FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   2   3   4   5   6   7   8   9   ...   27

11 

 

əhəmiyyətə  malik  deyil.  Fəaliyyətin  təşkilati  formalarından  asılı  olaraq  banklar  unitar, 



pay və səhmdar banklara bölünür. 

Unitar banklar təkhakimlik əsasında qurulmuş və dövlət yaxud özəl  şəxs olmasında 

yeganə sahibkarı olan bir qurumdur. Pay bankları isə müxtəlif fiziki və hüquqi şəxslərin 

onların  şəxsi  kapitalının  formalaşmasında  kollektiv,  pay  iştirakı  əsasında  təşkil  olunur. 

Onların iki əsas növü məlumdur: ortaqlıq və səhmdar cəmiyyətləri. Hal-hazırda qüvvədə 

olan  qanunvericiliyə  görə  unitar bankların  yaradılması ölkəmizdə  mümkün  deyil, çünki 

bankın nizamnamə kapitalı ən azı üç iştirakçının vəsaitlərindən formalaşır. Kredit sistemi 

islahatının  ilk  mərhələsində  kommersiya  bankları  başlıca  olaraq  pay  əsasında, 

formalaşırdısa,  müasir  mərhələdə  yeni  yaranan  banklar  səhmdar  cəmiyyətləri  kimi 

fəaliyyət  göstərir.  Pay  bankları  isə tədricən səhmdar banklara çevrilir.  Səhmdar banklar 

üçün  səciyyəvi  hal  ondan  ibarətdir  ki,  onun  kapitalının  sahibi  cəmiyyətin,  yəni  bankın 

özüdür. Pay kommersiya bankları isə hüquqi şəxs kimi öz kapitalının sahibi deyil, çünki 

payların  (ortaqların)  hər  birisi  kapitaldakı  payına  mülkiyyət  hüququnu  özündə  saxlayır, 

banka  vermir.  Pay  kommersiya  bankları  məhdud  məsuliyyətli  ortaqlılar  kimi  təşkil 

olunur.  Burada  hər  ortağın,  payçının  məsuliyyəti  bankın  ümumi  kapitalında  onun 

iştirakının  həcmilə  məhdudlaşır,  hər  bir  payçıya  qiymətli  kağızlara  aid  edilməyən 

şəhadətnamə verilir. Payçı bankın digər iştirakçıların razılığı ilə öz payını və yaxud onun 

bir hissəsini bankın digər payçılarına və üçüncü şəxsə güzəştə gedə bilər. Belə hallarda 

payla  birlikdə  hüquq  və  vəzifələr  də  digər  şəxsə  keçir.  Hər  bir  ortağın  payı  ortaqlıq 

tərəfindən də alına bilər, lakin o, bir il ərzində onu digər ortaqlara və yaxud üçüncü şəxsə 

öturməlidir.  Pay  bankın  nizamnamə  kapitalı  mövcud  iştirakçıların paylarının artırılması 

və yaxud yeni ortaqların qəbul edilməsi ilə artırıla bilər. Yeni iştirakçıların qəbul edilməsi 

və  onların  bankın  nizamnamə  kapitalına  edəcəkləri  qoyuluşların  həcmi  barədə  məsələ 

ortaqların  ümumi  yığıncağında  həll  edilir.  Məhdud  məsuliyyətli  ortaqlıqlar  kimi  yara-

dılmış  banklar  bir  qayda  olaraq  səhm  və  istiqraz  buraxmaq  hüququna  malik  deyillər. 

Əksinə,  səhmdar  cəmiyyətləri  şəklində  fəaliyyət  göstərən  kommersiya  bankların 

nizamnamə  kapitalı,  hüquqi  və  fiziki  şəxslər  arasında  yerləşdirilən  bərabər  nominal 

dəyərli səhmlərə bölünür. Bankın öhdəlikləri üzrə səhmdarlar yalnız ümumi nizamnamə 




12 

 

kapitalına  özlərinin  iştirakı  hüdurlarda  məsuliyyət  daşıyırlar.  Səhmdarlar  bankdan  öz 



paylarının  geri  qaytarılmasını  tələb  edə  bilməzlər.  Bu,  əlbəttə  ki,  bankın  sahibliyi  öz 

etibarlılığını  artırır  və  onun  likvidliyinin  idarə  edilməsi  üçün  möhkəm  zəmin  yaradır. 

Səhmdar banklar açıq və ya qapalı tipli ola bilər. Qapalı səhmdar bankları səhmləri yalnız 

səhmdarların  əksəriyyətinin  razılığı  olduqda  əldən-ələ  keçə  bilər.  Açıq  bankların  isə 

məhz sər-bəst yerləşdirilmə və satış üçün nəzərdə tutulur. Buna açıq abunə deyilir. Abunə 

o vaxt açıqdır ki, qiymətli kağızların alıcılarının siyahısı emitent bankın təsisçiləri və ya 

rəhbər orqanları tərəfindən əvvəlcədən müəyyən edilmir və səhmləri hər bir şəxs əldə edə 

bilər.  Səhmdar  bankın  təşkilati  quruluşu  bütün  səhmdar  cəmiyyətlərdə  qəbul  edilmiş 

sxemaya  əsaslanır.  Səhmdar  kommersiya  bankının  ali  idarəetmə  orqanı  səhmdarların 

ümumi  iclasıdır.O,  bank  fəaliyyətinin  strateji  məsələlərini  həll edir.  Bunlar  bankın  təsis 

edilməsi haqqında qərarın qəbul edilməsi, bankın işgüzar siyasətinin aktlarını, sənədlərini 

təsdiq  edir,  bankın  nizamnaməsini  qəbul  edir,  bankın  işi  haqqında  hesabatı,  bank 

fəaliyyətinin nəticələrini öyrənir və təsdiqləyir, əldə olunmuş mənfətin istifadəsi və yaxud 

zərərlərin örtülməsi haqqında, bank fondların formalaşması haqqında qərarlar qəbul edir, 

ən nəhayət bankın icraedici və nəzarət orqanlarının üzvlərini və bankın direktorunu, yəni 

idarə  heyətinin  sədrini  seçir.  Kommersiya  bankın  idarəetmə  orqanı  öz  funksiya  və 

vəzifələrini  birbaşa  icraedici  orqanlar,  həmçinin  ona  bütövlükdə  tabe  olan  nəzarət 

orqanları vasitəsilə həyata keçirir. İcraedici və nəzarət orqanların tərkibi yüksək ixtisaslı 

bank  işçilərindən  təşkil  olunur.  Bankın  idarə  heyətinin  sədri  nizamnaməyə  əsasən  ali 

idarəetmə  orqanı  tərəfindən  seçilir  və  onun  icraedici  orqanının  üzvü  olur.  İdarə  heyəti 

sədrinin  (direktorunun)  hüquqları,  vəzifələri  və  məsuliyyəti  bankın  nizamnaməsilə 

təsdiqlənir. İdarə heyətinə sədrdən başqa onun  müavinləri və adi üzvləri daxildir. Lakin 

bankın fəaliyyətinə ümumi rəhbərliyi bank şurası həyata keçirir. O, idarə heyətinin işinə 

nəzarət edir. Bank şurası bank fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir, bankın 

kredit və digər planlarını nəzərdən keçirir, bankın gəlirlər və xərclər və mənfəət planlarını 

təsdiqləyir,  bank  filiallarının  açılması  və  bağlanması  məsələlərinə  və  bank  fəaliyyəti, 

onun  müştərilərinin  qarşılıqlı  münasibətləri  və  inkişaf  perspektivlərilə  bağlı  digər 

məsələlərə baxır. Şuranın yaxud idarə heyətinin yanında adətən kredit və təştif komitələri 




13 

 

yaradılır.  Kredit  komitəsi  bankın  kredit  siyasətini,  cəlb  edilən  vəsaitlərin  və  onların 



yerləşdirilməsi quruluşunu hazırlayır, ən iri borcların, müəyyən edilmiş limitlərdən artıq 

olan borcların  verilməsi,  ayrı-ayrı  kredit  növləri  üzrə  faiz  dərəcələrinin səviyyələri  üzrə 

qərarları  hazırlayır,  fondların  investisiya  edilməsi,  trast  əməliyyatlarının  aparılması  ilə 

bağlı  məsələlərə  baxır  və  s.  Təftiş  komitəsi  –  səhmdarların  ümumi  iclası  tərəfindən 

seçilir. Bankda hər bir vəzifə tutan şəxs təftiş komitəsinin üzvü ola bilər. Təftiş komitəsi 

bank tərəfindən qanun-vericiliyə və digər aktlara riayət etməsini, bank nəzarətinin təşkil 

edilməsini,  əməliyyat  ili  ərzində  bankın  keçirdiyi  kredit,  hesablaşma,  valyuta  və  s. 

əməliyyatlarını,  kassa  və  əmlakın  vəziyyətini  yoxlayır.  O,  bank  şurasına,  səhmdarlar 

iclasına  və ölkənin  mərkəzi bankına keçirilmiş təftişlər  haqqında  hesabatı  və  qüsurların 

aradan  qaldırılması  üzrə  tövsiyyələrini  təqdim  edir.  Lazım  gəldikdə  komitələrin  funk-

siyaları  genişləndirilə  bilər.  Bu, bankın  yerinə yetirdiyi  aktiv  və passiv əməliyyatlarının 

növlərindən və həcmindən asılıdır. 

Bank sistemində kapitalın labüd olan mərkəzləşməsi və təmərküzləşməsi prosesinin 

iqtisadiyyatın  real bölməsindəki  oxşar  proseslə çulğalaşacağını  ehtimal edərək səhmdar 

bankların  xüsusi  çəkisinin  artmasını  müsbət  hal  kimi  qiymətləndirmək  olar.  Səhmdar 

cəmiyyətlərin  formalaşması  və  inkişafı  müasir  sahibkarlığın  təşkili  və  idarəedilmə  sis-

teminin  təkmilləşdirilməsinin  obyektiv  axarı  ilə  müəyyənləşir.  Əhalinin  səhmdar  kapi-

talın  formalaşması  proseslərinə  cəlb  edilməsi  miqyaslarının  genişlənməsi,  şirkətlərin,  o 

cümlədən  bankların, səhmdar  kapitalında  fəhlə  və qulluqçuların  xüsusi çəkisinin artırıl-

ması  cəmiyyətin  iqtisadi  həyatının  demok-ratikləşdirilməsinin  mühüm  amillərindəndir. 

Bu  isə  bank  resursların  formalaşması  prosesi  üçün  geniş  və  daimi  zəminin  yaranması 

deməkdir. 



 

1.2. Kommersiya banklarının fəaliyyət prinsipləri və funksiyaları 

İnkişaf  etmiş  ölkələrin  müasir  bank  sistemlərində  iki  tip  bank  fəaliyyət  göstərir  – 

kommersiya  bankları  və  mərkəzi  banklar.  Ayrı-ayrı  ölkələrdə  kommersiya  banklarına 

müxtəlif  strukturlu  və  fərqli  mülkiyyət  münasibətlərinə  əsaslanan  bir  sıra  institutlar  aid 

edilir.  Bu  və  ya  digər ölkədə “kommersiya  bankları” anlayışının açılışı da  müxtəlif cür 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə