Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   9   10   11   12   13   14   15   16   ...   145

 
30
Məmmədağa qarşısında dayanmış bu gülməli qızın dolu sinəsinə, yaraşıqlı 
dizlərinə, yumru topuqlarına, səndəlli yalın ayaqlarına baxdı və ürəyindən qəribə bir 
nigarançılıq keçdi. Çoxdan idi onun ürəyindən belə bir nigarançılıq keçməmişdi və 
ona elə gəlirdi ki, belə bir nigarançılıq da yeniyetməlik illəri ilə birlikdə çıxıb gedib 
işinin dalınca. Indi həmin nigarançılıq hissinin birdən-birə  qəflətən bu cür geri 
qayıtması elə bil ki, bu gülməli qızın, bu davakar, hay-küylü qızın gülməli olmağını 
da, davakarlığını da, hay-küyünü də yuyub apardı  və  Məmmədağa furqonun gur 
işığında dolu sinəli, yaraşıqlı  bədənli, yumru topuqlu bu qızda bir məsumluq, bir 
təmizlik gördü. 
Məmmədağa gecə-gündüz Abşeron yollarında maşın sürə-sürə  bərkimiş, çox 
görüb, çox götürmüş bir kişi idi və indi onun bu cür yeniyetməlik dövrünə qayıtması 
da, görünür, Zuğulbadakı  həmin qəribə yay gecəsinin bir hissəciyiydi; bu dəfə o, 
həmin naməlum qəribəliyi bütün varlığı ilə hiss etdi. 
Gözlərini Məmmədağanın sarı köynəkdə, göy yubkada, yalın ayaqlarda gəzən 
baxışlarından çəkməyən Məsməxanım qabağında dayanmış bu hündürboylu, 
enlikürəkli oğlanın fikirlərini özü bildiyi kimi yozdu və ürəyindəki gizli bir 
ürkəkliklə furqonun açıq qapısından dalğalarının köpüyü ağaran dənizə baxdı, bu 
biyabanlığın kimsəsizliyini hiss etdi, sonra da Məmmədağanı  xəbərdar etməkdən 
daha çox özünə toxtaqlıq vermək üçün: 
– Mən sən deyənlərdən deyiləm a-a! – dedi. 
– Mən deyənlər kimdi? – Məmmədağa məhəccərin üstündə oturub əlləri ilə 
dizini tutdu. – Hə? 
– Bilmirəm kimdi... – Qız bu oğlanın göy gözlərinə baxa-baxa başa düşdü ki, 
onun baxışlarını düzgün oxumayıb və bu dəm həmin baxışlar, nədənsə, ona çox 
doğma gəldi, elə bil ki, bu baxışları çox-çox görmüşdü. Nə üçün ona belə gəldi, özü 
də məəttəl qaldı. 
– Nə dedilər milisdə? 
– Dedilər ki, bu dəfə işi xarabdı... On beş sutkayla qurtarmadı bəlkə bu dəfə... 
– Bəs Nəcəfə zəng eləmədi? 
Məsməxanım təəccüblə bu oğlana baxdı, yəni ki, sənin tanımadığın adam 
yoxmuş ki, dünyada... Sonra dedi: 
– Nəcəf keçən il qovub onu kabinetindən... 
Bu sözləri dedi və özü də öz sözlərinə heyrət elədi, elə bil, o yox, başqa bir 
adam dedi bu sözləri. Məsməxanım heç kimin yanında belə danışmazdı, neçə illər 
idi ki, heç kim onun nə  çəkdiyini bilmirdi, neçə illər idi ki, evlərinin söhbəti 
evlərində qalırdı  və  Məsməxanımın fikrincə, həmişə  də belə olacaqdı, həmişə – 
ölənə kimi. Öləndən sonra camaat deyəcəkdi ki, dünyada bir Məsməxanım vardı, bu 
Məsməxanımın da Mirzoppa adında bir əri vardı, bir yerdə yaşayardılar... Amma 
necə yaşayardılar – bunu, heç kim bilməyəcəkdi və  Məsməxanım da necə 
Məsməxanımdı, ürəyindən nələr gəlib, nələr keçirdi – bunu da heç kim 
bilməyəcəkdi... Yaxşı, bütün bunlar ki, belə idi, bütün bunları ki, heç kim 
bilməyəcəkdi, bəs indi o burada nə edirdi, nə işi vardı bu furqonun içində, bu taxta 
dovşanın, tülkünün, ayının,  şirin və naməlum heyvanın yanında, bu yad oğlanın 
qabağında? Niyə çıxıb getmirdi öz xarabasına? Qızışıb gəldin bura, indi də görürsən 
ki, bu oğlanın heç bir təqsiri yoxdu və ondan heç nə də asılı deyil, təqsirlərin hamısı 
sənin o başıbatmış ərindədi, bəs niyə çıxıb getmirsən, nə gözləyirsən? 


 
31
Məsməxanım bunları fikirləşdi və evi yadına düşdü, çarpayısı yadına düşdü, 
yadına düşdü ki, yenə  tək-tənha qalacaq həmin evdə, səhər durub işə gedəcək, 
pamidor, xiyar, üzüm – nə varsa, onu satacaq, axşam yenə tək-tənha otağında oturub 
pəncərədən evlərinin qabağındakı böyük əncir ağacına baxacaq və ürəyindən 
keçəcək ki, bu cür tək-tənha pəncərə qabağında oturmaqdansa, Mirzoppanın dava-
dalaşı yaxşıdı, Mirzoppanın ayaqyolunda bərkdən öyüyə-öyüyə qusmağı, sonra da 
gəlib xoruldaya-xoruldaya, fısıldaya-fısıldaya yatmağı yaxşıdı. 
Keçən il həmin gün də əvvəlcə otağa spirt iyi doldu, sonra Mirzoppa içəri girdi 
və elə bil ki, dünyanın ən müsibətli xəbərini gətirirmiş kimi, bərkdən ağlaya-ağlaya 
(içəndən sonra tez-tez beləcə  ağlamağı vardı Mirzoppanın) dedi ki, Nəcəf onu 
kabinetindən qovub: 
– Bir məhəllədə böyümüşük, bir yerdə  aşıq-aşıq oynamışıq,  şumaqədər 
yortmuşuq asfaltın üstünə, indi məni kabinetindən qovur!.. 
Bir qədər bu cür yanıb yaxıla-yaxıla ağladı, dünyanın vəfasızlığından şikayət 
elədi, sonra da həmişəki kimi, hirsini tökdü Məsməxanımın üstünə, bir bəhanə tapıb 
əlini, ayağını işə saldı. Məsməxanım da onun yağlı sir-sifətini cırmaqlayıb qanatdı. 
Amma bütün bunların heç kimə dəxli yox idi, məhəccərin üstündə oturub furqonun 
gur işığında ona baxan bu göygöz oğlana da dəxli yox idi və Məsməxanım buradan 
çıxıb  əvvəlcə milis idarəsinə gedəcəkdi, yenə  də  çığır-bağır salacaqdı, amma yenə 
də bu çığır-bağırdan bir iş çıxmayacaqdı, axırda tək-tənha qayıdacaqdı evinə. Bəyəm 
az olmuşdu belə gecələr? 
– Sənin neçə yaşın var? – Bunu Məmmədağa soruşdu. 
– Iyirmi dörd. – Bunu da Məsməxanım dedi və yenə də özünə məəttəl qaldı ki, 
niyə bu yad oğlanın bu cür suallarına cavab verir. 
– Iyirmi dörd? Sənə on doqquzdan artıq vermək olmaz. 
– Hə, hamı belə deyir... - Məsməxanım gülümsədi və özü də gözləməyə-
gözləməyə soruşdu:  
– Sənin neçə yaşın var? 
– Neçə olar səncə? 
– Məncə?.. Otuz... iki! 
– Hə, düz deyirsən... Amma iki yaş üstə gəldi... 
– Otuz? 
– Hə. 
Elə bil, dünən idi ki, Məmmədağanın yaşı onla başlayırdı: on beş, on altı, on 
yeddi, on səkkiz... Və o zamanlar otuz yaş çox-çox uzaqlarda olan bir şey idi; o 
zaman ağlına sığışdıra bilmirdi ki, nə vaxtsa otuz yaşı olacaq və ona elə gəlirdi ki, 
belə bir vaxt gəlib çıxanda dünya başqa olacaq, yəni burası aydın idi ki, gün həmin 
gün olacaqdı, ay həmin ay, ulduzlar həmin ulduzlar olacaqdı, amma Məmmədağa 
hələ o vaxtlardan başa düşürdü ki, bir günün, bir ayın, eyni ulduzların altında 
hərənin öz dünyası var; bu barədə gecələr fikirləşirdi, ən çox da damda yatdığı yay 
gecələri; həmin yay gecələri Səkinə xala axşamdan dama palaz salırdı, palazın 
üstündən qalın yun döşəyini salırdı, iri balıncı, nazik mitili gətirib Məmmədağanın 
yerini rahatlayırdı və Məmmədağa da gecə yerinə girəndə göydəki aya, ulduzlara 
baxırdı. Səkinə xalanın yaş süpürgə ilə süpürüb təmizlədiyi damın sərinliyini hiss 
edə-edə gözlərini yumub Bakının küçələri ilə təptəzə taksi «Pobeda» sürürdü. 
Məmmədağanın ən böyük arzusu taksi şoferi olmaq idi və o, hər gecə yuxuya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə