə yetirir. Onlar təkcə pul dövriyyəsini 

və  kredit  münasibətlərini  təşkil  etmir.  Onların  vasitəsilə  iqtisadiyyatın  maliyyələş-

dirilməsi,  sığorta  əməliyyatları,  qiymətli  kağızların  alqı-satqısı,  bəzi  hallarda  vasitəçilik 

əməliyyatları  və  əmlakın  idarəedilməsi  baş  verir.  Banklar  məsləhətlər  verir,  iqtisadi 

inkişaf  proqramların  müzakirəsində  iştirak  edir,  statistikanı  aparır.  Ümumiyyətlə  isə, 

bazar iqtisadiyyatında kommersiya bankların fəaliyyətini maliyyə vasitəçiliyi kimi səciy-

yələndirmək olar. Maliyyə vasitəçiliyinin mahiyyəti sərbəst pul vəsaitlərin kreditorlardan 

borcalanlara istiqamətləndirilməsində vasitəçilikdən ibarətdir. Banklarla yanaşı bazarlar-

da  pul  vəsaitlərinin  yerdəyişməsini  digər  maliyyə-kredit  qurumları  da  həyata  keçirir, 

məsələn, investisiya fondları, sığorta şirkətləri, broker və diler firmaları və s. Lakin borc 

kapitallar bazarının subyektləri kimi bankları digər maliyyə vasitəçilərindən fərqləndirən 

iki  cəhət  mövcuddur.  Birincisi,  banklar  üçün  borc  öhdəliklərilə  ikili  mübadilə  səciy-

yəvidir. Onlar öz borc öhdəliklərini  (depozitlər, əmanət şəhadət-namələri, əmanət serti-

fikatları və s.) yerləşdirib pul vəsaitləri cəlb edir və onları digərləri tərəfindən buraxılan 

borc öhdəliklərinə və qiymətli kağızlara yönəldir. Maliyyə broker və dilerləri öz fəaliy-

yətini  həyata  keçirdikdə  öz  öhdəliklərini  buraxmır.  İkincisi,  bankları  hüquqi  və  fiziki 

şəxslər qarşısında borc məbləği qəti müəyyən edilmiş şərtsiz öhdəliklərin qəbul edilməsi 




 

fərqləndirir.  Məsələn,  müştə-rilərin  vəsaitlərini  hesablara  və  qoyuluşlara  yerləşdirdikdə, 



depozit  sertifikatlarını  buraxdıqda  və  s.  Bu  cəhət  bankları  müxtəlif  investisiya  fondla-

rından  fərqləndirir.  Axırıncılar  öz  səhmlərini  buraxmaqla  vəsaitlər  səfərbər  edir.  Borc 

məbləği qəti  müəyyən  edilmiş öhdəliklər banklar  üçün çox  risklidir, çünki bazar  vəziy-

yətindən  asılı  olmayaraq  tam  məbləğdə  ödənilməlidirlər.  İnvestisiya  şirkəti  isə  aktiv  və 

passivlərinin  dəyərinin  dəyişməsilə  bağlı  bütün  riskləri  öz  səhmdarları  arasında  bölüş-

dürür. Beləliklə,  maliyyə vasitəçiliyinin  mahiyyəti maliyyə tələblərin,  məsələn, depozit-

lərin,  əmanətçilərə  satılması,  həmçinin  gəlirlərin  işgüzarların,  daşınmaz  əmlak  sahiblə-

rinin və hökumətin tələblərilə investisiya edilməsi prosesidir. Bu proses iqtisadi sistemdə 

risk  və qeyri-müəyyənlik dərəcəsini  və  deməli real  faiz  normasını  və  kapitalın  dəyərini 

aşağı salır ki, nəticədə investisiyaların həcmi artır və həyat səviyyəsi yüksəlir. Bankların 

maliyyə  vasitəçiləri  kimi  göstərdikləri  işgüzar  xidmətlər  mal  və  xidmətlər  və  maliyyə 

investisiyalarına  görə  ödənişlərin  təşkil  edilməsinə  xidmət  edir  və  bununla  da  tədavül 

sahəsinin  əsası  kimi  çıxış  edir.  Kommersiya  bankları  çoxfunksiyalı  qurumlardır,  onlar 

müştərilərinə  ən  geniş,  ən  dolğun  maliyyə  xidmətləri  göstərir.  Bununla  onlar  məhdud 

funksiyalar  yerinə  yetirən  ixtisaslaşmış  maliyyə-kredit  qurumlarından  fərqlənir.  Kom-

mersiya  bankların  başlıca  rolu,  yığımları  olan  fərdi  şəxslərin  üzləşdiyi  riskin  aşağı 

salınmasından  ibarətdir.  Kommersiya  bankların  başlıca  fəaliyyət  prinsipi  işin  real  cəlb 

olunmuş  resurslar çərçivəsində qurulmasıdır.  Kommersiya bankı  digər bankların  nəfinə 

nağdsız  ödənişlər  keçirə,  digər  banklara  kreditlər  verə,  nağd  şəkildə  öz  müxbir 

hesablarındakı  qalıq  çərçivəsində  pul  ala  bilər.  Onda  olan  resurslardan  artıq  həcmdə 

müştərilərin  hesablaşma  hesablarında  pul  vəsaitlərini  sərbəst  yaratmaq  mkanları 

məhduddur. Real cəlb olunmuş resurslar çərçivəsində fəaliyyət göstərmək o deməkdir ki, 

kommersiya  bankı  təkcə  öz  resursları  ilə  kredit  qoyuluşları  arasında  kəmiyyət 

uyğunluğunu  deyil,  həm  də  bank  aktivlərinin  xarakterinin  səfərbər  edilmiş  resursların 

xüsusiyyətinə  uyğunluğuna  nail  olmalıdır.  Bu  ilk  növbədə  hər  ikisinin  müddətlərinə 

aiddir. Əgər bank vəsaitlərin əsasən qısa müddətə tələbli əmanətlər şəklində cəlb eləyirsə, 

onları əsasən uzunmüddətli borclara yönəldirsə, onda öz öhdəliklərinə görə onun fasiləsiz 

hesablaşmaq  qabiliyyəti,  yəni  likvidliyi  təhlükə  altına  düşmüş  olur.  Bank  aktivlərində 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə