FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   2   3   4   5   6   7   8   9   ...   27

14 

 

verilir.  Bununla  belə,  onların  mərkəzi  banklardan  əsas  fərqli  xüsusiyyəti  banknot 



emissiyası  hüququnun  olmamasıdır.  Müasir  dövrdə  kommersiya  bankları  müstəqil 

iqtisadi subyekt olmaqla həm müxtəlif təşkilatlara, həm də əhaliyə xidmət göstərir və bu 

zaman  onların öz  müştəriləri  ilə  münasibətləri kommersiya  xarakteri daşıyır.  Bir qayda 

olaraq  iki  tip  kommersiya  bankı  fərqləndirilir  –  universal  banklar  və  ixtisaslaşdırılmış 

banklar.  Universal  banklar  demək  olar  ki,  bütün  növ  bank  əməliyyatlarını  həyata 

keçirirlər:  qısamüddətli  və  uzunmüddətli  kreditlərin  verilməsi,  qiymətli  kağızlarla 

əməliyyatlar, bütün növ depozitlərin qəbulu, müxtəlif xidmətlərin göstərilməsi və s. 

İxtisaslaşdırılmış  banklar  isə  tam  əksinə,  bir  və  ya  bir  neçə  bank  əməliyyatı  üzrə 

ixtisaslaşır.  Bir  sıra  ölkələrdə  bank  qanunvericiliyi  banklara  geniş  çeşidli  bank 

əməliyyatlarını həyata keçirməyə məhdudiyyətlər qoyur və ya ümumiyyətlə qadağan edir. 

Bank sistemində bu və ya digər tip bankların üstünlük təşkil etməsi müasir dövrün 

tendensiyası kimi qəbul olunmalıdır. Belə ki, universal bankların hakim olduğu ayrı-ayrı 

ölkələrdə  çoxsaylı  ixtisaslaşdırılmış  banklar  da  fəaliyyət  göstərir.  Əksinə,  bank  sistemi 

ixtisaslaşmış  bankların  çoxluğuna  əsaslanan  ölkələrdə  xüsusən  də  son  zamanlarda 

universallaşmaya  meyllilik  müşahidə  olunur.  Bu  proses  həm  ölkənin  bank 

qanunvericiliyinin  liberallaşması  nəticəsində,  həm  də  ayrı-ayrı  bankların  mövcud 

qanunvericilikdən  yan  keçməsi  nəticəsində  baş  verir.  Məsələn,  təcrübədə  iri  banklar 

özlərinə  məxsus  müstəqil  ixtisaslaşdırılmış  banklar  yaradaraq  öz əməliyyatlarının əhatə 

dairəsini  genişləndirirlər.  Bankların  ixtisaslaşması  prinsipi  Böyük  Britaniya,  Fransa, 

İtaliya,  ABŞ  və  qismən  də  Yaponiyada  reallaşır.  İsveçrə,  Almaniya  və  Avstriyada  isə 

banklar  universallaşmaya  meyllidirlər.  Bununla  belə,  son  dövrlərdə  bu  iki  bank  tipi 

arasındakı fərqlər get-gedə aradan qalxır. 

Kommersiya  banklarının  ən  vacib  və  ilkin  fəaliyyət  prinsipi  ondan  ibarətdir  ki, 

onlar  mövcud  resurslar  çərçivəsində  fəaliyyət  göstərməlidirlər.  Kommersiya  bankları 

digər bankların xeyrinə nağdsız hesablaşmaları həyata keçirə bilər, onlara kreditlər verər, 

öz müxbir hesabındakı qalıq həddində nağd pul qəbul edə bilər. 

Mövcud  resurs  çərçivəsi  dedikdə,  kommersiya  banklarının  həm  öz  resursları  və 

kredit qoyuluşları arasındakı kəmiyyət uyğunluğuna, həm də bank aktivlərinin xarakteri 




15 

 

ilə  onlar  tərəfindən  mobilizə  edilmiş  resursların  xüsusiyyətlərindəki  uyğunluğa  nail 



olmaları  başa  düşülür.  Hər  şeydən  əvvəl  bu  uyğunluq  yuxarıda  adları  çəkilmiş 

göstəricilərin  müddətlərinə  aiddir.  Belə  ki,  əgər  bank  qısa  müddətə  vəsait  cəlb  edib 

(qısamüddətli və ya tələbolunanadək depozitlər) onu uzunmüddətli kreditləşmədə istifadə 

edərsə, bu zaman bankın likvidliyi, yəni, öz öhdəliklərini yubanmadan ödəmə qabiliyyəti 

təhlükə altına alına bilər. 

Artan  risklə  iri  həcmli  borc  vəsaitlərinin  bankın  aktivlərində  olması  onun 

resurslarının  ümumi  həcmində  xüsusi  vəsaitlərinin  çəkisinin  artmasını  tələb  edir.  Bank 

aktivlərinin  onun  passivlərinin  xarakterindən  sərt  asılılığı  bank  fəaliyyətinin  iqtisadi 

normativlərinin  müəyyən  edilməsində  və  onların  əməliyyatlarının  tən-zimlənməsində 

nəzərə  alınmalıdır.  Bu  və  ya  başqa  xüsusi  bank  əməliyyatlarının  həyata  keçmə  imkanı 

bank  passivlərinin  strukturu  ilə  bağlıdır.  Ona  görə  də  bu  əməliyyatların  şərtlərini 

hazırlayarkən  ilk  növbədə  mütləq  uyğun  passivlərin  yaranma  mənbələrinə  fikir  vermək 

lazımdır. 

Bank  özünün  malik  olduğu  resurs  çərçivəsində  aktiv  əməliyyatlar  aparmaqda 

sərbəstdir.  Müəyyən  olunmuş  iqtisadi  normativlərə  riayət  etmək  şərti  ilə  bankın  aktiv 

əməliyyatlarının  həcminə  nə  inzibati,  nə  də  dolayı  metodlarla  məhdudiyyətlər  qoyula 

bilməz.  İnzibati  məhdudiyyətlər  müstəsna  hallarda  tətbiq  edilə  bilər.  Belə  ki,  bankın 

fəaliyyətinə  inzibati  yolla  müdaxilə  onların  fəaliyyətinin  kommersiya  əsasını  zəiflədə 

bilər. Ona görə də bank fəaliyyətinin tənzimlənməsində əsas üstünlük iqtisadi metodlara 

verilir. 

Bankın  kommersiya  fəaliyyətinin  əsası  olan  cəlb  olunmuş  resurs  çərçivəsində 

fəaliyyət  prinsipi  onun  fəaliyyətinin  istiqamətini  müəyyən  edir:  depozitlərin  cəlb 

olunmasında  bankın  marağı  artır,  passivlərə  görə  rəqabət  yüksəlir  ki,  bu  da  kredit 

resurslarının yalnız mərkəzi bankdan olan yolunu bağlamış olur. Passivlərə görə kəskin 

mübarizə bankların  öz resurslarını  yaratmaları  üçün daha effektiv sahələr axtarmalarına 

səbəb olur. Bu zaman bank kapitalının daha rentabelli sahələrə axını baş verir.Banklarda 

kredit planlaşdırmaları qəti şəkildə dəyişir. Kommersiyalaşma kredit planlaşdırmasından 



16 

 

imtina  etmək  mənasına  gəlmir,  əksinə  onun  labüdlüyü  daha  da  artır.  Lakin 



planlaşdırmanın əsasını artıq bank yatırımları deyil, bank resursları təşkil edir. 

Kommersiya  banklarının  ikinci  əsas  fəaliyyət  prinsipi  –  tam  iqtisadi  sərbəstlik 

prinsipidir. Bu prinsip həmçinin özündə bankın öz fəaliyyətinin nəticələrinə görə iqtisadi 

cavabdehliyini  daşıyır.  İqtisadi  sərbəstlik  bankın  xüsusi  və  cəlb  etdiyi  vəsaitlərdən  tam 

sərbəst  istifadə  etməsi,  əmanətçilər  və  müştəri  seçimində  sərbəst  olması,  vergi 

ödənişindən sonra qalan gəlirlərindən sərbəst istifadəsi və s.-ni özündə cəmləşdirir. 

Fəaliyyətdə  olan  bank  qanunvericiliyi  bütün  kommersiya  banklarına  öz  fond  və 

gəlirlərinin  bölüşdürülməsində iqtisadi sərbəstlik vermişdir. Bankın vergi ödəmələrindən 

sonra  sərəncamında  qalan  gəliri  səhmdarların  ümumi  iclasında  aldıqları  qərara  əsasən 

yerləşdirilir.  Bu,  bankın  digər  fondlarına  ayırmaların  norma  və  ölçülərini,  həmçinin 

səhmlər üzrə dividendlərin ölçüsünü müəyyən edir. 

Kommersiya bankının iqtisadi cavabdehliyi yalnız onun cari gəlirlərinə məxsusluğu 

ilə  kifayətlənmir,  həmçinin  bankın  kapitalına  da  aid  edilir.  Öz  öhdəliklərinə  görə 

kommersiya  bankı,  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  üzərinə  cəza  qoyulmaqla, 

özünə  aid  olan  bütün  vəsait    və  əmlakı  ilə  birlikdə  cavab  verir.  Kommersiya  bankı 

əməliyyatlarına görə bütün riskləri öz üzərlərinə götürür. 

Kommersiya  banklarının  fəaliyyətinin  üçüncü  prinsipi  –  onların  müştəriləri  ilə 

qarşılıqlı  əlaqəni  adi  bazar  münasibətləri  üzrə  qurması  prinsipidir.  Borc  verərkən 

kommersiya  bankı  ilk  bazar  kriteriyalarını,  yəni  gəlirlilik,  risk  və  likvidliyi  üstün  tutur. 

“Ümumdövlət marağının” qorunması bankın fəaliyyətinin kommersiya fəaliyyəti ilə bir 

araya  sığmır.  Dövlət  marağının  qorunması  kommersiya  bankı  üçün  likvidlik  böhranına 

səbəb ola bilər. 

Kommersiya  banklarının  dördüncü  fəaliyyət  prinsipi  –  ondan  ibarətdir  ki,  bankın 

fəaliyyətinin tənzimlənməsi yalnız dolayı iqtisadi metodlarla həyata keçirilə bilər. İnzibati 

metodlarla bankın fəaliyyətinin tənzimlənməsi ağlasığmazdır. 

Hər  bir  iqtisadi  subyekt  kimi  kommersiya  banklarının  da  mahiyyətinin  açılması 

üçün  ilk  növbədə  onun  funksiyaları araşdırılmalıdır.  Funksiya  bankın bütöv  bir  təxsisat 

kimi  qorunub  saxlanmasına  yönəldilmiş  ətraf  mühitlə  spesifik  münasibətlər  sistemidir. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə