106
ediblər. Vətən Sovet Ordusu sıralarında yerimi müəyyənləşdirib.
Hərbin öz sirləri var, bir hərbçi
kimi mən də onu qorumalıyam.
- Hazırda respublikamızda milli ordu yaratmaq haqqında söhbət və müzakirələr gedir.
Əgər milli Azərbaycan ordusu yaradılsa və sizi də ona komandirlik etməyə dəvət etsələr
gələrsinizmi?
- Mən Vətənin əsgəriyəm. O hara əmr etsə, ora da məmnuniyyətlə getməyə hazıram. Bu
vəzifəni, yüksək rütbəni nə özüm, nə də ailəm üçün qazanmamışam. Məhz doğma
Azərbaycanımın xatirinə, onun adının ucalığı naminə hərbin sərt və dönməz qanunlarına
dözmüşəm. O elm, o bacarıq ki,
Vətən yolunda sərf olunmur, zənnimcə, o şəxs özündə ağır və
havayı yük gəzdirir.
- Həyatda ən çox nəyi sevirsiniz?
- Sərt və doğruçu olmağı. Amma bu sərtlikdə ədalət də olmaq şərtilə.
- Yoldaş general, unutmuşam, bilmirəm fransız hərbçilərindədir, yoxsa ruslarda belə bir
zərb-məsəl var: “hər bir əsgər yürüş çantasında marşal poqonları gəzdirir”.
Bu məsələyə necə
baxırsınız?
- İcazə verin, mən də sizə böyük sərkərdə Suvorovun sözlərilə cavab verim: “General
olmaq arzusunda olmayan əsgər, əsgər deyil”. Lap elə elm, istehsalat sahəsini götürək. Hansı
elmi işçi professor, ya da akademik olmaq arzusuyla yaşamır? Hansı mühəndis rəis olmaq
arzusunda deyil? Mənə görə, nə olursan ol, yaxşısından ol. Xalqın, elin-oban səninlə fəxr etsin.
Yaxşı mütəxəssis olmaq çox çətindir. Özünü əsl vətəndaş sayan
hərbi mütəxəssis buna səy
göstərməlidir. Onda generallığa yox, marşallığa da nail ola bilər. Əgər istəyi ilə bərabər zəhmət
də çəksə.
- Ailə tərkibiniz?
Bircə oğlum var. Elmar Məmmədov, səkkizinci sinfi əla qiymətlərlə qurtardıqdan sonra
Moskvadakı Suvorov adına hərbi məktəbə qəbul olundu.
1982-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib, RSFSR adına Ali hərbi məktəbə daxil
oldu. 1986-cı ildə leytenant rütbəsində ən uzaq N. qarnizonuna xidmətə göndərildi. Hazırda
kapitandır, ümumqoşun hissəsində xidmət edir. Həyat yoldaşım
isə Petrozavodsk Dövlət
Universitetinin beşinci kursunda, iqtisadiyyat fakultəsində oxuyur.
- Ən çox sevindiyiniz və xatırladığınız gün?
- Noyabrın iyirmi dördü. Bu gündə oğlum Elmar, dostum Tahir Məmmədov anadan olub.
Təsadüfə bax ki, böyük sərkərdə Suvorov da həmin tarixdə anadan olub. Və biz də sizinlə 1989-
cu il, noyabrın iyirmi dördündə ilk dəfə görüşüb tanış oluruq.
- İyirmi altı illik hərb yolunda xidmətləriniz hansı təltifatlara layiq görülüb?
- Üçüncü dərəcəli “SSRİ-də Vətənə xidmətə görə” kavaler, Əfqanıstanda “İgidliyə görə"
ordenləri və on üç medalla təltif olunmuşam.
İllərlə araşdırdığım tarixi sənədlər təsdiq edir ki, inqilabdan əvvəl və sonra səksən beş
azərbaycanlı general olmuşdur. Kamil Məmmədovun general-mayor rütbəsi ilə təltif olunması bu
rəqəmi səksən altı elədi. Əlbəttə, sülh və əmin-amanlıq dövründə qırx yeddi yaşında belə bir ali
rütbəyə layiq görülmək böyük hadisədir. İnanırıq ki, Sovet Ordusunda
nümunəvi xidmət edən
eloğlumuz Kamil Məmmədov özünün hərbi fitri istedadı ilə daha ali rütbəyə layiq görüləcək,
daha yüksək zirvələr fəth edəcək.
107
DÜŞDÜ QILINC KİMİ ORTADAN ARAZ
Bizim ki, atamız, anamız birdir,
Qəlbimiz, eşqimiz ayrı deyildir.
Düşdü qılınc kimi ortadan Araz...
Fəqət yaman günün ömrü çox olmaz
Səməd Vurğun
GENERAL CƏFƏR MƏMMƏDZADƏ
İllərlə azadlığa çıxmaq üçün dönmədən mübarizə
aparan o taylı qardaşlarımız 1945-ci il dekabrın
on ikisində Azərbaycan Milli hökuməti yaratdılar.
Xalqı, ölkəni müdafiə edən zabitlər məktəbi açıldı.
Fədai dəstələri yenicə yaradılan Xalq Qoşunları
ilə birləşdi. Azərbaycan Milli Hökumətinin Xalq
Qoşunları nazirliyi yarandı. Xalq Qoşunlarına
böyük fədakarlıq və bacarıqla başçılıq
edən igid
zabitlərin bir neçəsi - Əbülqasım Əzimi, Möhsün
Milani, Azər Əbdülrza, Nəvai Abdini, Mahmud Pənahi,
Qulam Yəhya, Mirzə Rəbi Kəbiri və Cəfər Məmmədzadə
general kimi yüksək rütbəyə layiq görüldülər.
Bu yazımızda hələlik onlardan yalnız biri -
general Cəfər Kavian haqqında danışacağıq.
Ata qulluqdan çox gec qayıtdı. Çaydan bir-iki qurtum alıb yorğun halda yerinə girdi. Son
vaxtlar ingilis və Amerika casusları ilə aparılan mübarizə gücləndirilsə də ayrı-ayrı fədailərə
edilən sui-qəsdlər yenə də azalmırdı. Ona görə də nə geçəsi vardı, nə də gündüzü. Azadlığa
çıxmış Cənubi Azərbaycan xalqını Amerikanın muzdlu nökərləri
yenidən şah üsuli-idarəsinə
qaytarmaq, qanı bahasına qazanılan azadlığı boğmaq iddiasında idilər. Qapının sağ yanındakı
taxt cırıldadı. Generalın böyük oğlu Gavə də yata bilmirdi. Son günlər milli hökumətin üstünü
alan təhlükə onun rahatlığını pozub, yuxusunu ərşə çəkmişdi. Oğul da azadlıq ordusunun
fədailərindən idi.
Ata qayğı ilə soruşdu:
- Hələ yatmamısan?
- Yuxum gəlmir, ata, elə bil ərşə çəkilib.
- Niyə, sənə nə olub? İdarənizdə vəziyyət necədir?
- Necə olacaq, ata, bütün şəhəri ağzına alan şayiələr bizdə də danışılır. Deyirlər, tiryəki
acanlar
Sultan Əli Şəqaqi, Seyfulla Bağmeşəli, Mirşərif baqqal Hacıələkbər “şah azadlığı”
sevdasına düşüblər. Bizim Demokrat partiyamızı devirməyə hazırlaşırlar. Xaricdən silah, əsgər
alıblar ki, fədailəri qılıncdan keçirsinlər.
Ata yorğun səslə, bikef halda:
- Eşit, - dedi, - inanma, belə xəbərləri bizə də çatdırıblar. suyu bulandıran Amerikadır.
Onların arxası Amerikadırsa, bizim də dostumuz sovetlərdir.
- Azadlıq pərisi iki dəfə xalqımızın başına qonub, ata. Onu əyiblər, amma sındıra
bilməyiblər.
Mütləqiyyətin zülmü, zorakalığı azadlığımızı boğub. Deyəsən bu dəfə də...