Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

– Elədir, ancaq mən elə buna görə qorxmalıyam ki, məhkəmənin nəticəsinə təsir etməsə də
hər halda, ilkin istintaqa eləyə bilər. 
– Bəli, eləyə bilər! – məmur bu sözləri elə dedi ki, sanki onun fikri K.nın fikri ilə üst-üstə 
düşürdü. – Ancaq bizdə, adətən, ümidsiz məhkəmələr aparılmır. 
– Mən sizinlə razılaşmıram, ancaq bu o demək deyil ki, tələbə ilə məşğul olmayacam. 
– Sizə çox minnətdar olardım! – məmur bir qədər rəsmi tərzdə dilləndi, deyəsən, ən böyük 
arzusunun həyata keçəcəyinə inanmırdı. 
– Bəlkə də..ə, – K. sözünə davam etdi, – sizin məmurlarınızdan bəziləri, ola bilsin də, elə 
hamısı paylarını alacaq. 
– Elədir, elədir! – məmur sanki adi bir həqiqəti təsdiq edirmiş kimi dilləndi, sonra da inamla 
K.-ya baxdı. İndiyə qədər ona nə qədər mehribanlıq göstərmiş olsa da, belə baxmamışdı və 
sözünə əlavə etdi: – Onsuz da hamı narazıdır, qalxıb... -ancaq məmur, deyəsən, bu söhbətdən 
özü də narahat oldu, mövzunu dəyişdi: – Gərək gəldiyimi dəftərxanaya bildirəm. Mənimlə 
getmək istəyirsiniz? 
– Orda mənim nə işim?! 
– Dəftərxanalara baxarsınız. Sizə fikir verən olmayacaq. 
– Baxmağa dəyər? – deyə tərəddüd edən K. hiss etdi ki, getmək istəyir. 
– Elə bildim, sizin üçün maraqlı olar... 
– Yaxşı, – K. nəhayət, dilləndi, – gedirəm... – Və pillələri məmurdan tez qalxdı. 
İçəri girəndə az qaldı yıxılsın, çünki qapıdan sonra da bir pillə vardı. 
– Camaatı fikirləşmirlər, – dedi. 
– Heç veclərinə də deyil! – məmur təsdiqlədi. – Hələ bir gözləmə otağına baxın! 
Qarşısında uzun bir dəhliz vardı və buradakı yöndəmsiz qapılar çardaqdakı otaqlara açılırdı. 
İçəri birbaşa işıq düşməsə də, çox qaranlıq deyildi, çünki bəzi otaqların dəhliz tərəfdəki 
divarları bir-birinə kip geyindirilmiş taxta arakəsmə əvəzinə, tavana çatan ağac şəbəkələrdən 
düzəldilmişdi və aralarından həm içəri işıq düşürdü, həm də stolların arxasında oturub yazı 
yazan, ya da arakəsmənin lap yaxınında dayanıb deşiklərdən dəhlizdəkilərə baxan məmurlar 
görünürdü. Yəqin bazar günü olduğundan, dəhlizdə az adam vardı. Hamısı da sadə adam təsiri 
bağışlayırdı. Dəhlizin hər iki tərəfinə qoyulmuş uzun taxta skamyaların üstündə, demək olar 
ki, bir-birindən eyni məsafədə aralı oturmuşdular. Üzlərindəki ifadədən, duruşlarından, saqqal 
saxlamaqlarından və digər güclə nəzərəçarpan əlamətlərindən çoxlarının yüksək cəmiyyətə 
mənsub olduqları bilinsə də, hamısı pis geyinmişdi. Asılqan olmadığından yəqin ki bir-birinə 
baxıb şlyapalarını skamyanın altına qoymuşdular. Qapıya yaxın oturanlar K. ilə məmuru 
görən kimi ayağa durub salam verdilər, bunu görən qalanları da fikirləşdilər ki, onlar da salam 
verməlidirlər və beləliklə, K. ilə məmur yanlarından keçdikcə hamısı ayağa durdu. Ancaq heç 


biri qəddini düzəldə bilmədi: çiyinləri qısılmış, dizləri bükülmüşdü, küçədə dilənənlərə 
oxşayırdılar. K. arxasınca gələn məmuru gözləyib dedi: 
– Gör necə alçaldılıblar! 
– Elədir..! Müttəhimlərdir... Burda gördüklərinizin hamısı müttəhimdir. 
– Deməli, mənim həmkarlarımdır, – deyə K. yanındakı ucaboy, arıq, saçları, demək olar ki, 
tam ağarmış kişiyə tərəf dönərək nəzakətlə soruşdu: 
– Siz niyə gözləyirsiniz? 
Gözlənilməz müraciət kişini çaşdırdı, lap yazıq görkəm aldı. Hiss olunurdu ki, dünyagörmüş 
adamdır, başqa bir yerdə özünü ələ almağı bacarardı, belə qətiyyətsiz olmazdı. Ancaq indi 
adicə bir suala cavab verə bilmirdi, yanındakılara baxırdı, sanki onlar kömək etməyə borclu 
idilər və kömək eləməsələr, heç kəs ondan cavab tələb edə bilməzdi. Həmin anda məmur 
özünü yetirdi, kişini sakitləşdirmək, həm də cəsarətləndirmək üçün dedi: 
– Bu cənab soruşur ki, niyə burda gözləyirsiniz, vəssalam! Cavab versəniz! 
Görünür, bu tanış səs kişini ürəkləndirdi: 
– Mən... Mən... gözləyirəm... – dedi və yenə də dayandı. Çox güman ki, suala dəqiq cavab 
vermək üçün belə başladı, ancaq sonra nə deyəcəyini bilmədi. Gözləyənlərdən bir neçəsi 
onlara yaxınlaşıb araya aldılar və məmur o dəqiqə dilləndi: 
– Çəkilin... Çəkilin! Yolu boşaldın! 
Adamlar bir az çəkilsələr də, yerlərinə qayıtmadılar. Bu aralıqda kişi özünü toplamışdı və 
hətta bir az da təbəssümlə sözə başladı: 
– Bir ay bundan əvvəl işimlə bağlı bir neçə sübut təqdim etmişəm, indi cavab gözləyirəm. 
– Deyəsən, çox əziyyət çəkibsiniz! 
– Elədir, – dedi kişi, – neyləmək olar, öz işimdir. 
– Ancaq hamı sizin kimi düşünmür. Məsələn, mən özüm də müttəhiməm, amma nəyə desəniz 
and içərəm ki, nə bir sübut təqdim etmişəm, nə də buna bənzər bir iş görmüşəm. Sizcə bu 
vacibdir? 
– Dəqiq bilmirəm... – kişinin səsindən yenə də inamsızlıq duyulurdu. Yəqin elə güman edirdi 
ki, K. onunla zarafat edir, ona görə də təzədən nəsə bir səhvə yol verəcəyindən qorxaraq 
bayaq dediklərini eynilə təkrar etmək istədi. Ancaq K.-nın səbirsiz baxışları altında yalnız bu 
sözləri deyə bildi: – Mən özüm üçün deyirəm ki, sübutlarımı təqdim etmişəm. 
– Yəqin mənim də müttəhim olduğuma inanmırsınız, eləmi? 
– İnanıram... İnanıram! – deyə kişi bir az yana çəkildi. Onun səsində inamdan çox qorxu 
vardı. 


– Deməli, mənə inanmırsınız? – deyən K. kişinin yazıq görkəmini görəndə, qeyri-ixtiyari
onun qolundan tutub azacıq sıxdı, sanki onu inandırmaq istədi. Əlbəttə istəmirdi onun qolu 
ağrısın, ona görə də yavaşca tutmuşdu, ancaq kişi elə qışqırdı ki, deyərdin K. onun qolunu iki 
barmağı ilə deyil, közərmiş kəlbətinlə sıxıb. Bu gülünc qışqırtıdan sonra K.– nın ondan lap 
zəhləsi getdi. Eybi yox, onun da müttəhim olmasına inanmırlarsa – daha yaxşı! Bəlkə də elə 
bilirdi, hakimdir! Və vidalaşmaq əlaməti olaraq, bu dəfə onun qolundan bərk sıxaraq yerinə 
oturtdu, yoluna davam etdi. 
– Müttəhimlərin çoxu belə dəymədüşərdir, – dedi məmur. 
Onlar aralanan kimi, demək olar ki, bütün gözləyənlərin hamısı qışqırtısına ara vermiş kişinin 
başına yığışıb, nə baş verdiyini öyrənmək istəyirdilər. K. bir keşikçi ilə üzbəüz gəldi. Onun 
keşikçi olduğu belindən asılmış qılıncdan, ən azı da bu qılıncın alüminiumdan hazırlanmış 
qınından bilinirdi. K. çox təəccübləndi və hətta əli ilə ona toxundu da. Qışqırtıya gəlmiş 
keşikçi nə baş verdiyini soruşdu. Məmur onu bir neçə kəlmə ilə sakitləşdirməyə çalışdı, ancaq 
keşikçi bildirdi ki, özü baxmalıdır və əlini gicgahına apararaq tələsik, xırda addımlarla – 
deyəsən, podaqradan əziyyət çəkirdi – o tərəfə getdi. 
K. ona, eləcə də ora yığışanlara çox da fikir vermədi, çünki artıq dəhlizin yarısına çatmışdı və 
gördü ki, qapısı olmayan bir keçiddən sağa dönmək olar. Məmurdan sağa dönməli olduğunu 
soruşdu, o da başını tərpətdi və K. doğrudan da sağa döndü. Həmişə məmurdan bir-iki addım 
qabaqda getməsindən təngə gəldi: ən azı burda elə fikirləşərdilər ki, həbs olunub. Ona görə də 
tez-tez dayanıb onu gözləyir, məmur da həmişə geri qalırdı. Nəhayət, bu narahatlığa son 
qoymaq üçün dedi: 
– Artıq buraların necə olduğunu gördüm, indi getmək istəyirəm. 
– Siz hələ hamısını görməmisiniz, – məmur saymazyana dilləndi.  
– Hamısını görmək istəmirəm, – K. doğrudan da yorulduğunu hiss etdi, – getmək istəyirəm, 
çıxış haradandır? 
– Doğrudan yolu unutdunuz? – məmur heyrətləndi. – Burdan tinə qədər gedirsiniz, sonra sağa 
dönüb dəhlizlə qapıya çatırsınız. 
– Mənimlə gedək, burda yol çoxdur, çaşaram. 
– Burda bircə yol var! – məmur artıq məzəmmətlə danışırdı. – Sizinlə qayıda bilmərəm, 
gəldiyimi xəbər verməliyəm, onsuz da çox vaxt itirdim... 
– Mənimlə gedəcəksiniz! – K. sərtləşdi, sanki məmurun yalanının üstünü açmışdı.  
– Belə qışqırmayın, – məmur pıçıldadı. – Buralar hamısı iş otaqlarıdır. Tək qayıtmaq 
istəmirsinzsə, sizi ötürərəm, ya da gözləyin, işimi qurtarım, sonra məmnuniyyətlə sizinlə 
qayıdaram. 
– Xeyr, xeyr, gözləməyəcəm! Elə indi mənimlə getməlisiniz! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə