Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

qalır həbs etdikləri adamın paltarını əynindən çıxarsın, buna görə də inspektorlar 
tanımadıqları evlərə soxulurlar, buna görə də günahsızlar dindirilmək əvəzinə dəstə-dəstə 
adamların qarşısında alçaldılırlar. Keşikçilər mənə həbs olunanların əşyalarının saxlandığı 
kameralardan danışdılar – ah, kaş oğru məmurlar çırpışdırmamış həbs olunan həmin 
insanların alın təri ilə qazandıqları əşyaların orda necə kif atdığını görə biləydim! 
Zalın o biri başından gələn qışqırtı səsi K.-nın sözünü ağzında qoydu. İçəri düşən ölgün günəş 
işığı tüstü-dumanı ağ rəngə boyamışdı və gözləri qamaşan K. əlini qaşlarının üstünə qoyub o 
tərəfə baxdı. Paltaryuyan qadın idi, içəri girən kimi mane oldu. Ancaq indi onun günahkar 
olub-olmadığını demək çətin idi. K.yalnız onu gördü ki, kişilərdən biri onu küncə cəkib özünə 
sıxmışdı. Ancaq qışqıran qadın deyil, kişi idi, ağzını ayırıb tavana baxırdı. Onların ətrafına bir 
neçə adam yığışmışdı və qalereyadakılara ləzzət elədi ki, K.-nın yaratdığı ciddilik bu yolla 
pozuldu. K.tələsik həmin yerə qaçmaq istədi, ona elə gəldi ki, hamı orda qayda-qanun 
yaradılmasını istəyir, ən azı, onların ikisini də bayıra çıxarmaq lazımdır, ancaq ilk cərgədəki 
adamlar yerlərində mohkəm dayanmışdılar, heç biri tərpənmədi, K.-ya yol verən olmadı, 
əksinə, maneçilik törətdilər, yaşlı kişilər əlləri ilə yolunu kəsdilər, hətta kimsə yaxalığından 
yapışdı, vaxt olmadığından K. geri dönüb onun kim olduğunu görə bilmədi. K. artıq kişi ilə 
qadın barədə düşünmürdü, ona elə gəlirdi ki, azadlığı əlindən alınıb, həbs olunması ciddiləşir 
və heç nəyə fikir verməyib səhnədən tullandı. İndi basabas salan adamlarla göz-gözə 
dayanmışdı. Bu adamları düzgünmü qiymətləndirmişdi? Yoxsa əbəs yerə dediklərinin onlara 
təsir etdiyinə çox inanmışdı? Yoxsa o danışanda hamısı özünü başqa cür aparmış, ancaq 
axırda dediklərinə dözə bilməmişdilər? Ətrafındakı sifətlərə bir bax! Balaca, qara gözlər onu 
çalın-çarpaz doğrayır, yanaqları içkili adamlar kimi sallanıb, uzun seyrək saqqalları biz 
kimidir. Adama elə gəlirdi ki, onlara əl uzatsan, saqqaldan yox, lələkdən yapışarsan. Ancaq 
bu saqqallar qurtaran yerdə, adamların yaxasında – bu, əslində, K.-nın kəşfi idi – müxtəlif 
ölçülü, müxtəlif rəngli nişanlar parıldayırdı. Görə bildiyi adamların hamısının döşündə bu 
nişandan var idi. İlk baxışdan sağ-sol dəstələrə bölünmüş bu adamlar əslində bir imişlər və K. 
qəflətən dönəndə gördü ki, əllərini qoynuna qoyub sakitcə aşağı baxan müstəntiqin döşündə 
həmin nişandan var. 
– Belə de...! – K. qışqıraraq əlini qaldırdı, çünki bu qəfil kəşfdən sonra əli yanında dayana 
bilməzdi. – Görürəm ki, hamınız məmursunuz, indicə əleyhinə danışdığım rüşvətxor 
dəstəsiniz. Burda basabas saldınız, guya qulaq asdınız... Yalandan iki dəstəyə bölünübsünüz... 
Bir dəstə məni alqışladı, imtahana çəkdi... Hamınız günahı olmayan bir adamı necə 
çaşdırmağın yolunu öyrənmək istəyirdiniz. Ümid edirəm ki, burda boş yerə dayanmadınız, ya 
həvəslə günahsız bir adamın sizdən kömək diləyəcəyini gözlədiniz, ya da... Yol ver, yoxsa 
vuraram, – deyə K.ona lap yaxın dayanaraq titrəyən qocaya acıqlandı, – ... ya da doğrudan da
nəsə öyrəndiniz. Beləliklə, bu işinizdə sizə uğurlar diləyirəm.  
O, tələsik stolun bir küncünə qoyduğu şlyapasını götürdü, bəlkə də heyrətdən sükuta qərq 
olmuş adamları yara-yara qapıya tərəf getdi. Deyəsən, müstəntiq K.-dan cəld tərpənmişdi, 
qapının ağzında dayanıb onu gözləyirdi və dedi: 
– Bircə dəqiqə...  
K.dayansa da müstəntiqə tərəf deyil, artıq dəstəyindən yapışdığı qapıya baxırdı. 


-Yanız bunu diqqətinizə catdırmaq istəyirdim ki, – müstəntiq sözünə davam etdi, – siz bu gün 
özünüz də bilmədən özünüzü istintaqın müttəhimə verdiyi üstünlükdən məhrum etdiniz. 
K. hələ də qapıya baxa-baxa güldü: 
– Səfehlər! Bütün istintaqları sizə bağışladım! – deyə qapını açdı, tələsik aşağı düşdü. 
Arxasınca yenidən canlanmış insanların səs-küyü eşidildi. Yəqin ki olub-keçənləri 
tələbələrsayağı müzakirə edirdilər...  
 
ÜÇÜNCÜ FƏSİL 
Boş iclas zalında. Tələbə. Dəftərxanalar 
 
K. sonrakı həftə hər gün yeni çağırış gözlədi, inanmadı ki, istintaqa bir daha gəlməyəcəyini 
ciddi qəbul etmiş olalar və çağırışın şənbə günü axşama qədər də gəlmədiyini görüb fikirləşdi 
ki, yəqin bu sükut həmin vaxt həmin yerə dəvət olunması deməkdir. Ona görə də bazar günü 
oraya getdi, ancaq bu dəfə pilləkəni, qapını səhv salmadı. Onu xatırlayan bir neçə adam 
qapısının ağzında K.-ya salam verdi, ancaq bu dəfə heç kimdən heç nə soruşmadı, tezliklə 
qapıya catdı. Onu döyən kimi açdılar. Qapının ağzında dayanmış həminki qadına fikir 
vermədən tələsik qonşu otağa keçmək istədi. 
– Bu gün iclas yoxdur, – dedi qadın. 
– Niyə yoxdur? – o inanmaq istəmədi, ancaq qadın qonşu otağın qapısını açanda, inanmalı 
oldu. Otaq bomboş idi və bu boşluqda ötən bazar günündəkindən də məzlum görünürdü. Hələ 
də səhnədə qalmış stolun üstündə bir neçə kitab var idi. 
– Bu kitablara baxmaq olar? – K. kitablarla çox maraqlandığına görə deyil, gəlişinin əbəs yerə 
olmaması üçün soruşdu. 
– Xeyr, – deyə qadın qapını örtdü, – icazə yoxdur. Müstəntiqin kitablarıdır. 
– Belə de... – K. başını yırğaladı, – qanun kitabları olar. Yəqin bu məhkəmənin bir xüsusiyyəti 
də adamları günahsız yerə deyil, həm də xəbər vermədən mühakimə etməsidir.  
– Bəlkə də elədir... – qadın onu yaxşı başa düşmədi.  
– Onda mən gedim.  
– Müstəntiqə nəsə deyim? 
– Onu tanıyırsınız? 
– Əlbəttə! Ərim məhkəmədə işləyir. 


K. indi gördü ki, o gün içində yalnız paltar tiyanı olan otaq indi ağzına kimi dolu bir mənzilə 
çevrilib. Qadın onun heyrətləndiyini görüb dedi: 
– Bu otağı bizə pulsuz veriblər. Ancaq məhkəmə keçirilən günlərdə onu boşaldırıq. Ərimin 
işinin belə xoşagəlməz cəhətləri də var. 
– Mənzilə görə o qədər də təəccüblənmirəm, – deyə K. acıqla qadına baxdı, – ən çox ərdə 
olduğunuza təəccüblənirəm. 
– Bəlkə axırıncı iclasda nitqinizə mane oluğuma işarə vurursuz? 
– Əlbəttə, – dedi K. – Eybi yox, hamısı keçib gedib, demək olar ki, yaddan çıxıb. Ancaq onda 
məni yaman əsəbiləşdirdiniz. İndi özünüz deyirsizniz ki, ərli qadınsınız... 
– Nitqinizin kəsilməsi ziyanınıza olmadı. Ondan sonra haqqınızda çox, özü də pis danışdılar. 
– Ola bilər... – K.saymazyana dilləndi. – Ancaq bu sizə bəraət qazandırmır. 
– Məni tanıyanların qarşısında bəraətim var. Onda məni qucaqlayan kişi də arxamca çoxdan 
düşüb. Ümumiyyətlə götürəndə, mən cazibədar deyiləm, ancaq, görünür, onun üçün beləyəm. 
Burda heç nə demək olmaz, hətta ərim də bununla barışıb. Əgər işini saxlamaq istəyirsə, 
dözməlidir. Çünki həmin kişi tələbədir və çox güman ki, yüksək vəzifə sahibi olacaq. Məndən 
əl çəkmir, elə sizin qabağınızca çıxıb getdi. 
– Belə də olmalıdır, – dedi K.,– bu məni heç də təəccübləndirmir. 
– Yəqin burda nəyisə düzəltmək istəyirsiz, elə deyilmi? – qadın asta– asta, sınayıcı nəzərlərlə 
onu süzə-süzə elə soruşdu ki, sanki dedikləri K.dan çox onun üçün təhlükəli idi. – Bunu 
nitqinizdən başa düşdüm, şəxsən mənim çox xoşuma gəldi. Əslində, yalnız bir hissəsini 
eşitdim, əvvəlinə çatmadım, axırında da tələbə ilə döşəmədə uzanmışdım... Bura lap iyrəncdir, 
– deyə o, ani fasilədən sonra dilləndi və K.-nın əlindən yapışdı. – Burda nəyisə düzəldə 
biləcəyinizə inanırsınız?  
K. gülümsəyərək əlini onun yumşaq əlləri arasında azacıq tərpətdi:  
– Əslində, – dedi, – məni heç kəs, sizin dediyiniz kimi, burda nəyisə düzəltmək üçün 
göndərməyib. Bunu, məsələn, müstəntiqə desəniz, ya sizə gülər, ya da cəzalandırar. Sözün 
düzü, heç vaxt öz xoşumla belə işlərə qarışmazdım və bu məhkəmənin düzəlişə olan ehtiyacı 
da mənim yuxuma haram qata bilməzdi. Ancaq boş yerdən həbs olunduğum üçün – axı mən 
həbsdəyəm – məcburiyyət qarşısında qalıb qarışdım, özü də özümə görə... Əgər burda sizə 
nədəsə köməyim dəyərsə, böyük məmnuniyyətlə edərəm. Ancaq yalnız bəşər övladına 
məhəbbətim xatirinə deyil, həm də ona görə ki, siz də mənə kömək edəsiniz. 
 
– Sizə necə kömək edə bilərəm? – qadın soruşdu. 
– Məsələn, stolun üstündəki kitabları mənə göstərə bilərsiniz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə