Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 427,7 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix26.11.2017
ölçüsü427,7 Kb.
#12661
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

Ümumiyyətlə, institutun rəhbərliyi  şöbənin inkişafında daim maraqlı olmuş, mümkün olan 

köməklik göstərmişlər. 

Təqdirəlayiq haldır ki, son illərin ağır  şəraitinə baxmayaraq, şöbə  əməkdaşları elmi 

fəaliyyətlərində  təşəbbüskar,  əzmkar olmuş, elmi yeniliklərin  əldə edilməsində  səylər 

göstərmişlər. Onlar bir çox elmi seminarlarda, konfranslarda fəal iştirak etmiş, maraqlı  və 

faydalı fikirlər irəli sürmüşlər. Yaxşı olardı ki, gələcəkdə elmi işçilərin  əməyi dəyərincə 

qiymətləndirilsin, onların sosial-iqtisadi vəziyyətinə dövlət tərəfindən lazımi qayğı 

göstərilsin, elmi-tədqiqat nəticələrinin ictimaiyyətə çatdırılmasında alimlərə maddi-texniki, 

maliyyə yardımları edilsin. 

Şöbənin böyük elmi işçisi, filosof yazıçı Firuz Mustafayev müasir cəmiyyətimizin 

yeniləşməsində bədii ədəbiyyatın roluna dair xeyli araşdırmalar aparmış, bir sıra maraqlı və 

səmərəli təkliflər irəli sürmüşdür. Onun "Sərhədsiz dünya" əsəri bir fəlsəfi traktat kimi 

ictimaiyyətin xüsusi diqqətini cəlb etmiş  və geniş müzakirələrə  səbəb olmuşdur. Bədii 

yaradıcılığın sosial-fəlsəfi problemləri də son illər tədqiqatçının elmi maraq dairəsindədir ki

bu mövzunun da araşdırılması ictimai inkişafın tələbləri baxımından çox aktualdır. 

 

AĞAYAR ŞÜKÜROV 



QLOBAL VƏ SOSİAL EKOLOGİYANIN FƏLSƏFİ 

PROBLEMLƏRİ ŞÖBƏSİ 

Şöbə 1990-cı ilin oktyabr ayının 3-də keçmiş SSRİ məkanında ilk dəfə olaraq AEA Fəlsəfə 

və hüquq İnstitutunda kiçik qrup şəklində «Ekologiyanın fəlsəfi problemləri» adı ilə 

yaradılmışdır. Həmin vaxtdan indiyədək şöbəyə f.e.d., prof. A.Şükürov rəhbərlik edir. 

Yarandığı vaxt 4 nəfərdən ibarət qrup şəklində olan şöbə artıq  13 nəfər alim və  gənc 

tədqiqatçını birləşdirir. 

Onlardan 2 nəfər: A.Şükürov və A.Əsədov - elmlər doktoru; 5 nəfəri: U.Fayradova, 

Z.Ağayeva, R.Əsədova, T.Allahyarova, A.Gözəlov - elmlər namizədi, 2 nəfər elmi işçi, 3 

nəfər laborantdır. Şöbənin 2 əyani aspirantı, 10 nəfər dissertantı vardır. 

1991-ci ildən başlayaraq  şöbədə  dəfələrlə elmi-praktiki konfranslar keçirilmiş, elmi 

məruzələr toplusu çap edilmişdir. Birinci məcmuə «Ekologiyanın fəlsəfi problemləri» adı ilə, 

sonrakı buraxılışlar isə «Ekologiya. Fəlsəfə. Mədəniyyət» başlığı ilə çapdan çıxmışdır. 

1991-1999-cu illərdə həmin məçmuənin 23 buraxılışı işıq üzü görmüşdür. 

Məcmuədə  təkcə ekoloji problemlər deyil, tarixi, fəlsəfi və dini cərəyanlara, musiqi və 

incəsənətə, eləcə  də  mədəniyyətin müxtəlif sahələrinə dair elmi məqalə, tezis və 

məlumatlar çap olunmuşdur.  Şöbədə indiyə  qədər ondan çox elmlər namizədi, 3 elmlər 

doktoru yetişdirilmişdir. Müzakirə edilən dissertasiya, monoqrafiya və elmi-konseptual 

məqalələrin sayı da kifayət qədərdir. 

Şöbənin konkret fəaliyyətini nəzərdən keçirsək, görərik ki, indiyə qədər burada çap olunan 

əsərlər və  məcmuələr  şöbənin elmi-tədqiqat istiqamətinə uyğun olmuşdur. Ayrı-ayrı 

əməkdaşların fəaliyyətinə gəldikdə isə aşağıdakıları deyə bilərik: 

Şöbə müdiri f.e.d., prof. A.Şükürov şöbədə işlədiyi dövr ərzində təkcə ekologiyanın fəlsəfi 

problemlərinə aid deyil, elmin müxtəlif sahələrini  əhatə edən çoxsaylı  əsərlər çap 

etdirmişdir. O, orta və ali məktəblərdə tədris olunan 4 dərsliyin müəllifidir. Professor onlarla 

doktorluq və namizədlik işlərinə opponentlik etmiş, rəhbərliyi altında 9 nəfər elmlər 

namizədi yetişdirmişdir. O, beynəlxalq və respublika konfranslarında iştirak və  çıxış 

etmişdir. 

Hal-hazırda «Ekoloji cəmiyyət anlayışı, ekolojiləşmiş insanın perspektiv inkişaf problemləri» 

adlı plan işi üzərində  işləyir.  1990-1999-cu illərdə konkret olaraq A.Şükürovun aşağıdakı 

əsərləri nəşr olunmuşdur (100-dən çox məqaləsi bura daxil deyildir): 

Monoqrafiyalar: 




1. Təbiət və cəmiyyət fəlakətin astanasında. «Azərnəşr». 1992. 9,2 m.v. 

2. Mifologiya . Nəzəri-fəlsəfi təhlil. «Elm». 1995.12.5 m.v. 

3. Mifologiya . Qədim Şərq mifologiyası. «Elm». 1995. 13,2 m.v. 

4. Mifologiya. İran xalqlarının mifologiyası. «Elm». 1995. 10m.v. 

5. Fəlsəfə - cəmiyyətdə onun yeri və rolu. «Təbib». 1996. 5 m.v.  

6. Mifologiya. Hind mifologiyası. «Elm». 1996. 10,2 m.v. 

7. Mifologiya. Çin mifologiyası. «Elm». 1996. 10,5 m.v. 

8. Mifologiya. Türk mifologiyası. «Elm». 1997. 14,7 m.v. 

9. Fəlsəfə və zaman. «Elm». 1998. 11,6 m.v. 

10. Mifologiya VII kitab. Yunan mifologiyası. «Qartal». 1999. 11m.v. 

11. Dədə-Qorqud mifologiyası. «Elm». 1999. 6,25 m.v. 

Dərsliklər və dörs vəsaiti: 

12. Azərbayçan fəlsəfəsi. Qədim dövr. «Azərnəşr». 1993. 6,5 m.v. G.Abdullazadə 

13. İnsan və cəmiyyət. (orta məktəblər üçün dərslik). «Maarif». 1994. Müəlliflər kollektivi 

14. Fəlsəfə (Ali məktəblər üçün) «Elm». 1997. 24 m.v. 

15. Kulturologiya . (Ali məktəblər üçün). «Elm». 1998. 17,8 m.v. 

16. Sosial ekologiya (Ali məktəblər üçün dərslik). «Elm». 1999. 15,4 m.v. 

Şöbənin baş elmi işçisi, f.e.d. Adil Əsədov  1991-ci ildən «Sosial və qlobal ekologiyanın 

fəlsəfi problemləri»  şöbəsinin  əsasının qoyulduğu gündən burada çalışır. Həmin müddət 

ərzində Adil Əsədov tərəfindən iki monoqrafiya, bir elmi-kütləvi kitab, onlarla dəyərli 

məqalələr çap etdirilmişdir. Onun «Təfəkkürün fəlsəfəsi: epoxal təfəkkür cəmiyyətin və 

təbiətin qarşılıqlı münasibətləri kontekstində» adlı monoqrafiyası Elmlər Akademiyasının 

Rəyasət heyəti tərəfindən ilin ən mühüm nailiyyəti kimi dəyərləndirilmişdir. 

Platonun, Aristotelin, Polibinin, N.Berdyayevin, B.Vahabzadənin, Şeydabəy Məmmədovun, 

Murad Axundovun, Nizami Məmmədovun və Rafiq Qurbanovun Adil Əsədov tərəfindən 

yaradılmış fəlsəfi portretləri də öz orijinallığı ilə diqqəti cəlb edir. 

Adil  Əsədovun elmi yaradıcılığı ilə tanışlıq onun yüksək intellektual qabiliyyəti, düşüncə 

mədəniyyəti və dərin elmi erudisiyası barədə nəticə cıxarmağa imkan verir. Çap olunmuş 

monoqrafiyalar aşağıdakılardır: 

1. İnsan təfəkkürü: qaynaqları, tarixi tipləri, perspektivləri. B., «Elm», 1992, 9,5 m.v. 

2. Təfəkkürün fəlsəfəsi: epoxal təfəkkür cəmiyyətin və  təbiətin qarşılıqlı münasibətləri 

kontekstində. B., «Qanun», 1997, 10,8 m.v. 

3. Kosmosentrizm qədim dünyagörüşün başlıça prinsipi kimi, tədris-metodik vəsait. B., 

«Futuroloq», 1998, 2,1 m.v. 

Aşağıdakı monoqrafiyalar çapa məsləhət görülmüşdür. 

1. Təfəkkür və texnika: Təfəkkürün tarixi prinsiplərinin dinamikasında mühəndis 

fəaliyyətinin rolu. 

2. «Təfəkkür tiplərinin tarixi dinamikası». 

Adil Əsədovun rəhbərlik etdiyi tədqiqatçılardan artıq elmlər namizədi diplomu alanlar vardır. 

O, bir sıra müdafiə  şuralarının üzvüdür. Çoxsaylı elmi konfranslarda iştirak və  çıxış 

etmişdir. 

Hal-hazırda «Cəmiyyət və  təbiətin qarşılıqlı münasibətləri kontekstində dövlət və 

hakimiyyətin təşəkkülü», adlı plan işi üzərində işləyir. 

Şöbənin baş elmi işçisi, hüquq elmləri namizədi Urqiyyə Fayradova bir monoqrafiya, 

çoxsaylı elmi məqalələr və  şer kitabının müəllifidir. O, bir sıra respublika və beynəlxalq 

konfranslarında iştirak və  çıxış etmişdir. Konkret olaraq onun aşağıdagı monoqrafiyası 

çapdan çıxmışdır: 

1. Təbiəti mühafizə qanunvericiliyinin pozulması üçün inzibati məsuliyyət (rus dilində). B., 

«Elm», 1989, 11,18 m.v. 



Yüklə 427,7 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə