Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   10   11   12   13   14   15   16   17   ...   109

33 
daxil edir: 
1.
 
Bilik.
6
 
2.
 
Bacarıq – həyat fəaliyyəti vərdişləri və texnologiyaları.
7
 
3.
 
Mütəşəkkillik  -  nizam-intizama  bağlılıq,  müstəqillik,  məsuliyyət, 
iradə, enerji. 
4.
 
Mənəviyyat - humanizm, məhəbbət, dostluq, vicdan, ləyaqət, dürüst-
lük, həqiqətə bağlılıq, ədalət, xeyirxahlıq, inam, vətənpərvərlik.
8
 
5.
 
Yaradıcı fəaliyyət.

 
İnsanın  mədəniliyini  səciyyələndirən  ilk  üç  keyfiyyət,  mənəviyyatlılığın 
olmadığı halda, dağıdıcı, destruktiv qüvvəyə xidmət  edə bilər. Birinci dörd 
keyfiyyət birlikdə şəxsiyyətin pozitivlik göstəricisi olsa da, bu, passiv mədə-
niyyəti təsdiq edir. Yaradıcı fəaliyyət daxil olmaqla, bu keyfiyyətlərin beşi-
nin də mövcud olduğu halda insan fəal mədəniyyət daşıyıcısı olur.  
 
Mədəniyyətin obyektiv-tarixi inkişaf amilləri 
 
Mədəniyyətin  inkişafı  –  əsasən  bir  sıra  daxili  və  xarici  amillərdən  asılı 
olan  mürəkkəb  tarixi  prosesdir.  Bu  –  təbiət,  hava,  ətraf  mühit,  qidalanma, 
ənənəvi təsəvvürlər, əhalinin psixoloji, intellektual, emosional xüsusiyyətlə-
ri, dini əqidə, dövrün xarakteri, inkişaf motivasiyası, qonşuların təsiri, həya-
tın, ekologiyanın, siyasətin dəyişilməsi və s.-dir.  
Bir çox daimi və dəyişən şəraitlərin təhlili əsasında tərəfimizdən beş əsas 
amil ayrılmışdır: 
1.
 
Təbii-coğrafi şərait. 
2.
 
Mədəniyyətin genetik kodu (anadangəlmə mədəni keyfiyyətlər). 
3.
 
Sosial mühit.
10 
 
4.
 
Tarixi şərait. 
5.
 
Mədəni mübadilə. 
Beş  amilin  hamısı  son  dərəcə  vacibdir.  Belə  ki,  təbii  şəraitdən  asılı 
olaraq,  insanın  xarakteri  və  qabiliyyətləri  ilə  bağlı  müəyyən  xüsusiyyət-
lər əmələ gəlir. Məsələn, uzaq şimal və uzaq cənub ölkələrində təbii şəra-
                                                 
6
 Mühüm mənbələr – elm və təhsil. 

Mühüm mənbələr
 
– bilik və təcrübə. 

Mühüm mənbə – tərbiyə.
 
9
 Bilik  səviyyəsi,  bacarıq,  mütəşəkkillik,  pozitiv  mənəviyyatla  müəyyən  olunur  və  çox 
zaman mədəni insanın yaradıcı qabiliyyətlərindən asılı olan şüurlu tələbatıdır. 
10
 Sosial  mühit  üç  səviyyədə  formalaşır:  ailə,  kollektiv,  cəmiyyət.  O,  dövlətin  siyasi 
rejimindən, sosial-mədəni siyasətin düzgünlüyindən və elmin, təhsilin və tərbiyənin inkişaf 
səviyyəsindən asılıdır. 
 


34 
itdən  asılı  olaraq,  inkişafın  ilk  mərhələlərində  intellektual  mədəniyyət 
tədriclə inkişaf edirdi. Yer kürəsinin əlverişli təbii şəraitli orta zonasında 
(xüsusilə, allüvial çay vadilərində), zehni əməyin fiziki əməkdən daha er-
kən ayrılmasına imkan verən mədəni tərəqqi tempi əvvəldən daha yüksək 
idi.  Bununla  yanaşı  “ifrat  zərurət  lazımi  effekti  doğurur”  məntiqinə  əsa-
sən, yaşama məqsədilə əqli qabiliyyətlərin inkişafını tələb edən daha sərt 
şəraitlər olan  yerə nisbətən, planetin orta zonasında  mədəni inkişaf  əhə-
miyyətli  dərəcədə  sürətlə  gedirdi.  Bu,  bir  sıra  ada  dövlətlərinin,  ilk  növ-
bədə, İngiltərə və Yaponiyanın misalında daha yaxşı görünür. Sözsüz ki, 
müəyyən sosial-tarixi və siyasi şəraitdə əmələ gələn millətin genetik ko-
du bu inkişafda həlledici rola malikdir. Ölkənin sosial-mədəni, həmçinin 
siyasi inkişafının mütərəqqi dəyişikliklərinin mümkün olmadığı tarixi şə-
raitlə də iş analoji vəziyyətdədir. Mədəni mübadiləsiz, həm fərd səviyyə-
sində, həm də ayrı-ayrı ölkələr səviyyəsində sosial-mədəni inkişafın qey-
ri-bərabərliyi qarşılıqlı anlaşmada, milli mədəniyyətlərin və vahid dünya 
sivilizasiyasının inkişafında dəfedilməz maneə ola bilərdi.  
 Beş  amilin  xüsusi  əhəmiyyəti  ilə  yanaşı,  bunlardan  ən  mühümü,  əsasən, 
dövlətin siyasi rejimindən asılı olan sosial mühitdir. Tarix göstərir ki, insanın və 
cəmiyyətin sosial-mədəni inkişafı üçün daha əlverişli olan - şəxsiyyətin forma-
laşması və onun qabiliyyət və nailiyyətlərinin fərdlərin, cəmiyyətin və dövlətin 
rifahı  maraqlarında  istifadəsi  üçün  bərabər  hüquq  və  imkanlar  yaratmağa  kö-
mək  edən  demokratik  quruluşdur.  Dövlətin  siyasi  rejimi  və  dövlət  idarəçiliyi 
mədəniyyəti ilə şərtlənən sosial mühitin əhəmiyyəti haqqında Almaniya Federa-
tiv və Demokratik Respublikaları və bir sıra digər ölkələrdəki nailiyyətlərin, so-
sial üstünlüklərin, həyat rifahı və keyfiyyətinin komparativ təhlili əsasında fikir 
söyləmək olar. Eyni bir genetik kod, lakin müxtəlif ideologiyalar və siyasi sis-
temlərdə  biz  fəaliyyətin  müxtəlif  inkişaf  imkanlarını  və  müxtəlif  nəticələrini 
görürük. Sözsüz ki, bu xüsusiyyətlər ruhi mədəniyyət, xüsusən elmi-texniki tə-
rəqqi və informasiya mədəniyyətinin inkişafı nəticəsində müəyyən dərəcədə də-
yişilir. Bu mühakiməni mütləqləşdirmədən qeyd edək ki, bizim təsəvvürlərimi-
zə görə hər bir konkret hadisənin və bütövlükdə həyat fəaliyyəti mədəniyyəti-
nin təkmilləşdirilməsi imkanlarının obyektiv qiymətləndirilməsini dərk etməyə 
Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinə və Piter Çeklandın “yumşaq tə-
fəkkür” sisteminə müraciət kömək edir.  
 
Mədəniyyətin effektivlik formulu 
 
Qədim dövrlərdən bizim günlərə qədər həyatın qorunması, saxlanması və 
yaxşılaşdırılması, fasiləsiz olaraq artan insan tələbatlarının ödənilməsi barə-


35 
də qayğı bəşəriyyətin mədəni inkişafının əsasıdır. Burada sosial-mədəni tə-
rəqqinin  sürəti  və  keyfiyyəti  mədəniyyətin  effektivliyi  ilə  müəyyən  edilir. 
Cəmiyyətin mədəniyyət effektivliyi nə qədər  yüksəkdirsə, iqtisadi inkişafın 
səviyyəsini xarakterizə edən ümumi ictimai məhsul göstəriciləri bir o qədər 
yaxşıdır, insanın inkişaf indeksi, həyat rifahı və keyfiyyətinin səviyyəsi daha 
yüksəkdir.  
              
                                                     Həyat fəaliyyəti keyfiyyəti (Q) 
Mədəniyyətin effektivliyi (F) = ------------------------------------------ 
                                                    Məxariclər (N) x Zaman (T) 
 

 
Həyat  fəaliyyəti  keyfiyyəti  –  həyat  fəaliyyətinin  əlamətləri,  xüsusiy-
yətləri və faydalılıq ölçüsünün cəmi, onun fərdi və ictimai tələbatları təmin 
etmək  qabiliyyətinin  dərəcəsidir.  O  birbaşa  olaraq,  cəmiyyətin  ruhi  və  hər 
şeydən əvvəl, intellektual səviyyəsindən, həmçinin mədəni fərdlərin kəmiy-
yəti və keyfiyyətindən asılıdır.  

 
Məxariclər – təhsil, tərbiyə, elm, idarəetmə, texnologiya, istehsal, incə-
sənət, səhiyyə, ekologiyaya və s. sərf olunan maliyyə və əmək xərcləridir. 

 
Zaman  –  yeni  həyat  fəaliyyəti  keyfiyyətinin  əldə  edilməsini  təmin 
edən ruhi və maddi dəyərlər və normalar istehsalına sərf edilən vaxtdır.  
Həyat  fəaliyyəti  keyfiyyətinin  inkişafı,  xərclərin  və  inkişaf  müddətinin 
azaldılması aşağıdakılarla müəyyənləşdirilir: 
 Elmin və yüksək texnologiyaların səviyyəsi ilə
 Şəxsiyyətin mədəniyyəti və onun yaxşı işləmək istəyi ilə;  
 Əmək və bölgü münasibətləri mədəniyyəti ilə
 Milli gəlirin və ümumi ictimai məhsulun səviyyəsi ilə; 
 İntensiv amillər hesabına (yəni işçilərin sayını və məsrəflərin həcmini 
artırmadan) əmək məhsuldarlığının (effektivliyinin) artırılması ilə; 
 İqtisadiyyatın struktur təkmilləşdirilməsi ilə
 İctimai əməyin təşkili və stimullaşdırılması ilə; 
 Dövlətin hüquq və etik sisteminin effektivliyi ilə; 
 Səhiyyə, ekologiya, fiziki tərbiyə və idmanın səviyyəsinin inkişaf etdi-
rilməsi ilə; 
 İstehlak mədəniyyəti ilə və s. 
 
Mədəniyyətin faydalı iş əmsalı və entropiyası 
 
Müasir cəmiyyətlərin və dövlətlərin mədəniyyətinin inkişaf səviyyəsi 
və effektivliyi haqqında  mülahizə  yürütməyə imkan verən başlıca para-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə