saxlamaq üçün gözə dəyməyən daha bir dərin zirzəmi var..qapısı
döşəmədə olduğundan ala-qaranlıqda nəzərə çarpmır. Üstəlik üstünə bir
nimdaş palazdan salsan onu ən böyük stajlı müstəntiq də tapa
bilməz...Orxan bu zirzəminin taxta qapısının çəftəsindən tutdu və qapını
açdı, içəridən dəhşət nəmişlik iyi gəlirdi...Elə bil bu qapaq illərdi
açılmırdı. Meyiti heyvan tək zirzəmidən aşağı buraxdı, qapını bağlayıb
əvvəl qan izlərini yox etmək üçün yarım verdrə quru torpaq doldurdu,
zirzəmiyə gətirib, ətrafa səpələdi və süpürgə ilə hər yerə yaymağa
başladı...Qan ləkələri dərhal yox oldu...yalnız bir qədər qaraltı cizgiləri
qalmışdı. Bir iki dəfə süpürgə vurduqdan sonra isə tam yoxa
çıxdı...bayırdakı çarhovuzun yanına gedib üst başını təmizləməy
başladı...Yenidən həyətə göz gəzdirib...hər şeyi detalları ilə diqqət
yoxladı...O gərək müstəntiqlərə heç xırda işarə də qoymamalı idi...Bu
qəsdə Günayla o qədər diqqətlə hazırlaşmış, o dərəcə planlamışdılar ki
hətta Orxan darvazaya çatanda ayaq izləri buraxmamaq üçün hər iki
çəkməsini hər tərəfdən salafanla dolamağı da unutmamışdı... Bəli işin
plana uyğun gedişinə söz ola bilməzdi...Özündən razı şəkildə yerə tüfürdü,
və həyəti tərk etdi...Axı nə biləydi ki, sağ cibinə qoyduğu qanlı əlcək
hovuzun yanında üst-başını təmizləyərkən cibindən hovuzun yanındakı iki
kubikin arasına düşüb...
Rəsul isə artıq hər şeyi qaranlıqlar içində görürdü. Birdən yenidən tam sükunət
çökdü...ağrı tam getdi, bədəndə tam sağlamcasına əvvəlki kimi fəaliyyət
gedirdi...yenidən elə bil projetkor işığı ilə tam qaranlıqda uzaqdan gələn silueti
işıqlandırırdılar... Yaxınlaşdıqca Rəsulu vahimə bürüyürdü...bütün vücudu ilə
titrəyirdi...Həyatında belə dəhşətli hiss keçirməmişdi...Əvvəllər belə olanda
(dəhşətli yuxular görərkən ) sağ əlinin işarə barmağı ilə ətini bərk cımcıqlayırdı və
oyanırdı...İndi isə bədən əzaları ona tabe deyildi...Pikə xanımın sözlərin onun
qullaqlarında elə hey səslənirdi... “...həmən qara şey...həmən qara şey”... Bəli
yaxınlaşan həmən qara şey idi... O o dərəcədə görünməmiş bir şey idi ki, Rəsul
onun nə olduğunu dərk etməsi bir yana, onu gördüklərindən və eşitdiklərindən heç
bir şeyə bənzədə bilmirdi...Yalnız son dərəcə qorxurdu. “Beş yüz əlli beş”. O
yalnız bunu eşitdi, qara şeyin sürətlə ona doğru qaçdığını görüb, ağzını tam açıb
uşaq kimi inildəməyə başladı.
VIII
pArAdOkS – yenidən pre-aqoniya
Naməlum vaxt
Naməlum yer
-
Aaaaa.....yoxx.....aaaa....qoymayın...- qara nəməlum onu qəflətən buraxdı
və əks istiqamətdə qaçaraq qaranlıqda yoxa çıxdı.
Tədricən ətraf işıqlanmağa başladı. Lakin bu işıqlanma qeyri-təbii
görünürdü...Belə işıqlanma nə çöldə nə də yaşayış yerlərində olurdu. İçəri məkanın
işıqlanması açıq sarı rəngdə idi. Uzanmış vəziyyətdə olduğundan başı ancaq
yerləşdiyi yerin tavanını görürdü. O da ki, yarım açıq gözlə. Gözlərini tam açmağa
hələ gücü yox idi...Elə hey təkrarlayırdı – qızılın qalanları qalıb, istifadə
eləmərəm...söz verirəm...qaytararam söz verirəm...- Bir neçə dəqiqədən sonra gözü
tam açılanda tavanda qeyri adi şeylər görməyə başladı...Belə şey o birinci dəfə idi
ki, görürdü. Təxminən altı qadın, olduqca qədim geyimlərilə, yerdə uzanmış,
gözləri yumulu, yəqin ki, ölmüş, bir saqqalı, uzun saç, yarı çılpaq kişinin yanında
ağlaşırdılar. Arxa fonda isə digər dolu, yaşı altmışı keçmiş kişi də var idi. O bu
ağlaşma mənzərəsini seyr edirdi. Qadınların ah-nalələri sakitdə olsa, adi qulaqla
eşidilirdi...Birdən bu mənzərə yox oldu...yenidən qara fon yarandı...digər bir
mənzərə meydana çıxdı...Rəsul artıq tavandakının böyük ekran olduğunu başa
düşüb, harada olduğunu aydınlaşdırmağa başladı...Özünü çox ağır hiss edirdi...Elə
bil çəkisi iki dəfə artmışdı.Əllərini qaldırıb baxanda dəhşətə gəldi...Əllərinin
diametri əvvəlkindən çox böyük idi...Həm də tükləri ağ-appaq olmuşdu...Biləyinə
yaxın yerdə iri bir xal ləkəsi var idi...Rəsul əvvəl qorxsa da sonradan bunun işıq
effektinə görə belə göründüyünü güman etdi...Əynində çox nazik kimano stilində
olan xalat var idi ki, Rəsul xalatın onu qızdırdığını hiss edirdi...Rəsul xəstəxanada
yerləşdiyini artıq yəqin etmişdi...Lakin bu Bakıda olsa idi o başını kəsməyə hazır
idi. Qapının açılması ilə işıqlandırma sisteminin normal işıq tonuna keçməsi bir
oldu...Artıq əllərinin doğrudanda öz əllərinə bənzəmədiyini, qoca bir şəxsin əli
olduğunu gözləri ilə gördü...Bu an sarı xalatlı və kalpaklı həkimlər, və yəqin ki
tibb bacıları da içəri girmişdilər... Rəsul qışqırmağa başladı.
-
Mənə neyləmisiz...neyləmisiz mənə....Ay Allah mənim günahım nə idi
axı...- deyə körpə uşaq tək ağlamağa başladı...Yəqin etdiyi tibb
bacılarından ikisi, (üzlərində maska olduğundan yaşlarını ayırd etmək
çətin idi) ona sarıldı. Birincisi başına sığal çəkərək ---
-
Baba—baba...dedi- Rəsul dərin bir şoka düşdü...Bəlkə mən bıçaqlanan
gün komaya düşmüşəm, yalnız indi oyanmışam...Bəs axı Günay hamilə
deyildi...Bu nəvələr hardan çıxdı...
-
Baba, biz hep yanındayız...Senin uyanmağını özlüyorduk...- Rəsul burada
nəisə anlaşılmamazlıq olduğunu güman etdi...Deməli bunlar türkdülər
məni baba- yəni ata hesab edirlər...Yəqin xəstləri səhv salıblar. Nazik
tonla. Bu an digər iki həkim, (kişi) öz aralarında pıçıldaşmağa başladılar.
-
Xanım mən Sizi tanımıram...Yəqin ki, atanızı səhv salmısız...Mən
Azəriyəm, türk deyiləm...-Rəsul cavab almaq üçün həmən qızın gözlərinə
baxdı...Nədənsə o key kimi durub qalmışdı, ətrafdakılara da göz
gəzdirdi...hamı lal-dinməz ona heyrətlə baxırdılar...Rəsul dialoq zamanı
yaranan fasilələrə nifrət edərdi...Ona görə də, söhbətinə davam etdi.
-
Mənim adım Rəsul Orucovdur...Həkiməm...oy, siz türklər buna doktor
deyirsiz, mən doktoram, yəqin ki, məni kiməsə oxşatmısız...-birdən öz