FiRİdun bəy köÇƏRLİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix02.06.2018
ölçüsü0,55 Mb.
#47022
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

 

29 


-

 

Şəngülümü, Şüngülümü yeməyəydin! 



Vay bağırsağım deməyəydin! 

 

M ə s ə l l ə r: 



 

Keçi suyu bağıra-bağıra keçər. 

Qurd tutduğu yerdən qanıq olur. 

Qurdun adı bədnamdır, yesə də, yeməsə də. 

Qurd yuvasından sümük əskik olmaz. 

Buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymazlar. 

 

T a p m a c a l a r: 

 

25. Bizim evdə bir kişi var, aşın içindən noxudun seçər. 



26. Bizim evdə bir kişi var 

      Köndələn yatışı var. 

27. Bizim evdə bir kişi var 

      Nənəm ilə işi var. 

 

GÜDÜ-GÜDÜ

 

 



Çox  yağıntı  olanda  və  gün  çıxmayanda  uşaqlar  çömçəni  gəlin  kimi 

bəzəyib qapı-qapı gəzdirir və aşağıda yazılan sözləri oxuyub, hər evdən bir 

qaşıq  yağ  və  bir  ovuc  un  yığır,  fəsəli  bişirib  yeyirlər.  Oxunan  sözlər 

bunlardır: 

Güdü-güdü ha, güdü-güdü! 

Güdü-güdünü gördünüzmü, 

Güdüyə salam verdinizmi? 

Güdü burdan ötəndə 

“Qırmızı günü gördünüzmü?” 

 

Güdü palçığa batmışdı, 



Qarmaladım götürdüm. 

Qızıl qaya dibindən 

Qırmızı gün götürdüm. 

 

Qara toyuq qanadı 



Kim vurdu, kim sanadı? 

Göyçəliyə getmişdim 

İt baldırım daladı. 

 

 



________________ 

1.

 



Azərbaycanın bəzi yerlərində Güdü-güdü əvəzinə “Qodu-qodu”, “Düdü-düdü” də deyilir. 

 



 

30 


Yağ verin yağlamağa, 

P verin bağlamağa. 

Verənin oğlu olsun. 

Verməyənin qızı olsun. 

Bir gözü də kor olsun. 

Təndirə düşsün. 

Qırmızı bişsin! 

 

M ə s ə l l ə r: 

 

Yağışdan çıxdım, yağmura düşdüm. 



İslanmışın sudan nə paki. 

Göydən nə yağdı ki, yer onu qəbul etmədi. 

 

T a p m a c a l a r: 

 

28. O nədir ki, göydən yerə sallanır? 



29.  O nədir ki, hər nə desən allanır? 

30. O nədir ki, göbəyindən nallanır? 

31. Min-min minara. 

      Dibi qara

      Yüz min çiçək 

      Bir yarpaq? 

32. Dəryada bir gül bitib, adı yox, 

      Şirinlikdən yemək olmaz, dadı yox. 

 

 

VUR NAĞARA, ÇIX QIRAĞA 



(Oyun sözləri) 

 

İynə-iynə, 



Ucu düymə, 

Bal ballıca,  

Ballı keçi, 

Şam ağacı, 

Şatır keçi, 

Qoz ağacı, qotur keçi. 

Happan, 

Huppan, 


Qırıl. 

Yırtıl, 


Su iç –  

Qurtul. 


Əmim oğlu, 

Uzunbığlı, 




 

31 


Haldırım dedi, 

Huldurum dedi,  

Göyə bir ağac atdı. 

Qarğı sapı 

Gül budağı, 

Motala-motal, 

Tərsə motal, 

Ellər atar, 

Qaymaq qatar. 

Ağ quşum – ağar çinim, 

Göy quşum – göyərçinim, 

Vur nağara, 

Çıx qırağa. 

 

Yuxarıda  yazılan  sözləri  uşaqlar  oyunu  icra  edərkən  deyirlər.  Xırdaca  uşaqlar 



dövrə vurub oturur, ayaqlarını bir yerə uzadırlar. Onların biri başlayır bu sözləri 

oxumağa.  Hər  kəlməni  deyəndə  əlini  növbə  ilə  yoldaşlarının  və  özünün 

ayağının üstünə qoyur.  

 

Mətnin sonundakı “çlx qırağa” sözləri hər kəsin ayağının üstünə deyilsə o, 



ayağını  çəkir.  Sonra  yenə  başdan  həmin  sözlər  oxunur  və  uşaqlar  bir-bir 

ayaqlarını  çəkirlər.  Hər  kəsin  ayağı  axıra  qalsa,  onu  üzü  üstə  uzadır,  əllərini 

yumruq tutub bir-birinin üstə onun arxasına qoyub soruşurlar: 

-

 



Əl üstə kimin əli? 

Hərgah  tapsa,  onu  durğuzurlar,  tapmasa,  “götürün  vurun,  yalandır!”  deyib 

onu bir neçə dəfə astaca vururlar və yenə soruşurlar: 

-

 



Əl üstə kimin əli? 

Uşaq tapanadək onu astaca yumruqlayırlar. 

 

 

T a p m a c a: 



 

33. Kitab kitab içində, 

      Atlas da qab içində

      Nə molla bilir, nə axund, 

      O da bir qab içində. 

 

 



TÜLKÜ VƏ KƏKLĠK 

 

 

Bir  kəklik  dağ  başında  oxuyurdu.  Tülkü  onun  səsini  eşidib  yanına  gəldi  və 

dedi: 

-

 



Ay  kəklik,  sən  ki,  belə  gözəl  quşsan  və  belə  gözəl  səsin  var,  elə  həmişə 

oxuyursan? Bəs sən heç yuxulayıb yatmırsan? 

Kəklik dedi: 

-

 



Niyə yatmıram, əlbəttə ki, yatıram! 


 

32 


Tülkü dedi: 

-

 



İndi ki, belədir, bir mənə göztər görüm, sən necə yatırsan? 

Kəklik  yatmağını  tülküyə  göstərmək  üçün  gözlərini  yumdu,  Tülkü  cəld 

sıçrayıb onu tutdu. 

 

Kəklik  gördü  ki,  tülkü  onu  aldadırmış.  Axmaqlıq  edib  onun  hiyləsinə 



inanıbdır. İndi tülkü onu yeyəcək. Başını tülkünün ağzından çıxarıb dedi: 

-

 



Ay tülkü baba sən ki, belə zirək heyvansan və belə cəld şikar tutursan, heç 

şikarı yeyəndə allaha şükür edirsən? 

Tülkü cavab verdi: 

-

 



Necə ki, eləmirəm, yaxşı eləyirəm. 

Onda kəklik dedi: 

-

 

İndi  tutaq  ki,  sən  məni  yeyibsən,  bir  allaha  şükür  elə  görüm,  nə  sayaq 



edirsən? 

Tülkü  ağzını  açdı ki,  şükür  eləsin,  kəklik  bu  anda  uçub  qondu  bir  qayanın 

üstünə.  

 

Tülkü vəziyyəti belə görüb dedi: 



-

 

Kəklik qardaş, sən ki, mənim ağzımdan qurtardın get, amma lənət gəlsin o 



adama ki, şikarını yeməmiş allaha şükür edə! 

Kəklik cavabında dedi: 

-

 

Yaxşı  deyirsən,  tülkü  baba,  o  adam  da  lənət  gəlsin  ki,  yuxusu  gəlməmiş 



gözlərini yumub yatmaq istəyə! 

 

M ə s ə l l ə r: 

 

Tülkü tülkülüyünü sübut edincə, dərisini boğazındqan çıxardarlar. 



Dərə xəlvət, tülkü bəy. 

Tülkü tülküyə buyurar, tülkü də quyruğuna. 

 

T a p m a c a: 

 

34. Bir dərədə yeddi təpə, 



      Hər təpədə yeddi dəlmək. 

      Hər dəlməkdə yeddi tülkü

      Hər tülkünün yeddi balası. 

      Eylər neçə hamısı? 



 

Y a n ı l t m a c: 

 

Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Dişi kar, kor 



kürkü  yırtıq  kirpi,  erkək  kar,  kor  kürkü  yırtıq  kirpinin  kürkünü  yamamaqdansa, 

erkək  kar,  kor  kürkü  yırtıq  kirpi  dişi  kar,  kor  kürkü  yırtıq  kirpinin  kürkünü 

yamaylr. 

 

 



 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə