FiRİdun bəy köÇƏRLİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix02.06.2018
ölçüsü0,55 Mb.
#47022
1   2   3   4   5   6   7   8   9   ...   18

 

17 


 

Tazikbətazik allahın əmrilə Nazikbənaziyi özünə arvad almışdı. 

 

Ay ötdü, il dolandı, qış gəldi, çoxlu qar yağdı.. 



 

Tazikbətazik arvadına dedi: 

-

 

Mən çıxım damımızım qarını kürüyüm, sən də bir qazan umac bişir, yeyək, 



qarnımız qızsın. 

Nazibənazik dedi: 

-

 

Yaxşı, olar. 



Tazikbətazik çıxdı damın qarını kürəməyə, Nazikbənazik də ocaq qalayıb bir 

qazan umac asdı. 

 

Tazikbətazik  az  kürəmişdi,  çox  kürəmişdi,  birdən  ayağı  sürüşüb  bacadan 



düşdü  umac  qazanının  içinə  və  o  saat  da  öldü.  Bunu  görəndə  Nazikbənazik 

başına çırpdı, dizinə çırpdı. Haray hara çatar! Ölən bir də dirilməz ki! 

 

Nazikbənaziyin başına döyüb ağlamağını sərçə görüb ondan soruşdu: 



-

 

Nazikbənazik, bu nədir niyə ağlayırsan? 



Nazikbənazik dedi ki, daha nə olacaqdır, Tazikbətazik damın qarını kürədiyi 

yerdə ayağı sürüşüb umac qazanının içinə düşüb ölübdür. 

Bunu eşitcək sərçə də başına-gözünə döyə-döyə uçdu getdi. 

Ona bir qarğa rast gəldi və soruşdu: 

-

 

Sərçeyi-cükcük, bu nədir? 



Sərçeyi-cükcük cavab verdi ki: 

-

 



Sərçeyi-cükcük  neyləsin,  Nazikbənazik  deyir,  Tazikbətazik  qar  kürədiyi 

yerdə bacadan umac aşına düşüb ölübdür. 

Qarğa  bu  sözü  eşidəndə  çox  bikef  olub,  uçdu,  qondu  çinar  ağacına.  Çinar 

onun bikef olduğunu görüb soruşdu: 

-

 

Qarğaye-qırqır, bu nədir? 



-

 

Qarğaye-qırqır  neyləsin.  Sərçeyi-cükcük  deyir  ki,  Nazikbənazik  deyir, 



Tazikbətazik qar kürəyəndə bacadan umac qazanına düşüb ölübdür. 

Bu xəbəri eşidəndə çinar da çox bikef oldu. Yanından dəvə keçib gedəndə 

onun bikef olduğunu görüb soruşdu: 

-

 



Çinarbəçinar, bu nədir? 

Çinar cavabında dedi ki: 

-

 

Çinarbəçinar  neyləsin.  Qarğeyi-qırqır  deyir  ki,  sərçeyi-cükcük  deyir  ki, 



Nazikbənazik deyir ki, Tazikbətazik ölübdür. 

Bu  pis  xəbəri  eşidəndə  dəvə  bikef  olub  başladı  getməyə.  Onun  qabağına 

suya gedən bir qarı çıxdı. Qarı dəvənin belə damaqsız olmağını görüb, ondan 

soruşdu: 

-

 

Dəvəyi-löklök, bu nədir? 



Dəvə cavab verdi ki: 

-

 



Dəvəyi-löklök  neyləsin?  Çinarbəçinar  deyir  ki,  Qarğeyi-qırqır  deyir  ki, 

sərçeyi-cükcük deyir ki, Nazikbənazik deyir ki, Tazikbətazik ölübdür. 

Bu  yaman  xəbəri  eşidən  kimi  qarı  da  vurub  səhəngini  sındırdı.  Elə  ki, 

bulağın  başına  gəldi,  bulaq  qarının  sınmış  səhəngini  və  bikefliyini  gördü, 

ondan soruşdu: 

-

 



Vurub-sındıran, bu nədir? 

Qarı cavab verdi: 




 

18 


-

 

Vurub-sındıran  neyləsin.  Dəvəyi-lök-lök  deyir  ki,  Çinarbəçinar  deyir  ki, 



Qarğeyi-qırqır  deyir  ki,  sərçeyi-cükcük  deyir  ki,  Nazikbənazik  deyir  ki, 

Tazikbətazik  dama  çıxıb  qar  kürədiyi  yerdə  ayağı  sürüşüb,  bacadan  umac 

qazanının içinə düşüb ölübdür. 

Bulaq da bu xəbəri eşidəndə çox qüssə elədi və qüssədən onun suyu qurudu. 

İndi də bulağın suyu axmayır. 

 

M ə s ə l l ə r: 

 

Ata olmayan ata qədrini bilməz. 



Anası çıxan ağacı qızı budaq-budaq gəzər. 

Qırağına bax bezini al, anasına bax qızını al. 

Ata oğula bağ qıydı, oğul ataya salxım qıymadı. 

Oğul atanın kövşənini əkər. 

Qız yükü, duz yükü. 

Qız  idim,  sultan  idim,  nişanlandım  xan  oldum,  gəlin  oldum,  qul  oldum, 

ayaqlara çul oldum. 

Qız, sənə deyirəm, gəlinim, sən eşit. 

Kürəkən, kül əkən. 

Birənin qanını aldın, canını aldın. 

 

LAYLA 

 

Bizim yerlər qalın meşə, 



Taxtında otur həmişə, 

Aranında gül bitsin

Yaylağında bənövşə. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Layla dedim ucadan



Ünüm çıxdı bacadan, 

Səni tanrı saxlasın 

Çiçəkdən, qızılcadan. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Layla dedim yatınca, 



Gözlərəm ay batınca, 

Canım zinhara gəldi 

Sən hasilə çatınca. 

 

Balam layla, a layla! 




 

19 


Gülüm layla, a layla! 

 

Layla dedim adına, 



Haqq yetişsin dadına, 

Hər layla eşidəndə

Balam düşər yadıma. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Dağlara sərin düşər



Kölgəsi sərin düşər, 

Hər vaxt layla deyəndə 

Yadıma Pərim düşər. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Layla beşiyim, layla, 



Evim-eşiyim, layla. 

Sən yat, yuxun alginən 

Çəkim keşiyin layla! 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Layla dedim yatasan



Qızılgülə batasan. 

Qızılgül bağın olsun, 

Kölgəsində yatasan. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Layla dedim yatasan 



Qızılgülə batasan. 

Qızılgülün içində  

Şirin yuxu tapasan. 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

 



 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə