Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

– Əlbəttə, göstərərəm! – deyən qadın tələsik onu ardınca çəkib apardı. 
Köhnə, didik-didik olmuş kitablar idi. Ortadakı cild, demək olar ki, cırıq-cırıq olmuşdu, 
vərəqləri sapdan asıla qalmışdı. 
– Burda hər şey iyrəncdir! – deyən K. başını buladı.  
O, kitabları götürməmişdən əvvəl qadın önlüyü ilə, üzdən də olsa, onların tozunu sildi. K. 
üstdəki kitabı açdı və abırsız bir şəkil gördü. Kişi ilə qadın divanda çılpaq oturmuşdular. 
Əlbəttə, rəssamın bəd niyyəti aydınca bilinirdi. Ancaq o qədər naşılıq eləmişdi ki, orda 
görünən yalnız kişi ilə arvad idi və onların da təkcə bədənləri nəzərə çarpırdı, dimdik 
oturmuşdular, yanlış perspektivdən təsvir olunduqları üçün bir-birinə tərəf dönə də 
bilmirdilər. K. həmin kitabı örtüb ikincinin titul vərəqini açdı: “Qretenin öz əri Hansdan 
gördüyü əzablar” adlı roman idi. 
– Bu da onların oxuduqları qanun kitabları! Gör məni kimlər mühakimə edəcək!  
– Sizə kömək edəcəm! – qadın dilləndi. – İstəyirsiniz? 
– Doğrudanmı özünüz üçün heç bir təhlükə yaratmadan bunu edə bilərsiniz? İndicə dediniz ki, 
əriniz öz rəislərindən çox asılıdır. 
– Buna baxmayaraq, sizə kömək etmək istəyirəm. Gedək, biz bunu müzakirə etməliyik. Məni 
gözləyən təhlükə barədə bir daha danışmayın, mən təhlükədən yalnız o vaxt qorxuram ki, 
özüm ondan qorxmaq istəyirəm. Gəlin, – deyə qadın səhnəni göstərdi və K.-dan xahiş etdi ki
pilləkəndə onunla yanaşı otursun.  
– Sizin qəşəng qara gözləriniz var... – onlar oturandan sonra qadın sözə başladı və aşağıdan 
yuxarı K.-ya baxdı. – Deyirlər ki, mənim də gözlərim gözəldir, ancaq sizinkilər daha gözəldir. 
Yeri gəlmişkən, siz buraya ilk dəfə gələndə mən bunu hiss etdim. Sonradan iclas zalına 
girməyimin səbəbi də elə bu oldu. Yoxsa mən heç vaxt bura girmirəm. Hətta, müəyyən 
mənada, bura girmək mənə yasaqdır. 
“Deməli, bunun da dərdi varmiş, – deyə K. ürəyindən keçirdi, – “ özünü mənə təklif edir... o 
da burdakı adamlar kimi pozulub, məhkəmə məmurlarından doyub... onu da başa düşmək 
olar... ona görə də yad bir adam gələn kimi, onun gözlərinə kompliment deyir...”  
K. sakitcə ayağa durdu, sanki bu sükutu ilə düşündüklərini ucadan demiş və bununla da 
qadına öz münasibətini bildirmişdi.  
– İnanmıram ki, mənə kömək edə biləsiniz... – dedi. – Mənə kömək etmək istəyən adamın 
gərək yüksək çinli məmurlarla əlaqəsi olsun. Siz də, məlum məsələdir ki, buralarda vurnuxan 
aşağı vəzifəli məmurları tanıyırsız. Əlbəttə, bu məmurları lap yaxşı tanıyırsınız, hətta bəzi 
işləri də onlardan aşıra bilərsiniz, buna şübhəm yoxdur, ancaq nə qədər böyük işlər görsələr 
də, məhkəmənin nəticəsinə təsir edə bilməzlər. Ancaq siz bununla dostlarınızdan bir neçəsini 
itirməli olarsınız ki, mən də bunu istəmirəm. Bu vaxta qədər onlarla hansı münasibətdə 
olmusunuzsa, qoyun eləcə də qalsın və mənə elə gəlir, onlar sizə hələ lazım olacaq. Bunu heç 
də təəssüf hissi ilə demirəm, yalnız dediyiniz komplimentə cavab olaraq etiraf edirəm ki, siz 


də mənim çox xoşuma gəlirsiniz. Ən çox da heç bir səbəb olmadan mənə belə kədərli-kədərli 
baxanda... Siz mənim mübarizə apardığım bir cəmiyyətin üzvüsunüz, orada da özünüzü çox 
rahat hiss edirsiniz, hətta bir tələbəni də sevirsiniz. Sevməsəniz də, ən azı, onu ərinizdən üstün 
tutursunuz. Dediklərinizdən aydınca hiss olunur... 
– Yox! – deyə qadın qışqırdı və K.-nın əlindən yapışdı. K. əlini çəkməyə macal tapmadı. – 
İndi çıxıb gedə bilməzsiniz! Mənim haqqımda belə pis fikirdə ola-ola gedə bilməzsiniz! 
Doğrudan gedə bilərsiniz? Doğrudanmı mənə yaxşılıq etmək xatirinə burda bir az 
qalmağınıza da layiq deyiləm? 
– Məni başa düşmədiniz, – deyən K. təzədən oturdu. – Əgər doğrudan da lazımdırsa, 
məmnuniyyətlə qalaram, vaxtım da var. Elə o hesabla da gəlmişdim ki, bu gün məhkəmə 
olacaq. Bayaq dediklərimlə də sizdən xahiş etmək istəyirdim ki, mənim məhkəmə işimə 
qarışmayasınız. Bu da gərək xətrinizə dəyməsin ki, bu məhkəmənin necə qurtaracağı məni 
maraqlandırmır və hansı hökmü cıxarsa da ona güləcəm. Ancaq bir şərtlə ki, məhkəmə 
doğrudan da sona qədər olsun və mən də buna şübhə edirəm. Elə düşünürəm ki, ya 
tənbəllikdən, ya unutqanlıqdan, ya da bəlkə məmurların qorxaqlığından bu məhkəmə dayanıb 
və ya gələcəkdə dayanacaq. Belə də ola bilər ki, böyük məbləğdə rüşvət qoparmaq üçün 
məhkəmə, elüzəri də olsa, keçiriləcək, ancaq xeyri yoxdur. Elə indidən deyə bilərəm ki, heç 
kəsə rüşvət verən deyiləm. Mənə yaxşılıq etmək istəyirsinizsə, ya müstəntiqə, ya da bu cür 
vacib xəbərləri tez yaymağın ustası olan bir adama çatdırın ki, hansı hoqqalardan çıxsalar da, 
– yəqin canablar bu sahədə usta olarlar! – məni rüşvətə təhrik edə bilməyəcəklər. Onlara açıq 
deyə bilərsiniz ki, özlərini yormasınlar. Bilmək olmaz, bəlkə özləri də bunu artıq hiss 
eləyiblər. Əgər etməyiblərsə, mənim üçün fərqi yoxdur, indi eləyərlər. Ancaq cənablar bunu 
indiyəcən hiss etmiş olsaydılar, belə əziyyət çəkməzdilər və yeri gəlmişkən, mənə də əzab 
verməzdilər. Ancaq mən bu əziyyəti məmnuniyyətlə çəkirəm, çünki çəkdiklərimin hamısını 
bircə-bircə özlərinə qaytaracağımı bilirəm. Çalışacam ki, belə olsun. Siz müstəntiqi 
tanıyırsınız?  
– Əlbəttə tanıyıram, – qadın dilləndi, – sizə kömək təklif edəndə, yadıma birinci o düşdü. 
Ancaq bilmirdim ki, onun vəzifəsi aşağıdır, əgər siz deyirsinizsə, deməli, elədir. Deyirsiniz ki, 
məmurlar tənbəldir, ancaq hamısı elə deyil. Xüsusilə, bu müstəntiq elələrindən deyil, yaman 
çox yazır. Məsələn, ötən bazar iclas axşama qədər çəkdi, sonra hamı çıxıb getdi, ancaq 
müstəntiq zalda qaldı, ona lampa gətirəsi oldum. Balaca mətbəx lampası idi, amma çox razı 
qaldı və o dəqiqə də yazmağa başladı. Bu aralıqda həmin gün məzuniyyətdə olan ərim də 
gəlib çıxdı, mebeli içəri daşıdıq, mənzili qaydaya saldıq, qonşular gəldi, şam işığında söhbət 
elədik, sözün qısası, müstəntiqi unutduq, yatmağa getdik. Qəflətən gecəyarı oyanıram, 
müstəntiq qapının yanında dayanıb, əli ilə işığın qabağını kəsib ki, ərimin gözünə düşməsin, 
ancaq ehtiyat etməyə dəyməzdi, çünki ərim elə bərk yatır ki, lampa işığına ayılmaz... Elə 
qorxdum ki, az qaldı qışqıram, ancaq müstəntiq çox mehriban idi, ehtiyatlı olmağımı işarə 
etdi, pıçıldadı ki, bu vaxta qədər yazıb, indi də lampanı gətirib və mənim yatanda necə gözəl 
göründüyümü heç vaxt unutmayacaq. Bütün bunları söyləməkdə məqsədim yalnız sizə onu 
deməkdir ki, müstəntiq xeyli məlumat yazır, çoxu da sizin haqqınızdadır, çünki bazar günü 
olan istintaq günün əsas iclası idi. Axı, belə uzun məlumatlar mənasız ola bilməz! İndi özünüz 
də görürsünüz ki, müstəntiq mənə vurulub və hər şey də təzəcə başladığı üçün – deyəsən, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə