Fuad Məmmədov


MƏDƏNİYYƏT HAQQINDA ANLAYIŞ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə13/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   9   10   11   12   13   14   15   16   ...   109

31 
MƏDƏNİYYƏT HAQQINDA ANLAYIŞ 
 
Mədəniyyət anlayışı. Mədəniyyət bütöv sosial siatem kimi. Mədəni insan 
formulu. Mədəniyyətin obyektiv-tarixi inkişaf amilləri. Mədəniyyətin effektiv 
lik formulu. Mədəniyyətin faydalı iş əmsalı və entropiyası. Sosial-mədəni tə-
rəqqi formulu. İqtisadiyyat mədəniyyətin sosial institutu kimi. İstehsalın sə-
mərəliliyi formulu. Kulturogenez. Mədəniyyətin “şaqulisi” və “üfqisi”. Mə-
dəniyyətin  beş  sistemyaradıcı  komponenti.  Ruhi  istehsal  sistemləri.  Mədəni 
dəyərlər. Etik mədəniyyət. Peşə mədəniyyəti. Məsuliyyət mədəniyyəti. Hüquq 
mədəniyyəti.  Siyasi  mədəniyyət.  Mədəniyyətin  yaradıcıları.  Elitar  mədəniy-
yət. Kütləvi mədəniyyət. L.A. Uaytın mədəniyyət konsepsiyası. A. Maslounun 
mədəniyyət və insan konsepsiyası.  
 
 
Mədəniyyət anlayışı 
 
Mədəniyyət  –  ikinci,  süni  təbiətdir,  insanın  ağlı,  hissləri  və  fiziki  əməyi 
ilə yaradılan bütün pozitivlərdir. Bununla yanaşı o, tarixi yaradıcı prosesdir, 
xaos və cahillikdən – biliyə, nizama, inkişafa və rifaha doğru yoldur. Mədə-
niyyətin inkişafının əsasını təşkil edən başlıca motiv - insan həyatının qoru-
nub saxlanması və yaxşılaşdırılması haqqında qayğıdır.  
Rifahın texnoloji yüksəldilmə amili kimi, insanların ruhi və maddi tə-
ləbatlarının  təmin  edilməsi  üçün  lazım  olan  həyat  fəaliyyəti  və  effektiv 
məhsul  istehsalı  texnoloğiyalarının  yaradılmasına  yönəldilmiş  fəaliyyət 
kimi,  mədəniyyətin  rolunu  anlamaq  onun  düzgün  elmi  dərkinə  kömək 
edir.  
Elmi  anlamda  mədəniyyət  –  üçlükdür:  təbiətin,  insanın  özünün  və  cə-
miyyətin  dərk  edilməsi  və  dəyişdirilməsi  prosesidir,  nəticədə  yaradılan 
ruhi (əqli və mənəvi) və maddi dəyərlər və normalar, həmçinin onların is-
tehsal, qorunma, istifadə və translyasiya (ötürülmə) texnologiyalarıdır.  
Kontekstual anlamda mədəniyyət – hər  hansı bir hadisənin,  fəaliyyət sa-
həsinin, fərdi və sosial münasibətlərin və ya insanın özünün inkişaf səviyyə-
sinin  keyfiyyət  xarakteristikasıdır.  Bu  anlayış  insanın,  millətin,  cəmiyyətin 
və  bütövlükdə  bəşəriyyətin  həyat  fəaliyyətinin  müxtəlif  sahələrinə  münasi-
bətdə tətbiq edilə bilər.  
Məhdud və adi anlamda mədəniyyət – bu, başlıca olaraq, dil, ədəbiyyət, 
incəsənət, folklor, ənənələr, mədəni irs, etik normalardır.  
 
 


32 
Mədəniyyət bütöv sosial sistem kimi 
 
Mədəniyyəti cəm halında müasir cəmiyyətin sosial strukturunu təşkil edən, 
sosial  institut  və  mədəniyyət  hadisələrinin  öz  aralarında  qarşılıqlı  əlaqəli  üzvi 
şəkildə inkişaf etdiyi kürə kimi təsəvvür etmək olar. Onlara aiddir: təhsil, maa-
rif  və  tərbiyə;  elm  və  texnologiyalar;  iqtisadiyyat  və  maliyyə  vəsaitləri;  təşkil 
etmə və idarə etmə; hüquq və qanunvericilik; mentalitet və ideologiya; ədəbiy-
yat və incəsənət; etika; bədii mədəniyyət (incəsənət) və mədəni irs
3
: həyat tər-
zi
4
; əmək, məişət, istirahət, turizm; fiziki mədəniyyət və idman; tibb və ekologi-
ya; həyat təminatı sistemlər
5
; informasiya və mətbuat; daxili və xarici siyasət; 
beynəlxalq  münasibətlər:  din  və  s.  Mədəniyyətin  bütöv  sisteminin  hər  bir    al-
tsistemi özünün mahiyyəti, strukturu, funksiyaları, xüsusiyyətləri, enerjisi, hərə-
kət vektoru, tendensiyaları, inkişaf qanunları, əlaqələrinə malikdir.   
Kulturologiyanın vəzifəsi mədəniyyətin inkişaf panoraması və dinamikasını 
görmək bacarığından, onun sosial institutları və sahələrinin hər birinin faydalı iş 
əmsalını və bütövlükdə mədəniyyət sisteminin sinergiyalarını permanent yük-
səltmək  üçün  onları  istiqamətləndirmək,  korrektə  və  koordinasiya  etməkdən 
ibarətdir. Bu zaman idarəetmə mədəniyyətinə, düzgün seçilmiş prioritetlərə və 
əmək mədəniyyətinə əsaslanaraq, mədəniyyətin bütöv sosial enerjisini dəyişən 
milli  tələbatlara,  məqsədlərə,  maraqlara  və  cəmiyyətin  və  dövlətin  təhlükəsiz 
inkişafına cavab verən nailiyyətlərin əldə edilməsinə texnoloji cəhətdən yönəlt-
mək  vacibdir. 
 
 
Mədəni insan formulu 
 
Hər bir ölkənin başlıca milli sərvəti insanlardır. Bu sərvətin dəyəri, stra-
teji resurs olan, son nəticədə, sivil dövlətin tərəqqisi, qüdrəti və rəqabət qa-
biliyyətinin  asılı  olduğu  mədəni  insanların  kəmiyyəti  və  keyfiyyəti  ilə  mü-
əyyən edilir. Şəxsiyyətin mədəni keyfiyyətləri nə qədər yüksək olarsa, o da-
ha yüksək sosial pillədə dayanmalıdır. İnsanın yüksək mədəniyyəti onun öz 
rifahı və cəmiyyətin rifahı üçün peşə və yaradıcı imkanlarını müəyyən edir. 
Bu sosial kapitalın hərəkətverici qüvvəsi intellektual və etik mədəniyyətdir.  
Tərəfimizdən  hazırlanmış  mədəni  insan  formulu  aşağıdakı  keyfiyyətləri 
                                                 
3
 Ədəbiyyat və publisistika, musiqi incəsənəti, təsviri incəsənət, folklor incəsənəti, tətbiqi-
dekorativ incəsənət, teatr incəsənəti,kino incəsənəti, arxitektura incəsənəti, sirk incəsənəti, 
zərgərlik incəsənəti, xalçaçılıq, dizayn, şıfahi, yazılı və maddi mədəniyyət abidələri və s.  
4
 Dil, adətlər, ənənələr, din, etika, hüquq, əmək, məişət, istirahət və əyləncələr, davranış, 
idman məşğələləri, hobbi, sosial-mədəni həyatda iştirak.
  
 

Mənzil, qidalanma, geyim, əmək, kommunal-təminat sistemləri (su, qaz, işıq), tibb, fiziki 
mədəniyyət,  idman,  ekologiya,  tikinti,  teleradiokommunikasiya,  rabitə,    ticarət,  müdafiə, 
hüquq-mühafizə orqanları, təhlükəsizlik xidməti, nəqliyyat.  
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə