Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə5/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   2   3   4   5   6   7   8   9   ...   92

 
 
19
 
 
 fiqh təlimi 
4.Fiqh kitablarında “fihi iĢkalun”, “muĢkil”, “la yəxlu min iĢkal” ifa-
dələri  “ehtiyata”  dəlalət  edir.  Təkcə  “la  iĢkalə  fihi”  ifadəsi  fətva  de-
məkdir
1

5. Əməl məqamında “caiz deyil” və “haramdır” ifadələri arasında fərq 
yoxdur
2

SUALLAR: 
1.
 
Müctehidin fətvalarını hansı yolla əldə etmək olar? 
2.
 
Müctehidin icazəsi olmadan onun fətvalarını və şəriət hökmlərini 
bəyan etmək olar? 
3.
 
Hansı hallarda təqlidin qeyri-ələm müctehidə dəyişilməsinə icazə 
verilir? 
4.
 
Hansı hallarda təqlidi dəyişmək vacibdir? 
5.
 
Cahil neçə qismdir? 
 
 
 
 
 
 
 
 
                                         
1
 Şəri suallara cavab, 51-ci sual 
2
 Şəri suallara cavab, 51-ci sual. 


 
 
21
 
 
 fiqh təlimi 
 
DÖRDÜNCÜ  DƏRS 
VƏLIYYĠ-FƏQĠH VƏ RƏHBƏRLĠK 
- Vəliyyi-fəqihin mənası  
- Vəliyyi-fəqihin zəruriliyi 
- Vəliyyi-fəqihin iqtidarı  
-Vəliyyi-fəqihin  nəzəri  mərceyi-təqlidin  nəzəri  ilə  üst-üstə  düşmə-
dikdə müsəlmanların vəzifəsi 
1. Vəliyyi-fəqihin mənası 
Vəliyyi-fəqih, ədalətli din aliminin hakimiyyəti deməkdir
1

   Diqqət: 

 
Ġslam ümmətinə Vəliyyi-fəqihin ictimai-siyasi rəhbərliyi haqq olan 
Ģiə məzhəbinin üsullarından biri olan “Ġmamət”dən qaynaqlanır
2


 
Ġmam  Zamanın  (ə.f.)  qeybi  dövründə  Vəliyyi-fəqih  mövzusuna 
etiqad  bəsləməmək  -istər  insanın  özü  bu  qənaətə  gəlsin,  istərsə  də 
digərinə  təqlid  etsin-  mürtəd  olma  və  dindən  xaric  olma  ittihamına 
əsas  vermir.  Hər  kim  dəlil  və  sübut  əsasında  Vəliyyi-fəqihə  etiqad 
bəsləməyin zəruri olmadığı barədə qənaətə gəlsə, üzürlü sayılır. Lakin 
o, müsəlmanlar arasında təfriqə və iki tirəlik yarada bilməz
3

                                         
1
 Şəri suallara cavab, 56-cı sual.  
2
 ġəri suallara cavab, 61-ci sual. 
3
 Şəri suallara cavab, 51 və 61-ci suallar. 


 
 
21
 
 
 fiqh təlimi 
2. Vəliyyi-fəqihin zəruriliyi 
Müqəddəs Ġslam dini qiyamətədək davam edəcək sonuncu səmavi 
din,  habelə  ictimai  bir  din  olduğu  üçün  Ġslam  ümmətinə  din  və 
müsəlmanları  düĢmənlərdən  qoruyan,  Ġslam  hökümətinin  keĢiyində 
duran, ədaləti bərqərar edən, zorakılığın qarĢısını alan, mədəni, siyasi 
və  ictimai  tərəqqini  təmin  edən  ədalətli  bir  din  aliminin  rəhbərliyi 
zəruridir
1

Diqqət: 

 
Vəliyyi-fəqihi qəbul etmək təəbbudi
2
 Ģəri hökm olmaqla yanaĢı əql 
də onu təsdiqləyir və bu mənsəbə layiq fərdi müəyyən etməyin yolları 
vardır
3

3. Vəliyyi fəqihin iqtidarı 
1.
 
Vəliyyi-fəqihin çıxardığı qərarlar  
   Bütün  müsəlmanlar  Vəliyyi-fəqihin  əmrlərinə  tabe  olmalı,  onun 
göstəriĢ və qadağalarına əməl etməlidirlər. Bu hökm, həm böyük dini 
alimlərə, həm də onlara təqlid edənlərə aiddir.
4
  
Diqqət: 

 
Heç kim Vəliyyi-fəqih mənsəbinə daha layiq olduğunu bəhanə edib 
qanuni yolla seçilən Vəliyyi-fəqihlə müxalifətçilik edə bilməz. 
2.
 
Əgər müəyyən fərdlərin müəyyən vəzifələrə təyin olunması barədə 
Vəliyyi-fəqihin qərarı müvəqqəti deyildisə, yeni Vəliyyi-fəqih məslə-
                                         
1
 Şəri suallara cavab, 63-cü sual. 
2
 Şərtsiz tabe olma 
3
 ġəri suallara cavab, 56-cı sual 
4
 Şəri suallara cavab, 62 və 65-ci suallar 


 
 
22
 
 
 fiqh təlimi 
hətə görə onları bu mənsəbdən kənarlaĢdırmayanadək əvvəlki Vəliyyi-
fəqihin qərarı öz qüvvəsində qalır.
1
  
3.
 
Cəzaların  icrası.  Cəzaların  icrası  (məsələn,  zina  və  oğurluq  üçün 
təyin olunan cəzalar) Ġmam Zamanın (ə.f.) qeybi dövründə də vacibdir 
və buna müsəlmanların Vəliyyi-fəqihi hökm verir.
2
  
4.
 
Vəliyyi-fəqihin çıxadığı qərar ümmətin qərarından önəmlidir. 
Əgər  Ġslam  və  müsəlmanların  ümumi  mənafeyi  yönündə  Vəliyyi-
fəqihin  çıxardığı  qərarlar  ümumi  xalq  kütləsinin  istəyi  ilə  zidd  olsa, 
onun istəyi ümmətin istəyindən öndə dayanır.
3
 
5.
 
 Kütləvi informasiya vasitələrinə nəzarət.  
   Kütləvi  informasiya  vasitələri  müsəlmanların  Vəliyyi-fəqihinin  nə-
zarəti  altında  olmalı  və  Ġslam  və  müsəlmanlara  xidmət,  dəyərli  dini 
maarifi yaymaq üçün fəaliyyət göstərməlidir. Həmçinin Ġslam cəmiy-
yətinin  dünya  görüĢünün  artması  və  onların  çətinliklərinin  həlli, 
müsəlmanların  vəhdəti  və  onlar  arasında  qardaĢlıq  bağlarının  yaran-
ması və s. bu kimi istiqamətlərdə xidmət göstərməlidir. 
Vəliyyi-fəqihin iqtidarı barədə 3 məsələ 

 
Vəliyyi-fəqihin nümayəndəsinin göstəriĢlərinə tabe olmaq  
   Əgər  Vəliyyi-fəqihin  nümayəndəsinin  verdiyi  göstəriĢlər  Vəliyyi-
fəqih  tərəfindən  ona  verilən  səlahiyyətlər  çərçivəsi  daxilindədirsə, 
onunla müxalifətçilik etmək olmaz.
4
 
                                         
1
 Şəri suallara cavab, 64-cü sual 
2
 Şəri suallara cavab, 66-cı sual 
3
 Şəri suallara cavablar, 53-cü sual 
4
 Şəri suallara cavab, 61-cu sual 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə