FiRİdun bəy köÇƏRLİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix02.06.2018
ölçüsü0,55 Mb.
#47022
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

 

38 


 

Arvad göyçək Fatmanı çox döyüb incidirmiş. Fatma səbir edib, hər gün qara 

inəyi apararmış otarmağa. Fatmanın analığı ona yun, daraq verərmiş ki, çöldə 

darayıb əyirsin. Fatma yunu verərmiş inəyin ağzına. Qara inək yunu udar, sonra 

hazır ipi ağzından çıxarıb verərmiş Fatmaya. 

 

Bir gün Fatma yun daradığı yerdə külək onun əlçiminin birini götürüb 



qalxızdı havaya. Fatma bunun dalınca yüyürüb dedi: 

-

 



Qanadına qurban, yel baba, əlçimimi sal, baba! 

Yel onun əlçimini götürüb bir bacadan saldı, Fatma evə girib gördü ki, 

burada bir heybətli qarı oturub, alt dodağı yer süpürür, üst dodağı göy. Qarı 

qabağına bir qurbağa qoyub onu sığallayır. Bu, div anası idi. 

Fatma qarıya baş əyib dedi ki, mənim əlçimimi ver. 

Qarı soruşdu: 

-

 

Mənim başım yaxşıdı, ya ananın başı? 



Fatma cavab verdi ki, səninki yaxşıdır. 

Qarı soruşdu: 

-

 

Bu qurbağa göyçəkdir, yoxsa insan? 



Fatma dedi: 

-

 



Könül süvən göyçəkdir. 

Fatmanın sözləri qarıya xoş gəldi. Qarı onun əlçimini verib dedi: 

-

 

Gedərsən, qabağına bir ağ su, bir qara su və sonra bir qırmızı su çıxacaq. Ağ 



suda çimərsən, qara su ilə saçını yuyarsan, qırmızı sudan yanaqlarına 

sürtərsən. 

Bir də qarı öz tükündən verdi və dedi ki, mən sənə lazım olsam, yandırarsan, 

yanında hazır olaram. 

 

Fatma tükü götürüb, necə ki, qarı demişdi, elə də elədi. Qabaqca ağ suda 



çimdi, sonra qara suda saçlarını yudu və qırmızı sudan götürüb dodağına, 

yanaqlarına çəkdi. Elə göyçək oldu, misli və bərabəri tapılmadı. 

 

Analığı Fatmanın gec gəldiyini görüb qızına dedi: 



-

 

Çıx, gör Fatma necə oldu. 



Qızı çıxıb gördü ki, Fatma gəlir, amma elə gözəlləşib ki, adam baxanda gözü 

qamaşır. 

 



 

 

Fatma evə gələndə analığı onu danladı. Qızın gözəlliyini görüb soruşdu: 



-

 

Haradan sən belə gözəl oldun?! 



Fatma başına gələni analığına söylədi, o da sabahısı günü Fatmaya dedi ki, 

indi sən evdə otur, qoy bu gün mənim qızım getsin inəyi otarmağa. Ana öz 

qızına yun, daraq verdi. Yel bunun da əlçimini götürüb qaçırdı və gətirdi həmin 

damın bacasından saldı. Qız əlçimin dalınca yüyürüb içəri girdi və qarıya dedi: 

-

 

Əlçimimi ver. 



Qarı dedi: 

-

 



Başıma bax, sonra verim. 

Qız onun başına baxanda qarı soruşdu: 

-

 

Mənim başım yaxşıdır, yoxsa nənənin başı? 




 

39 


Qız dedi: 

-

 



Sənin başın pisdir, nənəmin başı yaxşıdır. 

Qarının buna acığı tutub dedi: 

-

 

Gedərsən, qabağına bir ağ su çıxar, bir qara su. Qara suda çimərsən, ağ suda 



başını yuyarsan. 

Qız ağ suda başını yuyub qara suda çimdi, daha da çirkin və kifir oldu. Anası 

bunu görüb Fatmaya bərk acığı tutdu və hirsindən az qaldı çatlasın. Fatmanın 

acığına istədi onun inəyini öldürsün. Çünki işlərin başı inək idi. 

 

Bir gün arvad dalına bir-iki lavaş bağlayıb, üzünə zəfəran çəkib girdi 



yorğan-döşəyə. Əri evə gələndə arvad bir o yana, bir bu yana döndü, lavşı 

dalında qırdı. Əri soruşdu: 

-

 

Arvad, sənə nə olub sümüklərin elə şaqqıldayır və rəngin belə saralıbdır? 



Arvad dedi: 

-

 



Bərk naxoşam, ölürəm, qara inəyi gərək kəsəsən. Mən onun ətindən yesəm, 

bəlkə diriləm. 

Kişi istəmədi Fatmanın inəyini öldürsün. Amma əlacı kəsilib dedi: 

-

 



Qoy Fatma evdən bir yana getsin, inəyi kəsim. 

İnək bunların fikrini qanıb Fatmaya dedi: 

-

 

Məni kəsəcəklər. Amma sən mənim ətimdən yemə və sümüklərimi yığıb bir 



yerdə basdır. Hər vaxt istəsən gəl o yerə, üstünü aç, orada bir dəst paltar və 

bir cüt qızıl başmaq taparsan. 

Fatma inək ilə evə qayıdanda atası onu iş dalınca göndərib inəyi kəsdi. 

Fatma qayıdıb inəyini ölmüş görüb çox ağladı. Haray hara çatacaqdır? İnəyin 

ətindən heç yemədi və sümüklərini yığıb bir yerdə 

quyuladı.

 

 



 

Sabahdan xəbər çıxdı ki, padşahın oğluna toy olur. Fatmanın analığı yerə bir 

çanaq darı səpib dedi ki, bunları bir-bir yığarsan çanağa. Yanında bir küp də 

qoyub dedi: bunu da ağlayıb göz yaşı ilə doldurarsan. Öz qızını da geyindirib-

kecindirib apardı toya.  

Yazıq Fatma qəmgin oturub başladı ağlamağa. Birdən qarı yadına düşdü. O 

verdiyi tükü yandırdı. Həmin saat qarı hazır oldu. Fatma başına gələni ona 

söylədi. Qarı dedi: 

-

 

Qəm yemə tezlik ilə hamısı başa gələr. 



Qarı ayağını vurdu yerə. O dəqiqə yerdən bir toyuq yanının cücələri ilə 

çıxdı, darını təmiz dənlədilər, çanağı qarının gətirdiyi başqa darı ilə 

doldurdular. 

 

Qarı Fatmaya dedi: 



-

 

Küpü də təmiz su ilə doldurub içinə bir ovuc duz tök, o da olsun göz yaşı. 



Sonra Fatma ilə qarı getdilər inəyin sümüyü basdırılan yerə. Buranı qazıb 

gördülər ki, bir dəst zərif ipək parçadan libas və bir cüt qızıl başmaq çıxdı. 

Burada çoxlu qızıl da vardı. Qarı libası, başmağı geyindirdi Fatmaya və bir az 

qızıl, bir az da torpaq götürüb Fatma ilə getdilər toya. 

Burda qarı dedi: 



 

40 


-

 

Bu qız mənim nəvəmdir, qoyun bu da oynasın. 



O, Fatmanın bir ovcuna qızıl, bir ovcuna da torpaq qoyub tapşırdı ki, 

analığının tərəfə oynayanda onların üzünə torpaq səp, özgələrin tərəfinə 

oynayanda qızıl. 

Fatma da çox gözəl oynayırdı. Hamı onun oynamağına aşiq oldu. Amma 

analığı tərəfə oynayanda torpaq səpdi, özgələri tərəfə oynayanda qızıl. 

Oynayandan sonra Fatma tələsik qayıtdı evə. Çox tələsdiyinə görə körpüdən 

keçəndə başmağının bir tayını saldı suya.. 

Fatmanın analığı toydan qızı ilə qayıdıb gördü ki, Fatma evdə oturub, öz 

tapşırdığı işləri də yerinə yetirib. O çox qəzəbli idi. 

Fatma soruşdu: 

-

 

Ay ana, toyda nə gördünüz? 



Analığı acıqlı dedi ki, heç zad görmədik, bir günü qara gəlmiş qız çıxdı, 

oynadı, özü də sənə oxşayırdı. Biz tərəfə oynayanda torpaq səpirdi, özgələri 

tərəfə oynayanda qızıl-gümüş səpirdi. 

Fatma dedi: 

-

 

Mən evdən çölə çıxmamışam, sən buyurduğun işlərin dalınca olmuşam. 



 

 

Bir gün padşahın oğlu ova çıxdı. Körpünün yanından keçəndə istədi ki, atına    



su versin. At suya yaxınlaşanda xorruyub su içmədi. Padşahın oğlu adam 

saldırıb çayı axtartdı. Onun içindən bir qızıl başmaq tapdılar. Başmaq çox zərif 

idi. Padşahın oğluna çox xoş gəldi. İstədi ki, nə tövr olsa, axtardıb onun yiyəsini 

tapsın və özünə alsın. 

Çox gəzdilər, tapmadılar. Carçılar car çəkəndə Fatmanın analığı eşitdi, onun 

əl-ayağını bağlayıb saldı təndirə və öz qızının ayaqlarını yuyub qazıdı. 

Padşahın oğlunun adamları axtara-axtara gəlib çıxdılar Fatmagilin evinə. 

Çirkin qızın ayağına başmağı geydirdilər, olmadı. Soruşdular ki, sizin evdə özgə 

qız yoxdurmu? Fatmanın analığı cavab verdi ki, yoxdur. Amma Fatmanın bir 

xoruzu var idi, bu xoruz başladı banlamağa: 

 

 

 



 

Fatma bacım təndirdə, 

 

 

 



 

Ayaqları kəndirdə! 

Arvad nə qədər istədi xoruzu qovsun, olmadı. Xoruz sıçradı damın üstə, uca   

    səs ilə banladı: 

 

 

 



 

Fatma bacım təndirdə, 

 

 

 



 

Ayaqları kəndirdə! 

Padşahın adamları bunu eşidib, təndirə baxdılar: gördülər ki, bunun içində    

bir gözəl qız əl-ayağı kəndir ilə bağlanmış yıxılıbdır. Qızı çıxardıb başmağı onun 

ayağına geydirdilər. Gördülər ki, başmaq elə bil onun ayağına biçilibdir. 

Apardılar padşahın oğluna. Padşahın oğlu bunu görən kimi cani-dildən aşiq oldu 

və yeddi gün-yeddi gecə toy eləyib Fatmanı özünə arvad aldı. Yedilər, içdilər, 

yerə keçdilər, siz də yeyin, için, muradınıza yetişin! 



 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə