74
Bayaqdan pəncərə ağzında quruyan generalın yadına Sovet məlumat
bürosunun hər saat radio ilə
verilən xəbərləri düşdü. Yaxasından gödəkcəsinin cibinə sallanan qədim saatın zəncirini çəkib
onu işığa tutdu. Səkkizə az qalırdı. Küçədə telefon dirəyindən asılmış reproduktorun altına xeyli
adam yığışmışdı. General pəncərəyə yaxın oturub, burdan aydın eşidilən cəbhə xəbərlərini
dinlədi.
... Bu gün hissələrimiz Stalinqrad ətrafı döyüşlərdə faşist generalı Fridrix Paulsun və
feldmarşal Fon manşteynin ordusunu darmadağın etmişdir.
İndi qələbə bizimlədir. Daha heç nəyi eşitməyən general evin içində sürətli addımlarla
gəzişirdi. Qalın cod bığları sevincdən titrəyirdi. Sevincini bölüşməyə adam axtarırdı.
- Radioda son xəbərlərin oxunuşu qurtardı. Qapı döyüldü, o, cəld irəliyə addımladı.
Soruşmadan qapını açdı. Cavan, yad bir adamı qapıda görüb özünu itirən kimi oldu. Gecdən-
gec:
- Kimi istəyirsiniz? - deyə həyəcanla soruşdu. Qapıda dayanan cavan oğlan dedi:
- Əliağa Şıxlinski sizsinizmi?
- Bəli, buyurun içəri keçin.
Qonaq irəli bir addım atıb əl uzatdı:
-Akademiyanın elmi işçisiyəm. Məni vitse-prezident Heydər Hüseynov sizin yanınıza
göndərib. Tapşırıb ki, xatirələrinizi yazmaqda sizə kömək edim.
- Yaxşı eləyib gəlmisən, oğul, düzü mənim üçün çox çətindir. Belə ki, əllərim əsir, gözüm
pis görür, qulaqlarım da yaxşı eşitmir. Ancaq hafizəm, yaddaşım hələ qalıb. Hər bir hadisəni,
əhvalatı gününə, hətta saatına qədər də xatırlayıram. -
Sonra buz kimi soyuq, kimsəsiz otağı
göstərdi: - Nə bilim, bu? şəraitdə mümkündürmü?..
Səhərisi akademik Heydər Hüseynovun özü qoca generalın görüşünə gəldi. Görkəmli
alim qarşısında dayanan ucaboy, enlikürək generala heyranlıqla baxırdı. Sanki onun sağlığına
inana bilmirdi. Professor Barsukovun kitablarında Əliağa Şıxlinskinin adına dönə-dönə rast
gələndən sonra şəxsən alim özü elmi işçini məcbur eləmişdi ki, qapı-qapı gəzməli də olsa
generalı tapmalıdır.
Alimlə general üzbəüz oturdu. Ötəri də olsa evə göz gəzdirən alim, burda kitablardan və
qədim mebeldən başqa qiymətli heç nə görmədi. Ağzı yarıaçıq qalan şkafdan
bir dəst general
mundiri asılmışdı. General əli əsə-əsə stolun üstündəki solğun gülün əyilmiş saplağını düzəltdi.
Qonaq titrək səslə:
- Yoldaş general, - dedi, - bizim Akademiya professor Yevgeni Barsukovun yenicə nəşr
olunmuş əsərlərini alıb. Professor dördcildlik “Rus artilleriyası Birinci dünya müharibəsində”
əsərində sizin yalnız rus topçuları arasında deyil, həm də rus ordusunun geniş dairəsində hörmət
və nüfuzunuzu, Port-Artur epopeyasında son dərəcə böyük şöhrətinizi məhəbbətlə, ehtiramla
xatırlayır.
Bayaqdan susan, qonağını dinləyən general təvazökarlıqla.
- Hə, - dedi, - az-çox cavanlıqda Vətən qarşısında xidmətimiz olub. Yevgeni Zaxaroviçlə
təxminən iyirmi il birgə qulluq etmişik. Topçu zabitləri məktəbində,
Luqa şəhərində, topçu
general-müfəttişliyində işləmişik.
Heydər Hüseynov onu tapdığına uşaq kimi sevinirdi. Ürəyində özünü danlayırdı ki,
xalqımızın belə şöhrətli oğullarını vaxtında itirib-axtarmırıq. Bu gün görkəmli rus professoru
onun əvəzsiz xidmətlərini nahaqdan xatırlamır. Özü də ötəri yox, dönə-dönə öz elmi əsərində
onun hərbi üçbucağından, Birinci dünya müharibəsindəki fəaliyyətindən ağızdolusu danışır.
O özü ilə gətirdiyi kitabı stolun üstünə qoydu. Səhifələrin arasındakı nazik kağız
parçalarını götürüb dedi:
- İcazənizlə bir epizod oxuyum, yəqin ki, sizin üçün maraqlı olar.
- Buyurun, - deyib - ağır eşidən general stulunu bir az da yaxına çəkdi. Damarı çıxmış
əllərini dizləri üstünə qoydu. Məmnuniyyətlə, qulaq asıram.
- “General Əliağa Şıxlinski 1916-cı ildə Krevo yaxınlığında alman mövqelərinin
yarılması əməliyyatına, onuncu ordu cəbhəsində 1917-ci il iyul əməliyyatına rəhbərlik
etmişdir. Əliağa Şıxlinskini həmişə ön mövqelərdə görmək olardı. O, topçu hissələrinin yerlərini
75
yoxlayır, onları daha düzgün yerləşdirmək
üçün göstərişlər verir, döyüş əməliyyatlarını izləyir
və rəhbərlik edirdi”.
Heydər Hüseynov səhifəni axıra qədər oxuyub vərəqi çevirdi. Sakitcə oturub onu
dinləyən generala baxdı. Uzaq keçmişinin şan-şöhrət səsinə diqqətlə qulaq asırdı. Dumanlanmış
eynəyini çıxardıb ehmallıca sildi. İri sifətindəki batıq ordları həyəcandan titrədi.
- Bu səhifədə isə sizin onuncu ordunun baş komandanı olan vaxt yazdığınız bir raportun
mətni verilib.
- Maraqlıdır, mən yüzlərlə raport yazmışam. Görəsən, hansı əməliyyatdır ki, bir tarixi
fakt kimi hətta kitaba düşüb? Oğul, zəhmətdən keçib, rica edirəm, onu da oxuyun, - deyə,
general nəzakətlə xahiş etdi.
“Topçu hazırlığı başlandı. Müharibənin üç ili ərzində mən topçuların
bu qədər gözəl
əməliyyatını görməmişdim. Qoşunların əhvalı yüksəlməyə başladı. Hətta topçulara qarşı çox
tələbkar olan piyadalar da razı qalmışdı. Otuz səkkizinci korpusda piyadalar hazırlığı tamamilə
bitmiş hesab edib, hətta onu davam etdirmək təklifindən əl çəkdi... hissələr hücuma keçdilər,
onlar düşmənin iki-üç sıra səngərini aşıb, onun batareyalarına çatdılar, düşmən toplarının
nişangahlarını götürüb gətirdilər...
- Hə, yadıma gəldi, - deyib, general sinədolusu nəfəs aldı.
- Çox sağ ol, oğul...
- Hələ qurtarmamışam, yoldaş general, - deyib Heydər Hüseynov yenidən oxumağa
başladı. O, generalı sevindirdiyinə özü də hədsiz dərəcədə şad olmuşdu. - Əliağa çox tələbkar
və zabitəli bir komandir olmaqla bərabər,
eyni zamanda xeyirxah, tabeliyində olanların qeydinə
qalan bir adam idi. Onlar Əliağaya hörmət edər və onu son dərəcə sevərdilər...
- Bəsdir, oğul, bəsdir, - deyib, general alimin biləyindən tutdu. - Üzgörənlik eləyib
Yevgeni Zaxaroviç məni lap ox tərifləyib.
- Zənnimcə elə xidmətiniz müqabilində də Yevgeni Zaxaroviç tərif yazıb. Amma siz
nədənsə elə tərifdən qaçırsınız.
- Axı ay oğul, biz o işləri tərif naminə görməmişik. Bu hər birimizin borcu idi, onu da
pis-yaxşı yerinə yetirdik.
- Yoldaş general, borca qalanda... - susdu, cəsarət eləməyib elə-belə kitabı vərəqlədi.
- Hə, buyur oğul, nəsə sözlü adama oxşayırsan, de utanıb-çəkinmə...
-
Sizdən bir təvəqqem var, amma gərək yox deməyəsiniz...
- Oğul, bir de görüm, əlimdən gələn işdimi? - Kövrək-kövrək, - məgər bu əldən-ayaqdan
düşmüş qoca da kiminsə işinə yarıyar.
- Yaxşı olar ki, siz də xatirələrinizi yazasınız. Sizin xatirələr bu gün də dünya ağalığı iddiasında
olanlara qarşı mübarizədə ən güclü silahlardan biri olardı.
General kitabı əlinə alıb, eynəyini gözünə taxdı. Kitabın ilk səhifəsinə elə-belə göz
gəzdirib:
- Ay oğul, - dedi, - dünən sizin bir elmi işçi də gəlmişdi. Ona da dedim. Bu elə çətin
işdir ki, tək mən öhdəsindən gələ bilmərəm. Hərbi gimnaziyada, sonra isə Peterburqda
Mixaylov adına Topçuluq
Məktəbindəki təhsil illərim, rus-yapon müharibəsindəki xidmətlərim,
cahan müharibəsində və inqilab illərində olan bütün hadisələr təfərrüatı ilə yaddaşımda qalıb.
Bu, görünür, ömrümdə bir dəfə də olsun araq içməməyimdən, ət yeməməyimdən irəli gəlir.
Ümumiyyətlə, uşaqlıqdan məndə qumara və insana məxsus olmayan əyləncələrə qarşı nifrət var.
Boş vaxtımı at sürməkdə, kitab mütaliəsində keçirmişəm. Bəlkə ona görə də yaddaşdan
yaxşıyam. Amma qulaqlarım və gözlərim vəfasızlıq edir. Bu da, görünür qocalıqdandır. Axı,
zarafat deyil, bu yolu mən ötən əsrin ortalarından gəlirəm.
Alim sevinclə:
- Eybi yoxdur, yoldaş general, - dedi, - generalın razılıq verməyi onun hədsiz sevincinə
səbəb oldu. - Mən sizə köməkçi verərəm. Hiss eləyirəm naxoşsunuz, əgər
etiraz etməsəniz, sizə
bir nömrəli xəstəxanda otaq da ayırardıq. Orada həm müalicə olunardınız, həm də xatirələrinizi
diktə edərdiniz. O, adam gecə-gündüz sizinlə bir otaqda yaşayacaq.