Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə33/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   29   30   31   32   33   34   35   36   ...   60

 
68
- Litsey-muzeydən çıxanda hara gedəcəksiniz? - deyə soruşdum. Leninqrada, orda 
qalıram, “Sovetski” mehmanxanasında. 
- Nə xoş təsadüf, mən də orda qalıram, on üçüncü  mərtəbə, on doqquzuncu otaq. Axşam 
qonağımsınız, ətraflı söhbət edərik... 
 
*  *  * 
 
Leninqradın və onun ətraf  şəhərlərinin havasını bircə gün yağmursuz təsəvvür etmək 
çətindir. Çətiri olmayanlar Litsey-muzeydən çıxan kimi qaçıb özünü avtobusa salırdı. 
Navalçalardan tökülən aramsız yağış  mərkəzi küçənin asfaltını yuya-yuya axıb Səssiz gölə 
qarışırdı. Gün günortadan keçmişdi. Nə hava açılırdı, nə  də yağış  kəsirdi. Buna baxmayaraq, 
dəstə-dəstə, ikibir-üçbir şəhər bağını, Yekaterina sarayının  ərazisini başı  çətirli gəzənlər 
azalmadı. 
Artilleriya zabitləri məktəbini və onun arxivinin yerini soruşdum. Litsey-muzeydəki 
növbətçi qız dedi ki, arxivi deyə bilmərəm, amma məktəbin binası durur. Arxiv üçün şəhər 
muzeyinə müraciət edin. Park küçəsi ilə gedin, muzey yolun üstündədir. 
Muzeydə  bələdçi qız dedi ki, Əliağa  Şıxlinskinin adını birinci dəfədi eşidirəm. 
Direktorumuz məzuniyyətdədir, amma bir yana getməyib, şəhərdədir. O, keçmiş Çarskoye-Selo 
və indiki Puşkin şəhəri haqqında kitab yazır, bilməmiş olmaz. İstəyirsiniz ev telefonunu verim, 
zəng edib soruşun. Məmnuniyyətlə razı oldum. O, - buyurun, - deyə ev telefonu, ad və familiya 
yazılmış balaca bir kağızı mənə verdi. 
Telefona Nina Aleksandrovna Trofimovanın özü gəldi. O, Bakıdan olduğumu biləndə: 
- Allah xatirinə, heç bir izahat, təqdimat lazım deyil, vaxtınız varsa, gözləyin, indi 
gəlirəm. 
Yarım saat keçər-keçməz Nina Aleksandrovna gəlib çıxdı.  
- Bağışlayın, - dedi, - bir az gecikdim, lətifəsi sizdən uzaq, bizim şəhərin yağışı üzlü 
qonaq kimidi, gəldi, getmək bilmir. “Bakı” sözünü eşidəndə sevindim. Bakılılara, ümumiyyətlə
azərbaycanlılara böyük hörmətim var. 
Ürəyim fərəh hissiylə döyündü. Uzaqda yağışlı, soyuq bir havada xalqımızın haqqında 
eşitdiyim xoş söz canıma hərarət, gözümə nur gətirmişdi. 
- Buyurun, eşidirəm, mənə dair qulluğunuz? - deyə Nina Aleksandrovna mehriban 
gözlərini mənə dikdi. 
Mən nə məqsədlə gəldiyimi izah elədim. O, gülümsəyə-gülümsəyə dedi: 
 - 
Əliağa Şıxlinski general olub, özü də elə - belə general yox, ordudakı misilsiz xidmətinə 
görə artilleriyanın “allahı” sayılıb. - Mən onun haqqında eşitmişəm də, oxumuşam da. Amma 
çox təəssüf ki, onunla bağlı muzeyimizdə   heç nə yoxdur,   təkcə ondan yox, heç onun işlədiyi 
məktəbdən də bir sənəd, fotoşəkil qalmayıb. Məndə bir kitab var, 1911-ci ildə Sankt Peterburqda 
çap olunub. – “Çarskoye Selo” - müəllifi  də Sergey Nikolayeviç Velçikovskidir. O kitabı 
gətirim baxaq. 
Kitabın bir yerində polkovnik Şıxlinskinin adı  çəkilir. Məktəb haqqında olan faktları 
dəftərçəmə köçürdürəm. Arxiv haqqında isə yenə də heç nə əldə edə bilmirəm.  
Nina Aleksandrovna soruşur: 
 - 
Yaxşı, qonaq, belə yağışda yolun haradır? 
 - 
Məktəbə baxmaq istəyirəm. 
- Gedək göstərim, mənim evim də o istiqamətdədir. 
Biz məktəbin həyətinə çatdıq.  İndi burada “Puşkin  şəhər Ali Radiotexnika məktəbi” 
yerləşir. Bazar günü olduğundan rəhbər işçilərdən heç biri yoxdur. Nina Aleksandrovna xahiş 
edib muzeyi açdırdı. Təəssüf ki, general Əliağa Şıxlinski haqqında heç nə tapa bilmədik. Muzey 
əsasən 1940-cı ildən bu günlərədək olan eksponatlar əsasında qurulub. Biz siyasi işlər üzrə 
komissardan keçmiş  məktəb zabitlərinin yaşadığı binanın yerini göstərməyi xahiş etdik. O, 
ikimərtəbəli bir binanı göstərdi. 


 
69
“Burda məktəbin rəisi, müavinləri,  əlbəttə, ailələri ilə birlikdə yaşayıblar”. “Məktəb 
müavininin evi”. Deməli, Şıxlinski həyat yoldaşı Nigar xanımla burda yaşayıb. 1906-cı ildən ta 
1914-cü ilin yayına kimi isti ocağı, doğma evi bura olub. Burda o, gecədən keçənə kimi qərib-
qərib yanan lampa işığında elmi-hərbi məqalələrini yazıb, onu bütün dünyaya tanıdan məşhur 
“Şıxlinski üçbucağını” tərtib edib. 1912-ci ildə Nigar xanım qışın bir ayını Tiflisdə atası evində 
olanda general Əliağa Şıxlinski qəribsəyərək yazmışdı: 
 
Səni ziyarət eylərəm, 
Sənə ibadət eylərəm. 
Həm çox sədaqət eylərəm
Çün son Nigarımsan mənim. 
 
Mən aşiqin adı Əli, 
Verdin bu dərsi bilməli: 
Eşqindən olmuşam dəli, 
Sən ahu-zarımsan mənim, 
 
Burda, bu evdə general Şıxlinskinin həyat yoldaşı Nigar xanımın bir vaxt bişirdiyi dadlı-
tamlı  Şərq xörəkləri qraf Baransevi, general Sinitsini, Barsukovu, knyaz Sergey Vasilyeviçi 
heyran qoyub... 
1914-cü ildə  məktəbi yoxlamağa gələn qraf Baransev üzünü general Şıxlinskiyə tutub 
deyir: 
- Hamı sizi tərifləyir. Həyat təcrübəmə görə əgər bir adamı tərifləyirlərsə, deməli, burda 
bir fırıldaq var. 
On gün məktəb heyətinin işilə yaxından tanış olan yoxlama qrupu heç bir qüsur tapa 
bilmir. Qraf Baransev Əliağa  Şıxlinskiyə nümunəvi rəhbərliyinə görə  təşəkkür etmək üçün 
general Qaitinovla onun evinə gəlir. 
“Qraf Baransev gəldi. O, son dərəcə mehriban idi. Arvadımla tanış oldu, onun əlini öpdü, 
sonra general Qaitinova müraciət edərək dedi: 
- Mən indi inandım ki, belə bir köməkçisi olan hər cəhətdən xatircəm ola bilər. 
 `Görüşüb ayrılarkən qraf  Nigar xanıma dedi: 
- İzin verin ərinizi qucaqlayım. 
Arvadım ona cavab verdi: 
- Nəinki icazə verirəm, ona qarşı   səmimiyyətinizə görə təşəkkür edirəm. 
Qraf məni qucaqlayıb üç dəfə öpdü”. 
Çarskoye Selo xatirələri general - mayor, hərb elmləri doktoru, professor Yevgeni 
Barsukovun da qəlbində unudulmaz izlər qoymuşdu. “1905-ci ildən 1914-cü ilə kimi mən 
həmişə topçu - general - müfəttiş  tərəfindən taktika dərsləri vermək və qrupların təcrübi 
atışlarına rəhbərlik etmək üçün topçu zabitləri məktəbinə göndərilirdim.  İşi ilə yaxından tanış 
olduğuma görə, təsdiq edə bilərəm ki, Əliağa Şıxlinski məktəbin ali akademik topçuluq təhsili 
görmüş bütün ştatlı rəhbərləri arasında ən görkəmlisi və ən istedadlısı idi... 
Əliağa  Şıxlinski arvadını sonsuz bir məhəbbətlə sevirdi, övladı yox idi. Qumara nifrət 
edirdi, heç bir zaman spirtli içki içməzdi. Pulla kart və başqa bir oyun oynamazdı, çox mehriban 
və qonaqpərvər idi. Yoldaşlarını tez-tez ləzzətli plova qonaq edərdi...”. 
Mən bütün bunları Nina Aleksandrovnaya və siyasi komissara danışdım. Onlar məni 
heyranlıqla dinlədilər. Hiss edirdim ki, bəzi faktlara şübhə ilə yanaşırlar. Bəlkə ona görə də Nina 
Aleksandrovna dözə bilməyib soruşdu: 
-  Məgər general Şıxlinskinin həyat yoldaşı rus  olmayıb? 
- Xeyr, - dedim, - öz əmisi qızını - Nigar xanım Mirzə Hüseyn qızı Qayıbovanı alıb. 
Buyurun, baxın, bu da onun fotoşəkli. Tiflisdəki Nücabə qızlar institutunda oxuyarkən çəkilib, 
1889-cu ildə  çəkdirib, həmin institutu qızıl medalla bitirməsi münasibətilə. Yaxasındakı banta 
fikir verin.    İnstitutu   əla qurtaranların hamısı belə bir bantla təltif olunurdu. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə