FiRİdun bəy köÇƏRLİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix02.06.2018
ölçüsü0,55 Mb.
#47022
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

 

35 


Sağa dolandı, gurp düşdü, sola dolandı, şarp düşdü, nə qədər əlləşdisə çıxa 

bilmədi, hər nə qədər çapaladısa, qurtara bilmədi. Dəvəizi dərin göldə az qaldı, 

çox qaldı, gördü ki, bir neçə atlı gedir. Durdu çağırmağa: 

 

 



 

 

Tapur-tupur atlılar, 



 

 

 



 

Qolları bazbatdılar

1



 



 

 

 



Şah evinə gedərsiz, 

 

 



 

 

Siçan bəyə deyərsiz: 



 

 

 



 

Pıspısa Püstə xanım,  

 

 

 



 

 

 



Dabanı xəstə xanım. 

 

 



 

 

Düşüb dəvə gölünə, 



 

 

 



 

Boğulur xəstə xanım. 

Gəlib  gördülər  ki,  bunları  çağıran  bir  dozanqurdudur,  düşübdür,  dəvəizi 

dərin gölə, boğulur. Bunları görəndə Dozanqurdu Düzxatun dedi: 

 

 

 



 

Gedin deyin Siçan bəyə, 

 

 

 



 

Börkü dəlik Solub bəyə: 

 

 

 



 

Saçı uzun, saray xanım, 

 

 

 



 

Donu uzun, daray xanım, 

Dozanqurdu  Düzxatun  paltar  yuduğu  yerdə  sürüşüb  dəvəizi  dərin  gölə, 

boğulub ölür, durmasın, özünü mənə tez yetirsin! 

Atlılar  çox  təəccüb  edib,  getdilər  şah  evinə.  Gördüklərini  orada  nağıl 

elədilər. Siçan Solub bəy şirni sandığının içində gəzirdi, bu xəbəri eşidib qaçdı 

və tez özünü Pıspısa xanıma yetirdi. Gəldi gördü ki, Pıspısa xanım dəvəizi dərin 

göldə batır, çıxır. Az qalıb ki, canı çıxsın. Cəld əlini uzadıb dedi: 

-

 

Əlini mənə cik-ərəcik! 



Dozanqurdu dedi: 

-

 



Yeri, mənciyəz səndən küsərəcik! 

Siçan Solub bəy yenə dedi:  

-

 

Əlini mənə cik-ərəcik! 



Pıspısa xanım cavab verdi: 

-

 



Yeri, mənciyəz səndən küsərəcik! 

Siçan üçüncü dəfə dedi: 

-

 

Əlini mənə cik-ərəcik! 



Dozanqurdu dedi: 

-

 



Yeri, mənciyəz səndən küsərəcik! 

Axırda  siçanın  acığı  tutdu,  bir  ovuc  palçıq  götürüb  çırpdı  dozanqurdunun 

başına və dedi: 

Küsərəciksən-küsərəcik, 

Üstünə palçıq enirəcik. 

 

Dozanqurdunun oradaca canı çıxdı. Yazıq Dozanqurdu Düzxatun! 



 

 

________________ 



1.

 

Bazubənd deməkdir. 



 

 



 

36 


DURNALARA XĠTAB 

 

Göy üzündə bölük-bölük durnalar



Nədir sizin əhvalınız, halınız. 

Bir ərz-hal yazdım yarə söyləyin, 

Dost kuyuna düşər isə yolunuz. 

 

Mənim yarım, siz də görüb şaşarsız,  



Ol uca dağları necə aşarsız, 

Ovçu görən kimi siz də çaşarsız, 

Qışdı, qar-amandı sizin eliniz. 

 

Baxın şahın pəncəsinə düşərsiz, 



Çeşməli dağları onda keçərsiz, 

Yaz olacağın yaylaqlara köçərsiz, 

Qırarsınız qanadınız, qolunuz. 

 

Dərdli Kərəm deyər uğradım dərdə, 



Canım qurban olsun mərd oğlu mərdə, 

Səfil durna nə gəzirsiz bu yerdə

Yoxmu sizin vətəniniz, eliniz. 

 

Qəribəm yoxdur arxam, 



Qanadım yoxdur qalxam, 

Çıxam qəlbi dağlara, 

Vətənə doğru baxam! 

 

M e y v ə c a t:  Alma, armud, nar, heyva, üzüm, şaftalı, ərik, albuxara, əncir, 



albalı, gavalı, gilas, alça, tut, cəviz (qoz), şabalıd, fındıq. 

 

M ə s ə l l ə r: 

 

 

Bağda  ərik  var  idi,  salam-əleyk  var  idi,  bağdan  ərik  qurtardı  salam-əleyk 



qurtardı. Ağzında yaxşı yer eyləmisən, əgər baqqal armud versə. Armud ağzıma 

– sapı savalana. Bağçalar barı – heyvalar narı, hamı dinsə də - sən dinmə barı. 



 

T a p m a c a l a r: 

 

35. Ətindən kabab olmaz, qanından kasa dolar. Hacılar həccə gedər, cəhd eylər 



gecə gedər, bir yumurta içində yüz əlli cücə gedər. Ağac başında önlü dağarcıq. 

 

BOSTAN VƏ DĠRRĠK MƏHSULATI 

 

Yemiş  (qovun),  qarpız,  şamama,xiyar,  qabaq,  səlx,  kələm,  kök,  soğan, 



sarımsaq, turp. 


 

37 


C ə b z i y y a t:  Keşniş, cəfəri, kərəbiz, bağdanus, kəvər, nanə, şüyüd, reyhan, 

mərzə, razyana, acıtərə, ispanaq. 

 

M ə s ə l l ə r: 

 

 



Soğan yeməmisən için niyə göynəyir? Atan soğan, anan sarımsaq, sən hadan 

oldun gülməşəkər. 

 

T a p m a c a l a r: 

 

36. Bir damım var içi dolu adam, amma qapısı yox. 



Bir damım var təndir gülü. Çatı su içər, danaköpər. 

 

 



 

 

Zülfün ucu gümüşdür, 



 

 

 



 

Sal boynuma ilişdir. 

 

 

 



 

Yemişlərdə yarpaqsız, 

 

 

 



 

Tap görüm necə yemişdir? 

 

QIZLAR SU DOLDURMAQDA 

 

Axşamdan yağan qar çıxıbdır dizə, 



Kəsilib bulaqdan yolu qızların. 

Səhər olcaq suya onlar varanda, 

Üşür barmaqları, əli qızların. 

Sənəgin doldurmuş qoyar kürəyinə. 

Nə ki, gözəl var yığılıb kəndə, 

Kəmərin bağlayıb, gərdən çəkəndə, 

Keçən əbircədən beyli qızların! 

 

M ə s ə l l ə r: 

 

Su  sənəgi  suda  sınar.  Məni  aparan  suya  dərya  deyərəm.  Araz  axır,  gözüm 



baxır. 

 

 



GÖYÇƏK FATMANIN NAĞILI 

1. 

 

Biri var imiş, biri yox imiş, bircə kişi var imiş, bu kişinin bir arvadı və bu 

arvaddan Fatma adında bir qızı var imiş. Fatma çox ağıllı və gözəl qız imiş. Bir 

gün Fatmanın anası naxoşlayır və qızına deyir ki, mən öləndən sonra dədən təzə 

arvad alacaq və o arvad səni çox incidəcəkdir. Amma qara inəyimizdən 

müqəyyid ol, onu özün otar. 

 

Qızın anası ölür və dədəsi gedib özgə bir arvad alır. Bu arvadın da irəliki 



ərindən bir çirkin qızı vardı. 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə