FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

39 

 

İşdə əsasən lizinqin iki əsas forması araşdırılmışdır. Bunlarla yanaşı həyatda lizinq 



sövdələşməsinin  çox  müxtəlif  formaları  mövcud  olsa  da  onları  lizinq  əməliyyatlarının 

sərbəst forması kimi qəbul etmək olmaz. 

Lizinq  sövdələşməsi  formaları  dedikdə,  lizinq  kontraktlarının  dayanıqlı  modelləri 

başa düşülür. Beynəlxalq təcrübədə  lizinq əməliyyatlarının aşağıdakı  formaları  nisbətən 

geniş  vüsət almışdır. 

Lizinq-standart.  Bu  lizinq    zamanı  satıcı  sövdələşmə  obyektini    maliyyələşdirən 

cəmiyyətə satır ki, bu cəmiyyət də özünün lizinq kompaniyaları vasitəsi ilə istehlakçılara 

icarəyə verir. 

Qaytarılmalı lizinqdə – avadanlığın  mülkiyyətçisi onu lizinq firmasına satır və eyni 

zamanda  həmin avadanlığı  ondan icarəyə  götürür. Bu əməliyyat nəticəsində avadanlıq 

satıcısı icarəyə götürənə çevrilir. Sövdələşmə obyektinin  mülkiyyətçisi  pul vəsaitlərinə 

ciddi  ehtiyac  duyduqda  və  lizinqin  bu  forması  ilə    özünün  maliyyə  vəziyyətini  

yaxşılaşdıra bildikdə lizinqin bu formasından istifadə olunur. 

«Satıcıya» lizinq formasında avadanlıq satan eyni zamanda lizinq alan olur. Lakin 

icarəyə götürülmüş əmlak onun tərəfindən deyil, digər icarədarlar tərəfindən istifadə olu-

nur.  Bu  zaman  lizinq  alan    kimi  çıxış    edən  satıcı    icarədarları  özü  tapmalı  və  obyekti 

onlara icarəyə verməlidir. Belə kontraktların əsas şərti  subicarədir. 

Kompensasiyalı lizinq. Lizinqin bu formasında icarə ödənişləri lizinq sövdələşməsi 

obyekti olan avadanlıqda hazırlanan məhsulun satıcısı tərəfindən həyata keçirilir. 

Bərpa  olunan  lizinq.  Belə  sövdələşmə  formasında  icarədarın  tələbinə  əsasən  ava-

danlıqlar dövri olaraq  daha təkmil avadanlıqlarla  əvəz olunur. 

Vəsaitlərin  cəlb  olunması  ilə  lizinq.  Bu  formada  lizinq  verənin  kirayəyə  verilən 

avadanlığın  məbləğinin  80  %-nə qədərinin  bir  və  ya birneçə kreditordan  uzun  müddətə  

alınan  borcla  ödənilməsini    nəzərdə  tutur.  Bu  zaman  kreditor  kimi  iri  investisiya  və 

kommersiya bankları çıxış edirlər. 

Banklar tərəfindən lizinq sövdələşmələri iki üsul ilə maliyyələşdirilir: 




40 

 

- borc. Bu zaman  bank lizinq verənin  birlizinq əməliyyatını və ya  da bütün  lizinq 



razılaşması  paketini  kreditləşdirir.  Kreditin  məbləği    lizinq  verənin  şöhrəti  və    kredit 

qabiliyyətindən asılıdır. 

- öhdəçilik  əldə  etmək.  Bu  zaman  bank  lizinq  alanın  şöhrəti  və  layihənin    səmə-

rəliliyini  nəzərə  almaqla  lizinqverənin  müştərilərinin  reqres  (geri  tələb  etmək)  hüququ 

olmayan  öhdəliklərini  satın alır. Bu üsuldan  etibarlı borcalanların iştirak etdiyi irihəcmli 

birdəfəlik  sövdələşmələrdə  istifadə  olunur.  Bank  təşkilatları  layihələrin  lizinq  kompa-

niyalarının  iştirakı  ilə  maliyyələşdirilməsində  eyni  za-manda  zəmanətçi  kimi  də  çıxış 

edir.  Bu  zaman  bank  kreditinin  təminatı  kim  lizinq  sövdələşməsi  obyekti  və  lizinq 

ödənişləri çıxış edir. 

ABŞ-da  maliyyə  lizinqi  sövdələşməsinin  85%-ə  qədəri  lizinqin  bu  formasında 

aparılır.  Bu  eyni  zamanda  investisiya    tipli  icarə  və  ya  üçüncü  tərəfin    iştirakı  ilə  olan  

lizinq adlanır. 

İri miqyaslı obyektlərin (təyyarə, gəmi, burğu platformaları, buruqlar) kirayə-sində 

qrup  (səhmdar)  lizinindən   istifadə olunur.  Belə sövdələşmələrdə  lizinq  verən qismində  

bir neçə kompaniyalar çıxış edir. 

Lizinq  əməliyyatlarının  sürətli  inkişafı  onun  bir  sıra  üstünlükləri  ilə  əlaqə-dardır. 

Onun üstünlükləri aşağıdakılarda öz əksini tapır: 

- qeyd  olunmuş  stavkalarla  sövdələşmənin  100  %  maliyyələşdirilməsi.  Lizinq  bir 

qayda olaraq avans ödənişləri tələb etmir ki, bu da yeni və inkişaf etməkdə olan  bazar 

münasibətləri  subyektləri üçün çox vacibdir [22]. 

- iri  xərc  etmədən  və  borc  vəsaiti  cəlb  etmədən  istehsalı  genişləndirmək  və 

avadanlığı sazlamaq imkanı əldə olunur; 

- avadanlıqların alınma  xərcləri  bütün  müqavilə  müddətinə bərabər bölünür. Digər 

məqsədlər üçün  vəsaitlər sərbəstləşir; 

- mənəvi köhnəlmədən müdafiə. Lizinq köhnə avadanlıığn yeni müasir ava-danlıqla 

əvəz olunmasına mənəvi köhnəlmə riskinin  ixtisar edilməsinə səbəb olur; 

- borc  kapitalı  cəlb  olunmuşdur.  Balansda  xüsusi  və  cəlb  olunmuş  vəsaitlərin  

optimal nisbəti qorunub saxlanılar; 




41 

 

- icarə haqları lizinq yolu ilə alınmış texnikanın gəlirliliyi ilə  əlaqələndirilir; 



- icarəyə  götürülmüş    avadanlığa  texniki  xidməti  və  təmirini  icarəyə  verən  öz 

üzərinə götürə bilər; 

- avadanlığı əsaslı xərclərsiz yeniləşdirmək; 

- vergi güzəştləri və investisiya marağı;  

- müqavilə başa çatdıqdan sonra  avadanlıq əldə etmək imkanı əldə edilir; 

- əməli lizinq zamanı avadanlığın məhvi riski icarəyə verənin üzərinə düşür; 

- lizinq bazar dəyişmələrinə ani reaksiya vermək imkanı yaradır; 

- lizinq ödənişləri ölkənin xarici borclarına daxil edilmir. 

Lizinq əməliyyatlarında lizinq verənin (bankın) üstünlüklərinə aşağıdakılar daxildir: 

- bank kapitalının yerləşdirilməsi sferasının genişlənməsi; 

- lizinq  maliyyələşdirilməsində  girov  təminatı  tələb  olunmadığından  uzunmüddətli 

bank ssudalarından daha az riskli olması [22]; 

- vergi güzəştləri; 

- avadanlıq istehsalçıları ilə daha sıx əlaqələrin  qurulması imkanı. 

Lizinq  zamanı  satıcıların  üstünlüyü  kimi  satışın  genişlənməsi  və  nağd  pul    əldə 

etmək imkanını qeyd etmək olar. 

Lizinq  əməliyyatlarının  yerinə  yetirilməsi  texnikası  hər  bir  ölkənin  qanunve-

riciliyinin  xüsusiyyətləri  ilə  müəyyən  edilir.lizinq  əməliyyatlarını  yerinə  yetirmək  üçün  

icarədar  lizinq  kompaniyasından  lazımi  avadanlığı  əldə  etmək  üçün  icarə  üzrə  sifariş 

verir.  Sifarişdə  avadanlığın  adı,  satıcı  (istehsalçı  müəssisə),  avadanlığın  və  ya  digər 

əmlakın  tipi, markası, qiyməti və istifadə etmə müddəti haqqında sifariş verir. Sifarişdə 

eyni zamanda icarədarın istehsal maliyyə fəaliyyəti haqqında məlumat da olmalıdır. 

Burada: 

- müəssisə haqqında məlumat (adı, ünvanı, əsas və dövriyyə fondlarının həcmi); 

- əsas  fəaliyyət  xarakteri  (istehsal  etdiyi  məhsulun  növü,  satış  bazası,  əsas 

istehlakçılar, idxal fəaliyyəti haqqında məlumat); 

- müəssisədə müəssisənin özünə aid və onun tərəfindən icarəyə götürülmüş istifadə 

olunan avadanlıqlar aqqında məlumat; 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə