Mühazirə müəllimi: Dos., İFD, Ceyhun Nəsib oğlu İsmayılov MÖvz bank sistemiNİn təŞKİLİ VƏ FƏALİYYƏTİNİN Əsaslari



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə31/128
tarix31.08.2018
ölçüsü7,78 Mb.
#65846
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   128

 
depozitlərin müxtəlif növlərinin geniş tətbiqinə can atırlar. Faiz dərəcə- lərinin dəyişdirilməsi, 
köçürülən faizlərin kapitallaşdırılması isə xarid valyutanm, multivalyuta hesablarmm növü, əlavə 
güzəştlərin təqdimatı üzrə həyata keçirilir.
 
Beləliklə, müddətli əmanət (depozit) müəyyən olunmuş dəqiq müddətə malikdir. Bir qayda olaraq 
onun vasitəsilə qeydə almmış faiz ödənilir və əmanətin vaxtmdan əvvəl hesabdan çıxarılması üzrə 
məhdu- diyyətlər tətbiq olunur. Əmanətin razılaşdırılmış müddətdən əvvəl he- sabdan çıxarılması 
zamanı bank faiz dərəcəsini azaltmaq və bu dərəcəni tələb olunanadək depozit hesabı üzrə dərəcə 
səviyyəsində müəyyən et- mək hüququna malikdir.
 
Müddətli depozitlərin daha xarakterik xüsusiyyətləri:
 

 
hesablaşmalar üçün istifadə oluna bilməz və hesablaşma sənəd- ləri onlarm əsasmda 
siyahıdan silinmir; 

 
müddətli depozitlər üzrə hesablarda yerləşən vəsaitlərin döv- riyyəsi zəif olur; 

 
müddətli depozitlər üzrə qəti müəyyən olunmuş faiz ödənilir, faiz dərəcəsinin maksimal 
səviyyəsi isə ayrı-ayrı dövrlərdə mərkəzi banklar tərəfindən tənzimlənə bilər

 
müddətli depozitlər üzrə bank əmanətçilərinə vəsaitlərin he- sabdan vaxtmdan əvvəl 
çıxarılması haqqmda ilkin xəbərdarlıq tələb olunur; 

 
müddətli depozitlər üzrə məcburi ehtiyat fonduna köçürmələ- rin daha aşağı norması tətbiq 
olunur. 
Milli Bank təcrübəsinda əmanət qoyuluşlavı yalnız fiziki şəxslərə açılır. Onlar xaricdə qeyri-
kommersiya təşkilatlar və işgüzar şirkətlər üçün açıla bilər. Əmanət hesabları üzrə ödənilən faizlər 
müddətli depo- zitlər üzrə faizlərdən fərqli olaraq adətən daha az olur.
 
Fiziki şəxslər üçün açılan əmanət qoyuluşlarmm müxtəlif növləri mövcuddur: vəsaitlərin hesabdan 
çıxarılması haqqmda ilkin xəbərdlar- lıq ilə müddətli, əlavə haqlı müddətli hesablar, uduşlu hesablar, 
məqsəd- li hesablar, cari hesablar. Banklar üçün əmanət hesablarımn əhəmiyyəti onlarm köməyi ilə 
istehsalat kapitahna çevrilən əhalinin istifadə olun- mayan gəlirlərinin səfərbərliyə alınmasmdan 
ibarətdir.
 
1982-ci ildə Amerika banklarmm təcrübəsində pul bazarmm depo- zit hesabları meydana çıxmışdır. 
PBDH
1
 ehtiyat tələblərinin təyin olunması zamanı əmanət hesablarmm kateqoriyasma şamil edilən 
depo- zit hesabıdır. 
 
Bu hesablarm xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
 

 
hesab üzrə faiz dərəcəsi hər həftə pul bazarmm digər alətlərinin faiz dərəcələrinin 
dəyişilməsindən asılı olaraq dəyişilir; 

 
əmanətin müddəti razılaşdırılmasa da, banklar yeddi gün ər- zində vəsaitlərin hesabdan 
çıxarılması haqqında xəbərdarlıq tələb edə bilərlər; 

 
depozitlərin sığortalanması üzrə xüsusi orqan tərəfindən əma- nətlər sığortalanır; 

 
hesabm sahibləri üçüncü şəxslərə ödənişlərin həyata keçirilməsi üçün ay ərzində hesabdan 6-
dan çox olmayan köçürmələri həyata ke- çirmək hüququna malikdirlər; 

 
vəsaitlərin poçtdan çıxarılması üçün və ya hesabm sahibinin bankda şəxsi iştirakı zamanı 
məhdudiyyətlər yoxdur. 
Bank müştərilərinin cəlb olunan vəsaitlərinin həcmində hesablar- da, cari hesablarda və tələb 
olunanadək depozitlərdə qorunan pul vəsa- itləri daha böyük xüsusi çəkiyə malik olur. Buna görə də, 
banklar üçün bu vəsaitlərin uzun müddətə fəal əməliyyatlarda yerləşdirilməsi üçün istifadə olunması 
məqsədilə onlarm daimi, azalmayan qalıqlarmı təyin etmək vacibdir.
 
Tələb olunanadək depozitlərin, hesablaşma və cari hesablarda və- saitlərin azalmayan qalığmı 
növbəti düstura əsasən hesablaşmaq müm- kündür:
 
                                           Aq = (Qorta xl00%) /K
 
Burada:
 
Aq - azalmayan qalıqdır;
 
Qorta - hesablaşma dövrü ərzində hesablarda orta qalıqdır;
 
K - hesablaşma, cari hesablar və tələb olunanadək hesablar üzrə kredit dövriyyəsidir.
 
Aq göstəricisi uzunmüddətli ehtiyat kimi istifadə olunması mümkün olan müştərilərin vəsaitlərinin 
daimi, azalmayan paymı aşkar etməyə icazə verir.
 
KitabYurdu.az 
64
 


Əhalinin müddətli depozitlərinin və əmanətlərinin sabitliyinin qiymətləndirilməsi üçün bu hesablara 
daxil olan vəsaitlərin yerləşmə sə- viyyəsi və saxlanmasmm orta müddəti kimi göstəricilərdən 
istifadə et- mək mümkündür.
 
Pul vəsaitlərinin saxlanmasmm orta müddəti növbəti düstura əsa- 
 
 
sən hesablamr
1
:
 
                                                   
Op = (Qorta xG ) / Ə
 
 
                                                                                                         (4.2)
 
Burada:
 
Op - pul vəsaitlərinin günlərlə ifadə olunan saxlanmasınm orta müddətidir;
 
Qorta - əmanətlərin orta qalığıdır;
 
Ə - əmanətlərin verilməsi üzrə dövriyyədir (debet dövriyyəsi);
 
G - hesablanan dövrdə günlərin sayıdır.
 
Op göstəricisi mövcud vasitələrdən müvafiq müddətin kreditləşdi- rilməsi ehtiyatı kimi istifadə 
olunması imkanmı qiymətləndirməyə icazə verir.
 
Əmanət şəklində daxil olmuş vasitələrin yerləşmə səviyyəsini növ- bəti düstur üzrə təyin etmək təklif 
olunur:
 
                                                   Çs = ((Qs-Qə) xl00%) /D
 
                                                                                                                      (4.3)
 
Burada:
 
Çs - vasitələrin əmanətlərdə yerləşmə səviyyəsi olub % ilə ifadə olunur;
 
Qs - hesablanan dövrün sonuna əmanət qalığıdır;
 
Qə - hesablanan dövrün əvvəllinə əmanət qalığıdır;
 
D - vəsaitlərin əmanət şəklində daxil olmasıdır (kredit dövriyyəsi).
 
Əmanətlərin yerləşdirmə səviyyəsi nə qədər yüksəkdirsə, bu bir o qədər bankm xeyrinədir. Bu 
göstəricinin say tərkibinin artımı əmanətlə- rin daxil olmasmm əmanətlərin qaytarılması üzərində 
üstünlük təşkil etməsi haqqmda şəhadətlik edir və sıfır kəmiyyəti isə əmanətlərin dəyi- 
şilməzliyindən xəbər verir.
 
Kredit təşkilatmm depozit bazasmm qiymətləndirilməsi üçün sada- lanan göstəricilər ilə yanaşı 
depozit bazasmm sabitlik göstəricisindən (əmsalmdan) istifadə edirlər:
 

 
Əı = Əsas depozitlər: Depozitlərin ümumi məbləği (75%); 

 
Ə2 = daimi olmayan depozitlər: Depozitlərin ümumi məbləği (25%);
 

 
Ə2 = BAK orta həcmi: Pərakəndə bank üçün cəlb olunmuş və- saitlərin orta məbləği (10%); 
 
 

 
əsas depozitlərin və aktivlərin artım templəri; 

 
bank müştərilərinin depozitlərinin və borc vəsaitlərinin (BAK və Milli Bankm vəsaitləri) 
artım templəri. 
Beynəlxalq təcrübədə bank müştərilərinin cəlb olunmuş vəsaitbri xas depozitlərə və daimi olmayarı 
əmanətlərə bölünür.
 
Əsas depozitlərə (sabit, bərpa olıınan və bankdan çıxmaq ehtimalı- na daha az malik olan əmanətlər) 
bunlar şamil olunur:
 

 
cari və hesablaşma hesablarmda qalıqlar; 

 
tələb olunanadək əmanətlər (depozitlər); 

 
əmanət hesablan; 

 
aşağı nominallı müddətli depozitlər; 

 
100 min dollarlıq depozit sertifıkatları. 
Bunlar isə pul vəsaitlərinin cəlb olunmasmm qeyri-depozit üsulla-
 
ndır:
 

 
xüsusi qiymətli kağızlarm buraxılışı; 

 
geriyə almmaqla qiymətli kağızlarm satışı haqqmda razılaşma (REPO əməliyyatları); 
KitabYurdu.az 
65
 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə