98
Diviziyanın min otuz doqquzuncu atıcı polkunun
mərmi bölməsinin komandiri, istefada olan
mayor Əbdüləli Mürsəlov da bizimlə birgə keçmiş döyüş yerlərinə səfərə çıxmışdı. O vaxtdan
qırx ildən çox keçsə də uğrunda vuruşduğu Ust-Labinskin, Nekrasovskayanın,
Stebilyevskayanın, Krasnoarmeyskin, Temirqoyevskin və Kurqansk yaşayış məntəqələrinin hər
cığır və yolunu yaxşı xatırlayırdı. Diviziya Kuban torpağı uğrunda döyüşərək bu yerləri
düşməndən azad etmişdi.
Hara gedirdiksə igid eloğlularımızın əsgəri rəşadətindən, döyüş məharətindən
minnətdarlıqla söhbət açırdılar. Bir azərbaycanlı kimi iftixar
hissi keçirirdik ki, qəhrəman
həmyerlilərimizin igidliyi kubanlıların xatirəsindən silinməyib.
Əbdüləli müəllim bizi Krasnodar Diyar Veteranlar Şurasının sədri, general-mayor
Aleksey İvanoviç Kabanovun da görüşünə apardı. Bizi səmimiyyətlə qarşılayan general sevinclə:
- Sizə general dostum Heybətovun igidlərindən danışa bilərəm, - dedi. General
Heybətovun özünü mən daha yaxşı tanıyırdım. Biz tez-tez beşinci zərbə ordusunun hərbi
şurasında görüşərdik. İki yüz iyirmi üçüncü diviziyanın igid döyüşçülərini, onun mərd komandiri
general Heybət Heybətovu biz kubanlıların unutmağa haqqı yoxdur. Azərbaycanlılar bizim
torpağımızın azadlığı uğrunda yüzlərlə oğlunu qurban verib, misilsiz igidliklər göstəriblər.
... 1943-cü il martın doqquzunda general Heybətovun diviziyası partizan dəstəsi ilə
birləşərək Krasnoarmeyski azad etdi. İlk dəfə diviziyanın min qırx
birinci polku bizim torpaqda,
Azərbaycan SSR Ali Sovetinin Keçici Qırmızı Bayrağı ilə təltif olundu. Bayrağı məşhur şair
Səməd Vurğun general Heybət Heybətova təqdim etdi. Bu bayraq Vyanaya qədər döyüş
yollarında azərbaycanlı igidləri yeni qələbələrə ruhlandırdı. Üzərində Suvorov və Kutuzov
ordenləri olan həmin bayraq indi Moskvada - Sovet Ordusunun Mərkəzi Muzeyində saxlanılır.
Kuban torpağının iki guşəsində iki yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının əsgər və
zabitlərinin döyüş yolunu əks etdirən muzey təşkil etmişik. Kuban torpağının azadlığı uğrunda
canından keçən hər bir azərbaycanlı əsgərin xatirəsi bizim üçün əzizdir.
... “Attestasiya” sənədi hər bir zabitin keçdiyi həyat yolunun, döyüş və hərb yolunun
güzgüsüdür. Hərbçinin fəaliyyətini öyrənmək üçün hər bir tədqiqatçı-yurnalist onu mütləq
diqqətlə oxuyub öyrənməlidir. Xatirələrdə, yazılan hər hansı publisist və bədii əsərlərdə müəllif
istədiyi kimi artıq-əskik yaza bilər. Amma “attestasiya”
kimi rəsmi sənəddə bu qeyri-
mümkündür. Ona görə də general-mayor Heybət Heybətova verilən “attestasiya”nın mətnini
burada tam verməyə ehtiyac duyuruq.
“İşində Lenin-Stalin partiyasına və sosialist vətəninə sədaqətlidir. Yoldaş general-mayor
Heybətov 1943-cü ilin noyabrından (416-cı diviziyadakı xidməti nəzərdə tutulur. - Ş.N.)
indiyədək böyük döyüş yolu keçmiş və Dnestr, Külstrin, Oder, Berlin ətrafında faşist işğalçıları
ilə döyüşlərdə, düşmənin Visladan Berlinə kimi təqib edilməsində, hərbi hissələrə rəhbərlik
işində fəal iştirak etmişdir. Özünü mahir sərkərdə, bacarıqlı döyüşçü kimi göstərmişdir.
Taktiki
şəraitdən tez baş aça bilir, xüsusi əməliyyatları ümumi əməliyyatlara görə uyğunlaşdırmağı yaxşı
bacarır. Həm də qoşun növlərinin qarşılıqlı hərəkətini təşkil etmək vərdişinə malikdir. Təlim
şəraitində hissələrin öyrədilməsinin zəruri vaxtını bilir. Qoşunların öyrədilməsində təşkilati
vərdişlərə malikdir.
Döyüş və təlimlərdə qoşunların idarəsinin təşkili məsəlsini düzgün qiymətləndirir, idarə
işini təşkil etməyi bacarır. Arxa cəbhə xidmətini və döyüşdə arxa cəbhənin rolunu bilir.
Yurüşlərdə dözümlüdür, ancaq son vaxtlar tez-tez sağlamlığından şikayət edir. Xaraktercə
möhkəmdir, general kimi mədənidir, icraçıdır, mərd və qorxmazdır, cəsarətli və qətiyyətlidir.
Mənəvi cəhətcə yenilmzədir, unsiyyətlidir, xüsusi heyətin arasında nüfuzludur, söhbətlrində
sadədir. Siyasi cəhətcə savadlıdır. İdeoloji cəhətcə təmkinlidir. Yaralı olsa
da heç vaxt döyüşdən
yarımçıq çıxmayıb, axıra kimi əməliyyatlarda fəal iştirak edib.
Ç I X A R I Ş: - Nizami hissə komandirinin müavini vəzifəsinə layiqdir.
- Hərbi təlim məktəblərinin istifadə etmək olar.
99
Otuz ikinci Suvorov ordenli atıcı korpusun komandiri, Sovet İttifaqı Qəhrəmanı, qvardiya
general-leytenantı Jerebin. Beşinci zərbə ordusunun komandanı, general-polkovnik. Berzarin.
Hərbi Şuranın üzvü, general-leytenant Bokov.
12 uyun 1945-ci il.
General Heybətov haqqında çox düşünmüşəm. Bəzən bu kəşməkəşli həyat yolu keçmiş
generalın taleyinə acımışam. Elə olub ki, onun haqqında yazdığım bu qeydlər günlərlə yazı
stolumun üstündə qalıb. Bundan sonra nə yazım, oxucuya nə deyim? - sualı mənə əzab verib.
Dişünmüşəm ki, yəqin ad-famili dəyişmək sonralar - ahıl yaşına çatanda generalın özünə də
mənəvi əzab verib, el-oba arasında sıxıntı keçirib. Əgər elə olmasaydı öz azərbaycanlıları
arasında dostu-tanışı azlıq təşkil etməzdi. Belə anlarda Baxış Mehdiyevin danışdığı bir epizod:
mənim fikirlərimi alt-üst edib, generalı Azərbaycan xalqına doğmalaşdırıb.
1944-cü ildə Dnestr çayı uğrunda döyüşlər gedirdi. Dörd yüz on altıncı diviziya da bizim
iki yüz iyirmi üçüncü diviziya ilə yanaşı, çiyin-çiyinə vuruşurdu. Platsdarmda növbəti döyüş
fasiləsi idi. Xəbər
gəldi ki, general Heybətov bir qrup döyüşçü ilə mühasirəyə düşüb, vəziyyəti
çox ağırdır, bəlkə də düşmən onları məhv edib.
Mən cəsur döyüşçülərdən götürüb köməyə getdim. Dörd saata qədər vuruşub onları
mühasirədən azad etdik. General Heybətov yaralanmışdı. Özümü yetirib onu bərk-bərk
qucaqladım. O, boynuma sarıldı. Kövrəldi: - yenə öz millətim köməyimə gəldi, yenə öz eloğlum
məni ölümdən, dardan qurtardı...
Onda mənə kortikini
18
bağışladı. Sonralar üstündə belə yazdırdı:
“İgid kəşfiyyatçı Baxış Mehdiyevə!
Düşmən arxasına keçərək, alman ober-leytenantını əlbəyaxa döyüşdə tərk-silah edərkən
göstərdiyi igidliyə görə xüsusi silahla mükafatlandırılır.
General-mayor Heybətov. 5 yanvar 1944-cü il”.
... O kortiki Baxış Mehdiyev indi də saxlayır.
Görəsən, bu dar macalda onu ölümdən xilas edən eloğlusunu qucaqlayıb öpərək,
- yenə öz
millətim məni xilas elədi, - deyək Heybətov həmin anlarda nə fikirləşirmiş?
Həmin ilin həmin ayında cəbhəçi-yazıçı Məmməd Aranlı gündəliyində yazmışdır:
“İyirmi bir may 1944-cü il, Bu gün axşam son dərəcə kədərləndirici bir xəbər eşitdim.
Mayor Məmmədov xəbər gətirdi ki, general-mayor Heybət Heybətov 223-cü diviziyaya gedən
günün səhərisi həlak olub. Bəzi xəbərlərə görə meyidi tapılmayıb”.
...Yazıçı İbrahim Novruzov isə generalın insani keyfiyyətləri və general rəşadəti haqqında
yazan ən yaxşı müəllifdir desək, mübaliğə olmazdı.
“Mən general Heybətovu otuzuncu illərin ortalarından tanıyırdım. Yanında əsgər
olmuşdum. O vaxt mayor rütbəsində olan Heybətov yetmiş yeddinci diviziyanın qərargahının
operativ şöbəsinin rəisi idi. Bir ilin içərisində o, əvvəlcə qərargah rəisi, sonra da diviziya
komandiri oldu. O vaxtdan keçən müddət ərzində demək olar ki, zahirən onda heç bir dəyişiklik
əmələ gəlməmişdi. Əvvəlki kimi o, yenə də qıvraq, geyimində səliqəli, yerişində cəld,
baxışlarında iti idi. Danışığında da maştağalılara məxsus şivəni saxlamışdı... Ruslar onu “Batya”
çağırardılar, azərbaycanlılar ona “ata” deyərdilər.
O, həqiqətən diviziyadakılara ata idi.
Onlara yoldaş, silahdaş və sirdaş idi.
Onun müsahiblərinə axır öyüdü bu olurdu: - Əsgər gərək rəşadət göstərə! General
Heybətov özü çox rəşid adam idi.
... Düşmən yuvası Berlinə də general Heybətov diviziyanın önündə girdi.
Mizrab sarı simləri titrədəndə, generalın pərdə-pərdə muğamat dediyini eşidən əsgər
dostları bu dəfə də onun Almaniyanın paytaxtında, Unter-den Linden ştrassedə, Brandenburq
18 Komandirlərə verilən gödək qılınc.