Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə54/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   50   51   52   53   54   55   56   57   ...   60

 
110
Generalın  şəxsi işləri arasında diqqətimizi bir sənəd xüsusilə  cəlb etdi. O tayın 
burulğanından keçib gələn bu qiymətli sənədi general-mayor Cəfər Kavian öz dəst-xətti ilə 
yazıb. 
 
“Azərbaycan Xalq Qoşunları vəzirinin bir nömrəli fərmanı. 
 Azərbaycanın milli mənafeyini və müqəddəratını  
müdafiə etmək üçün Azərbaycanda rəsmi xalq  qoşunu 
 təşkil olunur. 
Azərbaycan xalq qoşunu vaqeyi bir milli qoşundur. 
Hər bir azərbaycanlı sinif və məzhəbindən asılı 
olmayaraq bu qoşunda xidmət etməyə borcludur. 
Bu qoşunda xidmət edən hər bir namuslu şəxsin  
müqəddəs vəzifəsi Vətəni yadlardan 
qorumaqdan ibarət olmalıdır... 
 
Azərbaycan Xalq Qoşunları vəziri 
Cəfər Kavian 
 
1946-cı il noyabrın axırlarında Amerika imperializminin köməyi ilə İran hökuməti iyun 
müqaviləsini pozdu. Cənubi Azərbaycanı yenidən fəth etmək üçün onun üzərinə hücum etdi. 
Qoşun yeridib fədailərin azadlığını vəhşicəsinə boğdu. Zəncanda, Sərabda, Ərdəbildə, Təbriz və 
başqa  şəhərlərdə “fatehlər” qanlı cinayətlər törətdilər. Azadxahları  işgəncə ilə öldürən vəhşilər 
onların uşaqlarını belə dara çəkdilər. 
Dekabrda mürtəce idarə üsulu bərpa olundu. İranın baş naziri Qəvamülsəltənə ilə Stalin
Azərbaycanın milli mənafeyini sarsıdan təkliflər irəli sürdülər. Bu böyük azadlıq hərəkatını 
qanla suvardılar. Canilər, müstəmləkəçilər böhtan atırdılar ki, Azərbaycan İrandan ayrılmaq və 
onun torpağına sahib olmaq istəyir.  Əslində isə  Cənubi Azərbaycanda az müddətdə böyük 
mübarizə ilə qazanılmış azadlığı fədailər bütün İranda həyata keçirmək istəyirdilər. 
İstibdad kabusu o taylı Azərbaycan xalqına qanlı divanlar tutdu. Azadxahların başında 
duranlardan biri, igid general Əbdülqasım Əzimi güllələndi. O, son nəfəsində qürurla demişdi: 
- Xatircəm olun, hər bir azadxah azərbaycanlı sabah bir general Əzimi olacaqdır. Xalqın 
intiqamını gözləyin! Tökdüyünüz qanlara, etdiyiniz vəhşiliklərə görə  gələcək nəsil sizdən 
intiqam alacaq! 
Sərdari milli Səttarxanın və salari milli Bağırxanın heykəlləri uçuruldu. General 
Mirzərəhbini Kəbiri,  Əzimi, mayor Raşitin Məmmədəli oğlu, polkovnik Mürtəzəvi, Qazi, 
Cövdətü Dəbirniya, Zəhiri, Ehsani, Şeyxi kimi mərd oğullar ölümü vüqarla qəbul etdilər.  
Vəziyyətin ağırlığından bir çox fədailər kimi general Cəfər Kavian da Sovet 
Azərbaycanına pənah gətirdi. Ömrünün axırınadək - 1975-ci ilədək o taylı  Vətənin həsrətilə 
yaşadı. 
Generalın üç oğlu və üç qızı Bakıda yaşayır. Marks Cəfər oğlu atasının o tay 
Azərbaycanımızdan çox çətinliklə gətirdiyi tarixi əhəmiyyətə malik sənəd və şəkilləri ən əziz, ən 
müqəddəs yadigar kimi hifz edib saxlayır. Bunların arasında xalqımızın mətin oğlu Seyid Cəfər 
Pişəvərinin, general Cəfər Kaviana yazdığı məktublar, sənədlər, əmr və nizamnamələrin surəti, 
Səttarxanla babası Məhəmmədəlinin birgə çəkilmiş nadir fotoşəkli var. 
General Cəfər Kavianın ölumündən bir ay sonra Hizbi-Tudeyi İranın - Azərbaycan 
Demokrat Partiyasının orqanı “Azərbaycan” qəzeti 1975-ci il, iyirmi səkkiz fevral tarixli 
nömrəsində  şəkli ilə birgə onun haqqında nekroloq vermişdir. Azərbaycan oğlunun azadlıq 
yolunda çəkdiyi əziyyətlər qəzetdəki bu yazıda da öz əksini tapıb: 
 
“Cəfər Kavian gənc yaşlarından ölkənin  əsarətdə olmasını  və xalqın məşəqqətli 
həyatını müşahidə etmiş, minlərlə gözüaçıq Azərbaycan oğlu kimi mübarizəyə 
qoşulmuşdur. O, Azərbaycan Demokrat firqəsinin müəssisələrindən biri idi. Xalq 


 
111
nehzətinə xidmətin və azadlıq yolunda fəaliyyətini nəzərə alaraq Azərbaycan milli məclisi, 
milli hökuməti Kaviana generallıq dərəcəsi verərək onu xalq qoşunları  vəziri təyin 
etmişdir. “21 Azər” nehzətinin nailiyyətlərini qoruyub saxlamaq uğrunda geniş 
mübarizədə Cəfər Kavianın da böyük xidmətləri vardır. 
Azərbaycanda milli demokratik hərəkat qan dəryasında boğulduğu zaman minlərlə 
demokrat və fədai kimi Cəfər Kavian da mühacirət etməyə məcbur olub. Lakin mühacirat 
illərində  də Kavianın bütün, fikri Vətənin və xalqın həyatı ilə bağlı, olmuşdur. O, xalqın 
qalib gələcəyinə, azad, xoşbəxt  İranın yaranacağına dərin inam bəsləyirdi. Bu yolda da 
inamla mübarizə aparırdı. Kavianın ölümü ilə azadlıq nehzəti və  İran zəhmətkeşləri 
sabiqədal yoldaşlarımızdan birini itirdi”. 
 
Generalın  şəxsi sənədləri arasından dörd bəndlik  şer yazılmış bir vərəq də  çıxdı.  Şerin 
müəllifi onun mübarizə yoldaşı şair Məhəmməd Biriyadır. Müəllif “Yadigar” adlı şerinin ithaf 
yerində öz dəst-xətti ilə belə yazmışdır: 
  
“Məhəmməd Biriyadan öz tarixi dostu, milli qoşunların şanlı vəziri Ağayi Cəfər Kaviana 
yadigar. Bakı, 19 oktyabr, 1969-cu il”. 
 
Xalqımın uğrunda illərdən bəri, 
Döyüşdən, vuruşdan dönmədin geri. 
Vətən iftixarı, elin əsgəri
Ürəkli, hünərli rəşid Kavian, 
Tarixin səsini eşit, Kavian. 
 
Ana yurdumuzun iftixarısan, 
Şərəfi, şöhrəti etibarısan. 
Milli hökumətin yadigarısan, 
Düşmənə verməyən aman, Kavian, 
Bizi ayırmasın zaman, Kavian. 
 
 


 
112
İGİDİ QILINC YOX, QEYRƏT YAŞADAR 
 
 
Məşhur Qafqaz qaçağı Kərəm İsgəndər oğlu 
demşidir ki, igidi qılınç yox, qeyrət 
yaşadır. İlk təyyarəçilərimiz Fərrux ağa 
Qayıbov, Teymur Mustafayev, müqəddəs Georgi 
ordeninin bütün dörd dərəcəsinə layiq görülmüş 
Sayad Zeynalov, qvardiya polkovniki Kərim bəy 
Novruzov, Sovet İttifaqı Qəhrəmanı qvardiya 
mayoru Müseyib Allahverdiyev hərbin çətin yollarında 
qeyrətlə addımladılar. 
Bu igid oğullarımızın ömür yolunu araşdıranda 
istər-istəməz belə qənaətə gəlirsən ki, ali rütbə 
daşımaq heç də şərt deyilmiş. Saf toxum daşda da  
cücərib boy atan kimi, qəhrəmanlığa da hər yerdə  
meydan varmış. 
Əziz oxucu! Bu fəsildə generallara bərabər 
xidməti və igidliyi olan oğullarımızın ömüryolu ilə 
 ilk dəfə tanış olacaqsan. 
  
 
İKİ SƏRKƏRDƏ 
 
  
Polkovnik  Kərimbəy Novruzovun adına ilk dəfə  süvari generalı Aleksey Alekseyeviç 
Brusilovun “Mənim  xatirələrim” kitabında rast gəldim. 
A.A.Brusilov inqilabdan əvvəl rus süvari ordusunun ən məşhur sərkərdələrindən biridir. 
1916-cı ildə  Cənub-qərb cəbhəsinin baş komandanı  və “Brusilov cəbhəsi”nin müvəffəqiyyətli 
hücumunun təşkilatçısı olub. 1917-ci ilin may-iyun aylarında Ali Baş komandan olan Brusilov 
1920-ci ildə könüllü olaraq Qızıl Ordu sıralarına keçmişdir. O, ömrünün axırınadək (1926) Sovet 
hökumətinə  sədaqətlə xidmət etmişdir. Hərbi tarixçilər Birinci dünya müharibəsindən yazanda 
“Brusilov cəbhəsi”ndəki müvəffəqiyyətli əməliyyatlardan iftixarla söhbət açırlar. 
Belə bir şöhrətli sərkərdə  həmyerlimiz, polkovnik Kərimbəy Novruzov haqqında 
məhəbbət və ehtiramla danışır. 
Fərəhləndirici bir faktı da oxucuların nəzərinə çatdırmaq istərdim. 1877-78-ci illərdə rus-
türk müharibəsi zamanı poruçik A.A.Brusilov polkovnik Kərimbəy Novruzovun yavəri 
olmuşdur. Bu barədə Brusilov yazır: 
“Mən atla   öz komandirimdən on addım arxada gedirdim.   Qəflətən düşmən mərmisi 
dəhşətli uğultu ilə mənimlə komandirimin arasında yerə düşüb partladı. Polkovnik Novruzovun 
atı bərk sıçrayışla bütün cilovları qıraraq üçüncü eskadrona  soxuldu. Orada onu tutdular. Mənim 
atım isə qorxudan dalı   üstə  yıxıldı, mən də onunla birlikdə yerə  dəydim. Dərhal at qalxıb 
götürüldü. Bu vaxt bizim atlı  dəstə löhrəm yerişlə çapdı. Mən  əsir düşməmək üçün döyüş   
meydançası ilə   qaçmağa   başladım. 
Atımı tutmuş  şeypurçumuzu görəndə  hədsiz dərəcədə sevindim və tez atı minib öz 
komandirim polkovnik Novruzova çatmağa çəhd göstərdim...”. 
1980-ci ildə “Molodaya qvardiya” nəşriyyatı Sergey Semanovun “Brusklov” kitabını 
“Görkəmli adamların həyatı” seriyasından nəşr etmişdir. Müəllif Semanov generalın xatirələrinə 
əsaslanaraq həmyerlimiz haqqında və onun döyüş fəaliyyəti barədə geniş məlumat verir. Lakin 
müəllif kitabının 49-53-cü səhifələrində polkovnik Novruzovun familiyasını səhvən “Nevrozov” 
kimi vermişdir. 
Sergey Semanov kitabının qırx doqquzuncu   səhifəsində   yazır: 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə