Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 427,7 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix26.11.2017
ölçüsü427,7 Kb.
#12661
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

Fəlsəfə və Hüquq İnstitutunun da bu mövzuya ciddi maraq göstərməsi təqdirəlayiq haldır. 

12 fevral 1998-ci ildə  İnstitut BMT İP-nin "Qender İnkişafda" qurumu ilə birgə "Qender: 

qadın probleminin yeni mərhələsi" mövzusunda elmi-praktiki konfrans keçirmişdir. 

Konfransın materialları üzrə "Qender: qadın probleminin yeni mərhələsi" adlı məcmuə nəşr 

edilmişdir. Konfrans ərəfəsində institutun sosial fəlsəfə  şöbəsində xüsusi "Qender 

tədqiqatları" qrupu yaradılmışdır. Şöbənin böyük elmi işçisi, fəlsəfə elmləri namizədi Rəna 

Mirzəyeva qrupun rəhbəri kimi çox səmərəli fəaliyyət göstərmişdir.  Əməkdaşlardan 

Z.Şabanov, N.Babayeva, A.Veysəlova qrupun işində yaxından iştirak etmişlər. Qrup üzvləri 

1998-ci il ərzində ardıcıl olaraq bir sıra konfrans və seminarlarda təşkilatçılıq, aparıcılıq 

fəaliyyəti həyata keçirmiş, məruzələrlə  çıxış etmiş, konkret sosioloji sorğular keçirmişlər. 

Aparılan sorğular respublikanın müxtəlif bölgələrində yüzlərcə respondenti əhatə etmişdir. 

Qrupun üzvləri həmçinin institut rəhbərliyi ilə birgə "Qızların mənəvi problemləri və onların 

həlli yolları" adlı respublika konfransı keçirmişlər.  1999-cu ildən qrup müstəqil bölmə kimi 

fəaliyyət göstərir. İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor Əli Abasov ictimai 

əsaslarla bölməyə  rəhbərlik edir. Yeni bölmənin səmərəli və  təşəbbüskar fəaliyyəti onun 

gələcəyinə böyük ümidlər yaradır. Ümumiyyətlə qeyd etmək  ədalətli olardı ki, qender 

problematikasının hərtərəfli öyrənilməsində  Ə.Abasovun və R.Mirzəyevanın xidmətləri 

böyükdür. 

Son illərdə  şöbənin mühüm elmi-tədqiqat istiqamətlərindən biri də Azərbaycanda 

demokratikləşmə və bu kontekstdə meydana çıxan problemlərin tədqiqi ilə bağlı olmuşdur. 

Bu sahədə şöbənin əməkdaşlarından f.e.d. Ə.Abbasov, f.e.d. Ə.Tağıyev, f.e.d. K.Əzimov, 

f.e.n.  İ.Əliyev, f.e.n. Ə.Şəkərli, f.e.n. F.Mustafayev, f.e.n. D.İsmayılov, f.e.n. Ə.Hüseynov, 

f.e.n. M.Mahmudov fəaliyyət göstərmişlər. 

Demokratikləşmə prosesi özündə milli müstəqilliyi, dövlət suverenliyini, milli şüurun və tarixi 

yaddaşın oyanışını, insan hüquqlarının üstünlüyünü, azadlığı, fərdlərin siyasi davranışının 

formalaşmasını, liberal qərarların formalaşmasını  və s. ehtiva edir. Demokratiya həm 

nəzəri, həm də praktik aspektdə sonsuz davam edən prosesdir. Azərbaycan gənc müstəqil 

dövlət kimi demokratiyanın özünəməxsus və ziddiyyətli yolunu keçir. İ.Əliyevin və 

Ə.Şəkərlinin irəli sürdükləri mühüm müddəa məhz bundan ibarətdir. 

Demokratiya milli çalarları ilə  də müəyyən olunur. Onun ümumi qəbul olunmuş prinsipləri 

ilə yanaşı, milli xüsusiyyətlərlə seçilən cəhətləri də vardır. Etnopolitologiya və 

etnososiologiya elmləri Azərbaycanda özünə geniş yer tapdıqca, demokratik proseslərin 

axarını da dolğun təhlil etməyə  və praktik tövsiyyələr verməyə imkan çoxalacaqdır. 

Ə.Tağıyevin gəldiyi nəticə bundan ibarətdir. Onun fikrincə demokratiya milli ideyasız keçinə 

bilməz. Milli ideya isə millətin universal dəyərlər sistemidir. 

Milli-dövlət müstəqilliyinin təmin olunması, eyni zamanda milli şüurun struktur cəhətdən 

yeniləşməsindən də asılıdır. Milli şüurda müstəqilliyin bütün atributları ilə birlikdə  dərk 

edilməsi isə dövlətin sosial-siyasi və iqtisadi müstəqilliyinin etibarlı  təminatıdır. 

Totalitarizmdən demokratiyaya keçid hər  şeydən  əvvəl milli şüurda baş verməlidir. 

Postsovet dövründə dövlət və hüququn xarakteri dəyişir, bütövlükdə hüququn fəlsəfi 

mahiyyəti yeniləşir, insan hüquqları tanınır və dərk olunur. Bütün bunlar isə demokratiyanın 

inkişafını müəyyən edən amillərə çevrilir. Ə.Hüseynovun milli şüurda demokratiya və 

totalitarizmin qarşılıqlı nisbəti, tarixi yaddaş, postsovet hüququnun və dövlətinin fəlsəfəsinə 

həsr olunmuş elmi-tədqiqat işlərindən çıxan nəticə budur. 

M.Mahmudovun elmi işləri  əsasən demokratiya prosesində  fərdin siyasi davranışına həsr 

edilib. Azərbaycanda özünəməxsus etno-regional siyasi davranış formalaşmışdır. Keçid 

dövründə siyasi proseslsr demokratikləşməkdədir. Bunun metodoloji aspektləri indi mühüm 

əhəmiyyət kəsb edir. Fərdlərin siyasi davranışı demokratiyanın inkişafı ilə qarşılıqlı 

şərtlənmişdir. Bu və digər məsələlər M.Mahmudovun elmi əsərlərinin  əsas, mühüm 



məzmununu təşkil edir. 

Müasir sosial və ictimai elmlərin ən aktual sahələrindən və istiqamətlərindən biri nəzəri və 

praktiki konfliktologiyadır. Soyuq müharibədən sonra dünyada lokal və qlobal miqyasda 

yeni konflikt ocaqları yaranmaqda və çoxalmaqdadır. Sosial-fəlsəfə  şöbəsi mövzunun 

aktuallığını nəzərə alaraq konflikt problemini, şöbə əməkdaşlarının tədqiqat maraqlarından 

çıxış etməklə, bir sıra mühüm istiqamətlərdə tədqiq etməyi qarşısına məqsəd qoymuşdur. 

Nəzəri əhəmiyyətindən savayı bu problemin müstəqil Azərbaycan üçün praktik əhəmiyyəti 

danılmazdır: Dağlıq Qarabağ konflikti beynəlxalq konfliktologiyanın daim mövzusuna 

çevrilmişdir. 

Elə bu səbəbdən: 

(1) beynəlxalq konfliktologiyanın təcrübəsini ümumiləşdirmək sosial fəlsəfə  şöbəsinin 

prioritetli sahələrindən biridir. 

(2) Konfliktologiya elmlərarası  tədqiqat sferasıdır: antropologiya, etnoqrafiya, psixologiya, 

tarix, sosiologiya və s. bilavasitə konfliktləri öyrənir. Sosial fəlsəfə konflikti və konfliktlə bağlı 

mövzuları "fərd-cəmiyyət" münasibətləri yönündən ardıcıl tədqiq etməklə, yuxarıda 

göstərilən elmlərdən fərqli metodologiyaya əsaslanır. 

(3) Bu baxımdan konfliktlərin təbiəti, səbəbləri, elmi təsnifatı  və konfliktlərin inkişaf 

dinamikasına qlobal yanaşma sosial fəlsəfə şöbəsinin tədqiqat istiqamətlərindən biridir. 

(4) Prioritet istiqamətlərdən biri də etnik konfliktlər, etnik-siyasi konfliktlərin inkişaf 

dinamikasının qlobal və müqayisəli aspektlərdən tədqiq edib öyrənməkdən ibarətdir. 

Yuxarıda qeyd edilmiş istiqamətlər  şöbə  əməkdaşları  tərəfindən qismən araşdırılmış  və 

hazırda intensiv tədqiq edilməkdədir. 

Sosial fəlsəfə  şöbəsinin aparıcı elmi əməkdaşı f.e.d., prof. Kazım  Əzimov konfliktlərin 

sosial fəlsəfi təhlili istiqamətində  tədqiqatlarını davam etdirir və artıq bir sıra  əhəmiyyətli 

nəticələr  əldə etmişdir. Bu nəticələrə  əsasən "konflikt üçün optimal model" , "sosial 

konfliktin universallığı", "etnik konfliktlərin tipologiyası  və qlobal praktikada tənzimlənmə 

mexanizmi" və s. aiddir. 

Şöbənin əməkdaşları tərəfindən konfliktologiyanın bir sıra xüsusi problemləri tədqiq edilir. 

Məsələn, sosial münaqişə  və sosial nəzarət, preventiv konfliktologiya, danışıqlar və 

konsensus prosesi, münaqişələr sahəsində beynəlxalq təcrübə, Dağlıq Qarabağ konflikti və 

s. göstərmək olar. Bütövlükdə qeyd edək ki, sosial fəlsəfə şöbəsi bu sahədə aspirantların 

və elmi əməkdaşların nəzəri cəhətdən hazırlanması  işində ciddi addımlar atmış  və 

perspektivdə, mühüm tədqiqat işlərini aparmağı qarşısına məqsəd qoymuşdur. Bu 

problemin sistematik tədqiqi və təşkili məsələləri sosial fəlsəfə şöbəsinin müdiri, f.e.d. prof. 

Ə.Abbasovun bilavasitə rəhbərliyi altında aparılır. 

Ümumiyyətlə, aparılan tədqiqatların nəticəsi olaraq yeniləşən cəmiyyətin tələblərinə cavab 

verən yeni metodoloji - dünyagörüşü  əsasları hazırlanıb ictimaiyyətin istifadəsinə 

verilmişdir. Belə ki, sosial varlığın özünəməxsus mürəkkəblik kimi təkamül xüsusiyyətləri, 

fəaliyyət və inkişaf dinamikası, keçid mərhələsində fluktuasion-bifurkasion mexanizmləri 

öyrənilmiş, nəzəri və praktiki baxımdan mühüm əhəmiyyət kəsb edən prinsiplər 

aşkarlanmışdır. "Mürəkkəblik fəlsəfəsi və  tənqidi-sinergetik təfəkkür" konsepsiyası 

əsasında sosial-siyasi idrakda optimum axtarışları  məsələsinə baxılmış, bu məsələyə 

münasibətdə ayrı-ayrı yanaşmaların müsbət və  mənfi cəhətləri göstərilmiş, tarixin 

mütərəqqi təkamülünə xidmət edən yollar müəyyənləşdirilmişdir. 

1996-cı ildən başlayaraq  şöbədə aspirantura və dissertantura üzrə elmi-tədqiqat işlərinin 

səmərəli təşkili nəticəsində xeyli müvəffəqiyyətlər əldə olunmuşdur. Bu illər ərzində şöbədə 

6 namizədlik və 2 doktorluq dissertasiyası müzakirə edilərək müdafiəyə  təqdim 

olunmuşdur. Dissertasiyaların müzakirəsində institutun direktoru, f.e.d. Əli Abasov, direktor 

müavini f.e.n. İrşad  Əliyev və elmi katib Səidə  Məmmədova yaxından iştirak etmişlər. 



Yüklə 427,7 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə